193
Rəfiq Zəka Xəndan
1939-1999
İYUN
Rəfiq Cəfər oğlu Xəndan (Rəfiq
Zəka Xəndan)
1939-cu il iyun ayının
16-da Bakıda dünyaya gəlmişdir.
Rəfiq Zəka Azərbaycan ədəbiy-
yatında fərqli dəst-xətti ilə seçilən
sənətkarlardan idi. İstedadlı şair,
ədəbiyyatşünas-alim və filosofun ilk
şeir kitabı olan “Çağlayan” 1962-ci ildə
nəşr olunmuşdur. Kitabdakı şeirlərin
böyük qismi və “Səni düşünürəm” po-
eması çox sevdiyi şair Mikayıl Müşfiqə
həsr olunmuşdur.
“Axırı yaxşı olar” (1968), “Mənim
əziz vəhşiciyim” (1970) musiqili ko-
mediyalarının, “Füzuli” və “Söyüdlər
ağlamaz” operalarının mətnlərinin
müəllifidir.
Rəfiq Zəka Xəndan ötən əsrin 80-
90-cı illərində Azərbaycan-Türkiyə
ədəbi əlaqələrinin inkişafında mühüm
rol oynamışdır. Dəfələrlə Türkiyənin
bir çox şəhərlərində keçirilən elmi
konqreslərdə, beynəlxalq konfranslar-
da və simpoziumlarda iştirak edən şair
demək olar ki, bu əlaqələrin özülünü
qoyanlardan olmuşdur. Həmin illərdə
Rəfiq Zəka Türkiyədə nəşr edilən
“SIZE”, “Tanıtım” kimi məşhur türk
jurnallarında Azərbaycan şair və yazı-
çıları haqqında yazılar dərc etmiş, ya-
radıcılıqlarını işıqlandırmışdır.
Şairin Türkiyədə kitabları çap olun-
muş, haqqında monoqrafiyalar nəşr
edilmiş, yaradıcılığından məhəbbətlə,
böyük qürurla söz açılmışdır.
R.Z.Xəndan həm də bir alim kimi
diqqət mərkəzində olmuş, klassik Şərq
ədəbiyyatını, ərəb və fars dillərini,
eləcə də Türkiyə türkcəsini dərindən
bilmişdir. Türk dünyasının görkəmli
söz ustadları haqqında monoqrafiyalar
nəşr etdirmişdir. Gözəl dramaturq olan
Rəfiq Zəka, dünya klassik ədəbiyyatı
nümunələrini tərcümə etmişdir.
R.Z.Xəndan həm də nəğməkar-şair
idi. Tanınmış bəstəkarların, demək olar
ki, əksəriyyəti onun şeirlərinə mah-
nılar bəstələmişlər. Bu mahnılardan
“Ana Kür”, “Səadət”, “Qarabağım” bu
gün də müğənnilərin repertuarında ge-
niş yer alır. Heca və əruz vəznlərində
əsərlər yaradan şairin əsərlərinin əsas
mövzusu Türkçülük, Vətən sevgisi,
məhəbbət, qəhrəmanlıq, öyüd nəsihət
kimi mövzular idi.
Fəlsəfə
üzrə
doktor
Rəfiq
Zəka Xəndan Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universiteti-
nin professoru kimi pedaqoji fəaliyyət
göstərmiş, universitetdə estetikadan
mühazirələr oxumuşdur.
30-a qədər kitabın müəllifidir.
Şair 1987-ci ildə “Azərbaycan
Respublikasının Əməkdar incəsənət
xadimi” fəxri adına layiq görülmüş,
Azərbaycan Dövlət mükafatı laureatı
olmuşdur.
Rəfiq Zəka Xəndan 1999-cu il yan-
var ayının 7-də vəfat etmişdir.
Dostları ilə paylaş: