Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə275/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   271   272   273   274   275   276   277   278   ...   507
Ə d ə b i y y a t

Neft texnologiyası [Mətn] /R.H.İsmayılov, C.Ə.Hüseynov; [red. M.M.Məlik-zadə] II hissə.-Bakı: Azərneftnəşr, 1957.- H.2.- 

331 s.

İsmayılov Rüstəm Hacı Əli oğlu  [Mətn] //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.- Bakı, 1980.- C.IV.- S.551.

İ n t e r n e t d ə

www. anl.az

www.az.wikipedia.org

www.science.gov.az

1

Akademik


224

Tarixdə bu gün

20 

ili

Azərbaycan Pоlisi Günü

1998

Bakı metrosunda terror

1994

İYUL

Hər gün on minlərlə insanın istifadə 

etdiyi metropoliten nə yazıq ki, terror-

çuların  hədəfinə  çevrilə  bilir.  Yüksək 

gərginlik,  havasızlıq  və  dərinlik  hər 

hansı terror aktının qurbanlarının sayı-

nı daha da artırır. Buna görə də, digər 

ictimai nəqliyyatdan fərqli olaraq, met-

roda yoxlamalar daha intensiv aparılır. 

İndi hansısa ölkədə videonəzarət və po-

lis nəzarəti olmayan metropoliten tap-

maq çətindir. Bununla belə, terrorçular 

bu və ya digər formada “yerin altına” 

sızmağı bacarırlar.

3 iyul 1994-cü il erməni terrorizmi 

Azərbaycana  qarşı  növbəti  cinayətini 

həyata  keçirib.  Bakı  metropoliteninin 

28 may - Gənclik stansiyaları arasında 

hərəkət edən qatarda törədilmiş partla-

yış nəticəsində 13 nəfər həlak olmuş, 42 

nəfər  müxtəlif  dərəcəli  bədən  xəsarəti 

almışdır.  Terror  aktı  Azərbaycan 

vətəndaşı, Qarabağ müharibəsində əsir 

düşmüş  və  Ermənistan  xüsusi  xidmət 

orqanları tərəfindən məxfi əməkdaşlığa 

cəlb  edilmiş  Azər  Aslanov  tərəfindən 

törədilmişdir.  O,  aksiyanı  Ermənistan 

xüsusi xidmət orqanlarının təlimatı ilə 

həyata keçirdiyini etiraf etmişdir. 

Azərbaycan  Xalq  Cümhuriyyəti 

Nazirlər  Şurasının  sədri  və  Daxili 

İşlər  naziri  Fətəli  xan  Xoyski  1918-

ci il  2 iyul tarixində ölkədə ilk polis 

bölümünün  yaradılması  barədə  əmr 

vermişdir.  Bununla  da  Azərbaycan 

polis  orqanlarının  əsası  qoyulmuş-

dur.  Azərbaycan  polisi  yarandığı 

gündən xalqın və dövlətin mənafeyinə 

ləyaqətlə  xidmət  etmiş,  asayişin  və 

təhlükəsizliyin  mühafizəsi,  sabitli-

yin  və  əmin-amanlığın  qorunması, 

cinayətkarlığa  qarşı  mübarizə  kimi 

məsuliyyətli vəzifələri vicdanla yerinə 

yetirmişdi. AXC  süqut  etdikdən  son-

ra,  bolşevik  diktaturası  bütün  milli 

dövlət  və  hüquq-mühafizə  strukturla-

rını, o cümlədən milli polisi ləğv etdi. 

Əvəzində “milis” adlandırılan bir qu-

rum yaradıldı.

Azərbaycan  yenidən  müstəqilliyə 

qovuşduqdan  sonra  polis  adı  bərpa 

olundu,  onun  funksiya  və  vəzifələri 

dəqiqləşdirildi.  Ulu  öndər  Heydər 

Əliyevin  1998-ci  il  24  may  tarixli 

Fərmanı  ilə  1918-ci  ildə Azərbaycan 

Demokratik Respublikası Daxili İşlər 

Nazirliyinin  tərkibində  ilk  polis  or-

qanlarının  təsis  edildiyi  gün  -  2  iyul 

Azərbaycan polisi günü elan edilmiş-

dir.



Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   271   272   273   274   275   276   277   278   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin