140
Tarix
70
illiyi
Əsməd Muxtarova
1944
APREL
Əsməd İmamməmməd qızı Muxta-
rova 1944-cü il aprel ayının 3-də Bakı
şəhəri Buzovna qəsəbəsində anadan
olmuşdur.
İlk təhsilini doğulduğu qəsəbədə
125 saylı orta məktəbdə almış, 1962-
1967-ci illərdə Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) tarix
fakültəsində təhsil almış, təhsilini
fərqlənmə diplomu ilə bitirmişdir.
Ə.Muxtarova 1971-ci ildən həmin
fakültədə SSRİ tarixi kafedrasında ça-
lışmışdır. 1974-cü ildə “Azərbaycan
SSR-də ali təhsilin inkişafı (1959-
1965-ci illər)” adlı namizədlik dis-
sertasiyasını müdafiə etmiş və tarix
elmləri namizədi elmi dərəcəsini al-
mışdır.
1991-ci ildə doktorluq dissertasiya-
sı müdafiə etmiş və tarix elmləri dok-
toru, professor adı almışdır.
1992-ci ildən Türk və Qafqaz xalq-
ları tarixi kafedrasında çalışır və 1999-
cu ildən həmin kafedranın müdiridir.
Türk xalqlarının qədim dövr və orta
əsrlər tarixini tədqiq edir. Görkəmli
tarixçi alım bakalavr pilləsində Türk
və Qafqaz xalqları tarixi (qədim və
orta əsrlər dövrü) fənni üzrə, ma-
gistratura təhsil pilləsində isə Türk
dünyasi tarixi ixtisasında Türk xalq-
larının dövlətçilik tarixi (qədim
dövr və orta əsrlər); Regionşünasliq-
Qafqazşünasliq ixtisasında Qafqaza
türk axınları problemləri üzrə dərslər
aparır.
Alim 40-dan çox məqalənin, bir
neçə monoqrafiyanın, tədris proqram-
larının və kitabların müəllifidir. Elmi-
pedaqoji kadrların, gənc mütəxəssis-
lərin hazırlanması istiqamətində də
fəaliyyət göstərir.
1999-cu ildə nəşr etdirdiyi “Türk
xalqlarının tarixi (qədim dövr və ota
əsrlər)” dərsliyinə görə “Xatun” jur-
nalının redaksiya heyətinin və Əbədi
Məclisinin təşkilat komitəsinin qərarı
ilə Sara Xatun adına fəxri diplomla
təltif edilmişdir.
1997-ci ildən nəşr olunmağa başlan-
mış “Tarix və onun problemləri” elmi,
nəzəri, metodik jurnalın təsisçisi və
baş redaktorudur. Bir sıra beynəlxalq
seminar, simpozium və konfranslarda
iştirak etmişdir.
Dostları ilə paylaş: |