138
50
illiyi
Rəfael Həbibov
1964-1992
APREL
20
Milli Qəhrəmanlar
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında:
[Həbibov Rəfael Hacı Şərafət oğlu - leytenant - Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında,
Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik
və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunun şərəflə yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərinə görə]: Azərbaycan
Respublikası Prezidentinin Fərmanı, 16 sentyabr 1994-cü il //Azərbaycan.- 1994.- 21 sentyabr.- S.1.- (Ölümündən sonra).
Həbibov Rəfael Hacı Şərafət oğlu [Mətn] //Azərbaycanın Milli Qəhrəmanları: Biblioqrafiya /tərt. ed. H.Həmidova.- Bakı, 2008.- S.80.
Seyidzadə, M. Həbibov Rəfael Hacı Şərafət oğlu [Mətn] /M. Seyidzadə //Milli Qəhrəmanlar Zirvəsi.- Bakı, 2010.- S.83.
Milli Qəhrəman
Rəfael Hacı Şərafət oğlu Həbibov
1964-cü il aprel ayının 20-də Əli Bay-
ramlı şəhərində (indiki Şirvan) anadan
olmuşdur. 1981-ci ildə buradakı 14
saylı orta məktəbi bitirmişdir. Rəfael
təhsil illərində özünü bacarıqlı bir şa-
gird kimi göstərmiş, yoldaşlarının və
müəllim kollektivinin dərin hörmətini
qazanmışdır.
Məktəb illərində idmana və ibtidai
hərbi hazırlıq fənninə böyük maraq
göstərmişdir. O, hərbi xidmətini 1984-
cü ildə Baltik qoşunlarında başa vura-
raq, Leninqradda (Sankt-Peterburqda)
Kaunas Gizirlər Məktəbinə daxil ol-
muşdur. Məktəbi bitirdikdən sonra
Kutaisi ətrafındakı hərbi hissələrdən
birinə göndərilmişdir. 1986-cı ildə
hərbi xidmətini Əfqanıstanda davam
etdirərkən orada gedən döyüşlərin
birində yaralanmış, 1988-ci ildə Bakı-
ya qayıtmışdır.
Respublikamızın ərazi bütövlü-
yünün qorunmasında iştirak etmək
məqsədilə 1992-ci ildə Qarabağa
göndərilmiş, ilk günlərdən təcrübəli
zabit kimi döyüşlərə atılmışdır.
Təzəkənd,
Narıncılar,
Zodqızıl,
Mədəni Ala Qala, Ağdaban, Çörəkdar,
Çapar və s. kəndlər uğrunda gedən
gərgin döyüşlərdə iştirak etmişdir. Bu
kəndlərin çoxu erməni quduzlarından
azad edilmişdir. R.Həbibov Kəlbəcər
uğrunda gedən döyüşlərdə böyük
qəhrəmanlıq göstərmişdir. Mühasirəyə
düşən kəşfiyyatçıları xilas edərkən
düşmənlə qarşı-qarşıya çıxmış və
düşmənin PDM-24 maşınını heyəti ilə
birlikdə məhv etmişdir. 1992-ci il iyul
ayının 6-da Çörəkdar və Tozlukörpü
istiqamətində cəbhədə həlak olanların
cəsədlərini gətirmək üçün yoldaşları
ilə yola düşmüşdür. Döyüşdə aldığı
yaradan 1992-ci il iyul ayının 7-də
gözlərini əbədi yummuşdur. Əli Bay-
ramlı şəhər qəbristanlığında dəfn edil-
mişdir.
Azərbaycan Respublikası Prezi-
dentinin 16 sentyabr 1994-cü il ta-
rixli 202 saylı Fərmanı ilə leytenant
Həbibov Rəfael Hacı Şərafət oğluna
ölümündən sonra “Azərbaycanın Milli
Qəhrəmanı” fəxri adı verilmişdir.
Təhsil aldığı 14 saylı orta məktəb
qəhrəmanın adını daşıyır.