Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə243/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   239   240   241   242   243   244   245   246   ...   507
26

Ə d ə b i y y a t

Onun qayğısı nəticəsində 

Milli Teatrımız inkişaf 

dövrünü yaşadı [Mətn]: 

[ümummilli lider 

Heydər Əliyev haq.] 

/M.Fərzəlibəyov //İki sa-

hil.- 2008.- 7 may.- S. 8.

Akademik Milli Dram 

Teatrı əsaslı təmirdən 

sonra ilk dəfə tamaşaçı-

ları “Qarabağnamə” ilə 

salamlamışdır [Mətn]     

//Azərbaycan.- 2011.- 11 

mart.- S. 2.

Xəlilzadə, F. Səhnəyə 

sığmayan arzular 

[Mətn] /F.Xəlilzadə                         

//Azərbaycan.- 2009. - 25 

iyun.- S.7.

İ n t e r n e t d ə

www.anl.az

www.azerbaycanli.org

www.az.wikipedia.org

65 

illiyi

Rejissor

Teatr.Kino


197

90 

illiyi

Məlik Dadaşov

1924-1996

İYUN

Məlik  Yusif  oğlu  Dadaşov  1924-

cü il iyun ayının 27-də Bakı şəhərində 

doğulmuşdur.  1950-ci  ildə  Azərbaycan 

Teatr  İnstitutunu  bitirdikdən  sonra 

M.Əzizbəyov  adına  Akademik  Dram 

Teatrına  işə  gəlmiş  və  burada  ilk  dəfə 

H.Muxtarovun “Ailə namusu” pyesində 

oynamışdır. 

Onun  yaradıcılığının  başlanğıcı 

Azərbaycan  milli  teatr  sənətinin  güc-

lü  inkişaf  dövrünə  təsadüf  etmişdir.  O 

vaxt  səhnəmizdə  Ələsgər  Ələkbərov, 

Mehdi Məmmədov, Adil İsgəndərov və 

onlarla digər sənət korifeyləri çalışırdı. 

Bu münbit sənət mühiti onun yaradıcı-

lıq bioqrafiyasına güclü təsir göstərmiş 

və  tezliklə  onu  səhnəmizin  qüdrətli 

sənətkarları sırasına çıxarmışdır.

Məlik  Dadaşovun  Azərbaycan  akt-

yorluq  məktəbinin  formalaşmasında 

xüsusi xidmətləri olmuşdur. O, klassik 

və müasir aktyor sənətinin sintezindən 

yaranan  bir  ifa  tərzi  seçmişdi.  Aktyor 

dramatik rolların mahir ifaçısı idi.  Ya-

ratdığı  obrazların  ifası  üçün  elə  gözəl 

ifadə  vasitələri  tapırdı  ki,  hətta  tarixi 

qəhrəmanlar  belə  reallığa  çox  yaxın-

laşırdı.  Tarixi  səxsiyyətlər  aktyorun  

ifasında  çox  real  alınırdı.  Kinorejissor 

Əjdər İbrahimov onu bir neçə filmində 

çəkmişdi.  “İyirmialtılar”  və  “Ulduzlar 

sönmür” filmlərində o, M.Əzizbəyovun 

və N.Nərimanovun çox real obrazlarını

 

ekranda əbədiləşdirə  bilmişdi. Xalq ya-



zıçısı  İ.Əfəndiyevin  “Atayevlər  ailəsi” 

pyesi  əsasında  hazırlanmış  televiziya 

tamaşasında M.Dadaşovun yeni amplu-

ada yaratdığı Atayev obrazı çox uğurlu 

ekran qəhrəmanı idi.

Məlik Dadaşov teatrda ömrünün so-

nuna kimi çalışmışdır. V.Şekspirin “On 

ikinci  gecə”,  L.Tolstoyun  “Canlı  me-

yit”,  S.Vurğunun  “Fərhad  və  Şirin”, 

Ş.Qurbanovun  “Sənsiz”,  İ.Qasımovun 

“Nağıl  başlananda”  və  s.  tamaşalar-

da  onun  yaratdığı  obrazlar  bu  gün  də 

xatirələrdən silinməmişdir. 

1980-ci  illərdən  Azərbaycan  Dövlət 

Mədəniyyət  və  İncəsənət  Universite-

tində aktyor sənətindən dərs demişdir. 

Məlik Dadaşov bir çox filmlərdə baş 

rollara çəkilmiş və yadda qalan obrazlar 

yaratmışdır.  Bunlardan  “Bir  məhəlləli 

iki  oğlan”,  “26  Bakı  komissarı”,  “Dəli 

Kür”, “Ulduzlar sönmür”, “Axırıncı aşı-

rım”, “Mezozoy əhvalatı”, “Fəryad” və 

s. misal göstərmək olar.

Aktyor  ömrünün  son  illərində 

S.Vurğun adına Azərbaycan Dövlət Rus 

Dram Teatrında  çalışmışdır.  Bu  teatrda 

direktor kimi çalışdığı dövrdə teatrın re-

pertuarı xeyli zənginləşmiş, buraya yeni 

yaradıcı qüvvələr cəlb olunmuşdur. 

Aktyorun  fəaliyyəti  yüksək  qiy-

mətləndirilmiş  və  ona  1974-cü  ildə 

“Azərbaycan SSR Xalq artisti” fəxri adı 

verilmiş,  müxtəlif  orden  və  medallarla 

təltif olunmuşdur. 

İstedadlı aktyor, Dövlət mükafatı la-

ureatı Məlik Dadaşov 1996-cı il dekabr 

ayının 3-də vəfat etmişdir.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin