191
Milli ədəbiyyat
110
illiyi
Məmməd Arif
1904-1975
İYUN
Məmməd Arif Məhərrəm oğlu
Dadaşzadə 1904-cü il iyun ayının 10-
da Bakı şəhərində anadan olmuşdur.
1925-1931-ci illərdə ADU-nun (indi-
ki BDU) Şərq fakültəsini bitirmiş,
Moskvada Sovet Şərq Xalqları Elmi-
Tədqiqat İnstitutunun aspiranturasına
daxil olmuşdur.
Məmməd
Arif
1932-1938-ci
illərdə Azərbaycan Maarif Komis-
sarının müavini, eyni zamanda APİ-
nin Rus ədəbiyyatı kafedrasının baş
müəllimi, dosent işləmiş, ADU-nun
Rus ədəbiyyatı kafedrasının müdi-
ri təyin edilmişdir. Keçmiş SSRİ EA
Azərbaycan filialının Ədəbiyyat və
Dil İnstitutunda baş elmi işçi, 1957-
1959-cu illərdə İnstitutun direktoru
vəzifəsində işləmişdir.
Görkəmli alim 1936-cı ildən
Azərbaycan Yazıçılar Birliyinin
üzvüdür. O, 1941-1945-ci illərdə
“Vətən uğrunda” jurnalının redak-
toru olmuş, Azərbaycan EA Rəyasət
Heyəti nəzdində olan Terminologiya
Komitəsinin sədri kimi çalışmışdır.
O, 1954-cü ildə “Cəfər Cabbarlının
yaradıcılıq yolu” mövzusunda doktor-
luq dissertasiyasını müdafiə etmiş, fi-
lologiya elmləri doktoru, professor adı
almışdır.
1955-ci ildə Azərbaycan EA-nın
müxbir üzvü, üç il sonra isə həqiqi
üzvü seçilmişdir.
1959-cu ildə EA-nın ictimai elmlər
bölməsinin akademik katibi, 1960-cı
ildə vitse-prezidenti olmuş, ömrü-
nün sonuna kimi bu vəzifədə işləmiş,
məhsuldar əməyinə görə “Əməkdar
elm xadimi” fəxri adına layiq görül-
müşdür.
Professor EA-nın “Dünya ədəbiy-
yatının inkişaf qanunauyğunluqları”
problemi üzrə elmi şurasının Moskva-
da çıxan “Qısa ədəbiyyat ensiklopedi-
yası”nın redaksiya heyətinin üzvü idi.
Məmməd Arif 1946-cı il İran ya-
zıçılarının I konqresində, 1960-cı
ildə şərqşünasların XXI Beynəlxalq
konqresində iştirak etmiş, Azərbaycan
Ali Sovetinin deputatı və sədri olmuş-
dur.
1974-cü ildə Azərbaycan Dövlət
mükafatı laureatı, iki dəfə “Qırmızı
Əmək Bayrağı” ordeni ilə təltif edil-
mişdir.
Məmməd Arif Dadaşzadə 1975-ci
il dekabr ayının 27-də Bakıda vəfat
etmiş, Fəxri Xiyabanda dəfn olunmuş-
dur.
Alimin ölümündən sonra Azərbay-
can Yazıçılar Birliyinin kitabxanasına,
Bakı küçələrindən birinə onun adı ve-
rilmişdir.
Dostları ilə paylaş: