Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə204/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   200   201   202   203   204   205   206   207   ...   507
Hüsеyn İbrahimоv 

1919-2008

23

Ə d ə b i y y a t

Seçilmiş əsərləri [Mətn] : 

3 cilddə  /H.İbrahimov. – 

Bakı: Naksuana, 2007.

Əsrin onda biri [Mətn]: ro-

man  /H.İbrahimov.- Bakı: 

Avrasiya, 2005.- 383 s.

Xəlilzadə, F. Sabahın sora-

ğında [Mətn] /F.Xəlilzadə 

//Kaspi.-2013.- 20-22 

aprel.- S.17.

Гюлзар [Текст]: 

Рассказы /Г.Ибрагимов.- 

Баку: Азернешр, 1958.- 

95 с.

Когда ошибается сердце 

[Текст]: рассказы 

/Г.Ибрагимов.- Баку: 

Гянджлик, 1968.- 171 с.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

95  

illiyi

Yazıçı

Milli ədəbiyyat


163

MA

Y

Abbasqulu  Əlabbas  oğlu  Mehdi-

zadə  (Abbas  Səhhət)  1874-cü  il  may 

ayının  24-də  Şamaxı  şəhərində  ana-

dan  olmuşdur.  Burada  atasının  açdı-

ğı  məktəbi  bitirdikdən  sonra  Tehran 

Universitetində tibb təhsili almışdır.

1901-ci  ildə  Şamaxıya  qayıdaraq 

həkimlik  və  Rüşdiyyə  məktəbində 

müəllimlik  etmişdir.  Bir  müddət  son-

ra  həkimlik  fəaliyyətini  dayandır-

mış  və  bədii  yaradıcılığa  güclü  meyl 

göstərmişdir. 

1905-ci il inqilabı milli ədəbiyyatın 

ümumi inkişafına oyadıcı təsir göstər-

diyi  kimi,  A.Səhhətin  də  yaradıcı-

lıq  imkanlarının  genişlənməsi  üçün 

münbit  şərait  yaratmışdır.  Onun  ilk 

mətbu  şeiri  1905-ci  ildə  “Şərqi-rus” 

qəzetində  dərc  edilmişdir.  Burjua-

demokratik  inqilabının  təsiri  onun 

poetik  yaradıcılığında  ictimai-siyasi 

motivləri  gücləndirmişdir.  Çıxış  yo-

lunu  maarif  və  mədəniyyətin  inkişa-

fında  görən  şair  öz  şeirlərində,  nəsr 

əsərlərində  və  məqalələrində  xalqın 

həyatını,  milli  azadlıq  mübarizəsini, 

vətənə  məhəbbəti,  əxlaq  və  tərbiyə 

məsələlərini əks etdirmişdir.

Abbas  Səhhət  fəal  mədəniyyət  xa-

dimlərindən  olmuşdur.  Məktəblər,  ki-

tabxanalar açılmasına çalışmışdır.

A.Səhhətin  tərcüməçilik  fəaliyyəti 

də  çox  zəngin  olmuşdur.  O,  klassik 

rus, ərəb, fars, gürcü və fransız yazıçı-

larının  əsərlərindən  tərcümələr  etmiş, 

onları 1912-ci ildə “Məğrib günəşləri” 

(iki cilddə) adlı kitabında çap etdirmiş-

dir. Bir qədər sonra “Əhmədin şücaəti” 

adlı  poeması,  1916-cı  ildə  isə  “Şair, 

muza və şəhərli” adında romantik poe-

ması nəşr olunmuşdur.

Abbas 

Səhhətin 



yaradıcılığı-

na  Şərqin  Nizami,  Hafiz,  Sədi  kimi 

şair-lərinin  böyük  təsiri  olmuşdur. 

O,  türk  xalqlarının  ədəbiyyatları  ilə 

də  yaxından  maraqlanmış,  xüsusilə 

Tofiq  Fikrətin  yaradıcılığına  diqqət 

göstərmişdir.

O,  uşaqlar  üçün  yazılmış  “Yay”, 

“Ata  və  oğul”,  “Quşlar”  və  onlarla 

başqa şeir və mahnıların müəllifidir.

Şair,  tərcüməçi,  maarif  xadimi 

Abbas  Səhhət  1918-ci  ildə  Gəncə 

şəhərində  yatalaq  xəstəliyindən  vəfat 

etmişdir. Bir sıra küçə, məktəb, kitab-

xana, mədəniyyət ocağı və uşaq bağça-

ları onun adını daşıyır.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin