156
Milli ədəbiyyat
MA
Y
2
Yusif Mirəhməd oğlu Seyidov 1929-
cu il may ayının 2-də Naxçıvan MR
Şərur rayonunun Yengicə kəndində
anadan olmuşdur. Burada orta məktəbi
bitirdikdən sonra 1944-1946-cı illərdə
ikiillik Naxçıvan Müəllimlər İnstitu-
tunda təhsilini davam etdirmişdir. Son-
ra, 1947-1952-ci illərdə Azərbaycan
Dövlət Universitetinin fılologiya
fakültəsində təhsil almışdır. 1952-
1955-ci illərdə dilçilik ixtisası üzrə as-
piranturada saxlanmışdır. 1955-ci ildə
“Müasir Azərbaycan dilində feli bağla-
ma tərkibləri” mövzusunda namizədlik
dissertasiyası müdafiə etmişdir.
1955-1967-ci illərdə Bakı Dövlət
Universitetində Ümumi dilçilik kafed-
rasında müəllim, baş müəllim, dosent,
1967-ci ildən professor işləmişdir.
1965-ci ildə “Müasir Azərbaycan
dilində söz birləşmələri” mövzusunda
doktorluq dissertasiyası müdafiə et-
mişdir. Universitetin Azərbaycan dili
və onun tədrisi metodikası kafedrasına,
əsası qoyulduğu ilk gündən, 1965-ci
ildən rəhbərlik etmişdir. Elmi-pedaqoji
fəaliyyəti ilə yanaşı, tənqidçi və
ədəbiyyatşünas kimi də çalışmış, döv-
ri mətbuatda müntəzəm çıxış etmişdir.
İlk məqaləsi 1952-ci ildə “Azərbaycan
müəllimi” qəzetində dərc olunmuşdur.
Rus dilli məktəblər üçün “Azərbaycan
dili” dərsliyinin müəllifıdir. 1965-ci
ildən Yazıçılar Birliyinin üzvü olmuş-
dur. 1974-cü ildə Azərbaycan Dövlət
Mükafatı laureatı adına layiq görül-
müşdür.
Y.Seyidovun
elmi
yaradıcılı-
ğı çoxcəhətlidir. Ancaq qrammatika
problemlərinin tədqiqi onun fəaliy-
yətində əsas yer tutur. O, ölkəmizdə bu
sahədə ən görkəmli mütəxəssislərdən -
Azərbaycanşünas türkoloqlardan hesab
olunur.
Azərbaycan dilçiliyində sintaktik
əlaqələrin elmi əsaslarla geniş tədqiqi
professor Yusif Seyidovun adı ilə bağ-
lıdır. O, türkologiyada hamıdan əvvəl
tabesizlik və tabelilik əlaqələrinin
bütün sintaktik vahidlər üzrə (söz
birləşmələrindən mürəkkəb cümləyə
qədər) təzahür hallarını müəyyən et-
miş, bu sahədə bir sıra yeni elmi fikirlər
irəli sürmüşdür. Bu qəbildən olan cid-
di elmi-nəzəri qənaətlər, ilk növbədə,
Azərbaycan dilçilik elmini və ümumən
türkologiyanı yeni elmi müddəalarla
zənginləşdirmişdir.
Görkəmli alim Dövlət mükafatı la-
ureatı, “Əməkdar elm xadimi” fəxri
adına layiq görülmüşdür. Prezident
təqaüdçüsü idi. 60 ilə yaxın pedaqoji və
elmi-tədqiqat işi ilə ardıcıl məşğul olan
Y.Seyidov dilçiliyin nəzəri və tətbiqi
problemlərinə həsr edilmiş 200-dən
çox elmi əsərin, o cümlədən 30-dan
çox kitabın (monoqrafiya, dərslik və
dərs vəsaitlərinin) müəllifidir.
Azərbaycanın görkəmli dilçi alimi
professor Yusif Seyidov 2013-cü il no-
yabr ayının 18-də vəfat etmişdir.
Dostları ilə paylaş: