Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə208/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   204   205   206   207   208   209   210   211   ...   507
Vəli Xuluflu

1894-1938 

26

Ə d ə b i y y a t

Yeni türk əlifbası ilə yazı qaydaları [Mətn] /V.Xuluflu.- Bakı: “Yeni türk əlifbası komitəsi” nəşriyyatı, 1925.- 24 s.

Koroğlu [Mətn] /V.Xuluflu.- Bakı: Azərnəşr, 1927.- 115 s.

İmla lüğəti [Mətn] /V.Xuluflu.- Bakı: Azərnəşr, 1929.- 342 s.

Din və qadın [Mətn] /V.Xuluflu.- Bakı: Azərnəşr, 1930.- 36 s.

Qasımqızı, M. Azərbaycan naminə yaşanan, repressiya tufanında qırılan ömür [Mətn] /M.Qasımqızı //525-ci 

qəzet.- 2010.- 26 may.- S. 6.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

120  

illiyi

Ədəbiyyatşünas


167

Dünya ədəbiyyatı 

MA

Y

Onore de Balzak 1799-cu il may ayı-

nın  20-də  Tur  şəhərində  anadan  olmuş-

dur. O, ilk təhsilini Tur şəhərində, sonra 

Bandom  kollecində  almış,  1814-cü  ildə 

Paris hüquq məktəbində davam etdirmiş, 

eyni  zamanda  Sorbonna  universitetində 

ədəbiyyatdan mühazirələr dinləmişdir.     

Balzakın  yaradıcılığı  janr  etibarilə 

rəngarəngdir. İlk əsərlərindən olan, 1820-

ci ildə yazdığı “Kromvel” faciəsi J.Rasinin 

yaradıcılığına  təqliddir.  Romantizmin 

təsiri ilə yazılmış “Biraq varisi”, “Luzil-

yanlı Klotilda”, “Yüzyaşlı qoca” və s. ro-

manları zəif və melodramatikdir. Yaradıcı-

lığının ilk illərində gizli imzalarla yazdığı 

əsərlərdən yazıçı sonralar imtina etmişdir. 

Balzaka şöhrət qazandıran ilk əsər Bretan-

da əksinqilabi qiyamın yatırılmasına həsr 

olunmuş “Şyanlar” tarixi romanıdır. Bun-

dan sonra Balzak əsas əsərlərini mühüm 

tarixi-ictimai problemlərə həsr etmişdir. 

O,  1834-cü  ildən  başlayaraq,  Fransa-

nın  burjua  inqilabından  sonrakı  tarixini 

əhatəli  surətdə  əks  etdirən  əsərlər  yaz-

mağa  başlamışdır.  Balzak  digər  fransız 

yazıçısı  Gustav  Flober  ilə  birgə Avropa 

ədəbiyyatında realizm məktəbinin əsasını 

qoymuşdur.

Qərbi Avropa realizminin zirvəsi Ono-

re de Balzak hesab edilir. Onun ən məşhur 

əsəri  –  “Bəşəri  komediya”  və  ya  “İnsan 

komediyası”  (La  Comédie  humaine) 

adlı  epopeyada  fransız  həyatının  bütün 

sahələri  143  kitabda  əks  etdirilməli  idi. 

O,  bütün  gücünü  sərf  edərək  90  roman 

və novella yazdı. Bu epopeyaya “Şaqren 

dərisi”, “Yevgeniya Qrande”, “Qorio ata”, 

“Sezar  Biroto”,  “İtirilmiş  illüziyalar”  və 

s. romanlar daxildir. 

Yazdığı yüzdən artıq roman və pyesləri 

birlikdə “İnsan komediyası” (La Comédie 

humaine)  adı  altında  tanınır.  Bu  əsərlər 

toplusu və ya seriyası 1815-ci Napoleon 

Bonapart  Fransasının  süqutundan  son-

rakı  dövr  fransız  cəmiyyətinin,  xüsusilə 

də  burjua  təbəqəsinin  komik-satirik 

mənzərəsini  canlandırır.  Siyasi  görüşləri 

etibarilə  mütləqiyyət  tərəfdarı  olsa  da, 

həyata obyektiv baxışı onu sənətin realist 

yoluna  çıxarmışdır.  Balzak  cəmiyyətdə 

baş verən hadisələri olduğu kimi qələmə 

almış,  19-cu  əsrin  I  yarısında  Avro-

pa  ədəbiyyatında  tənqidi  realizmin  ən 

görkəmli nümayəndəsi olmuşdur. Balza-

kın  yaradıcılığında  burjua  cəmiyyətinin 

qanunauyğunluqları  təhlil  olunmuşdur. 

“Bəşəri” komediyada burjua cəmiyyətinin 

daxili aləmi, bu cəmiyyətdə pulun, alqı-

satqı  prinsipinin  hakim  rolu,  əxlaq  nor-

malarının  aradan  qalxması,  nəcib  insa-

ni  sifətlərin  korlanması  sənətkarlıqla 

göstərilmişdir.

Balzak pyesləri bir qayda olaraq oxu-

cuda  gülüş  döğurmaqla  yanaşı,  aydın 

ifadə  olunmuş  rəngarəng  obrazlar  və 

pərdələrdəki hər bir səhnənin nəfis təsviri 

tamaşaçıda xüsusi maraq oyadır.

XIX  əsrin  görkəmli  fransız  yazıçı-

dramaturqu  Onore  de  Balzak  1850-ci  il 

avqust ayının 18-də Parisdə vəfat etmiş-

dir.



Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin