Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə205/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   201   202   203   204   205   206   207   208   ...   507
Abbas Səhhət

1874-1918

24

Ə d ə b i y y a t

Seçilmiş əsərləri [Mətn] 

/A.Səhhət; tərt., ed. ön 

söz və qeydlərin müəl. 

Kamal Talıbzadə.- Bakı: 

Lider nəşriyyatı, 2005.- 

456 s.

Gün dağlara yayıldı 

[Mətn]: (kiçikyaşlı 

uşaqlar üçün şeirlər) 

/A.Səhhət; red. 

F.Hüseynova.- Bakı: 

Turan, 2002.- 12 s.

Təmsillər, tərcümələr 

[Mətn] /A.Səhhət; bu-

raxılış və yayıma məsul 

A.İbrahimov.- Bakı: 

Turan, 2001.- 15 s. 

Ağayev, M.M. Ab-

bas Səhhət  [Mətn]: 

fəlsəfi və sosial-siyasi 

görüşləri /M.M.Ağayev.- 

Bakı: Elm və təhsil, 

2010.- 87, [1] s.

Şəldiyev, S. Abbas 

Səhhət də qaçqın idi: 

Şamaxı-1918 [Mətn]: 

(xatirə) /S.Şəldiyev       

//Paritet.- 2010.- 3-4 

iyun.- S.12.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.orgz 

140  

illiyi

Şair

Milli ədəbiyyat


164

MA

Y

Umgülsüm Əbüləziz qızı Sadıqzadə 

1899-cu  il  may  ayının  24-də  (bəzi 

mənbələrdə  1900)  Bakının  Novxanı 

kəndində  ruhani  ailəsində  anadan  ol-

muşdur.  İlk  təhsilini  atasından  almış, 

türk, fars və ərəb dillərini mükəmməl 

öyrənmişdir.  İti  hafizəli,  dərin  zəkalı 

Umgülsüm ilk şeirini doqquz yaşında 

yazmışdır. Gənclik dövründən şeirləri, 

hekayə və məqalələri dövri mətbuatda 

-  “İqbal”,  “Yeni  iqbal”,  “Açıq  söz”, 

“İstiqlal”, “Azərbaycan” qəzetlərində, 

“Məktəb”, “Dirlilik” jurnallarında vax-

taşırı çap olunmuşdur. “Solğun çiçək” 

hekayəsi “Qurtuluş” jurnalının 1915-ci 

ildə keçirdiyi müsabiqədə birinci yeri 

tutduğuna  görə  M.Ə.Sabirin  “Hop-

Hopnamə”si  və  “Qurtuluş”un  birillik 

abunəsi ilə mükafatlandırılmışdır. 

Umgülsüm  xanımın  ədəbi  irsi 

hekayə, şeir, gündəlik və məktublardan 

ibarətdir.  Lakin  poetik  əsərləri  həm 

kəmiyyət,  həm  də  keyfiyyətcə  üstün 

olduğuna  görə o, şair kimi tanınır və 

qəbul  edilir.  Umgülsüm  yaradıcılı-

ğa  şeirlə  başlasa  da,  onun  ilk  mətbu 

əsəri  “Vətən  sevgisi”  hekayəsidir. 

Adından  göründüyü  kimi,  bu  əsərdə 

qəhrəmanın  vətənə  olan  məhəbbəti 

təsvir və tərənnüm edilmişdir. 

1920-ci  ildə  Umgülsüm  yazıçı  və  

tənqidçi  Seyid  Hüseyn  Sadıqzadə  ilə 

ailə həyatı qurmuşdur. Ömür-gün yol-

daşı,  yazıçı  Seyid  Hüseynin  onun  bir 

qələm sahibi kimi püxtələşməsində bö-

yük rolu olmuşdur. Ölkədə tüğyan edən 

1937-ci  il  repressiya  burulğanı  Seyid 

Hüseynin də həyatından yan keçmədi. 

Onu  həbs  edərək  güllələdilər.  Beş  ay 

sonra, dörd uşaq anası olan Umgülsüm 

“Vətən  xaininin  həyat  yoldaşı  kimi” 

həbs olunaraq Bayıl həbsxanasına sa-

lınmış və səkkiz il azadlıqdan məhrum 

edilmişdir. 

1939-cu  il  may  ayının  21-də  onu 

Temlaq  İslah  Əmək  Düşərgəsinə 

göndərmişlər. Cəza çəkdiyi müddətdə 

tikişçi  kimi  işləmiş,  nümunəvi  bir  ti-

kişçi,  hətta  düşərgədə  keçirilən  əmək 

yarışının  qalibi  olmasını  və  s.  nəzərə 

alaraq 1944-cü ildə onun azadlığa bu-

raxılması  haqqında  qərar  çıxarılmış-

dır. 


1944-cü  ilin  iyun  ayında  Umgül-

süm  Bakıya,  öz  övladlarının  yana 

gəlmiş,  lakin  onun  Bakıda  yaşaması-

na  icazə  verilmədiyi  üçün  Şamaxıya 

köçmək  məcburiyyətində  qalmışdır. 

Ağır sürgün illəri Umgülsüm xanımın 

səhhətinə xeyli zərər vurmuşdu. 

Umgülsüm  Sadıqzadə  1946-cı 

(1944)  ilin  sentyabr  ayında  vəfat  et-

miş  və  Şamaxıda  məşhur  Şahxəndan 

qəbiristanlığında dəfn edilmişdir. 


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin