Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə206/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   202   203   204   205   206   207   208   209   ...   507
Umgülsüm Sadıqzadə

1899-1946

24

Ə d ə b i y y a t

Əsərləri [Mətn] /Umgül-

süm.- Bakı: Letterpress, 

2010.- 117, [3] s.

Solğun çiçək [Mətn]: 

hekayə  /Ümgülsüm           

//Azərbaycan qadını.-

1971.- №2.- S.1-2.

Hüseynzadə, A. İstiqlal 

şairi Ümgülsüm [Mətn] 

/A.Hüseynzadə.- Bakı: 

Çaşıoğlu, 2005.-269 s. 

Bayramoğlu, A. Türk 

dünyasının istiqlalı naminə 

[Mətn] /A.Bayramoğlu       

//Ədəbiyyat qəzeti.- 1997.-

29 avqust.- S.8.

Hüseynoğlu, S. 

İstiqlaliyyət savaşı [Mətn] 

/S.Hüseynoğlu //Ədəbiyyat 

qəzeti.- 2011.- 14 yanvar.- 

S.6.

Nizamqızı, H. Bu-

rulğana düşən ömür  

[Mətn] /H.Nizamqızı                                 

//Mədəniyyət.- 2012.- 1 

mart.- S.12.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

115  

illiyi

Yazıçı

Milli ədəbiyyat


165

Milli ədəbiyyat

MA

Y

İlyas  Məhəmməd  oğlu  Əfəndiyev 

1914-cü  il  may  ayının  26-da  Azər-

baycanın Füzuli şəhərində anadan olmuş-

dur. 1930-1933-cü illərdə burada  ikinci 

dərəcəli məktəbi bitirib orta  məktəblərdə 

dil və ədəbiyyat fənlərini  tədris etmişdir. 

1934-1938-ci  illərdə    Azərbaycan  Pe-

daqoji  İnstitutunda  coğrafiya  şöbəsində 

qiyabi  təhsil  almışdır.    O,  1938-1940-

cı  illərdə  “Yeni  yol”,    “Kommunist” 

qəzetlərinin  redaksiyalarında  ədəbi  işçi, 

1940-1941-ci illərdə  “Ədəbiyyat  qəzeti”  

redaksiyasında Tənqid şöbəsinin müdiri,  

1941-1947-ci  illərdə Azərbaycan  Radio  

Komitəsində  Ədəbiyyat  şöbəsinin mü-

diri, 1944-1945-ci illərdə Bakı Kinostu-

diyasında Ssenari şöbəsinin rəisi, 1946-

1947-ci illərdə “İnqilab və mədəniyyət”  

jurnalı  redaksiyasında  Nəsr  şöbəsinin  

müdiri  vəzifələrində  işləmişdir.  1940-

cı ildən Azərbaycan Yazıçılar Birliyinin  

üzvü  olmuşdur.  1952-1958-ci  illərdə   

Azərbaycan  Yazıçılar  İttifaqında  nəsr  

üzrə  məsləhətçi,  1958-1961-ci  illərdə  

məsul  katib  kimi  çalışmışdır.  1960-cı 

ildə “Azərbaycan Əməkdar incəsənət xa-

dimi” fəxri adına layiq görülmüşdür.

Yazıçı ədəbi  fəaliyyətə 1939-cu  ildən  

başlamışdır.  İ.Əfəndiyevin  “Berlində 

bir  gecə” adlı ilk hekayəsi 1939-cu ildə 

“Ədəbiyyat    qəzeti”ndə  dərc  olunmuş-

dur. “Söyüdlü arx” (1958), “Körpüsalan-

lar” (1960), “Dağlar arxasında üç dost” 

(1963),  “Sarıköynəklə  Valehin  nağılı” 

(1978),  “Geriyə  baxma,  qoca” (1980),  

“Üçatılan” (1981) kimi romanları, bir çox 

digər povest və hekayələri Azərbaycan və 

rus dillərində dəfələrlə Bakıda nəşr edil-

mişdir.  Eyni  zamanda,  əsərləri  keçmiş  

SSRİ  xalqlarının  dillərinə,  ingilis,  fran-

sız, alman, çex, slovak, bolqar, macar və 

başqa dillərə tərcümə olunmuşdur.

 Onun “İşıqlı yollarla” (1947), “Bahar 

suları” (1948), “Atayevlər ailəsi” (1954), 

“Sən həmişə mənimləsən” (1964), “Unu-

da  bilmirəm”  (1968),  “Məhv  olmuş 

gündəliklər” (1969), “Mənim günahım” 

(1970),  “Mahnı dağlarda qaldı” (1971), 

“Xurşudbanu  Natəvan”  (1981),  “Büllur 

sarayda” (1983), “Şeyx Məhəmməd Xi-

yabani” (1986), “Bizim qəribə taleyimiz” 

(1988)  və  başqa  pyesləri  Azərbaycan 

Dövlət Akademik Dram Teatrında, eləcə 

də respublikanın teatr səhnələrində tama-

şaya  qoyulmuşdur.  İ.Əfəndiyev  1972-ci 

ildə  Azərbaycan  Dövlət  mükafatı  lau-

reatı,  1974-cü  ildə  “Azərbaycanın  Xalq 

yazıçısı” fəxri adına layiq görülmüşdür. 

O, 1949-cu ildə “Şərəf” nişanı, 1971-ci 

ildə  “Qırmızı  əmək  bayrağı”,  1974-cü 

ildə  “Oktyabr  inqilabı”,  1994-cü  ildə 

“Şöhrət” ordenləri və bir çox medallarla 

təltif olunmuşdur.

İlyas  Əfəndiyev  1996-cı  il  oktyabr 

ayının 3-də Bakıda vəfat etmiş, Fəxri Xi-

yabanda dəfn olunmuşdur.

Yazıçının  xatirəsini  əbədiləşdirmək 

məqsədilə  marka  və  zərflər  buraxılmış, 

xatirə  lövhəsi,  xatirə  abidəsi,  büstü  qo-

yulmuşdur.  Bakıda  elitar  gimnaziyaya 

ədibin  adı  verilmişdir.  Dünya  sularında 

“İlyas Əfəndiyev” gəmisi üzür.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin