225
İYUL
Tarixdə bu gün
70
illiyi
Beynəlxalq Valyuta Fondu
1944
Beynəlxalq Valyuta Fondu – val-
yuta münasibətləri sahəsində qlobal
əməkdaşlığı stimullaşdırmaq, maliyyə
stabilliyini təmin etmək, beynəlxalq
ticarətə köməklik etmək, yüksək
məşğulluq səviyyəsini və davamlı iqti-
sadi artımı təmin etmək, və bütün dün-
yada yoxsulluğun azaldılması məqsədilə
fəaliyyət göstərən, 186 ölkədən ibarət
Beynəlxalq maliyyə təşkilatlarından bi-
ridir.
Əsası 1944-cü ildə ABŞ-ın Hempşir
ştatının Bretton-Vuds əyalətində BMT-
nin valyuta konfransında qoyulub.
Beynəlxalq Valyuta Fondu rəsmi olaraq
1945-ci ilin dekabr ayında, ilk 29 üzv
ölkənin onun Razılaşma Maddələrini
imzalanmasından sonra yaranmışdır.
Fond 1 mart 1947-ci ildə fəaliyyətə baş-
ladı. Elə həmin il Fransa Beynəlxalq Val-
yuta Fondundan borc alan ilk ölkə oldu.
BVF-nun ali rəhbər orqanı İdarəedicilər
Şurasıdır. Bu şurada hər bir üzv ölkə
idarəedici və onun müavini qismində
təmsil olunur. Bunlar adətən maliyyə
naziri və mərkəzi bankın sədrindən
təyin olunur. Beynəlxalq Valyuta Fon-
duna üzvlük 1950-ci illərin sonlarında
və 1960-cı illərdə genişlənməyə başladı,
belə ki, Afrika ölkələrinin əksəriyyəti
müstəqillik qazanaraq BVF-ya üzv
olmaq üçün müraciət etdilər. Lakin
Soyuq müharibə Fondun üzvlüyünü
məhdudlaşdırdı. Fondun idarəedici di-
rektorlarının sayı 24-dür. BFV-da ən çox
səsə malik ölkələr aşağıdakılardır: ABŞ-
17.78%, Almaniya-5.58%, Yaponiya-
5.53%, Böyük Britaniya-4.48%, Fransa-
4.98%, Səudiyyə Ərəbistanı-3.45%,
İtaliya-3.09%, Rusiya-2.9%.
Bu fond əsasən iki məqsədə xidmət
edir: tədiyyə balansındakı qeyri-tarazlığı
aradan qaldırmaq, büdcə xərclərinin
kreditləşməsi başda olmaqla, ölkənin
makroiqtisadi stabilliyinə yönəldilən
tədbirlərin həyata keçirilməsi.
Qeyd edək ki, üzv ölkələrin cəlb
etdikləri kreditin həcmi kvotanın 25%-
dən çox ola bilməz. Bundan yuxarı
həcmdə kredit verilməsi isə BVF-nun
direktorunun razılığından asılıdır və bir
qayda olaraq bu elə həmin ölkənin ümu-
miqtisadi, eləcə də, maliyyə siyasətinin
təhlili əsasında həyata keçirilir. Üzv
ölkələrin məqsədli layihələri həyata
keçirmək üçün onların qarşısında bir sıra
şərtlər qoyulmuşdur. Kredit vəsaitləri
yalnız bu şərtlərin reallaşmasından
sonra həyata keçirilir. Üzv ölkələrin
qarşısında duran şərtlər aşağıdakılar-
dır: beynəlxalq ticarət fəaliyyətində
valyuta məhdudlaşdırılmalarına, hissə-
hissə üzən valyuta sisteminin tətbiq
edilməsinə, eləcə də möhtəkir xarakterli
kapital hərəkətinə yol verməmək, dövri
olaraq ölkənin maliyyə və iqtisadi du-
rumu haqqında fonda məlumat vermək,
məqsədli
devalvasiya
siyasətinə
zəruriyyət yarandıqda, devalvasiya
dərəcəsini fonda bildirmək və s.
Fonda üzv olan ölkələr üzərinə
götürdükləri
məsuliyyəti
yerinə
yetirmədikdə, bir sıra cəza tədbirlərinə
məruz qalırlar. Belə ki, bu maliyyə
qurumu həmin ölkələrə kredit verili-
şini dayandıra, hətta onları üzvlükdən
uzaqlaşdıra bilər. Ümumiyyətlə, tətbiq
edilən cəzaların ağırlığı öhdəliklərdən
yayınmanın səviyyəsindən asılıdır.
Dostları ilə paylaş: