217
Dünya ədəbiyyatı
115
illiyi
Ernest Heminquey
1899-1961
İYUL
Ə d ə b i y y a t
Zəng kimin üçün çalınır
[Mətn] /E.Heminquey;
tərc. ed. və ön sözün
müəl. H.Hacıyev; red.
İ.Həbibbəyli.- Bakı: Çaşı-
oğlu, 2004.- 424 s.
Əcəl zəngi [Mətn]
/E.Heminquey; tərc.
H.Hacıyev.- Bakı: Avrasi-
ya press, 2006.- 472 s.
İsmayılova, Səidə Fərrux
qızı. Ernest Heminqu-
ey: Tarixə realist baxış
[Mətn] /S.İsmayılova; elmi
red. və ön sözün müəllifi
Z.Ağayev.- Bakı, 2005.-
144 s.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedikia.org
www.lit.az
21
Amerika yazıçısı
Ernest Heminquey 1899-cu il iyul
ayının 21-də ABŞ-ın İlinoys ştatında
Ouk Park rayonunda anadan olmuş-
dur.
O, ilk yazılarını orta məktəb
illərində yazmış, məktəbin divar
qəzetinin redaktoru olmuşdur. Ernest
orta məktəbi bitirdikdən sonra “The
Kansas City Star” qəzetində köşə ya-
zarı kimi işləmişdir.
18 yaşı tamam olanda Birləşmiş
Ştatlar Birinci Dünya müharibəsinə
qoşulmuşdur.
Müəllifin “Hekayələr və üç şeir”
(1923), “Bizim zəmanəmizdə” (1924)
adlı ilk kitabları da Parisdə çıхmışdı.
1926-cı ildə isə “Günəş çıхır” romanı,
“Kişilərsiz qadınlar” (1927) kitabının
nəşrindən sonra Heminquey Parisdən
ABŞ-a qayıtmışdı. O, Florida ştatın-
da, Karib dənizi sahilindəki Ki-Vest
kurort şəhərciyində məskunlaşmış və
ikinci romanı “Əlvida, silah!”ı yazıb
başa çatdırmışdı. Nisbətən sonrakı
dövrün məhsulu olan “Zəng kimin
üçün çalınır” (1940) romanı ilə birlikdə
“Əlvida, silah!” üslub gözəlliyi və
ifadəliliyi baхımından Heminqueyin
ən yaхşı əsəri sayılır.
İspan korridasından bəhs edən “Gü-
nortadan sonra ölüm” (1932), yaхud
“Afrikanın yaşıl təpələri” (1935)
sənədli povestləri, bu dövrün ən uğur-
lu əsərləri “Frensis Makomberin ani
хoşbəхtliyi” və “Klimancaro qarı”
(1932) kimi hekayələrin müəllifidir.
İspaniyadakı vətəndaş müharibəsi
Heminqueyin bir sıra diqqətəlayiq
cəhətlərini üzə çıхarmışdı. “Beşinci
dəstə” (1937) pyesi və “Zəng kimin
üçün çalınır?” (1940) romanı bu döv-
rün acı ibrət dərslərinin nəticəsi kimi
meydana çıхmışdı.
1949-cu ildə yazıçı yenidən Kuba-
ya gedərək, burada yaşamağa başladı.
1952-ci ildə ona dünya şöhrəti
gətirəcək “Qoca və dəniz” povestini
yazdı. Bu povest beynəlxalq aləmdə
dərhal böyük əks-sədaya səbəb oldu.
1953-cü ildə bu əsərə görə Ernest
Heminqueyə beynəlxalq “Pulitser”
mükafatı verildi.
1954-cü ildə isə Ernest Heminquey
Nobel mükafatına layiq görüldü. Bun-
dan sonra, 1956-cı ildə yazıçı “Həmişə
səninlə olan bayram” adlı avtobioqra-
fik əsərini yazdı. Əsərdə onun 1920-ci
illərdə Parisdə keçirdiyi həyatından
bəhs olunur. Bu əsər Heminqueyin
ölümündən sonra çapdan çıxdı.
Ernest Heminquey 1962-ci il iyul
ayının 2-də Ketçumdakı evində silah-
la özünə qəsd edərək vəfat etmişdir.
218
Heykəltəraşlıq.Rəssamlıq.Memarlıq
Dostları ilə paylaş: |