Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə238/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   234   235   236   237   238   239   240   241   ...   507
Ə d ə b i y y a t

Əsrin oğlu [Mətn] /Məmməd 

Arif.- Bakı: Yazıçı, 1979.- 

135 s.

Sənətkar qocalmır [Mətn]     

/Məmməd Arif.- Bakı: Yazıçı, 

1980.-368 s.

Bayramoğlu, A. Görkəmli 

alimin yubileyi şərəfinə 

[Mətn] /A.Bayramoğlu        

//Respublika.- 2004.- 23 

noyabr.- S.7.

Ədəbiyyat tariximizin 

yaradıcıları: Məmməd 

Arif Dadaşzadə  [Mətn]               

//Mədəniyyət.- 2011.- 8 

iyun.- S.13. 

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

10

Akademik


192

Hüseyn Arif

1924-1992 

İYUN

Hüseyn  Camal  oğlu  Hüseynzadə 

(Hüseyn Arif)  1924-cü  il  iyun  ayının 

15-də  Azərbaycanın  Ağstafa  rayonu-

nun Yenigün kəndində anadan olmuş-

dur. Ağstafa şəhər yeddiillik məktəbini 

bitirdikdən sonra, 1937-1940-cı illərdə 

Bakı  Pedaqoji  məktəbində  təhsil  al-

mışdır.Əmək fəaliyyətinə Tovuz şəhər 

orta  məktəbində  müəllim  kimi  baş-

lamışdır.  İkinci  Dünya  müharibəsi 

dövründə döyüşən ordu tərkibində Uk-

rayna cəbhəsində, Polşa, Çexoslovaki-

ya  və Almaniya  ölkələlərində  olmuş, 

yaralanmış,  müalicə  olunandan  sonra 

Moskva hərbi mühəndislik məktəbinə 

göndərilmişdir.  1943-1945-ci  illərdə 

SSRİ  Xalq  Daxili  İşlər  Komissarlığı 

qoşunları tərkibində vzvod komandiri 

olmuşdur.  Sovet  Ordusu  sıralarından 

tərxis  olunandan  sonra,  1946-1951-

ci  illərdə  ADU-nun  Şərqşünaslıq 

fakültəsində  təhsil  almışdır.  1946-

1951-ci illərdə ADU-nun şərqşünaslıq 

fakültəsində təhsil almışdır.

Şair 1949-cu ildən Azərbaycan Ya-

zıçılar Birliyinin üzvü olmuşdur. 1951-

1952-ci  illərdə  Moskvada  M.Qorki 

adına Ədəbiyyat İnstitutunun aspiran-

turasında təhsilini davam etdirmişdir. 

1957-1959-cu 

illərdə 


Xari-

ci  Ölkələrlə  Dostluq  və  Mədəni 

Əlaqələr  Azərbaycan  Cəmiyyətində 

şöbə  müdiri,  1965-1967-ci  illərdə 

“Azərnəşr”in  Bədii  ədəbiyyat  redak-

siyasında böyük redaktor, 1967-1968-

ci  illərdə  “Gənclik”  nəşriyyatında 

Bədii  ədəbiyyat  redaksiyasının  müdi-

ri,  1980-1982-ci  illərdə  Azərbaycan 

Mədəniyyət  Nazirliyinin  Mədəni-

Maarif idarəsində Repertuar redaksiya 

kollegiyasıın üzvü olmuşdur.

1982-ci  ildən  Azərbaycan  Aşıqlar 

Birliyinin sədri vəzifəsində işləmişdir. 

1991-ci ildə Azərbaycan Yazıçılar Bir-

liyi Ağsaqqallar Şurasının üzvü seçil-

mişdir.

Ədəbi  fəaliyyətə  İkinci  Dün-

ya  müharibəsi  illərində  başlamışdır. 

Onun librettosu əsasında 1957-ci ildə 

“Azad”  tamaşası  M.F.Axundov  adına 

Opera və Balet Teatrında, “Yolda” po-

eması əsasında yazdığı eyniadlı pyesi 

1974-cü ildə M.Qorki adına Gənc Ta-

maşaçılar  Teatrında  tamaşaya  qoyul-

muşdur.


1971-ci ildə “Dağ kəndi” poeması-

na görə “Qızıl Oraq” mükafatına layiq 

görülmüşdür. Əsərləri keçmiş SSRİ və 

bir sıra xarici ölkə xalqlarının dillərinə 

tərcümə olunmuşdur. Mahnılarına mu-

siqi bəstələnmişdir. 

1976-cı  ildə  Yuqoslaviyada  (Sara-

yevo) Beynəlxalq poeziya günlərinin, 

1979-cu ildə Liviyada SSRİ gunlərinin 

iştirakçısı,  1978-ci  ildə  Azərbaycan 

Dövlət mükafatı laureatı olmuş, 1989-

cu ildə isə “Azərbaycanın Xalq şairi” 

fəxri adına layiq görülmüşdür.

1992-ci  il  sentyabr  ayının  14-də 

Bakıda  vəfat  etmiş,  doğma  kəndində 

dəfn olunmuşdur.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin