Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə162/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   158   159   160   161   162   163   164   165   ...   507
Ə d ə b i y y a t

Şuşinski, F. Seyid Şuşins-

ki [Mətn]: monoqrafiya 

/F.Şuşinski; red. Q.Aslanov.-

Bakı: İşıq, 1991.- 352 s.

Bayramov, A. Seyid Şu-

şinski və Tiflis Azərbaycan 

teatrı [Mətn] /A.Bayramov           

//Mədəniyyət.- 2010.- 27 

iyul.- S.13.

Kərimov, Y. İstedad və 

səxavət: Seyid Şuşinski təkcə 

“virtuoz” xanəndə olmayıb, 

həm də zəmanəmizin mil-

yonçu mesenatı kimi şöhrət 

qazanıb [Mətn] /Y.Kərimov 

//Kaspi.- 2009.- 12 mart.- 

S.11.

Muğamatın ustadi-əzəmi...: 

ustad sənətkar Seyid Şuşin 

skini Mirzə Fələkzadədən 

dərs almağa vadar edən 

nə idi? [Mətn] //Mərkəz.- 

2011.- 18 mart.- S.11.

Seyid Şuşinski...: Fikrət 

Əmirov onu xalq musiqimi-

zin çırpınan ürəyi adlandır-

mışdı [Mətn] //Şərq.- 2011.- 

30 mart.- S.11.

Абдуллаева, Н. Путь 

от портного до высот 

знаменитого ханенде 

[Текст] /Н.Абдуллаева      

//Неделя.- 2012.- 13 

апреля.- С.8.

12

Xanəndə

Musiqi.Opera.Balet


130

Musiqi.Opera.Balet

80 

illiyi

Ramiz Mirişli

1934

APREL

Ramiz Aqil oğlu Mirişli 1934-cü il 

aprel ayının 16-da Naxçıvan şəhərində 

anadan olmuşdur. 

1937-ci  ildə  Üzeyir  Hacıbəylinin 

təşəbbüsü  ilə  Naxçıvanda  açılan  ilk 

musiqi  məktəbində  kamança  sinfində 

təhsil almış, məktəbi bitirdikdən sonra 

Bakıda Asəf Zeynallı adına Orta İxtisas 

Musiqi məktəbinin Xalq Çalğı Alətləri 

şöbəsinin birbaşa II kursuna qəbul olun-

muşdur. 


O,  1957-ci  ildə  Ü.Hacıbəyov  adına 

Azərbaycan Dövlət Konservatoriyasın-

da Cövdət  Hacıyevin sinfində  bəstəkarlıq 

şöbəsində təhsil almışdır. Bu dövrlərdə 

bəstəkar  fortepiano  üçün  prelyüdlər, 

sonatino, simfonik poema, simli kvar-

tet,  romanslar  bəstələmişdir.  1964-cü 

ildə o, keçmiş SSRİ Bəstəkarlar İttifa-

qına  üzv  qəbul  olunmuşdur.  R.Mirişli 

uzun illər F.Əmirov adına Azərbaycan 

Dövlət  Mahnı  və  Rəqs  Ansamblının 

bədii  rəhbəri  olmuşdur.  1964-cü  ildə 

Azərbaycanda  ilk  dəfə  olaraq  mahnı 

janrında yallı rəqs ritminə müraciət et-

miş və “Bayram axşamlarında” mahnı-

sını yazmışdır. Mahnı, onun ən sevim-

li  janrıdır.  O,  300-dən  çox  mahnının 

müəllifidir.  Muğamlarımıza  dərindən 

yiyələnən  R.Mirişli  mürəkkəb  ladları-

mızdan  istifadə  edib  “Oxu  tar”,  “Oxu 

bülbül”  kimi  vokal  əsərlər  yaratmış, 

1981-ci ildə C.Məmmədovun librettosu 

əsasında  “Qaçırılmış  qız”  operettasını 

yazmışdır. Bəstəkar “Gəl qohum olaq” 

operettasının da müəllifidir. R.Mirişli te-

atr və kino janrlarına da müraciət etmiş, 

respublikamızın  10-a  yaxın  teatrında 

səslənən  40-dan  çox  tamaşaya  musiqi 

yazmışdır. Azərbaycan Akademik Mil-

li Dram Teatrında Qeybulla Rəsulovun 

“Qarabağ əfsanəsi”, Gənc Tamaşaçılar 

Teatrında  Əkrəm  Əylislinin  “Mənim 

nəğməkar  bibim”,  Teymur  Elçinin 

“Qar  qız”,  İsi  Məlikzadənin  “Şadlıq 

olsun”,  Gəncə  Dövlət  Dram Teatrında 

Cəfər  Cabbarlının  “Almaz”,  eləcə  də 

Sumqayıt, Lənkəran, Şəki, Mingəçevir 

Dövlət  Dram  teatrlarında  səhnələşən 

bir  çox  tamaşalara  musiqi  yazmışdır. 

C.Cabbarlı  adına  “Azərbaycanfilm” 

kinostudiyasında  A.Babayevin  “Alma 

almaya  bənzər”,  T.Tağızadənin  “Evdə 

kişi  var”,  E.Qasımovun  “Köhnə 

bərə”,  Ş.Əkbərovun  “Səhrasız  gecə” 

kinofilmlərinin,  S.Rüstəm,  Naxçıvan 

MR,  T.Mütəllibov  haqqında  filmlərin, 

“Bacarıqlı əllər” adlanan sənədli filmin, 

uşaqların sevə-sevə baxdıqları “Tıq-tıq 

xanım”,  “Dost  axtarıram”,  “Kirpi  və 

alma”  və  s.  cizgi  filmlərinin  musiqi-

si  R.Mirişlinindir.  Nizami  Gəncəvinin 

qəzəlinə solist, xor və simfonik orkestr 

üçün “Peyğəmbərin tərifi” (1997) vokal 

poemasını  yazmış,  “Qəzəlxan”  bədii 

filminə musiqi bəstələmişdir. 

Bəstəkar  pedaqoji  fəaliyyətlə  də 

məşğul olmuşdur. O, 1986-cı ildən do-

sent,  1993-cü  ildən  isə  professordur. 

Musiqi  mədəniyyətimizin  inkişafında-

kı xidmətlərinə görə R.Mirişli 1974-cü 

ildə  “Naxçıvan  Muxtar  Respublikası-

nın Əməkdar incəsənət xadimi”, 1982-

ci  ildə  “Azərbaycan  Respublikasının 

Əməkdar  incəsənət  xadimi”,  1990-cı 

ildə “Azərbaycan Respublikasının Xalq 

artisti” fəxri adlarını almış və “Şöhrət” 

ordeninə  layiq  görülmüşdür.  Prezident 

təqaüdçüsüdür.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin