Rafiq Zəka Xəndan-75



Yüklə 10,79 Kb.
tarix30.11.2016
ölçüsü10,79 Kb.
#521
Rafiq Zəka Xəndan-75

Rəfiq Cəfər oğlu Xandan (Rəfiq Zəka Xəndan) 1939-cu il iyun ayının 16-da Bakıda dünyaya gəlmişddir.Rəfiq Zəka Azərbaycan ədəbiyyatında fərqli dəst-xətti ilə seçilən sənətkarlardan idi. İstedadlı şair. ədəbiyyatçünas-alim və filosofun ilk şer kitabı olan “Çağlayan” 1962-ci ildə nəşr olunmuşdur.Kitabdakı çerirlərin böyük qismi və “Səni düşünürəm” poeması çox sediyi şair Mikayıl Müçfiqə həsr olunmuşdur. “Axırı yaxşı olar “(1968),”Mənim əziz vəhşiciyim” (1970) müsiqili komediyalarının, “Füzuli” və “Söyüdlər ağlamaz” operalarının mətnlərinin müəllifidir. Rəfiq Zəka Xəndan ötən əsrin 80-90-ci illərində Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafında mühüm rol oynamışdır. Dəfələrlə Türkiyənin bir coş şəhərlərində keçirlən elmi konqreslərdə, beynəlxalq konfranslarda və simpozimlarda iştirak edən şair demək olar ki, bu əlaqələrin özülünü qoyanlardan olmuşdur.Həmin İllərdə Rəfiq Zəka Türkiyədə nəşr edilən “SIZE”,”Tanıtım “kimi məşhur türk jurnallarında Azərbaycanda şair və yazıçıları haqqında yazılar dərc etmiş,yaradıcılıqlarını işıqlandirmışdır.Şairin Türkiyədə kitabları çap olunmuş, haqqında monoqrafiyalar nəşr edilmiş,yaradıclığından məhəbbətlə,böyük qürurla söz açılmışdır.R.Z. Xandan həm də bir alim kimi diqqət mərkəzində olmuş,klassik Şərq ədəbiyyatını, ərəb və fars” dillərini,eləcə də Türkiyə türkcəsini dərindən bilmişdir. Türk dünyasının görkəmli söz ustadları haqqında monoqrafiyalar nəşr etdirmişdir. Gözəl dramaturq olan Rəfiq Zəka Xəndan həm də nəğməkar-şair idi.Tanınmış bəstəkarların, demək olar ki,əksəriyyəti onun şeirlərinə mahnılar bəstələmişlər. Bu mahnılardan “Ana Kür”,”Səadət”, “Qarabağın”bu gün də müğənnilərin repertuarından geniş yer alır. Heca və əruz vəznlərində əsərlər yaradan şairin əsərlərinin əsas mövzusu Türçülük, Vətən sevgisi,məhəbbət, qəhrəmanlıq,öyüd nəsihət kimi mövzular idi.Fəlsəfə üzrə doktor Rəfiq Zəka Xəndan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin porfessoru kimi pedaqoji fəaliyyət göstərmiş, universitetdə estetikadan mühazirələr oxumuşdur.30-a qədər kitabın müəllifidir.Şair 1987-ci ildə “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi”Fəxri adına layiq görülmüç, Azərbaycan Dövlət mükafatı laureatı olmuşdur.Rəfiq Zəka Xandan 1999-cu il yanvar ayının 7-də vəfat etmişdir.

Yubiley tədbirlərinin keçirilməsi

Azərbaycan poeziyasının qüdrətli sənətkarı,şair Rəfiq Zəka Xandanın yubileyi münasibətilə kitabxanada müxtəlif formada tədirlər hazırlamaq olar. Şairin kitablarının sərgisini təşkil etmək kitabxanaçının ümdə vəzifələrindən biridir. Sərgidə şairin müxtəlif illərdə çap olunmuş kitabları ilə yanaşı onun haqqında çap olunmuş kitabiçi məqalələr,dövrü mətuatda dərc olunmuş məqalələr,foto-şəkillər nümayiş oluna bilər.Sərgilərin hazırlanmasında şair haqqında deyilən sitatlardan da istifadə etmək olar.Rəfiq Zəka Xandanın 75 illiyi ilə əlaqədar sərginin sxemini vermək.

Başlıq: “Rəfiq Zəka Xandanın75”.

1. Ədəbi saniya.

2. Söyüdlər ağlamaz.

3. Könlümün yadıgarı.

4. Baharın heykəli.

5. Müşfiq incəlikləri.

6. Altı gül

7. Nur şəhəri. 

Ədəbiyyat siyahısı

1. Çağlayır,B.: Azərnəşr,1962.- 70 s. 

2. Meşədə,B.: Uşaqgəncnəşr,1964.- 40 s.

3. Altı gül B.: Azərnəşr, 1965.-20 s.

4. Şerlər, B.: Gənclik,1967.-108 s.

5. Ədəbi saniya, B.: Azərnəşr , 1969.- 98 s.

6. Nərmin, B.: Gənclik ,1970.-30 s.

7. Söyüdlər ağlamaz, B.: Azərnəşr, 1970.- 53 s.

8. Könlümün yadigarı, B.: Azərnəşr, 1974.- 118 s.

9. Səyahət,B.: İşıq,1975.- 30 s. 

10. Tanışlıq ,B.: İşıq, 1975.-30 s.

11. Baharın heykəli, B.: Gənclik,1976.- 230 s.

12. Nur şəhəri,B.: İşıq, 1977.-40 s.

13. Qızqayıt, B.: İşıq,1978.- 42 s.

14. Müşfiq incəlikləri,B.: Bilik. 1978.- 90 s.

15. Səadət,B.: Yazıçı,1979.-170 s.

16. Məhəmməd Hadı, B.: Bilik, 1979.-87 s.

17. Güllü nənənin Nazlı cücəsi,B.: Gənclik, 1979.-16 s.

18. Vətən kimlərindir? B.: Gənclik, 1980.-6000 nüs.

19. Vəsilə,B.:İşıq,1980.- 35 s.

20. Qəhrəman Mehdı, B.: İşıq, 1981.-72 s.

21. Cavid sənəti,B.:Bilik, 1981.- 90 s.

22. Gül balalar.B.: Gənclik, 1982.- 152 s.

23. Ömür bitər, yol bitməz, B.: Yazıçı, 1983.- 328 s.

24. Azərbaycanım ,B.: İşıq,1983.- 48 s.

25. Axıb gedən günlərimiz,B.: Gənclik. 1984.- 260 s.

26. Yurdum,ulusum,B.: Yazıçı, 318 s.

27. Dostlar sağ olsun,B.: Gənglik, 1988,248 s.

28. Ocaqdaşlarım (şerlər), B.: Yazıçı, 1990.- 376 s.

29. Seçilmiş əsərlər, B.: Azərnəşr, 1992.- 404 s.

30. Unudlmuş dahi (Əlibəy Hüseynzadə) , B.: “Qorqud” nəşiriyyatı,1994.- 60 s. 

31. Heydar baba ,B.: “Qarqud” nəşiriyyatı, 1993.- 30 s.

32. Dünyanın yarsı türkdür, B.: “Qorqud” nəşiriyyatı,1994.- 648 s

1. Seçilmiş əsərləri (R.Z. Xəndan- Bakı: Şərq- Qərb, 2007.-360 s.

2. İsmayıloğlu, A. Yazıçılar Birliyində- Rəfiq Zəka70 A. İsmayıloğlu (Ədəbiyyat qəzeti.-2009.-19 iyun.-s.3.

3. Xəlilzadə,F.Ömür bitər,yol bitməz Rəfiq Zəka -70 (F. Xəlilzadə// Azərbaycan.-2009.-2iyun.-s.7.



4. Məhərrəmova, T. Nəğməkar şair // T.Məhərrəmova // Kaspi.- 2011.-15 iyun.-s.15
Yüklə 10,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin