Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə196/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   192   193   194   195   196   197   198   199   ...   507
İsi Məlikzadə

1934-1995 

  MA

Y

1

Ə d ə b i y y a t

Seçilmiş əsərləri [Mətn]    

/İ.Məlikzadə.-Bakı: Şərq-

Qərb, 2005.- 336 s.

Ağayev, M. Yaxşılığın, uca-

lığın əbədi ünvanı [Mətn] 

/M.Ağayev //525-ci qəzet.- 

2012.- 27 aprel.- S.5. 

Aslanoğlu, N. Bir İsi 

Məlikzadə vardı... [Mətn] 

/N.Aslanoğlu //Təzadlar.- 

2012.- 1 may.- S.15. 

Məmmədli, N. Dədə 

Palıdın kölgəsi [Mətn] 

/N.Məmmədli //Kaspi.- 

2012.- 4-6 fevral.- S.15. 

İ n t e r n e t d ə

www.anl.az

az.wikipedia.org 

www.mia.az/news         

Məlikzadə  İsi  Abbas  oğlu  1934-

cü  il  may  ayının  1-də  Azərbaycanın 

Ağcabədi  rayonunda  anadan  olmuş-

dur.  Xalfərəddin  kənd  orta  məktəbini 

bitirdikdən sonra, 1952-1957-ci illərdə 

M.Əzizbəyov adına Azərbaycan Sənaye 

İnstitutunun  neft-kimya  fakültəsində 

təhsil  almışdır.  1957-1961-ci  illərdə 

“Əzizbəyovneft”  mədənlər  idarəsində 

operator, yerüstü avadanlıq ustası, 1961-

1966-cı illərdə Azərbaycan Kommunal 

Təsərrüfatı Nazirliyi Başqaz idarəsində 

böyük mühəndis, şöbə rəisinin müavi-

ni, 1966-1973-cü illərdə “Ulduz” jurna-

lı redaksiyasında publisistika şöbəsinin 

müdiri,  məsul  katib,  1968-ci  ildən 

Azərbaycan  Yazıçılar  Birliyinin  üzvü, 

1974-1976-cı illərdə  Azərbaycan Dövlət 

Nəşriyyatında redaktor, Cəfər Cabbarlı 

adına  “Azərbaycanfılm”  kinostudiya-

sında ssenari redaksiya heyətinin üzvü, 

1976-1980-ci  illərdə  “Azərbaycan” 

jurnalı  redaksiyasında  Nəsr  şöbəsinin 

müdiri,  1980-1981-ci  illərdə  “Ulduz” 

jurnalı  redaksiyasında  Nəsr  şöbəsinin 

müdiri, 1981-1983-cü illərdə “Mozalan” 

satirik  kinojurnalında  böyük  redaktor, 

1983-1985-ci  illərdə  C.Cabbarlı  adına 

“Azərbaycanfılm” kinostudiyasında baş 

redaktor vəzifələrində işləmişdir. Sonra 

bir müddət yaradıcılıqla məşğul olmuş-

dur.  1988-1990-cı  illərdə  Azərbaycan 

Dövlət Akademik Dram Teatrında ədəbi 

hissə  müdiri  işləmişdir.  1994-cü  ildən  

ömrünün sonunadək “Azərbaycan” jur-

nalında  Publisistika  şöbəsinin  müdiri, 

1990-cı  ildən Azərbaycan  Mədəniyyət 

Fondunun  Qarabağ  fılialının  sədri 

vəzifələrində çalışmışdır. 

Ədəbiyyatımıza  yeni  qəhrəman 

tipi  gətirmiş,  “60-cılar”  ədəbi  nəslinin 

nümayəndəsi  olan  İsi  Məlikzadənin 

“Baxmadı getdi” adlı ilk hekayəsi 1960-

cı  ildə,  “Həsrətin sonu”  adlı  ilk  kitabı 

isə  1964-cü ildə çap olunmuşdur. Heç 

bir  filoloji  təhsili  olmayan,  ixtisasca 

neft-qaz  mühəndisi olan İsi Məlikzadə 

1966-cı ildən ədəbi fəaliyyətə başlamış-

dır. “Küçələrə su səpmişəm”, “Dədə pa-

lıd”, “Gümüşgöl əfsanəsi”, Günəşli  pa-

yız”, “Yaşıl gecə”, “Bir günün qonağı” 

povestləri ilə tanınan yazıçı cəmi bir ro-

man (“Qırmızı yağış” (1979) yazmışdı. 

Müstəqillik    illərində  yazıçının  “Şehli 

çəmənlərin  işığı”  hekayələr  kitabı  və  

“Dolaşaların Novruz bayramı”  povesti 

çap edilmişdir. İsi Məlikzadə bu əsərləri 

30  il  ərzində  yazmışdır.  Azərbaycan 

bədii  nəsrinin  XX  əsrdə  yetirdiyi  söz 

ustalarından  olan,  ədəbiyyatda  heç 

kimə  bənzəməyən,  özünəməxsus  fərdi 

deyim tərzi, yolu və üslubu olan, gözəl 

hekayələr müəllifi, müasir Azərbaycan 

povestinin  yaradıcılarından  biri,  bədii 

nəsrində  ən  doğru  həqiqətləri  sənət 

dililə  ifadə  edən,  XX  əsr  Azərbaycan 

ziyalısının,  kəndlisinin  obrazlarını  ya-

radan ustad nasir, neçə bədii filmin sse-

nari  müəllifi  İsi  Məlikzadə  1995-ci  il 

may ayının 12-də vəfat etmişdir.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin