Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə281/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   277   278   279   280   281   282   283   284   ...   507
20 

illiyi

10


229

10

Tarixdə bu gün

Birinici Dünya müharibəsi

1914-1918 

İYUL

I  Dünya  müharibəsi    bəşəriyyət 

tarixində  II  Dünya  müharibəsinə 

qədərki  ən  böyük  müharibədir.  Bu 

müharibəyə iki alyansda birləşən, dün-

yanın ən böyük güc mərkəzləri qoşul-

muşdu: “Antanta”da - İngiltərə, Fransa 

və Rusiya, “Üçlər ittifaqı”nda isə - Al-

maniya,  Avstriya-Macarıstan  və  İta-

liya  (1915-ci  ildə Antantanın  tərəfinə 

keçir).  Lakin Avstriya-Macarıstan  sa-

ziş  əleyhinə  yolverilməz  hərəkətlər 

etdi,  İtaliya  da  müharibə  başlananda 

Almaniya  və  Avstriya-Macarıstana 

qoşulmaqdan  imtina  etdi.  Nəticədə, 

70 milyondan artıq hərbçi (onların 60 

milyonu avropalı idi) dünyanın ən bö-

yük  müharibələrindən  birinə  səfərbər 

edildi.

 Tarixi mənbələrin məlumatına görə, 

müharibənin başlanması üçün bəhanə 

–  28  iyun  1914-cü  ildə  Avstriya-

Macarıstan  İmperiyasının  taxt-tacının 

vəliəhdi  Frans  Ferdinandın,  serbiyalı 

bir terrorçu Qavrilo Prinsip tərəfindən 

Sarayevoda qətlə yetirilməsi oldu. Elə 

həmin gün Avstriya-Macarıstan Serbi-

yaya  müharibə  elan  etdi.  Ümumlikdə 

isə,  müharibənin  başlamasının  iki 

məqsədi var idi:

1) Kapitalizmin inkişafı ilə əlaqədar 

iri dövlətlər və hərbi-siyasi bloklar ara-

sında ziddiyətlərin kəskinləşməsi;

2)  Dünyanı  yenidən  bölüşdürmək 

uğrunda mübarizə.

Ümumiyyətlə, 38 dövlətin qoşuldu-

ğu  dünya  müharibəsi  hər  iki  tərəfdən 

ədalətsiz,  işğalçılıq  müharibəsi  idi. 

Beləliklə,    1918-ci  ilin  oktyabrın-

da  müharibə  İttifaq  dövlətlərinin 

məğlubiyyəti  ilə  başa  çatdı.  İştirak 

edən  ölkələrdən  12  milyon  insan 

həyatını itirdi, 55 milyon insan isə ya-

ralandı.Bundan əlavə, çox sayda insan 

aclıq və xəstəlikdən dünyasını dəyişdi.  

Müharibənin  nəticəsi  olaraq,  4  im-

periya:  Rusiya,  Avstriya-Macarıstan, 

Almaniya və Osmanlı imperiyalarının 

varlığına son qoyuldu. Milli dövlətlər 

meydana  gəldi.  Müharibədən  əvvəl 

Avropa  xəritəsində  3  respublika  var 

idisə, indi onların sayı 13-ə çatdı. Keç-

miş  Rusiya  imperiyasının  ərazisində 

bir  sıra  müstəqil  milli  dövlətlər  mey-

dana  gəldi,  o  cümlədən  müstəqil 

Azərbaycan Cümhuriyyəti yaradıldı. 

200 nəfər azərbaycanlı zabiti I Dün-

ya  müharibəsi  cəbhələrində  vuruşan 

rus ordusunda xidmət etmişdi. 

Saysız-hesabsız  kəndlər və şəhərlər 

yer  üzündən  silinmişdi.  1772-1913-

cü  illərdəki  müharibələrin  hamısı-

nın  birlikdə  vurduğu  ziyan  6  mil-

yard  dollar  (1913-cü  ilin  qızıl  dollar 

hesabı  ilə)  təşkil  etmişdisə,  Birinci 

Dünya  müharibəsi  80  milyard  dollar 

məbləğində ziyan vurmuşdu. Bu soy-

ğunçuluq  müharibəsinin  müsibətləri 

və  onun  nəticələrinin  bütün  ağırlığı 

zəhmətkeş  kütlənin  üzərinə  düşmüş-

dü. 


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   277   278   279   280   281   282   283   284   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin