159
Milli ədəbiyyat
85
illiyi
Hikmət Ziya
1929-1995
MA
Y
Hikmət Ziya oğlu Əfəndiyev 1929-
cu il may ayının 13-də Nuxa (indiki Şəki
şəhərində) anadan olmuşdur.
Ağdam şəhərində 1 saylı orta məktəbi
bitirdikdən sonra, 1947-1952-ci illərdə
ADU-nun (indiki BDU) filologiya fakül-
təsinin jurnalistika şöbəsində təhsil al-
mışdır.
1952-1969-cu illərdə “Azərbaycan
pioneri” qəzeti redaksiyasında ədəbi işçi,
Ədəbiyyat və incəsənət şöbəsinin müdi-
ri, 1969-1984-cü illərdə “Göyərçin” jur-
nalı redaksiyasında Poeziya şöbəsinin
müdiri, 1984-cü ildə məsul katib vəzifə-
lərində işləmişdir.
Ədəbi yaradıcılığa 1952-ci ildə “Azər-
baycan pioneri” qəzetində çap edilən
“Qeqola” adlı ilk şeiri ilə başlamışdır. İlk
satirik şeirləri, eyni zamanda 1957-1960-
cı illərdə “Atamın hədiyyəsi”, “Bahar
gözəldir, ya qış?”, “Milçək ürəyi” kitab-
ları Hikmət Əfəndiyev imzası ilə çap
olunmuşdur. “Qərib cinlər diyarında”
bədii filminin və bir neçə filmin ssena-
ri müəllifidir. “Sınaq”, “Ekiz qardaşlar”
pyesləri tamaşaya qoyulmuşdur. Lib-
rettolarına (“Nənəmin nağılı”, “İkilərin
sərgüzəştləri”, “Solğun çiçəklər”) və
şeirlərinə musiqi bəstələnmişdir.
Əsərləri keçmiş SSRİ xalqlarının
dillərinə tərcümə olunmuşdur.
40 ildən çox fəal bir jurnalist kimi
respublika mətbuatında çalışan Hikmət
Ziyanın yaradıcılıq simasını təmsilçilik
müəyyən edir. O, təxminən 3000 təmsil
yazmışdır. Qısa təmsil anlayışı müa-
sir ədəbi prosesdə bilavasitə onun adı
ilə bağlıdır. Hikmət Ziya təbiətin ona
bəxş etdiyi nadir yumorist, təmsilçi is-
tedadını ölkəmizin, respublikamızın
həyatında, çağdaşlarımızın əxlaq və
mənəviyyatında kök salmış ciddi qüsur-
ların tənqid və ifşasına həsr etmişdir.
Onun ədəbi yaradıcılığı çoxcəhətlidir.
Maraqlı sevgi seirləri, çoxlu mah-
nı mətnləri var. Ölkənin ayrı-ayrı
şəhərlərində keçirilən uşaq və gənclər
kitabı həftələrində, eləcə də təşviqat qa-
tarı ilə səfərlərdə, yubiley təntənələrində
iştirak etmişdir. “Mozalan” satirik kino-
jurnalı bədii şurasının, “Azərbaycan pi-
oneri” və “Literaturnıy Azerbaydjan”
jurnalının redaksiya heyətinin üzvü ol-
muşdur.
1988-ci ildə Azərbaycan Respubli-
kası Ali Soveti Rəyasət Heyətinin Fəxri
fərmanı ilə təltif edilmişdir.
Görkəmli şair 1958-ci ildən Azərbay-
can Yazışılar Birliyinin, 1959-cu ildən
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
idi. 1978-ci ildə “Qabaqcıl maarif xa-
dimi”, 1989-cu ildə isə “Azərbaycanın
Əməkdar incəsənət xadimi” fəxri adına
layiq görülmüşdür.
Respublikada “Hikmət Ziya” adına
ədəbiyyat mükafatı təsis edilmişdir.
Hikmət Ziya 1995-ci il avqust ayının
2-də Bakıda vəfat etmişdir.
Dostları ilə paylaş: