160
Milli ədəbiyyat
130
illiyi
Salman Mümtaz
1884-1937
MA
Y
Salman Məmmədəmin oğlu Əsgərov
(Salman Mümtaz) 1884-cü il may ayı-
nın 20-də Nuxa (indiki Şəki) şəhərində
anadan olmuşdur.
Kiçik yaşlarında ailəsi ilə birlikdə Orta
Asiyanın Aşqabad şəhərinə köçmüş, ib-
tidai təhsilini Xalxallı Mirzə Əsədullanın
məktəbində almışdır. Ərəb, fars və
urdu dillərini mükəmməl öyrənmişdir.
Onda, klassik Şərq ədəbiyyatını topla-
yıb nəşr etməyə güclü həvəs oyanmış-
dır. Ticarətlə məşğul olsa da, Zaqafqa-
ziyanın ictimai mədəni həyatı ilə ciddi
maraqlanmış, burada çıxan qəzet və jur-
nalların, xüsusən “Molla Nəsrəddin”in
Türküstan, Ural və Sibir üzrə müvəkkili
olmuş, gülgü-satirik məcmuənin geniş
yayılmasına çalışmışdır.
1908-1909-cu illərdə “Molla Nəsrəd-
din”, “Zənbur”, “Tuti”, “Qardaş kömə-
yi” jurnallarında, “Günəş”, “Səda”,
“Tərəqqi”, “İqbal”, “Yeni iqbal”, “Açıq
söz” və s. qəzetlərində onun külli miq-
darda satirik şeiri, məqaləsi, məktubu və
mənzum felyetonu dərc olunmuşdur.
1918-ci ildə Bakı şəhərinə köçmüş və
klassik ədəbi irsi toplayıb nəşr və tədqiq
etməklə məşğul olmuşdur.
1920-1930-cu illərdə Bakı dövri
mətbuatı - “Füqəra füyuzatı”, “Kom-
munist”, “Maarif və mədəniyyət”,
“Azərbaycanı öyrənmə yolu” qəzet
və jurnalları ilə əməkdaşlıq etmişdir.
“Azərbaycan ədəbiyyatı” seriyasından
“Ağa Məsih Şirvani”, “Molla Pənah Va-
qif”, “Nişat Şirvani”, “Qövsi”, “Qasım
bəy Zakir”, “Mirzə Şəfi Vazeh” və s. ki-
tablarını nəşr etdirmişdir.
1927-1928-ci illərdə Azərbaycan
Dövlət nəşriyyatında Klassik irs
şöbəsinin müdiri işlədiyi zaman “Baba
bəy Şakir”, “El şairləri” (iki cilddə),
“Aşıq Abdulla”, “Mehdi bəy Şəqaqi”,
“Ağa Bağır Şirvani”, “Mirzə Nəsrulla
bəy Didə” kitablarını müqəddimə və
şərhlərlə nəfis şəkildə çap etdirmişdir.
1926-1936-cı illərdə Azərbaycan
Dövlət Muzeyində, sonralar SSRİ Elmlər
Akademiyasının Azərbaycan Filialının
Tarix, Dil, Ədəbiyyat və Sənət İnstitutun-
da baş elmi işçi, kapitalizm dövrünədək
Azərbaycan ədəbiyyatı bölməsinin
rəhbəri, Klassik irs söbəsinin müdiri,
elmi işçi vəzifələrində işləmişdir.
1934-cü ildə Sovet Yazıçıları-
nın Birinci Ümumittifaq qurultayına
nümayəndə seçilmişdir.
1937-ci il oktyabr ayının 8-də, cəza
tədbirləri dövründə siyasi dustaq kimi
həbs edilmiş, barəsində ölüm hökmü
çıxarılmış və 1937-ci ildə (1941-ci ilin
21 dekabrında) ölüm hökmü yerinə yeti-
rilmişdir. 1956-cı il noyabr ayının 16-da
ölümündən sonra bəraət qazanmış, haq-
qında olan ittihamnamə ləğv olunmuş-
dur.
Salman Mümtazın yaradıcılığı ümum-
milli lider Heydər Əliyev tərəfindən
yüksək qiymətləndirmiş və 13 sentyabr
1996-cı il tarixli Sərəncamı ilə Dövlət
Ədəbiyyat və İncəsənət Arxivinə ədibin
adı verilmişdir.
Dostları ilə paylaş: