Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə236/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   232   233   234   235   236   237   238   239   ...   507
190

İYUN

3

Milli ədəbiyyat

75 

illiyi

Vaqif Səmədoğlu

1939  

İYUN

Vaqif  Səməd  oğlu  Vəkilov  1939-

cu il iyun ayının 5-də Bakı şəhərində 

dünyaya göz açmışdır. 

O, Bülbül adına musiqi məktəbində 

və  Ü.Hacıbəyov  adına  Azərbaycan 

Dövlət Konservatoriyasında təhsil al-

mışdır. 


Vaqif  Səmədoğlu  1962-1963-cü 

illərdə  Moskvada  Çaykovski  adına 

Konservatoriyada  ixtisas    kursu  keç-

miş, 1963-1971-ci illərdə Azərbaycan 

Dövlət  Konservatoriyasında  fortepia-

no üzrə ixtisas müəllimi, 1968-1971-ci 

illərdə Azərbaycan Sovet Ensiklopedi-

yasında  incəsənət  redaksiyasının  mü-

diri,  1982-1985-ci  illərdə  C.Cabbarlı 

adına  “Azərbaycanfilm”  kinostudiya-

sında kinoaktyor teatrının ədəbi hissə 

müdiri vəzifəsində işləmişdir.  

“Yeddi  şeir”  adlı  ilk    əsəri  1963-

cü  ildə  “Azərbaycan”  jurnalında  çap 

olunmuşdur. İlk qələm təcrübələri haq-

qında məqaləni  Rəsul Rza yazmışdır. 

Bundan sonra dövri mətbuatda vaxta-

şırı çıxış etmiş, 1968-ci ildə “Yoldan 

teleqram”  adlı  ilk  kitabçası  işıq  üzü 

görmüşdür. Kitaba toplanmış şeirlərdə 

dünya  və  insan,  insan  və  həyat,  ölü-

mün  labüdlüyü,  ümid  və  kədər, 

vətən  və  vətənin  taleyi,  məhəbbət  və 

məhəbbətin acısı və bu qəbildən olan 

əbədi  mövzular  əsas  yer  tutur.  Şairin 

“Qobustan”  toplusunun  1983-cü  il, 

birinci  sayındqa  musiqi  ilə  bağlı  altı 

şeiri dərc olunmuşdur. Elə ilk şeirdən 

səslərin rəng çalarları gözlə qulaq ara-

sında qəribə bir mənzərə

 

yaradır. 



1992-1994-cü  illərdə  “Oğuz  eli” 

qəzetinin  baş  redaktoru  vəzifəsində 

çalışmışdır. 

V.Səmədoğlu 2000 və 2005-ci illər-

də Azərbaycan Milli Məclisinə depu-

tat seçilmişdir. 

Şairin  “Uca  dağ  başında”,  “Bəxt 

üzüyü”,  “Lotoreya”,  “Yayda  qartopu 

oyunu”,  “Yaşıl  eynəkli  adam”,  “Ge-

neralın  son  əmri”,  “Mamoy  kişinin 

yuxuları”  pyesləri  Bakı,  Naxçıvan, 

Şəki Dövlət Dram Teatrlarında tama-

şaya qoyulmuşdur. İlk dəfə dramaturq 

kimi “Bəxt üzüyü” tamaşası ilə tanın-

mış  və  böyük  şöhrət  qazanmışdır... 

Müasirlərimizin həyatını qələmə alan 

yazıçı  əsərdə  mənəvi-psixoloji,  etiq-

əxlaqi  məsələləri  ön  plana  çəkmiş, 

əqidəsi, idealı, məqsədi müxtəlif olan 

insanların yaşayış tərzini və həyata ba-

xışlarını dörd ailənin simasında gərgin 

dramatik səhnələrdə canlandırmışdır.

O,  “Humay”  mükafatı  laureatı-

dır (1998).  Şair, dramaturq, publisist 

Əməkdar  incəsənət  xadimi,    1999-cu 

ildə “Azərbaycan Xalq şairi” fəxri adı-

na layiq görülmüşdür. 


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin