227
Ağdam rayonunun işğalı
1993
Ə d ə b i y y a t
Abbasoğlu, B. Ağdam
ağrıları [Mətn]: [məlumat
kitabı] /B.Abbasoğlu; red.:
Vasif Quliyev.- Bаkı: Şuşa,
2003.- 151 s.
Abbasoğlu, B. Seyidlidə
bitən qeyrət [Mətn]
/B.Abbasoğlu; red.:
S.Ağayev.- Bakı:
Azərbaycan, 1998.- 128 s.
Tofiqli, V. Ağdam çörək
muzeyi: dünəni, bu günü və
sabahı [Mətn] /V. Tofiqli ;
red. F. Uğurlu ; məsləhətçi
Ç. Əliyeva.-Bakı :Adiloğlu
,2011.-139, [1] s
Ağdam rayonu [Mətn]
//Qarabağ: yaddaş.- Bakı,
2010.- S.105-122.
Ağdamın işğalından 20 il
ötdü //Ekran-efir .-2013.- 26
iyul.- S.6.
İ n t e r n e t d ə
www.anl.az
www.az.trend.az.new
Ərazisi: 1 154
km²
Əhalisi: 175400
İşğal tarixi: 23.07.1993
Bu gün Azərbaycanın Ağdam rayo-
nunun işğalından 21 il keçir.
1993-cü il 23 iyul tarixində birinci
Qarabağ müharibəsinin ən geniş miq-
yaslı əməliyyatlarından biri baş ver-
miş, 1993-cü ilin iyun-iyul aylarında
Gəncə və Bakıda baş verən hadisələr
ermənilərə Qarabağ cəbhəsində hücum
əməliyyatlarını genişləndirmək imkanı
vermişdir.
Ağdam üzərinə edilən birinci hücum
nəticəsiz qalmış, ermənilər qüvvəni
Ağdərə istiqamətində cəmləşdirmiş,
iyun ayının 26-da Ağdərə düşmən
əlinə keçmişdir.
Bunun ardınca ermənilərin iki
ordu korpusu Ağdam istiqamətində
əməliyyata başlamışdır. 600 min-
lik erməni ordusuna qarşı əsasən
könüllülərdən ibarət və düşməndən
sayca az olan Azərbaycanın milli or-
dusu durmuş. 42 gün davam edən dö-
yüş Ağdamın işğalı ilə sona çatmışdır.
Ərazisi 1154 kvadrat kilometr olan
Ağdamın 882 kvadrat kilometri, bir
şəhər və 80 kəndi işğal olunmuş, iş-
ğal nəticəsində 128 min insan məcburi
köçkün həyatını yaşayır. Bunların 17
mini yaşlı nəslin nümayəndəsidir.
İşğal nəticəsində Ağdamın ra-
yon mərkəzi ilə birlikdə 90 kəndi, 38
kolxozu, 12 sənayе, 74 məktəb,271
mədəniyyət evi, 67 idarə və 99 klub
düşmən əlinə kеçmişdir.
Ağdam uğrunda gedən döyüşlər za-
manı 6 mindən artıq insan şəhid olmuş-
dur. Ağdamdan olan məcburi köçkünlər
Azərbaycanın 59 rayonunun 875 yaşa-
yış məntəqəsində məskunlaşmışdır.
Ərazisinin 70 faizini itirən Ağda-
mın işğalı ilə Azərbaycan iqtisadiyyatı
3 milyard manat vəsait itirmişdir. 40
min ha-dan çox əkin sahəsi olan və
ölkənin ən iri aqrar rayonlarından sa-
yılan Ağdamda indi 17 min ha sahədə
əkin aparılır.
Ermənistan Silahlı Qüvvələri
tərəfindən Azərbaycanın Ağdam ra-
yonunun işğalı nəticəsində ölkəmizə
ümumilikdə 6 milyard 179 milyon dol-
lar məbləğində ziyan dəymişdir.
Hər bir azərbaycanlı, hər bir ağ-
damlı əmindir ki, onun müqəddəs
ziyarətgahı, dəyişməz qibləgahı olan,
bu gün azan səsinə həsrət qalmış
məscidimiz, musiqi səslərinə möh-
tac qalmış bərli-bərəkətli torpaqla-
rımız, ata-babalarımızın uyuduqları
məzarıstanlıqlarımız tеzliklə azad
еdiləcək.
O gün də uzaqda dеyil.
Dostları ilə paylaş: