Kbt я25 uot (059) Baş redaktor


Milli ədəbiyyat 105



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə265/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   261   262   263   264   265   266   267   268   ...   507
215

Milli ədəbiyyat

105 

illiyi

Əbdüləzəl Dəmirçizadə

1909-1979

İYUL

Əbdüləzəl  Məmməd  oğlu  Dəmirçi-

zadə  1909-cu  il  iyul  ayının  8-də  Şəki 

şəhərində  anadan  olmuşdur.  O,  ibtidai 

və  orta  təhsilini  Şəkidə  almışdır.  Şəki 

Müəllimlər  Seminariyasını  bitirdikdən 

sonra  1925-ci  ilin  sentyabr  ayında  2 

saylı  şəhər  məktəbində  müəllim  kimi 

əmək fəaliyyətinə başlamışdır. Onun ilk 

məqaləsi də həmin ildə “Yeni Məktəb” 

məcmuəsində dərc edilmişdir. 

O,  1929-cu  ildə  ADU-nun  (indiki 

BDU)  pedaqoji  fakültəsinə  daxil  ol-

muş, 1933-cü ildə APİ-nin Dillər kafed-

rasının aspirantı olmuş, həm də kafed-

rada müəllim işləmişdir. 1940-1943-cü 

illərdə ADU-da, 1943-cü ildən ömrünün 

sonuna  qədər  isə  APİ-də  Azərbaycan 

dilçiliyi  kafedralarına  rəhbərlik  etmiş-

dir.  1951-1960-cı  illərdə  Azərbaycan 

SSR  EA-nın  Nizami  adına  Dil  və 

Ədəbiyyat  İnstitutunda  Azərbaycan 

dili  tarixi  şöbəsinin  müdiri  olmuşdur. 

Əbdüləzəl  Dəmirçizadə  50-dən  çox 

elmlər namizədi və doktor hazırlamış-

dır. 1955-ci ildə Azərbaycan SSR EA-

nın müxbir üzvü seçilmişdir.

Ə.Dəmirçizadənin 1936-cı ildə ibti-

dai məktəbin III sinfi üçün “Türk dili” 

adlı ilk kitabı, 1938-ci ildə “Azərbaycan 

ədəbi dili tarixinin xülasələri” adlı ikinci 

kitabı işıq üzü görmüşdür. 1940-cı ildə 

ona filologiya elmləri namizədi alimlik 

dərəcəsi  verilmişdir.  Ə.Dəmirçizadə 

orta  məktəblər  üçün  “Qrammatika” 

(1938),  kar-lallar  üçün  “Azərbaycan 

dili”  (1941)    dərsliklərini  hazırla-

mışdır  ki,  bunlar  da  uzun  illər  tədris 

müəssisələrində  istifadə  olunmuşdur. 

4  il  sonra  “Azərbaycan  dilinin  tarixi 

(qədim  dövr)”  mövzusunda  doktorluq 

dissertasiyasını müdafiə etmiş, 1945-ci 

ildə isə professor elmi adına layiq gö-

rülmüşdür. 

Onun  20-dən  çox  kitabı,  200-dən 

artıq  elmi  və  elmi-metodik  məqaləsi 

çap  olunmuşdur.  Alimin  “Azərbaycan 

ədəbi  dili  tarixinin  xülasələri”  (1938), 

“M.F.Axundov  dil  haqqında  və Axun-

dovun  dili”  (1941),  “Azərbaycan  di-

linin  tarixi”  (1948),  “Azərbaycan 

ədəbi  dilinin  inkişaf  yolları”  (1959), 

“Kitabi-Dədə  Qorqud”  dastanının 

dili”  (1959),  “Azəri  ədəbi  dilinin  tari-

xi”  (1967),  “Azərbaycan  dilinin  tarixi 

qrammatikası”(1967), 

“Azərbaycan 

ədəbi dilinin tarixi (II hissə)” kitabları 

yalnız  Azərbaycan dilçiliyinin deyil,  türk 

aləminin xəzinəsini zənginləşdirmişdir. 

“Dilin lüğət tərkibi haqqında...” (1952), 

“Müasir  Azərbaycan  dilinin  əsas 

lüğət  tərkibi  və  qrammatik  quruluşu” 

(1965),  “Azərbaycan  dilinin  üslubiy-

yatı” (1962) adlı kitablarının müəyyən 

bölmələrini  Azərbaycan  dilinin  lüğət 

tərkibinin tədqiqinə həsr etmişdir. Onun 

“Müasir Azərbaycan dilinin fonetikası” 

kitabı  bu  nailiyyətlərin  önündə  gedən, 

dilçiliyimizin  qızıl  fonduna  daxil  olan 

əsərlərdəndir. İlk variantını 1947-ci ildə 

yazdığı  bu  əsəri  eksperiment  əsasında 

genişləndirərək  ayrıca  kitab  halın-

da  çap  etdirmiş  və  sonralar  daha  da 

təkmilləşdirərək dərsliyə çevirmişdir.

Azərbaycan  SSR  Əməkdar  elm  xa-

dimi,  Azərbaycan  SSR  Dövlət  mü-

kafatı  laureatı,  görkəmli  elm  xadimi 

Əbdüləzəl  Dəmirçizadə  1979-cu  ildə 

vəfat etmişdir. 

Paytaxt küçələrindən biri onun adını 

daşıyır. 




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   261   262   263   264   265   266   267   268   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin