192
Hüseyn Arif
1924-1992
İYUN
Hüseyn Camal oğlu Hüseynzadə
(Hüseyn Arif) 1924-cü il iyun ayının
15-də Azərbaycanın Ağstafa rayonu-
nun Yenigün kəndində anadan olmuş-
dur. Ağstafa şəhər yeddiillik məktəbini
bitirdikdən sonra, 1937-1940-cı illərdə
Bakı Pedaqoji məktəbində təhsil al-
mışdır.Əmək fəaliyyətinə Tovuz şəhər
orta məktəbində müəllim kimi baş-
lamışdır. İkinci Dünya müharibəsi
dövründə döyüşən ordu tərkibində Uk-
rayna cəbhəsində, Polşa, Çexoslovaki-
ya və Almaniya ölkələlərində olmuş,
yaralanmış, müalicə olunandan sonra
Moskva hərbi mühəndislik məktəbinə
göndərilmişdir. 1943-1945-ci illərdə
SSRİ Xalq Daxili İşlər Komissarlığı
qoşunları tərkibində vzvod komandiri
olmuşdur. Sovet Ordusu sıralarından
tərxis olunandan sonra, 1946-1951-
ci illərdə ADU-nun Şərqşünaslıq
fakültəsində təhsil almışdır. 1946-
1951-ci illərdə ADU-nun şərqşünaslıq
fakültəsində təhsil almışdır.
Şair 1949-cu ildən Azərbaycan Ya-
zıçılar Birliyinin üzvü olmuşdur. 1951-
1952-ci illərdə Moskvada M.Qorki
adına Ədəbiyyat İnstitutunun aspiran-
turasında təhsilini davam etdirmişdir.
1957-1959-cu
illərdə
Xari-
ci Ölkələrlə Dostluq və Mədəni
Əlaqələr Azərbaycan Cəmiyyətində
şöbə müdiri, 1965-1967-ci illərdə
“Azərnəşr”in Bədii ədəbiyyat redak-
siyasında böyük redaktor, 1967-1968-
ci illərdə “Gənclik” nəşriyyatında
Bədii ədəbiyyat redaksiyasının müdi-
ri, 1980-1982-ci illərdə Azərbaycan
Mədəniyyət Nazirliyinin Mədəni-
Maarif idarəsində Repertuar redaksiya
kollegiyasıın üzvü olmuşdur.
1982-ci ildən Azərbaycan Aşıqlar
Birliyinin sədri vəzifəsində işləmişdir.
1991-ci ildə Azərbaycan Yazıçılar Bir-
liyi Ağsaqqallar Şurasının üzvü seçil-
mişdir.
Ədəbi fəaliyyətə İkinci Dün-
ya müharibəsi illərində başlamışdır.
Onun librettosu əsasında 1957-ci ildə
“Azad” tamaşası M.F.Axundov adına
Opera və Balet Teatrında, “Yolda” po-
eması əsasında yazdığı eyniadlı pyesi
1974-cü ildə M.Qorki adına Gənc Ta-
maşaçılar Teatrında tamaşaya qoyul-
muşdur.
1971-ci ildə “Dağ kəndi” poeması-
na görə “Qızıl Oraq” mükafatına layiq
görülmüşdür. Əsərləri keçmiş SSRİ və
bir sıra xarici ölkə xalqlarının dillərinə
tərcümə olunmuşdur. Mahnılarına mu-
siqi bəstələnmişdir.
1976-cı ildə Yuqoslaviyada (Sara-
yevo) Beynəlxalq poeziya günlərinin,
1979-cu ildə Liviyada SSRİ gunlərinin
iştirakçısı, 1978-ci ildə Azərbaycan
Dövlət mükafatı laureatı olmuş, 1989-
cu ildə isə “Azərbaycanın Xalq şairi”
fəxri adına layiq görülmüşdür.
1992-ci il sentyabr ayının 14-də
Bakıda vəfat etmiş, doğma kəndində
dəfn olunmuşdur.
Dostları ilə paylaş: