Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə203/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   199   200   201   202   203   204   205   206   ...   507
Mürsəl Həkimov

1929-2006

20

Ə d ə b i y y a t

Azərbaycan aşıq şeir 

şəkilləri və qaynaqları 

[Mətn] /M.Həkimov.- Bakı: 

Maarif, 1999.- 375 s.

Bozqurd-kultum mənim, 

Türk eli yurdum mənim 

[Mətn] /M.Həkimov.- Bakı: 

“Yeni nəsil”, 2001.- 333 s.

Dədə Qorqud-1300 [Mətn] 

/M.Həkimov.- Bakı: ADPU 

nəşri, 2000.- 40 s.

Oğuz-tərəkəmə xalq 

mərasimləri və mey-

dan tamaşaları [Mətn] 

/M.Həkimov.-Bakı: Maarif, 

1997.- 333 s. 

Ləman, F. Folklor 

fədaisi [Mətn] /F.Ləman, 

S.İlyasqızı.- Bakı: Zaman, 

1999.- 132 s.

Allahverdiyev, R. Folklor 

fədaisi, görkəmli pedaqoq 

[Mətn] /R.Allahverdiyev 

//Respublika.- 2011.- 14 

aprel.- S. 5.

Həkimova, N. Könüllərdə 

iz qalır [Mətn]: Mürsəl 

Həkimov-80 /N.Həkimova 

//Kredo.- 2011.- 28 may.- 

S. 14.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

85  

illiyi

Ədəbiyyatşünas

Milli ədəbiyyat


162

MA

Y

Hüseyn  Məmmədəli  oğlu  İbrahi-

mov 1919-cu il may ayının 23-də Nax-

çıvan MR-in Şərur rayonunun Şahtax-

tı  kəndində  anadan  olmuşdur.  Kənd 

yeddiillik məktəbini bitirdikdən sonra 

Naxçıvan  Pedaqoji  Texnikumunda, 

Azərbaycan  Dövlət  Universitetinin 

jurnalistika  fakültəsində  (1953-1958) 

təhsil almışdır.  

Noraşen  (indiki  Şərur)  rayon  

Sədərək kənd orta məktəbində müəllim 

kimi  əmək  fəaliyyətinə  1940-cı  ildə 

başlamış,  Noraşen  rayonunda  bir  sıra 

ictimai vəzifələrdə çalışmışdır. 

Ədəbi  fəaliyyətə  1944-cü  ildə 

“Ədəbiyyat qəzeti”ndə çap olunan “O, 

düşməndə  qoymadı  anasının  qanını” 

adlı  ilk  şeiri  ilə  başlamışdır.  Bundan 

sonra öz hekayələrini dövri mətbuatda 

müntəzəm olaraq çap etdirmişdir. 

“Qu  quşları  öləndə  oxuyurlar” 

əsərini  və  Hüseyn  Cavidə  həsr  etdiyi 

“Böhtan”  romanını  1998-ci  ildə  başa 

çatdırmışdır. 

Əsərləri keçmiş SSRİ və bir çox xa-

rici ölkə xalqlarının dillərinə tərcümə 

olunmuşdur.  Yazıçı  həm  komediya, 

həm  də  faciə  janrında  mükəmməl 

əsərlər  yaratmışdır.  “Torpağın  övlad-

ları” və “İtirilən sağlıq” pyesləri Cəlil 

Məmmədquluzadə  adına  Naxçıvan 

Dövlət  Dram  Teatrında  tamaşaya  qo-

yulmuşdur.  Əziz  Nesinin  (Türkiyə), 

Murad  Sibainin  (Suriya),  Şixata 

Ubeydin (Misir) və Abdulla Qəhharın 

(Özbəkistan)  bir  sıra  hekayələrini 

Azərbaycan  dilinə  tərcümə  etmişdir. 

SSRİ  yazıçılarının  ikinci  və  üçüncü 

qurultaylarında  nümayəndə  kimi  işti-

rak etmişdir. 

Azərbaycan  KP  Naxçıvan  Vilayət 

Komitəsi  və Azərbaycan Yazıçılar  İt-

tifaqı  plenumuna  dəfələrlə  üzv  seçil-

mişdir.  Naxçıvan  Ali  Sovetinin  (IV, 

VII,  VIII  çağırış)  deputatı,  Naxçı-

van  Ali  Sovetinin  Sədri  (1963-1967) 

olmuşdur.  SSRİ  “Bilik”  cəmiyyəti 

nümayəndə  heyətinin  tərkibində  Fin-

landiya  və  Danimarka  ölkələrinə 

(1967),    Azərbaycan  mədəniyyət 

işçiləri  nümayəndə  heyətinin  rəhbəri 

kimi  İtaliya  və  Əlcəzair  ölkələrinə 

(1975) səfər etmişdir. 

Naxçıvan  MR  Ali  məclisinin 

nümayəndə  heyətinin  tərkibində  İran 

İslam  Respublikasında  (1992,  1994, 

1996) olmuşdur. 

Azərbaycan  ədəbiyyatının  inkişa-

fındakı xidmətlərinə görə beş medalla, 

1994-cü ildə anadan olmasının 75 illiyi 

münasibətilə “Şöhrət” ordeni ilə təltif 

edilmiş,  1998-ci  ildə  Azərbaycanın 

Xalq yazıçısı adı verilmişdir. 

Prezidentin  fərdi  təqaüdünə  layiq 

görülmüşdür (2002).

Hüseyn İbrahimov 2008-ci il aprel 

ayının 10-da vəfat etmişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin