Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə242/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   238   239   240   241   242   243   244   245   ...   507
29

Ə d ə b i y y a t

Atlantlar [Mətn]: şeirlər 

/Ç.Əlioğlu.- Bakı: Aspo-

liqraf, 2006.- 664 s.

Çərçivə [Mətn] 

/Ç.Əlioğlu.- Bakı: Təhsil 

MMC, 2010.- 363 s.

Abdulla, M. Dörd ölçü-

nün bir məqamı [Mətn] 

/M.Abdulla //525-ci 

qəzet.- 2012.- 14 sent-

yabr.- S. 7.

Hüseyn, F. Tələbəsinin 

xatirələrindəki Çin-

giz Əlioğlu [Mətn] 

/F.Hüseyn //Kaspi.- 

2011.- 2-4 iyul.- S. 19.

İ n t e r n e t d ə

www.anl.az

www.azerbaycanli.org

www.az.wikipedia.org

70  

illiyi

Şair

Milli ədəbiyyat


196

Mərahim Fərzəlibəyov

1949

İYUN

Mərahim Fərzəli oğlu Fərzəlibəyov 

1949-cu  il  iyun  ayının  26-da  Bakıda 

anadan  olmuş,  56  saylı  orta  məktəbi 

bitirmişdir. 

Səhnəyə  orta  məktəbdən  maraq 

gös-tərmiş,  ali  təhsil  almaq  üçün  Le-

ninqrada (indiki Sankt-Peterburq) get-

mişdir.  Burada  Dövlət  Teatr  Musiqi 

Kinematoqrafıya İnstitutunun rejissor-

luq fakültəsinə daxil olmuşdur. Diplom 

işi  kimi  Azərbaycan  Dövlət  Musiqili 

Komediya  Teatrının  rus  bölməsində 

dramaturq  Maykl  Stüartın  Bəstəkar 

Cerri Germanın “Hello Doli” müzikl-

operettasını  tamaşaya  hazırlamışdır. 

Bundan  sonra  isə  bütün  yaradıcılığı 

boyu bir daha operetta janrına müraciət 

etməmiş, yalnız dram teatrında tama-

şalar hazırlamışdır. İnstitutda təhsilini 

başa vurandan sonra təyinatı Çeçenis-

tan  Muxtar  Respublikasının  paytaxtı 

Qroznı  şəhərindəki  Mixail  Lermon-

tov  adına  Dövlət  Rus  Dram  Teatrına 

verilmiş,  mövcud  təyinat  qaydasına 

əsasən iki il bu teatrda quruluşçu rejis-

sor işləmişdir. Bu təcrübəli kollektivdə 

Tennessi  Uilyamsın  “Arzu  tramvayı” 

dramına,  Jan  Batist  Molyerin  “Tar-

tüf”  komediyasına,  Boris  Vasilyevin 

“Qış  gecəsinin  nağılı”  pyesinə,  Alla 

Sokolovanın  “Faryatevin  fantaziyası” 

psixoloji  tragikomediyasına,  Yevgeni 

Sefip və Nikolay Novitskinin “Yegel-

yanın  səadəti”,  uşaqlar  üçün  Sergey 

Mixalkovun “Lovğa dovşan” nağılına 

maraqlı səhnə quruluşları vermişdir.

Sonra  Sumqayıt  Dövlət  Dram 

Teatrında  baş  rejissor  işləmişdir. 

Azərbaycan  Mədəniyyət  Nazirliyinin 

əmri ilə 1981-ci ildə Akademik Milli 

Dram Teatrına rejissor təyin olunmuş-

dur. Burada əsasən çağdaş Azərbaycan 

dramaturqlarının,  həmçinin  dünya 

klassiklərinin əsərlərinə müxtəlif janr-

larda səhnə quruluşları vermişdir.

Teatr  sənətinin  inkişafında  göstər-

diyi xidmətlərə, rejissorluqda qazandı-

ğı nailiyyətlərə görə 1982-ci il dekabr 

ayının  1-də  “Azərbaycan  Respubli-

kasının  Əməkdar  artisti”,  2000-ci  il 

oktyabr ayının 28-də isə “Xalq artisti” 

fəxri adları ilə təltif olunmuşdur.

2006-cı  il  yanvar  ayının  12-də 

Azərbaycan Respublikası Mədəniyyət 

Nazirliyinin  əmri  ilə Akademik  Milli 

Dram Teatrına baş rejissor təyin olun-

muş, 12 may 2010-cu ildə öz xahişi ilə 

teatrın baş rejissoru vəzifəsindən azad 

edilmişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   238   239   240   241   242   243   244   245   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin