İsi Məlikzadə
1934-1995
MA
Y
1
Ə d ə b i y y a t
Seçilmiş əsərləri [Mətn]
/İ.Məlikzadə.-Bakı: Şərq-
Qərb, 2005.- 336 s.
Ağayev, M. Yaxşılığın, uca-
lığın əbədi ünvanı [Mətn]
/M.Ağayev //525-ci qəzet.-
2012.- 27 aprel.- S.5.
Aslanoğlu, N. Bir İsi
Məlikzadə vardı... [Mətn]
/N.Aslanoğlu //Təzadlar.-
2012.- 1 may.- S.15.
Məmmədli, N. Dədə
Palıdın kölgəsi [Mətn]
/N.Məmmədli //Kaspi.-
2012.- 4-6 fevral.- S.15.
İ n t e r n e t d ə
www.anl.az
az.wikipedia.org
www.mia.az/news
Məlikzadə İsi Abbas oğlu 1934-
cü il may ayının 1-də Azərbaycanın
Ağcabədi rayonunda anadan olmuş-
dur. Xalfərəddin kənd orta məktəbini
bitirdikdən sonra, 1952-1957-ci illərdə
M.Əzizbəyov adına Azərbaycan Sənaye
İnstitutunun neft-kimya fakültəsində
təhsil almışdır. 1957-1961-ci illərdə
“Əzizbəyovneft” mədənlər idarəsində
operator, yerüstü avadanlıq ustası, 1961-
1966-cı illərdə Azərbaycan Kommunal
Təsərrüfatı Nazirliyi Başqaz idarəsində
böyük mühəndis, şöbə rəisinin müavi-
ni, 1966-1973-cü illərdə “Ulduz” jurna-
lı redaksiyasında publisistika şöbəsinin
müdiri, məsul katib, 1968-ci ildən
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
1974-1976-cı illərdə Azərbaycan Dövlət
Nəşriyyatında redaktor, Cəfər Cabbarlı
adına “Azərbaycanfılm” kinostudiya-
sında ssenari redaksiya heyətinin üzvü,
1976-1980-ci illərdə “Azərbaycan”
jurnalı redaksiyasında Nəsr şöbəsinin
müdiri, 1980-1981-ci illərdə “Ulduz”
jurnalı redaksiyasında Nəsr şöbəsinin
müdiri, 1981-1983-cü illərdə “Mozalan”
satirik kinojurnalında böyük redaktor,
1983-1985-ci illərdə C.Cabbarlı adına
“Azərbaycanfılm” kinostudiyasında baş
redaktor vəzifələrində işləmişdir. Sonra
bir müddət yaradıcılıqla məşğul olmuş-
dur. 1988-1990-cı illərdə Azərbaycan
Dövlət Akademik Dram Teatrında ədəbi
hissə müdiri işləmişdir. 1994-cü ildən
ömrünün sonunadək “Azərbaycan” jur-
nalında Publisistika şöbəsinin müdiri,
1990-cı ildən Azərbaycan Mədəniyyət
Fondunun Qarabağ fılialının sədri
vəzifələrində çalışmışdır.
Ədəbiyyatımıza yeni qəhrəman
tipi gətirmiş, “60-cılar” ədəbi nəslinin
nümayəndəsi olan İsi Məlikzadənin
“Baxmadı getdi” adlı ilk hekayəsi 1960-
cı ildə, “Həsrətin sonu” adlı ilk kitabı
isə 1964-cü ildə çap olunmuşdur. Heç
bir filoloji təhsili olmayan, ixtisasca
neft-qaz mühəndisi olan İsi Məlikzadə
1966-cı ildən ədəbi fəaliyyətə başlamış-
dır. “Küçələrə su səpmişəm”, “Dədə pa-
lıd”, “Gümüşgöl əfsanəsi”, Günəşli pa-
yız”, “Yaşıl gecə”, “Bir günün qonağı”
povestləri ilə tanınan yazıçı cəmi bir ro-
man (“Qırmızı yağış” (1979) yazmışdı.
Müstəqillik illərində yazıçının “Şehli
çəmənlərin işığı” hekayələr kitabı və
“Dolaşaların Novruz bayramı” povesti
çap edilmişdir. İsi Məlikzadə bu əsərləri
30 il ərzində yazmışdır. Azərbaycan
bədii nəsrinin XX əsrdə yetirdiyi söz
ustalarından olan, ədəbiyyatda heç
kimə bənzəməyən, özünəməxsus fərdi
deyim tərzi, yolu və üslubu olan, gözəl
hekayələr müəllifi, müasir Azərbaycan
povestinin yaradıcılarından biri, bədii
nəsrində ən doğru həqiqətləri sənət
dililə ifadə edən, XX əsr Azərbaycan
ziyalısının, kəndlisinin obrazlarını ya-
radan ustad nasir, neçə bədii filmin sse-
nari müəllifi İsi Məlikzadə 1995-ci il
may ayının 12-də vəfat etmişdir.
Dostları ilə paylaş: |