Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə202/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   198   199   200   201   202   203   204   205   ...   507
Ə d ə b i y y a t

Azərbaycan ədəbiyyatının 

qaynaqları [Mətn] 

/S.Mümtaz.- Bakı: Avrasi-

ya press, 2006.- 440 s.

Mirzə Şəfi Vazeh [Mətn] 

/S.Mümtaz.- Bakı: Nur-

lan, 2005.- 31 s.

Paşayeva, M. Salman 

Mümtaz arxivinin təsviri 

[Mətn] /M.Paşayeva, 

Z.Hacıyeva.- Bakı: Nur-

lan, 2005.- 240 s.

Mustafa, Ə. Salman 

Mümtaz-məşhur türkoloq 

və ədəbiyyatşünas alim 

[Mətn] /Ə.Mustafa          

//Zaman.- 2012.- 25 ap-

rel.- S.12, 1-2 may.- S.14, 

2-4 may.- S.13. 

Nuriyev, A. Azərbaycan 

klassik ədəbiyyatının 

cəfakeş toplayıcısı [Mətn] 

/A.Nuriyev //Kaspi.- 

2011.- 4 may.- S.12. 

Salman Mümtaz: 

mədəniyyət tariximizin 

fədakar tədqiqatçısı 

[Mətn]//Mədəniyyət.- 

2011.- 20 may.- S. 14.

İ n t e r n e t d ə

www.anl.az

www.adam.az

20

Ədəbiyyatşünas


161

MA

Y

Mürsəl  İsmayıl  oğlu  Həkimov 

1929-cu  il  may  ayının  20-də  Qazax 

rayonunun  Kəmərli  kəndində  anadan 

olmuşdur.  

1937-1947-ci  illərdə  kənd  orta 

məktəbini  bitirdikdən  sonra  Qazax 

ikiillik  Müəllimlər  İnstitutunun  dil-

ədəbiyyat fakültəsində təhsil almışdır. 

İnstitutda oxuduğu illərdə idmanla da 

məşğul  olmuş  və  pəhləvan  kimi  ad 

çıxarmışdır.  Neçə-neçə  adlı-sanlı  id-

mançıların  kürəyini  yerə  vurmaqla  I 

dərəcəli  idmançı  adına  layiq  görül-

müşdür. 

1949-cu  ildə  M.Həkimov  institutu 

bitirərək  əvvəl  Basarkeçər  rayonunun 

Babacan  kənd  yeddiillik  məktəbində 

müəllim,  tez  bir  zamanda  dərs  hissə 

müdiri,  1950-ci  ilin  yanvar  ayından 

isə  Gürcüstan  Respublikasının  Mar-

neuli rayonunun Aşağı Saral kənd orta 

məktəbində müəllimlik peşəsini davam 

etdirmişdir.  İşlədiyi  dövrdə  ayrı-ayrı 

bölgələrin folklorunu, nağıl, dastan və 

rəvayətlərini  toplayaraq  dil-ədəbiyyat 

müəllimi  kimi  şagirdlərinə  həvəslə 

öyrədirdi. 

1955-1960-cı  illərdə  Azərbaycan 

Dövlət  Pedaqoji  İnstitutunun  tarix-

filologiya  fakültəsinə  daxil  olmuş, 

ikinci ali təhsil ocağını fərqlənmə dip-

lomu ilə bitirmiş və institutda müəllim 

işləməyə başlamışdır. 

1965-ci  ildə  “Aşıq  Hüseyn  Cava-

nın  həyat  və  yaradıcılığı”  mövzusun-

da  namizədlik  dissertasiyası,  1986-cı 

ildə  isə  “Orta  əsrlər Azərbaycan  aşıq 

yaradıcılığı”  mövzusunda  doktorluq 

dissertasiyası müdafiə etmiş, professor 

adına layiq görülmüşdür. 

1966-cı  ildən  1980-ci  ilə  kimi  fi-

lologiya  fakültəsinin  dekan  müavi-

ni,  dekanı  vəzifələrində  işləmişdir. 

Ədəbi-elmi  fəaliyyətinə  tələbəlik 

illərindən başlamış, 77 il ömür sürmüş 

görkəmli alimin zəngin irsi qalmışdır. 

O, Azərbaycan tarixi - etnoqrafiyasını, 

əfsanələrini,  atalar  sözlərini  və  digər 

folklor nümunələrini toplamış, gələcək 

nəsillərə  miras  qoymuşdur.  Əsərləri 

dövri mətbuatda, toplu və almanaxlar-

da çap olunmuşdur. 

1977-1992-ci 

illərdə 

SSRİ 


Folkloristlər Cəmiyyətinin, Azərbaycan 

folklorşünaslıq qurumunun təmsilçisi, 

Türkiyə  Atatürk  Kultur  Dil  və  Tarix 

yüksək qurumunun üzvü olmuşdur.

Azərbaycanın  tanınmış  folklorşü-

nas  alimi,  ləyaqətli  ziyalı,  professor 

Mürsəl Həkimov 2006-cı il aprel ayı-

nın 15-də Bakıda vəfat etmişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin