MÖMİNLƏRİn analari baş Məsləhətçi



Yüklə 49.39 Kb.
Pdf просмотр
səhifə1/16
tarix21.04.2017
ölçüsü49.39 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   16

Bakı-2015

MÖMİNLƏRİN ANALARI
Baş Məsləhətçi:
f.f.d Qəmər CAVADLI
Nəşrə Hazırlayan:
t.f.d Abbas QURBANOV
Hazırlayanlar: 
Dr. Sevinc ASLANOVA, Sevinc VƏKİLOVA, 
Mələk QƏDİMOVA, Samirə MAHMUDOVA, Lalə 
MEHTİYEVA 
Elmi və bədii redaktorlar: 
f.f.d Sevda QASIMOVA
Əziz SULTANOV
İç dizayn və qapaq tərtibatı:
Nicat QƏRİBOV
Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə 
Dövlət Komitəsinin DK-433/M nömrəli razılıq məktubu ilə 
nəşr edilmişdir.
İPƏKYOLU NƏŞRİYYATI
Bakı-2015; İpəkyolu Nəşriyyatı: 158
İSBN: 978-9952-8259-6-1
Bakı Şəhəri Səbail Rayonu
Cəfərov Qardaşları, 16
Tel:            (+994 12) 492 14 38
Mobil:       (+994 51) 412 22 82
Web sayt: www.ipekyolunesriyyati.az
Elektron poçt: ipekyoluneshriyyati@gmail.com

ÌÞÌÈÍËßÐÈÍ
AN LARI
À

5
ÖN SÖZ
İslam tarixində elə  şəxsiyyətlər olmuşdur ki, 
onların həyatı, tərcümeyi-halı barədə yazılan hər 
bir kəlmə böyük maraq və həyəcanla qarşılanmış-
dır. Bu intəhasız marağın  ən önəmli səbəbi – hə-
min  şəxsiyyətlərin Səadət  Əsrində yaşaması  və 
Xa   təmul-Ənbiya Peyğəmbərimiz Muhamməd sa-
lavatullaha yaxınlıq dərəcəsi ilə bağlıdır. Bəşərə 
mükəmməl  əxlaq nümunəsi və hidayətin çırağı 
kimi göndərilən Xatəmül-Ənbiya Peyğəmbərimiz 
Həzrət Muhammədin (s) həyatı, yaşadığı dövr, mü-
barizə və zəfər dönəmləri, səhabələri, ailəsi və xa-
nımları  haqqında məlumat almaq istəyi hər zaman 
irfan əhlini, sadə müsəlmanları, hətta başqa dinlə-
rin nümayəndələrini də ziyadə maraqlandırmışdır. 
Bu məhəbbətdən və  təbii maraqdan qaynaqlanan 
tədqiqi araşdırmalar – həmin dinin tarixinin öyrə-
nilməsi üçün böyük əhəmiyyət kəsb edir. Bu məna-
da, Azərbaycan oxucularına təqdim olunan “Mö-
minlərin Anaları” kitabı,  əminik ki, böyük diqqət 
və maraqla qarşılanacaqdır.
Müstəqillik dövründə Azərbaycanda  İslamın 
təbliğ etdiyi mənəvi dəyərlərə qayıdış meyli güc-
lənsə də, İslamı düzgün başa düşmək üçün zəruri 
olan mətnlər, hədis və xəbərlər, orta əsr mənbələri 
sənədləşdirilmiş  şəkildə kifayət qədər elmi səviy-

yədə tərcümə edilməmişdir. Qafqaz Müsəlmanları 
İdarəsinin “Şəbnəm” mədrəsəsi xanım müəllimləri 
tərəfindən gərgin araşdırmalar və böyük zəhmət 
bahasına tərtib olunaraq sizlərə  təqdim olunan 
“Möminlərin Anaları”  əsəri Azərbaycan müsəl-
manlarına dinimizin mənəvi mahiyyəti barədə 
dəyərli rasional bilgilər verən önəmli mənbələrdən 
sayılmalıdır. Çünki bu kitab bütün İslam aləminə 
əxlaq örnəyi olan Peyğəmbər xanımlarının yaşayış 
və davranışları haqqında mövcud olan ən səhih 
mənbələrə  və  məxəzlərə  əsaslanaraq, Qur`ani-Kə-
rim və Sünnənin mötəbərliyinə arxalanaraq ərsəyə 
gəlmişdir.
Bu gün İslam Peyğəmbərinin (s) xanımlarının 
bütün qadınlara nümunə ola biləcək timsalında 
biz əxlaqi təkamül və mənəvi islah ideyalarını gö-
rürük. Bu ideyalar həm müsəlman ümməti, həm 
bütün qeyri-müsəlmanlar üçün hələ  də aktualdır, 
çünki onun təməlində  cəmiyyətlərin təməli olan 
ailə institutu və qadın hüquqları problemləri daya-
nır. Biz, Azərbaycan müsəlmanları mütərəqqi milli 
adət-ənənələrə və dini-əxlaqi vəzifələrimizə sadiq-
liyimizlə seçilirik və şükr edirik ki, Hz. Muhəmmə-
din (s) xatirəsinə layiq olan din-dövlət vəhdətinin 
və  məzhəbi birliyin nadir nümunəsini ölkəmizdə 
yaşamaq və bəyan etmək imkanımız mövcuddur.
Bu kiçik kitabı əziz oxucularımıza, özəlliklə xa-
nım larımıza  ərməğan etməklə, bir daha hər kəsi 
Xatəmül-Ənbiyanın aləmlərə örnək olan əxlaqın-
dan bəhrələnməyə, onun kamillik məktəbinin da-
vamçıları olmağa dəvət edirik. Kitabın  tərtibat və 
Möminlərin Anaları
6

Möminlərin Anaları
7
nəş rində xidməti olan hər bir kəsə dərin minnətdar-
lığımızı çatdırır, bu maarif və mərifətə xidmət edən 
gözəl əməlin savabının yüksək olacağına əminliyi-
mizi bidirmək istəyirik. Bu kitabdan bəhrələnən 
hər kəs İki Cahan Peyğəmbərinin müqəddəslik çı-
rağına doğru bir addım irəliləmiş olacaqdır, çünki 
onun barəsində Qur`ani-Şərifdə belə deyilmişdir:
 َلِزنُٔا يِذَّلا َروُّنلا اوُعَبَّتاَو ُهوُر َصَنَو ُهوُرَّزَعَو ِهِب اوُنَمٓا َنيِذَّلاَف ...
(١٥٧- فارعٔالا) ... َنوُحِلْفُملا ُمُه  َكِئَلْؤُا ُهَعَم
“Ona  (Peyğəmbərə) iman gətirən, yardım 
göstərən və onunla endirilmiş nurun (Qur`anın) 
ardınca gedənlər məhz onlar nicat tapanlardır!”  
(Əraf surəsi, 7/157).
  
Qəmər  CAVADLI
Qafqaz Müsəlmanları 
İdarəsinin sədr müavini,
Filologiya üzrə fəlsəfə doktoru

Hz. Xяdicя

11
Hz. Xədicə Anamızın  Həyatı
“Peyğəmbər möminlərə öz canlarından daha 
yaxındır. Zövcələri onların analarıdır...”
1
İlk müsəlman qadın, möminlərin anası, Allah 
Rə sulunun  (s)  möhtərəm xanımı Hz. Xədi cə ana-
mız miladi 556-cı ildə Məkkədə doğulmuşdur. Hz. 
Xədicə Qureyşin Bəni Əsəd qolundan  Xuveylid bin 
Əsəd bin Abduluzza ibn Qusay bin Kilabın qızıdır. 
Atası Xuveylid bin Əsəd Qureyşin böyüklərindən 
və sərvət sahibi idi. Anası Fatimə isə Məkkənin ta-
nınmış  və  iffətli qadınlarından sayılırdı. Xuveylid 
bin Əsəd “Ficar” döyüşlərindən  əvvəl vəfat etmiş-
dir. 
Hz. Xədicə bacarıqlı, şərəfli bir xanım idi. O, Al-
lahın və  Cəbrayılın salam göndərdiyi qadın,  Hz. 
Muhammədin (s) ilk xanımı, İslamı  qadınlar ara-
sında ilk  qəbul edən nümunəvi bir şəxsiyyət idi.
Hz. Xədicə cahiliyyə dövründə yaşamağına 
bax mayaraq  elə  şərəf və iffətlə yaşamışdır ki, Qu-
reyş içərisində Tahirə (təmiz) adıyla çağırılırdı. 
Pey    ğəmbərimizin (s) çox sevdiyi, cənnət əhlindən 
olan, Allah tərəfindən cənnətlə müjdələnən ağıllı, 
gö zəl, zəngin və dindar olan Hz. Xədicə Rəsulullah 
1 . Əhzəb surəsi, 33/6.
Hz

Möminlərin Anaları
12
(s)  ilə evlənmədən  əvvəl iki dəfə ailə  həyatı qur-
muşdu.  Əvvəlcə  Əbu Halə b. Zürarə ilə evlənən 
Hz. Xədicənin ondan Hind adında  bir oğlu olmuş-
dur. İlk ərinin ölümündən sonra Bəni Məhzum qə-
biləsindən Ətik  ibn Aiz (və ya Abid) b. Abdullah 
b.  Əmr ilə evləndi. Ondan da yenə Hind adında  
bir qızı dünyaya gəldi. İkinci ərinin də ölümündən 
sonra o, özünü uşaqlarına və  işlərinə  həsr etmiş-
dir. Qureyşin bütün zəngin kişiləri onunla şərəfi, 
malı və gözəlliyi üçün evlənmək istəyirdilər. Lakin 
o, bütün bu təklifləri rədd edib öz işləri ilə məşğul 
olmağı  qarşısına məqsəd qoymuşdur.
Hz. Xədicənin Peyğəmbərimizlə 
(s) Tanış Olması
Qureyş  qəbiləsi dolanışığını ticarətlə  təmin 
edən bir qəbilə idi. Buna görə də, yay və qış ayların-
da bəzən  Şama, bəzən də  Yəmən tərəflərə ticarət 
kar vanları göndərirdilər. Böyük bir sərvətə sahib 
olan Hz. Xədicə  də digər zəngin qureyşlilər kimi 
güvəndiyi bəzi kimsələrə sərmayə verərək  Şam və 
Yəmənə ticarət karvanları göndərirdi.
Rəvayətə görə  Hz. Muhamməd (s) 25 yaşına 
çatdığı zaman əmisi Əbu Talib ona “Mən malı ol-
mayan bir adamam və bir neçə ildir ki, qıtlıqdır.  
Xuveylidin qızı  Xədicə karvanı üçün sənin qöv-
mündən adamlar axtarır.  Gedib təklif  etsən,  bəlkə  
nəsə qazana bilərsən” -dedi .
Gənc və etibarlı şəxs olan Muhammədin (s) iş 
tapmaq istəyi Xədicəyə  çatdırıldıqda həmyerlilə-
rindən Muhamməd (s) haqqında məlumat al 
dı. 

Hz. Xədicə
13
Onun etibarlı,  şərəfli və verdiyi sözdən  əsla dön-
məyən bir gənc olduğunu öyrəndi və onun iş təkli-
fini qəbul edərək karvana rəhbər təyin etdi. Hz. Xə-
dicə köləsi Meysərəni də  Rəsulullah  Əfəndimizin 
əmrinə verdi və ona belə tapşırıq verdi: 
-“Sənə nə əmr etsə dərhal itaət edəcəksən.  Bir 
sözünü iki etməyəcəksən və  hər halını  mənə bil-
dirəcəksən.”
…Və kavran yola çıxdı. Ticarət karvanı 3 aylıq 
yorucu bir səfərdən sonra  Şam torpaqlarına çatdı. 
Karvanda iştirak edənlərin hər biri Busra yarmar-
kasının münasib yerlərinə piştaxtalarını qurdular. 
Peyğəmbərimiz Hz. Muhamməd (s) isə oradakı 
monastıra yaxın bir zeytun ağacının altına piştaxta-
sını qurdu
.
 Hz. Muhammədin (s) zeytun ağacının 
altına  əşyalarını yerləşdirməsi monastırın rahibi 
Nestorun gözündən qaçmadı.  Əvvəldən tanıdığı 
Meysərəni yanına çağırdı və ağacın altında ticarət-
lə məşğul olanın kim olduğunu soruşdu. Meysərə: 
“O, Qureyş və Məkkə xalqından bir şəxsdir”  cava-
bını verdi. Nestor bir anlıq fikrə getdi.  Sonra Mey-
sərəyə belə  sual verdi:
- Onun gözlərində bir az qırmızılıq varmı? Mey-
sərədən “Bəli” cavabını alan Nestor fikrini cəmləş-
dirdi və  dedi. O, peyğəmbər olacaqdır.  Həm də 
sonuncu peyğəmbərdir.
Satışlar tamamlanmış və alınacaqlar alınmışdı. 
Karvan Busradan ayrılaraq Məkkəyə doğru yola 
çıxdı. 

Möminlərin Anaları
14
Artıq karvan Məkkədən görünməyə başladı. 
Hz. Xədicə evinin damında qureyş qadınlarıyla 
birlikdə  gələn karvanı müşahidə edirdi. Karvan 
Məkkəyə çatdı. Karvanın rəhbəri olan gənc Mu-
hamməd (s) malları Xədicəyə təslim etdi. Xədicə də 
gətirilən malları yüksək bir qazancla satdı. 
Meysərə bu səfər  əsnasında Hz. Muhamməd-
dən (s) çox şey görmüş, çox şey öyrənmişdir. Mey-
sərə bütün bunları  və Rahib Nestorun söylədikləri-
ni, yolda gördüklərini bir-bir Hz. Xədicəyə izah etdi. 
Hz. Xədicənin 25 yaşlı bu gəncə heyranlıq və marağı 
artıq son həddə çatmışdı. 
Hz. Xədicənin Evliliyi
Gənc iş ortağı olan Hz. Muhamməd (s) haqqın-
da deyilənlər Xədicənin Ona qarşı olan rəğbətini 
daha da artırmışdı. Onu işlə əlaqədar olaraq evinə 
tez-tez dəvət edirdi. Daha sonralar Hz. Xədicə  Hz. 
Peyğəmbərə (s) hər mövsümdə yetişən meyvələr-
dən, eləcə  də evdə hazırlanan yeməklərdən gön-
dərməyə başladı. Hz. Muhamməd (s) isə abır-həya-
nı gözləyər, utancaq davranardı. Hz. Muhammədlə 
(s) Hz. Xədicənin arasındakı dostluq getdikcə bö-
yüyürdü. Bu dostluğun böyüməsində Meysərənin 
izah etdiklərindən başqa amillər də var idi. Çünki 
Hz. Xədicə Meysərənin izah etdiklərinə bənzər bir 
xəbəri də bir yəhudidən eşitmişdi. 
İbn  İshaqa görə Qureyş qadınlarının toplan-
dıqları bir bayram var idi. Yenə bir gün toplanmış-
dılar. Həmin vaxt  bir yəhudi gələrək «Ey Qureyş 
qadınları! Yaxında sizə bir peyğəmbər gələcəkdir. 

15
Hansınız onunla ailə qurmağa  müvəffəq olsa, dər-
hal qursun,» - dedi. Orada toplanan qadınlar isə  
onu təhqir edib ələ saldılar. Hətta bəziləri çox ağır 
sözlər deyərək yəhudini oradan  qovdular. Lakin 
bu söz  Xədicənin ürəyində bir iz buraxdı.  
Meysərənin gördüklərini Xədicəyə danışma-
sından sonra yəhudinin də dediklərini xatırlayan 
Xədicə: «Əgər yəhudinin dedikləri doğrudursa bu, 
ondan başqası ola bilməz» - deyə düşündü. 
Hz. Xədicə Peyğəmbərimizi ticarət üçün kar-
vanla  Şama göndərməklə onu daha da yaxından 
tanıdı. Meysərə və əmisinin oğlu Varaqanın söylə-
dikləri onu düşündürdü. Xədicə dul bir qadın idi. 
Üstəlik mədəni, etibarlı  və  zəngin biri idi. İndiyə 
qədər bir çox şəxs onunla evlənmək istəmiş, lakin o 
qəbul etməmişdi. Ancaq peyğəmbərimizi tanıdıq-
dan sonra evlənməmək fikrindən daşındı. Peyğəm-
bərimiz (s) kimi üstün xüsusiyyətləri olan heç kimi 
görməmişdi. Peyğəmbərimiz (s) etibarlı, gözəl əx-
laqlı, doğru sözlü və nəzakətli idi.  Hz. Xədicə bir 
müddət tərəddüd etdikdən sonra öz sirrini Nü-
feysə adlı bir sirdaşına açdı və heç kəsə demədən 
bu işdə vasitəçi olmasını ondan xahiş etdi.
 
Rəfiqəsi 
Nüfeysəni Peyğəmbərimizin (s) yanına  göndərək 
onun  fikrini öyrənmək istədi.
 Bir gün  Nüfeysə Muhammədlə (s) danışmaq 
üçün səmimi ab-havanın olduğunu gördü və fürsə-
ti əldən verməyərək ona:
- Artıq müəyyən yaş  həddinə  gəlmisən. Sənin 
yaxşı ailəyə mənsub olduğun  və mükəmməl şəx-
siyyətin hamıya məlumdur. Belə olan halda nə 
Hz. Xədicə

Möminlərin Anaları
16
üçün evlənmirsən?  Çünki sən, sözsüz ki, asanlıqla 
münasib bir qız tapa bilərsən, - dedi.
-Peyğəmbərimiz: 
- Ailəmi dolandıracaq imkanım yoxdur,  cava-
bını  verdi. 
-  Əgər xərclərin qarşılansa,  şərəfli, təmiz, fə-
zilətli, ağıllı, gözəl və zəngin birindən təklif gələrsə 
qəbul edərsənmi?- deyə soruşdu.
- Bu, kim ola bilər?
- Xuveylidin qızı Xədicə. –dedi Nüfeysə
Peyğəmbərimiz (s) bir az tərəddüd etdi və: 
“Amma bu, necə ola bilər ki, onun qəbul etmə-
si qeyri-mümkündür. Hz. Xədicə  şəhərin bütün 
imkanlı adamlarından gələn təklifləri rədd etdi,” 
-dedi. Nüfeysə onu razı salaraq  “Sən istəsən olar” 
-dedi.
Hz. Xədicənin Toy Mərasimi
Toy mərasiminin tarixi birbaşa Hz. Xədicə tərə-
findən təyin olundu.  Mərasim də onun evində ke-
çiriləcəkdi. Toyun gözəl keçməsi üçün lazım olan 
hər şey şəxsən Hz. Xədicə tərəfindən diqqətlə təşkil 
edilmişdi. Qoyunlar kəsilmiş, yeməklər hazırlan-
mışdı.  Ömər  b.  Əsəd, Varaqa b. Novfəl, Hüzey-
mə, Əbu Talib, Həmzə və Muhamməd (s) də dəvət 
edilənlər arasında idi. Hz. Xədicə dəvətə gələnləri 
nəzərdən keçirdi, sonra gözlənilməz bir çıxış etdi. 
O,  Muhammədin (s)  işini bilən,  etibarlı,  şərəfli 
və verdiyi sözdən əsla dönməyən və üstün bir şəx-

17
siyyət olmasından, onun etibarlılığından və soyu-
nun  təmizliyindən bəhs etdi. “Etibar sahibi hər qa-
dın üçün belə bir şəxslə evlənmək şərəfdir,” -deyə 
əlavə etdi. Bütün qonaqlar Hz. Xədicəni  alqışladı-
lar. Yeməklər yeyildikdən sonra adətə uyğun ola-
raq növbə iki tərəfdən də böyüklərin çıxış etməsinə 
gəldi. Hz. Xədicənin atası Ficar Hərbində vəfat et-
mişdi. 
Bu səbəblə onu təmsilən mərasimdə əmisi Amr 
b. Əsəd iştirak edirdi. Ənənəyə görə söz söyləmək 
üçün ilk olaraq Əbu Talib ayağa qalxdı  və belə 
dedi:
 
“Həmd olsun Allaha ki,  bizi İbrahimin züriyyə-
tindən,  İsmayılın nəslindən yaratdı. Yaşadığımız  diyarı 
bizim üçün  bərəkətləndirdi. Bundan sonra əsil məqsədə
 
gələrək  demək istəyirəm ki, qardaşımın oğlu Muham-
məd b. Abdullaha, qureyşin heç bir gənci ilə müqayisə 
edilə bilməz. Çünkü o,  şərəf, ağıl və fəzilət baxımından 
hamıdan üstündür. Hərçənd var-dövləti azdır, lakin 
var-dövlət keçici bir kölgə, bir pərdədir. Alınar da  verilər 
də… Allaha and içərəm ki, bundan sonra onun mərtəbəsi 
daha da böyüyəcək, daha da yüksələcəkdir! Beləliklə  o,  
sizin şan və şərəf sahibi olan   qızınız Xədicə ilə ailə qur-
maq istəyir.  Muaccəl və müəccəl mehr
2
 olaraq da 20 dişi  
dəvə verir,” -dedi. 
Varaqa b. Novfəl də  çıxışında:  “Bizləri yaradan 
Allaha şükür edirik. O saydığın şeylərin daha çoxu ilə 
bizi üstün etdi. Buna görə  biz Ərəbin ulularıyıq. Siz 
2 .  Mehr:  Ailə qurulan zaman qadına bu adla verilən və ya 
daha sonra verilməsi qərarlaşdırılan maddi əşya və ya pul-
dur. Muaccəl nəğd, Müəccəl isə ödənilməsi sonraya buraxı-
lan mehr növüdür. Hamdi Döndürən, Dəlilləriylə Ailə Elmiha-
, səh 131, 135
Hz. Xədicə

Möminlərin Anaları
18
də beləsiniz. Tayfa üstünlüyünüz  inkar edilə bilməz; 
heç kim sizin xeyir və şərəfinizi rədd edə bilməz. Biz də 
sizinlə qohum olmaqdan qürur duyuruq!... Ey camaat! 
Şahid olun ki, mən, Muhamməd (s) b. Abdullahla Xu-
veylidin qızı Xədicəni evləndirdim!” - dedi.  
Əbu Talib dəvələr kəsərək toy ziyafəti verdi.
Ertəsi səhər Muhamməd (s) də bir dəvə kəsdi 
və  ətini Məkkənin kasıb və möhtaclarına payladı. 
Hz. Xədicə Muhammədin (s) yaxınları da olmaq 
üzrə bütün dost və qohumlarını dəvət etdi. Çoxlu 
hədiyyələr payladılar. Muhammədin (s) gözü yaşlı 
süd anası  Həlimə  də  bu xoş  günə dəvət edildi. 
Hz. Xədicə ona qırx qoyun hədiyyə verdi və qəbilə-
sinə rifah və xeyir gətirən yetim Hz. Muhammədə 
(s)  baxdığı üçün ona təşəkkür etdi.
Beləcə, Kainatın Sərvəri Hz. Muhamməd (s) ilə 
Qureyş qadınlarının nəsil,  şərəf  və zənginlik baxı-
mından ən üstünü olan Xuveylidin qızı Hz. Xədi-
cə zövc (ər) və zövcə (arvad) elan edildilər. Həmin 
vaxt  Peyğəmbərimiz (s) 25, Hz. Xədicə isə 40 ya-
şında idi.  Evlilikləri miladi tarixlə 595-ci ilə təsadüf 
edir
. Yəni Hz. Muhammədin  peyğəmbərliyindən 
15 il əvvəl idi.
Hz. Xədicənin Övladları
Peyğəmbərimizlə (s) evləndikdən sonra ilk on 
il müddətində  Hz. Xədicə  ikisi oğlan, dördü qız 
olmaqla altı övlad dünyaya gətirmişdir. Bu uşaqlar 
bunlardır: Qasım, Zeynəb, Ruqiyyə, Ümmü Gül-
süm, Fatimə, Abdullah (Tahir və  Təyyar).  İlk do-
ğulan uşağın adı “Qasım” olduğu üçün Peyğəm-

19
bərimizə (s) “Əbul-Qasım” ləqəbi verilmişdir. Hz. 
Xədicə anamızın sonuncu dünyaya gələn övladı 
Abdullahdır. Peyğəmbərimizə (s) peyğəmbərlik ve-
rildikdən sonra dünyaya gəldiyi üçün ona «ət-Tay-
yib» və  “ət-Tahir» ləqəbləri verilmişdir. Oğlan ları 
çox kiçik yaşda vəfat etmişdilər. 
Hətta ilk doğulan oğlu Qasım hələ süddən kə-
silmədən və yeriməyə başlamadan vəfat etmişdir. 
Qızlarının isə hamısı böyüdü. Peyğəmbərimiz (s) 
onları evləndirdi. Ən böyük qızı Hz. Zeynəbi Əbu 
As ilə evləndirdi. Ruqiyyə Hz. Osmanla ailə həyatı 
qurdu. Ruqiyyənin vəfatından sonra Ümmü Gül-
süm də Hz. Osman ilə ailə qurdu. Buna gorə Hz. 
Osmana “Zunnureyn” (iki nur sahibi) deyilirdi. 
Kiçik qızı Fatimə hicrətdən sonra Mədinədə 
Hz.  Əli ilə ailə qurdu. Peyğəmbərimizin (s) nəsli 
Hz.  Əli ilə Fatimədən dünyaya gələn uşaqlar ilə 
davam etdi. Peyğəmbərimizin (s) Hz. Fatimədən 
başqa bütün övladları ondan (s) əvvəl vəfat etmiş-
dilər. Hz. Fatimə Peyğəmbərimizin (s) vəfatından 
altı ay sonra Haqqın rəhmətinə qovuşmuşdur.
İlk Vəhy və Hz. Xədicənin Dəstəyi
Sevimli həyat yoldaşı Hz. Xədicə  və  uşaqları 
ilə xoşbəxt həyat keçirən Hz. Peyğəmbər yaşı qırxa 
ya xınlaşdığı zaman bəzi fövqəladə hadisələrin  
mey dana  gəldiyinə şahid olmağa başladı. Keçdiyi 
yol larda  bəzi ağacların ona salam verdiyini, bəzi 
daş ların onunla danışdığını və qeybdən  bəzi səs-
lərin gəldiyini eşidirdi. 
Hz. Xədicə

Möminlərin Anaları
20
Cəhalətin qaranlığı getdikcə qatılaşırdı. İnsan-
lar Aləmlərin Rəbbini unutmuş, saxta və  xəyali 
ilahlara sitayiş edirdilər. Bu vəziyyət Allah Rəsulu-
nun (s) pak ruhunu olduqca sıxırdı. Buna görə də 
Allah Rəsulu bu ab-havadan uzaqlaşmağa çalışır-
dı. Saatlarla yol gedir, Nur dağına çıxaraq burada 
səmadan gələcək nuru gözləməyə başlayırdı. Hz. 
Muhamməd (s) ilin müəyyən vaxtlarında bu dağa 
gəlməyə adət etmişdi. O, Hira dağında özünəməx-
sus şəkildə ibadət edirdi. 
Hər gedişi Hz. Xədicə üçün hicrana dönürdü. 
Allah Rəsulu Hirada hüzura qərq olsa da, Hz. Xə-
dicənin ürəyi çox narahat idi. Başına bir şey gəl-
məsindən qorxurdu. Buna görə də arxasınca adam 
göndərib sağ-salamat olub olmadığını bilmək istə-
yirdi. Bəzən də özü gedir, illərlə gəlişini gözlədiyi 
müjdəyə öz əlləri ilə azuqə aparırdı. Və  nəhayət 
miladi  610-cu ildə Ramazan ayının Qədir gecəsin-
də Nur dağında iki nur qovuşmuş, səma ilə yer ara-
sında qopmaz əlaqə qurulmuşdu. Cəbrayıl gəlmiş 
və Allahdan ilk vəhyi gətirərək əlamətləri çoxdan 
zühur edən peyğəmbərliyini təsdiq etmişdi.  
  İlahi vəhylə  vəzifələnməyin verdiyi həyəcan-
la titrəyən Hz. Muhamməd mağaradan çıxdı  və 
Məkkəyə doğru getməyə başladı. Yolda bir çox 
qeyri-adi hadisələrlə  qarşılaşdı. Dağ,  daş və  ağac-
lar, «Əssəlamu  aleykə ya Rəsulullah» dəyərək onu 
salamlayır və təbrik edirdilər. Evinə gələn Peyğəm-
bərimiz (s) onu maraq içində qarşılayan vəfakar 
zövcəsi Hz. Xədicəyə yalnız «Üstümü örtün, üs-
tümü örtün!» deyə bildi.  Hz. Xədicə onun üstünü 

21
örtdü. Yanında oturub sakitləşənə  qədər gözlədi. 
Peyğəmbərimiz sakitləşincə bütün olanları yolda-
şına danışdı. Sonra;  “Özümdən qorxmağa başla-
dım,” -dedi. Hz. Xədicə isə onu belə təsəlli etdi:
- Kədərlənmə və qorxma! Allah sənin kimi bir 
qulunu heç bir zaman utandırmaz. Çünki sən bü-
tün yaxınlarına qayğı göstərirsən. Kasıblara, ye-
timlərə kömək edirsən. Qonaqlara hörmət edirsən. 
Haqsızlığa məruz qalanları qoruyur, zalımlardan 
onların haqqını alırsan. 
 Sonra əlavə etdi: Müjdələr olsun, səbir et!
Daha sonra Hz. Xədicə Peyğəmbərimizi  əmisi-
nin oğlu Varaqa b. Novfəlin yanına apardı. Varaqa 
məlumatlı və yaşlı bir xristian idi. Olanları peyğəm-
bərimizdən dinlədi. Sonra belə dedi. “Müjdələr 
olsun. Vallahi, mən sənin bu ümmətin peyğəm-
bəri olacağını ümid edirəm. Mağarada gördüyün 
mələk, səndən  əvvəlki peyğəmbərlərə  də Uca Al-
lahın əmr və qadağlarını çatdıran Cəbrayıldır. Di-
gər peyğəmbərələrə deyildiyi kimi qövmün sənə 
də yalançı deyəcək. Əziyyət edəcək və yurdundan 
çıxaracaqlar. Kaş ki gənc olsaydım, məkkəlilər səni 
şəhərindən zorla  çıxardıqlarında sənə kömək edə 
bilsəydim.” Hz. Muhamməd (s) bu sözlərə heyrət-
ləndi. Çünki qövmü onu  çox sevirdi. Hətta ona  
etibarlı insan mənasına gələn “əl-Əmin” adını ver-
mişdilər.  
İlk Möminə Xanım
Allah Rəsulu Hz. Muhamməd (s) Hirada ve-
rilən  ülvi məsuliyyətini idrak etmiş  və  risalət 
Hz. Xədicə

Möminlərin Anaları
22
vəzifəsini almışdı. Ancaq bu ağır və böyük vəzifə-
nin çətinlikləri də vardır. Yaşadığı  cəmiyyətdə bu 
vəzifəni yerinə yetirməyin  asan olmayacağının 
fərqində idi.
Hz. Xədicə anamız Peyğəmbərimizi (s) həmişə 
düşüncəli görürdü. Allah Rəsulu zehnini məşğul 
edən və könlünə rahatlıq verməyən bu böyük dər-
dini anamıza: «Mənə kim inanar ey Xədicə?» - deyə 
dilə gətirdi. Soyu, zənginliyi və gözəlliyi ilə fəzilət 
timsalı anamız, böyüklüyünə böyüklük qatan fə-
rasətli davranışıyla,  şərəf və izzətini artıran təsli-
miyətiylə Peyğəmbərimizə (s) dəstək verdi və dedi: 
Sənə kim inanmaz ki? Hamıdan əvvəl mən inan-
dım” - deyib kəlmeyi-şəhadət gətirdi. “Əşhədu 
ənlə iləhə illəllah və  əşhədu  ənnə Muhammədən 
abduhu və  rəsuluh.  Şahidlik edirəm ki, Allahdan 
başqa ilah yoxdur və yenə şahidlik edirəm ki, Mu-
hamməd Allahın qulu və rəsuludur !” - dedi.  
Məkkəlilər Allah Rəsulunu qəbul etməsə  də, 
ona qarşı düşmənçilik etsələr də, Hz. Xədicə dəstək 
və köməyini ondan əsirgəməmişdir. İnsanlar onun 
rahatlığını  əlindən almağa çalışırdı. O isə rahatlı-
ğını  Xədicənin yanında tapırdı, insanlar həyatına 
qəsd etmək istəyir, o, Xədicənin yanında  əmin-a-
manlıq tapırdı.
İlklərin ilki Xədicə... Təmiz və pak Xədicə… O, 
ilk dost, ilk zövcə və ilk iman edən qadın idi. Cəb-
rayılın öyrətdiyi ilk dəstəmazı Peyğəmbərimizdən 
(s) öyrənib onunla ilk namaz qılan da o idi. Xədi-
cənin hərfi  mənası da “Erkən doğan” deməkdir. 
Onun şəxsində isimlə təmsilin uyğunluğu o qədər 

23
aşkar idi ki, onun dərəcəsinə çatmaq mümkün de-
yildi. Çünkü o, səadət əsrində doğulan ilk  ulduz 
və ilk günlərin ilk gülü idi. 

Каталог: Dokumanlar -> KITAPLAR -> azerbaijani
Dokumanlar -> Prof. Dr. Necdet Altun Gazi Üniversitesi Tıp Fakültesi
Dokumanlar -> Optik atrofi nedenleri ve ayirici tanisi uzm. Dr. Sİbel karaca
Dokumanlar -> Kizilay ilk yardim kitapcigi indd 1 14. 04. 2015 11: 02
Dokumanlar -> 1 T. C. Sağlik bakanliğI TEMEL Sağlik hizmetleri genel müDÜRLÜĞÜ
Dokumanlar -> T. C. Ulaştirma deniZCİLİk ve haberleşme bakanliğI
Dokumanlar -> Our centre is located in the biggest city of Cukurova region
Dokumanlar -> Yazışma Adresi: Uz. Dr. İbrahim Karagöz; Düzce Üniversitesi, Tıp Fakültesi
azerbaijani -> Osman Nuri Topbaş 5 mn ön söz nəbilər silsiləsi dərs
azerbaijani -> Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2015-ci IL dk-827/M nömrəli


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə