Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə240/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   236   237   238   239   240   241   242   243   ...   507
16

Ə d ə b i y y a t

Seçilmiş əsərləri [Mətn] 

/R.Z.Xəndan.- Bakı: Şərq-

Qərb, 2004.- 360 s.

İsmayıloğlu, A. Yazıçılar 

Birliyində - Rəfiq Zəka-70 

[Mətn] /A.İsmayıloğlu            

//Ədəbiyyat qəzeti.- 2009.- 

19 iyun.- S.3.

Xəlilzadə, F. Ömür bitər, 

yol bitməz [Mətn]: Rəfiq 

Zəka-70 /F.Xəlilzadə         

//Azərbaycan.- 2009.- 23 

iyun.- S. 7.

Məhərrəmova, T. 

Nəğməkar şair [Mətn] 

/T.Məhərrəmova //Kaspi.- 

2011.- 15 iyun.- S.15.

İ n t e r n e t d ə

www.anl.az

www.azerbaycanli.org

www.az.wikipedia.org

75  

illiyi

Şair

Milli ədəbiyyat


194

Abbasqulu ağa Bakıxanоv 

(Qüdsi)

1794-1847 

İYUN

Abbasqulu ağa Bakıxanov 1794-cü 

il  iyun  ayının  21-də  Bakı  şəhəri  ya-

xınlığında  Əmircan  (köhnə  adı  Xilə) 

kəndində varlı bir ailədə anadan olmuş-

dur.  Onun  atası  II  Mirzə  Məhəmməd 

xan Bakı xanları nəslindən, anası Sofi-

ya xanım isə müsəlmanlığı qəbul etmiş 

gürcü qızı idi. Bakıxanov səkkiz yaşına 

qədər Bakıda yaşamış, uşaqlığının ilk 

dövrünü Abşeronun  Əmircan,  Maşta-

ğa, Balaxanı, Ramana kəndlərində ke-

çirmişdir. İlk təhsilinə Bakıda başlamış, 

Qubada davam etdirmişdir. Qubada bi-

likli ruhanilərdən fars və ərəb dillərini 

mükəmməl öyrənmişdir. Müntəzəm və 

əsaslı  təhsil  A.Bakıxanova  Firdovsi, 

Xəyyam,  Nizami,  Xaqani,  Mövlanə, 

Rumi, Sədi, Hafiz kimi Yaxın Şərqdə 

tanınmış  alim  və  mütəfəkkirlərin 

əsərləri ilə tanış olmağa imkan yarat-

mışdır. O, gənclik illərində rus dili ilə 

də maraqlanmış, sonralar Tiflisdə onu 

mükəmməl öyrənmişdir. 

1819-cu  ildə  Bakıxanov  general 

Yermolovun dəvəti ilə Tiflisə gəlib Qaf-

qaz Baş Hərbi İdarəsində Şərq dilləri 

tərcümanı  vəzifəsinə  qəbul  olunmuş 

və  26  il  bu  vəzifədə  çalışmışdır. Ab-

basqulu  ağa  Bakıxanov  Azərbaycan 

elmi  tarixində  mühüm  rolu  olan  bö-

yük    alimdir.  Onun  birinci  elmi  əsəri 

1831-ci ildə fars dilinin qanun və qay-

dalarını  təlim  edən  “Qanuni-Qüdsi” 

adlı  əsərdir.  1835-ci  ildən  etibarən 

Bakıxanov  atasının  Əmsar  kəndində 

olan  malikanəsində  yaşayır,  elmi  və 

ədəbi  fəaliyyətini  davam  etdirərək, 

“Əsrarül-mələküt”,  “Təhzibül-əxlaq”, 

“Eynül-mizan”, 

“Gülüstani-İrəm” 

kimi  əsərlərini  yazaraq  böyük  şöhrət 

qazanır.   Bu illərdə o, Qubada “Gülüs-

tan” adında ədəbi məclis təşkil edərək, 

Qubanın az-çox tanınmış şair və ziya-

lılarını bu məclisə toplamışdır.

A.Bakıxanov görkəmli alim olduğu 

kimi,  həm  də  istedadlı  şair  idi.  Bədii 

irsi  lirik  və  epik  əsərlərdən  ibarətdir. 

Onun  maraqlı  satirik  şeirləri  də  var-

dır. “Təbriz əhlinə xitab” şeiri XIX əsr 

Azərbaycan  poeziyasında  zadəgan  və 

ruhanilər əleyhinə ilk ictimai satiradır. 

Bakıxanovun  “Kitabi-Əsgəriyyə” 

hekayəsi  isə  Azərbaycan  nəsrinin  ilk 

nümunələrindəndir. Əsərdə iki gəncin 

məhəbbətindən  bəhs  olunur,  onların 

səadətinə  mane  olan  feodal  qayda-

qanunları tənqid edilir. 

Abbasqulu  ağa  Bakıxanovun  dil, 

coğrafiya, tarix, astronomiya, məntiq, 

psixologiya və sair elmlərə aid əsərləri 

onun  hərcəhətli  bir  alim  olduğunu 

göstərməkdədir.  Ömrünün  sonlarında 

o, Yaxın Şərqi səyahətə çıxmışdır.

1847-ci  ildə  Abbasqulu  ağa  Bakı-

xanov Məkkədən Mədinəyə gedərkən 

Vadiyi-Fatimə  adlanan  yerdə  vəba 

xəstəliyinə  tutularaq  vəfat  etmiş  və 

həmin yerdə dəfn edilmişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin