Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə154/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   150   151   152   153   154   155   156   157   ...   507
Çingiz Abdullayеv 

1959  

APREL

Çingiz Akif oğlu Abdullayev 1959-cu 

il aprel ayının 7-də Bakı şəhərində ziyalı 

ailəsində anadan olmuşdur. İlk təhsilini 

Bakıda 189 saylı şəhər məktəbində almış, 

1976-cı ildə Azərbaycan Dövlət Univer-

sitetinin (indiki BDU) hüquq fakültəsinə 

daxil  olmuşdur.  Əmək  fəaliyyətinə 

1981-ci ildən Bakı İstehsalat Birliyində 

əvvəlcə  hüquq  məsləhətçisi,  sonra  isə 

böyük hüquq məsləhətçisi və şöbə rəisi 

kimi başlamışdır. 

1989-cu ilin fevralından Azərbaycan 

Yazıçılar  İttifaqının  katibi  olmuşdur. 

1988-ci  ildə  hüquq  elmləri  namizədi 

alimlik dərəcəsi almışdır. 1989-cu ildən 

Krakov (Polşa) Universitetinin fəxri pro-

fessorudur.  1990-cı  ildən  H.Z.Tağıyev 

adına  Xeyriyyə  Cəmiyyətinin  sədri  və 

Azərbaycan PEN-klubunun vitse- prezi-

dentidir. 1991-ci ildən Azərbaycan Yazı-

çılar Birliyinin katibidir. Bundan başqa, 

Beynəlxalq  Yazıçılar  İttifaqının  üzvü, 

eyni  zamanda  Beynəlxalq  Ədəbiyyat 

Fondunun həmsədridir. Azərbaycan De-

mokratik Ziyalılar İttifaqı nəzdində olan 

Milli  Akademiyanın  fəxri  doktorudur. 

1991-ci ildə hüquq elmləri doktoru elmi 

dərəcəsini almışdır. 

Çingiz  Abdullayev  ədəbi  fəaliyyətə 

tələbəlik  dövründən  başlamışdır.  1983-

cü ildən dövri mətbuatda oçerk, məqalə 

və detektiv janrında yazdığı hekayələrlə 

müntəzəm  çıxış  edir.  Çingiz  Abdulla-

yevin  əsərləri  18  xarici  ölkədə  11  dilə 

tərcümə edilib çap olunur. Almaniyada, 

İrlandiyada, Fransada, Rusiyada kütləvi 

tirajla  buraxılmış,  20  milyon  nüsxədə 

olan  600-dən  çox  kitabı  dünyada  ya-

yılmışdır.  Bütün  bu  kitablar  onu  siyasi 

detektiv janrında yazan ən görkəmli mü-

asir yazıçı kimi tanıtmışdır. Fəxrlə deyə 

bilərik  ki,  həmyerlimiz,  Xalq  yazıçısı 

Çingiz  Abdullayev  cənub-şərqi  Asiya-

dan tutmuş Latın Amerikasınadək geniş 

bir ərazini əhatə edən “Mavi mələklər” 

romanını  yazmaqla  dünya  detektiv 

ədəbiyyatında  yeni  “qlobal  siyasi  de-

tektiv”  janrının  əsasını  qoymuş  və  bü-

tün dünyada bu janrın ustası kimi şöhrət 

qazanmışdır.  Onun  “Mavi  mələklər”, 

“İnsan ovu”, “Qanın üç rəngi”, “Əfsanə 

hüququ”  və  s.  romanları  çağdaş  siyasi 

detektiv  janrının  zirvələridir.  Yazıçının 

qələminin məhsulu olan “Cəhənnəmdən 

keçid”, “Geri dönməmək”, “Öz dünyanı 

yarat”,    “Unudulmuş  yuxu”,    “Döyüş-

çünün  yolu”,  “Məhkumların  cənnəti”, 

“Eramızın  əvvəlindəki  sui-qəsd”  və 

s.  kimi  tarixi  detektivlər  və  başqa 

rəngarəng  üslublu  detektiv  romanlar 

göstərir ki, Ç.Abdullayev bu janrın bü-

tün növlərində gözəl əsərlər yaratmağın 

mahir ustasıdır. 

Xidmətlərinə  görə  Qırmızı  Bayraq 

ordeni  və  medallarla  təltif  olunmuş-

dur. Dövlət başçısı cənab İlham Əliyev 

2005-ci ildə Çingiz Abdullayevə “Xalq 

yazıçısı”  fəxri  adı  vermiş,  2009-cu  il 

aprel  ayının  7-də  Azərbaycanın  ədəbi 

həyatında  fəal  iştirakına  görə  “Şöhrət” 

ordeni ilə təltif etmişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin