“Ey Peyğəmbər! Zövcələrinə de ki; “Əgər siz
dünya həyatını və zinətini istəyirsinizsə, gəlin
sizə talağınızı verim və sizi gözəl bir şəkildə bo-
şayım. Yox əgər Allahı və peyğəmbərini və axirət
yurdunu seçirsinizsə, şübhəsiz, Allah sizdən yax-
şılıq edən qadınlar üçün böyük bir mükafat ha-
zırlamışdır.”
16
16 .
Əhzab surəsi, 33/23-28.
77
Hz. Peyğəmbər (s) “Təhyir” ayəsini digər xa-
nımlarına oxuduğu kimi Hz. Aişəyə də oxuyub
onun ailəsi ilə məsləhətləşərək bir qərara gəlməsini
istəyincə Hz. Aişənin verəcəyi cavab bu idi:
- Ya Rasulullah! Mən seçimim xüsusunda ailəm-
ləmi qərar verəcəyəm? Təbii ki, mən Allah və Rəsu-
lunu seçirəm. Amma Səndən bir şey xahiş eləyirəm.
Mənim bu seçimimi xanımlarına deməyəsən.
Rəsulullah (s):
-Allah məni kobud və şiddət göstərən birisi olaraq
göndərmədi. O, məni öyrədən və asanlaşdırıcı olaraq
göndərdi. Onlardan biri mənə sənin seçimini soruşarsa,
söyləyəcəm - dedi.
Bu hadisə İbn Abbasdan da eyni şəkildə rəvayət
edilmişdir. Onun rəvayətində Aişənin “Vallah Rəsu-
lullah mənim valideynlərimlə məsləhətləşdiyimdə ondan
ayrılmamamı söyləyəcəklərini bildiyi üçün belə demiş-
di” ifadəsi də yer alır.
Daha sonra İbn Abbas rəvayət edir: “Rəsulul-
lah (s) bütün xanımlarını seçim xüsusunda sərbəst
buraxmış, onlar da eyni ilə Hz.Aişənin dedikləri
kimi cavab vermişdilər”
Hz. Aişənin Fəziləti və Digər Xanımlar
Arasında Üstünlüyü
Hz.Aişə zərif bədənli, iri gözlü, dalğalı saçlı, sa-
rışın, bəyaz üzlü gözəl bir xanım idi. Rəsulullah on-
dan başqa bakirə bir qadınla evlənməmiş, heç bir
qadın ona Hz. Xədicədən sonra sevimli olmamışdı.
O heç bir müsəlman xanımın əldə edə bilmədiyi fə-
Hz. Aişə
Möminlərin Anaları
78
zilətlərə sahib olmuşdur. Hz. Aişə Hz.Peyğəmbərlə
evləndiyi gündən bəri Onun qəlbində xasiyyət və
fitri qabiliyyəti, Hz.Peyğəmbərə bəslədiyi sevgi və
qayğısı ilə müstəsna bir yeri tutmuşdur. Bu xüsu-
siyyətləri ilə o, Hz. Peyğəmbərin digər xanımların-
dan fərqli bir mövqeyə yüksəlmişdir.
Rəsulullah (s) ona qarşı yumşaq davranar, ara-
da bir də zarafatlaşardı. Bununla əlaqəli bir hadisə-
ni də burada qeyd etmək yerinə düşər. Hz. Aişə
özü rəvayət edir ki:
Bir gün Rəsulullah (s) Baqi qəbiristanlığından qa-
yıdırdı. İçəri girəndə mən baş ağrısından əziyyət çəkir,
“vay başım, vay başım” deyirdim. Rəsulullahın da başı
ağrıyırdı. Mənə dönüb:
-“Vallah, ay Aişə! Əksinə mən “vay başım” demə-
liyəm - dedi. Mənim zarıdığımı görüncə bu səfər:
-“ Nə zərəri var. Məndən əvvəl ölsən, mən baş ucun-
da durub səni kəfənləyib cənazə namazını da qılaram və
özüm də dəfn edərəm - deyib zarafatlaşdı.
Rəsulullah onunla zarafatlaşdığı kimi arada bir
onunla yarışlara da gedər və yaxud özü onunla ya-
rışardı. Hz. Aişə rəvayət edir ki:
-Bir gün Rəsulullah mənimlə qaçma yarışına girdi
və mən onu keçərək qalib gəldim. Bir müddət sonra mən
kökəldim. Onunla yarışa girişəndə bu dəfə o, məni ötdü.
Üstün şəxsiyyətinin və fitri qabiliyyətinin ol-
ması Hz. Aişənin istərsə Hz.Peyğəmbər, istərsə
də səhabə arasında hörmətə layiq biri olduğunu
göstərmişdir. Rəsulullah (s.əs.) şəxsən özü Aişənin
79
xüsusiyyət və fəzilətlərini zikr edərək onu əshabı
və digər müsəlmanlarına mədh etmişdir.
Məhz bu yüksək məziyyət və xislətlərə sahib ol-
ması onun Allah Rəsulunun yanında sevgi və hör-
mətini artıran əlamətlərdən idi. İbn Həcər Rəsulul-
lahın (s) Hz.Aişəyə olan sevgisinə diqqət çəkərək
ikisi arasında varid olan hadisəni belə nəql edər:
Hz. Aişə bir gün Rəsulullaha (s):
- Ya Rəsulullah! Cənnətdəki xanımların kimlərdir? –
deyə soruşmuş, Rəsulullah (s) da:
-“Sən də onlardansan” - cavabını verərək dünyada
ikən onu cənnətlə müjdələmişdir.
Hz. Aişə özünə bəxş edilən bu fəzilətlərin
fərqindədir ki, bu üstünlüklərini belə sıralamışdır:
Rəsulullah məndən başqa bakirə bir qadınla evlən-
məmişdir.
Allah-Təala ta səmadan enən ayə ilə məni təmizə
çıxarmışdır.
Cəbrail mənim rəsmimi Hz.Peyğəmbərə göstərərək:
“Bu, sənin dünya və axirət zövcəndir” demişdir.
Rəsulullah sadəcə mənim otağımda mən yatarkən
namaz qılmışdır.
Rəsulullaha yalnız mənim otağımda ikən vəhy nazil
olmuşdur.
Rəsulullah mənim atam ilə hicrət etmişdir.
Rəsulullah mənim qucağımda ikən ruhunu təslim
etmişdir.
Hz. Aişə
Möminlərin Anaları
80
Rəsulullah mənim növbəm olan gündə vəfat etmişdir.
Rəsulullah mənim otağımda dəfn edilmişdir.
Aşağıdakı hədis də Hz.
Aişənin digər xanımla-
rı arasında fəzilət yönündən üstünlüyünü bir daha
ortaya qoymaqdadır:
Əshab Peyğəmbərin (s) Hz.Aişəyə olan sevgi-
sini bildikləri üçün hədiyyələri Aişənin günündə
gətirərdilər. Peyğəmbər (s) də gələn hədiyyələ-
ri Aişənin otağında bölərək digər xanımlarına da
göndərərdi. Xanımları hər dəfə hədiyyələrin Aişə-
nin otağına gəlməsindən narahat olduqlarından
aralarında bir plan hazırlayırlar. Ummu Sələməni
Rəsulullaha göndərərək: “Get Rəsulullaha de ki,
xalq hədiyyələrini vermək istədiklərində gün araş-
dırmadan Hz. Peyğəmbər hansı xanımının yanın-
daysa o gün gətirsinlər!- deyirlər. Ummu Sələmə
qadınların ona dediklərini Rəsulullaha çatdırır.
Lakin Rəsulullah cavab vermir. Xanımlar Ummu
Sələməyə nəticəni soruşduqlarında o, Rəsulullahın
cavab vermədiyini onlara bildirir. Bunun üzərinə
xanımlar bir daha danışması üçün Ummu Sələmə-
dən xahiş edirlər. Ummu Sələmə vəziyyəti bir daha
açanda Rəsulullah (s) Ummu Sələməyə:
-Aişə mövzusunda məni incitməyin. Həqiqət bura-
sındadır ki, mənə heç bir qadının günündə vəhy gəlməz,
ancaq Aişənin otağında və günündə ikən vəhy gəlir - deyir.
Ummu Sələmə bunun üzərinə peşmançılığını
bildirərək:
-Ya Rəsulullah! Sizi incitməkdən tövbə edib Allaha
sığınıram - dedi və vəziyyəti xanımlara xəbər verərək
81
onu bu işə qatmamalarını bildirir.
Xanımlar bununla
kifayətlənməyib vəziyyəti atasına çatdırmaq üçün bu
dəfə qızı Fatımədən yardım istəyirlər. Fatimə onların bu
istəyini qəbul edib Hz. Peyğəmbər (s) Aişənin otağında
ikən yanına gəlib:
- Ata! Xanımların məni sənin yanına göndərdilər.
Onlar İbn Əbi Kuhafənin (Əbu Bəkr) qızı ilə özləri ara-
sında adil davranılmasını istəyirlər - dedi. Rəsulullah:
- Qızım, sən mənim sevdiyimi sevmirsənmi? - deyə
soruşur. Fatimə:
- Əlbəttə, sevirəm - deyir. Bunun üzərinə Rəsulul-
lah (s):
-Elə isə, bunu da sev - deyərək Aişəni göstərir.
Fatimə xanımların yanına dönərək atasından
eşitdiklərini olduğu kimi onlara danışır. Onlar Fa-
timəyə yenidən danışması üçün getməsini istəyir-
lərsə də, Fatimə :
Allaha and olsun ki, bu mövzuda bir kəlmə də olsun
atama söz deməyəcəyəm” deyərək onların istəyini qəbul
etmir.
Hadisənin davamında Hz. Fatimədən sonra Hz.
Peyğəmbərin xanımlarından Zeynəb binti Cahşın
da bu məsələni danışmaq üçün Hz. Peyğəmbərin
yanına gəldiyi, Hz.Peyğəmbərin onun danışdıqla-
rına səsini çıxarmaması, danışığında bir az irəliyə
get məsi nəticəsində Hz. Aişənin Zeynəbə müda-
xilə edərək susdurması, bunun üzərinə Rəsululla-
Hz. Aişə
Möminlərin Anaları
82
hın Hz. Aişə üçün “O, Əbu Bəkrin qızıdır” deməsi
haqqında rəvayətlər də mövcuddur.
17
Hz. Peyğəmbəri ən çox qısqanan xanımların-
dan olan Hz.Aişənin bu halı onun fəzilət və əxlaq
yönündən digər xanımları arasında üstünlüyünü
zədələməmiş, bir maneə təşkil etməmişdir. Bəzən
də bu qısqanclıq halı xüsusilə Hz.Peyğəmbər (s)
tərəfindən özünə xatırladılırdı. Hz. Aişədən gələn
rəvayətə görə bir gecə Peyğəmbər (s) durub çölə
çıxmış, geri qayıdanda Aişə onun harda olduğunu
soruşmuş və Hz. Peyğəmbər (s):
-“Nə olub, ey Aişə! Qısqandınmı?” deyə soruşmuş-
du. Aişə:
-“Neyləyim, sənin kimi birini qısqanmamaq müm-
kün deyil”-cavabını vermişdi.
18
Hz. Aişə Peyğəmbərin (s) xanımları arasında
davam edən qısqanclıq yarışına işarət edərək rə-
vayət edir:
-“Zeynəb Peyğəmbərin (s) digər xanımları ara-
sında mənimlə ən çox rəqabətə girən idi. Buna onun
Peyğəmbərin yanındakı qədr-qiymət və mərtəbəsi səbəb
olmaqdadır. Buna baxmayaraq iman və təqva yönündən
Zeynəbdən daha xeyirli, doğru sözlü və daha çox sədəqə
verən bir qadın görmədim.”
19
Hz. Aişənin Peyğəmbər (s) nəzdində xüsusi
bir yeri olduğunu gələn rəvayətlərdən də anlamaq
17 .
Buxari, Hibə 6; Muslim, Fədailus-Səhabə, 13.
18 .
Muslim, Sıfatul-Münafiqin, 16.
19 .
Muslim, Fədailus sahabə,13.
83
olar. Belə ki, əshabdan Amr b. As Peyğəmbərdən
(s) bir gün soruşur:
-“Ya Rəsulullah! İnsanlar içində sənə ən sevimli
olan kimdir? Peyğəmbər (s):
“ Aişə” cavabını verir. Amr. b. As: “ Bəs kişilərdən
ya Rəsulullah?” soruşunca:
“ Aişənin atası”- cavabını verir.
20
Hz. Aişənin fəzilətinə dair bir çox rəvayət var-
dır ki, bunlardan biri də belədir:
Bir gün Rəsulullah (s):
“ Ey Aişə! Bu yanımdakı Cəbraildir, sənə salam de-
yir” dedi. Aişə:
“Salam, Allahın rəhmət və bərəkətləri onun üzərinə
olsun. Mənim görmədiyim Cəbraili sən görürsən” de-
yir.
21
Hz. Peyğəmbər (s) ilk xanımı Hz. Xədicədən
sonra xanımları içərisində Hz. Aişəni daha çox sev-
mişdir. Lakin bu sevgi onun Allaha olan sevgisini
və vəzifə və təbliğindəki bağlılığını azaltmamışdır.
Əbu Musa əl-Əşaridən gələn rəvayətə görə Hz.
Peyğəmbər (s) belə buyurmuşdur:
“Kişilərdən bir çoxu fəzilət və kamillikdə kəmala çat-
mışdır. Halbuki qadınlardan İmran qızı Məryəm ilə Fi-
rovunun arvadı Asiyə və Xədicə bin Xuveyliddən başqa-
sı kəmala çatmamışdır. Ümmətimin qadınları içərisində
20 .
Buxari, Fədailu Əshabin-Nəbi, 3662.
21 .
Buxari, Bədil-Xalq, 3217
Hz. Aişə
Möminlərin Anaları
84
isə Aişənin fəziləti tirit
22
yeməyinin digər yeməklərə olan
üstünlük və fəziləti kimidir”
23
Hz. A
işə Mədinədə Peyğəmbərimizin hərbi
səfərlərində iştirak etmiş və digər səhabə xanımla-
rı kimi hərbdə yaralıların müalicəsi ilə məşğul ol-
muşdur. Uhud qəzvəsində çiynində su və yemək
daşıyaraq Hz. Peyğəmbərə (s) hər zaman dəstək
olmuşdur.
Hz. Aişənin fəzilət nümunələrindən birisi də
onun şanına təyəmmüm ayəsinin enməsidir. Belə
ki, Hz. Aişə bir dəfə bacısı Əsmadan taxmağa bir boyun-
bağı almışdı.(bir rəvayətdə isə o boyunbağını ona anası
vermişdi.) Hz. Peyğəmbərlə (s) birlikdə Məkkə ilə Mə-
dinə yolu üzərində Beyda və Zatul Ceyşə çatdıqlarında
Aişənin boynundakı boyunbağı qırılıb hara isə düşdü.
Rəsulullah tapılması üçün o yerdə bir müddət dayandı.
Hər kəs də gözləməyə başladı. Dayandıqları yerdə su da
yox idi. Dəstədən bir neçə nəfər gəlib Əbu Bəkirə: “Ey
Əbu Bəkr! Aişənin nə etdiyini görürsənmi? Rəsulul-
lahı və hər kəsi yolundan elədi. Su başında da dayanıl-
mayıb. Heç kəsin yanında su da yoxdur”- dedilər. Əbu
Bəkr Aişənin yanına gəldi. Aişə oturmuş, Rəsulullah da
başını dizinə qoyub yuxulamışdı. Aişəyə acıqlanmağa
başladı. Aişə Rəsulullah yatdığı üçün səsini çıxarmadı.
Səhər olanda Rəsulullah oyandı. Ətrafda su yox idi. O
an Allah-Təaladan təyəmmüm ayələri nazil olmağa baş-
ladı. Hər kəs təyəmmum edərək ibadətini elədi. Üseyd b.
Xudayr Aişəyə: “Allah səni xeyir ilə mükafatlandırsın!
Sənin başına elə bir iş gəlmir ki, onda Allah-Təala sənin
22 .
Ətlə bişirilən bir yeməkdir. Müxtəlif bölgələrdə bu yeməyə
sərid də deyirlər.
23 .
Buxari, Əhadisul-Ənbiya, 3411.
85
üçün də, müsəlmanlar üçün də xeyir və bərəkət ehsan
etməsin-dedi. Rəsulullah (s) da: “Sənin bu boyunbağı-
nın nə böyük bərəkəti var imiş” deyir. Getmək üçün yola
düzələndə boyunbağını Aişənin dəvəsinin altında qaldı-
ğını görürlər.
24
Hz. Peyğəmbərlə Hz. Aişə arasındakı ailə bağı
sevgi üzərində qurulmuşdu. Bu baxımdan Hz.
Peyğəmbər (s) Hz. Aişəyə böyük hörmət və yaxın-
lıq göstərirdi. Amma burada onu da qeyd etmək la-
zımdır ki, Peyğəmbərin (s) xanımları arasında Hz.
Aişəni çox sevməsi və tərifləməsi, digərlərindən
üstün tutması səbəbiylə deyildir. Peyğəmbərin (s)
ona bu dərəcə bağlanmasının səbəbi Hz. Aişənin
ona qarşı rəftarından irəli gəlirdi. Yəni Hz. Aişə-
nin Peyğəmbərə (s) göstərdiyi sevgi, təslimiyyət və
bağlılığının bir nəticəsi olaraq Rəsulullah da onun
bu davranışına biganə qalmamış və ona sevgi his-
ləri ilə bağlanmışdır. Bunun ən gözəl nümunəsi-
ni Hz. Peyğəmbərin xanımlarına ya dünya malını
və zinətini istəmələri, ya da Allahı, Rəsulunu və
axirəti seçmələri üçün düşünməyə vaxt verdiyində
Hz. Aişənin heç düşünmədən ikinci şərti seçərək
peyğəmbəri məmnun etdiyi hadisəsində görmək
olar
.
Hz. Aişədən rəvayət edildiyinə görə Rəsulullah
(s) bir gün ona:
“Ey Aişə! Mən sənin məndən razı olduğun və mən-
dən incidiyin zamanı yaxşı bilirəm”- dedi. Hz. Aişə
bunu necə bildiyini ondan soruşanda Rəsulullah (s):
24 .
Buxari, Fədailu Əshabin-Nəbi, 3773; Müslim, Təyəmmüm 367.
Hz. Aişə
Möminlərin Anaları
86
“Məndən razı olduğun vaxtlar xeyir, “Muhammə-
din Rəbbinə and olsun”; məndən incidiyin zaman isə
“İbrahimin Rəbbinə and olsun!” deyirsən. Hz. Aişə də:
“Bəli, Allaha and olsun ki, incidiyim zaman sadəcə
sənin adını tərk eləyirəm” cavabını vermişdi.
25
Hz. Aişənin fəzilət və üstünlüklərini təkcə Al-
lah Rəsulu deyil, eyni zamanda xanımları da etiraf
edib təqdir edərdilər. İfq hadısəsində Rəsulullahın
(s) Aişə haqqında sorğu-suala çəkdikləri arasında
xanımlarından Zeynəb binti Cahş da var idi. Allah
Rəsulu ondan da Aişə haqqında bildiyi və gördüyü
şeylərin olub olmadığını soruşanda Zeynəb Rəsu-
lullaha belə cavab vermişdi:
“Ey Allahın Elçisi! Mən qulağımla eşitmədiyim,
gözümlə də görmədiyim şeylər xüsusunda Allahdan
qorxuram. Ancaq Allaha and olsun ki, Aişə haqqında xe-
yirdən başqa da heç nə bilmirəm” .
26
Hz. Aişənin hər xüsusda mükəmməlliyi, xüsu-
silə də İslami elmlər sahəsindəki elmi dərinliyi bir
çox islam alimləri tərəfindən qəbul edilmişdir. İbn
Teymiyyə və tələbəsi İbni Qayyuma görə; “Əgər
üstünlük axirətdə kəmalat dərəcəsinə görədirsə, o
halda bunu yalnız Allah bilir. Lakin dünyəvi nöq-
teyi nəzərdən baxıldığında həqiqi olan mükəmməl-
liklər pillə-pillə artaraq müxtəlifdir: Əgər mükəm-
məllik nəslin əsalət və nəcabəti yönündən isə o
zaman Fatimətuz-Zəhra hamısından üstündür.
Əgər peyğəmbərə imanda öndə olması, onun yax-
şılığı və səadəti üçün yardım və fədakarlıq göstər-
25 .
Buxari, Fədailus sahabə, 5228.
26 .
Buxari, Şəhadət, 15
87
məsi, İslamın ilk dönəmlərindəki sıxıntı və çətinlik-
lərə sinə gərməsi yönündən isə o zaman Xədicətul
Kübranın kəmalatı hamısını aşmaqdadır. Bununla
bərabər əgər zəkası və ədəbi üstünlüyü, dinə xid-
mətləri, Hz. Peyğəmbərin öyrətdiklərini, söylədik-
lərini və tətbiq etdiklərini yaşamasını nəzərə alsaq,
o zaman Aişə Siddiqənin rəqibi yoxdur.
Hz. Aişənin Elm Öyrənmədə
Əzmi və Bacarığı
Hz. Peyğəmbər (s) elm və təbliğdə təkcə səha-
bələri ilə deyil, öz ailə fərdləri, əhli-beytindən olan
möminlərin anaları olan zövcələrinin maariflən-
məsi ilə də yaxından maraqlanmışdır.
Rəsulullahın
(s) xüsusi həyatını və İslamı necə yaşadığını bizə
ən yaxşı tanıdan Hz. Aişədir. Digər xanımların nə
qədər hədis rəvayət etdiklərini gördükdən sonra
rahatlıqla demək olar ki, Hz. Aişə olmasaydı, Rə-
sulullahın (s) şəxsi həyatının bir çox mərhələsi bizə
qapalı qalacaqdı. Onun dərin elm dəryasından ən
cox faydalanan zövcələrindən olan Hz. Aişəni xü-
susilə qeyd etmək lazımdır . Hz. Aişənin Peyğəm-
bərlə (s) evliliyində gözə çarpan ən önəmli xüsus
bir müəllim-tələbə əlaqəsidir. Hz. Aişə o dərəcə
mükəmməl yetişmişdir ki, Hz. Peyğəmbərdən son-
ra onun evi qadın-kişi, böyük-kiçik bir çox insanın
hüzuruna gəlib onu dinlədiyi, sual soruşub cava-
bını aldığı bir elm və irfan ocağı olmuşdur. Hz.
Aişə Peyğəmbərdən (s) aldığı bilgilərlə həm səha-
bələrə, həm tabiunlara, həm də sonrakı müctəhid
imamlara işiq tutacaq bilgilər nəql etmişdir. O, Hz.
Peyğəmbərin (s) sünnəsini nəql etmək və açıqla-
Hz. Aişə
Möminlərin Anaları
88
maqla qalmamış, eyni zamanda onun doğru anla-
şılması xüsusunda elmi tənqid anlayışını da ortaya
qoymuşdur. Səhabələr arasında çox sayda mövzu-
da fitva verməsi ilə məşhur olan yeddi səhabədən
biridir. Hz. Peyğəmbərdən (s) 2210 hədis rəvayət
etmişdir.
Hz. Peyğəmbərin (s) Hz. Aişə ilə bağladığı ni-
kah əqdinin əsas səbəblərindən biri də İslam dini-
nin incəliklərini özündən sonra səriştəli birinə dövr
edilməsi idi. Allah Rəsulu (s) İslam dininin gələcə-
yi və çatacağı hədəflər hələ tam məlum olmadığına
görə ona tabe olan insanların aqibəti barəsində ha-
mıdan çox narahatlıq keçirirdi. İslam dininin əsas-
larını və hökmlərini zərif cinsin nümayəndələri
arasında izah edib, başa salaçağı ağıllı və çalışqan
bir qadına ehtiyac var idi. Hz. Aişə isə bütün bu
xüsusiyyətləri özündə cəmləşdirən bir qadın idi və
kişik yaşda olmasına baxmayaraq Hz. Peyğəmbə-
rin də bu mənada diqqətini cəlb etmişdi. Həmçi-
nin kiçik yaşda olduğuna görə Hz. Peyğəmbərin
də ona öyrətmək istədiyi məlumatları və qazandır-
maq istədiyi vərdişləri də mənimsəmək üçün əlve-
rişli mənəvi təbiətə sahib idi.
Hz. Aişə Rəsulullahla birlikdə olarkən daima
dərin mənalı suallar verir, izah olunan məsələnin
hərtərəfli başa düşülməsi üçün Peyğəmbərlə (s)
əhatəli müzakirələr edirdi. Bu xüsusiyyətləri baxı-
mından o, Əbu Bəkrin övladları içərisində xüsu-
silə seçilirdi. Həqiqətən də, nəsil məsələsinə böyük
əhəmiyyət verən ərəb zadəganlarında evlilik bağ-
ları iki ailə, yaxud da iki qəbilə arasında sıx əlaqələ-
89
rin qurulmasında və qarşılıqlı yardımlaşmada çox
böyük rol oynayırdı. Əbu Bəkr İslam dinini ilk
qəbul edən bir neçə nəfərdən biri idi və peyğəm-
bərə olan sədaqəti və bağlılığı nəticəsində “Siddiq”
ləqəbini almışdı. Qızına nişanlı axtaran Əbu Bəkr
Rəsulullahdan gələn evlilik təklifinə sevinclə razı
olmuşdu. Belə ki, o əsnada Hz. Əbu Bəkrin qəl-
bindən keçirdiyi gəncin “məni zorla İslam dininə
gətirməyə çalışmayın” sözlərindən çox incimiş və
qəlbi qırılmışdı.
Qısacası, Hz. Muhammədin (s) Hz. Aişə
haqqında bəslədiyi bütün ümidlər artıqlaması ilə
həyata keçmişdi. O, İslamda yetişmiş ən böyük
hüquq alimlərindən biri olmağa müvəffəq olmuş-
du. Həmçinin tarix, bəlağət (natiqlik) və şer sahələ-
rində də öz sözünü demişdi. Mədinədə tam doqquz
il Peyğəmbərin (s) ən yaxın və səmimi rəfiqi olmuş,
bunun təbii nəticəsi olaraq da Rəsulullahın həyatı
barəsində bir çox hədis rəvayət etmişdir. Eyni za-
man da Hz. Aişə hərbi səfərlərdə də iştirak etmiş,
döyüş əsnasında əsgərlərə tibb bacısı kimi xidmət
göstərmişdir. Onun hüquq, tibb, riyaziyyat, ədə-
biyyat və tarix elmlərində, eyni zamanda ərəb folk-
loru sahəsində nə qədər qabiliyyətli olduğu hamı-
ya məlumdur.
Tabiunun İmamı əl-Məsruqa: “Hz. Aişə miras
hüququnu yaxşı bilirdi?” soruşanda:
“Əlbəttə! Vallah canım əlində olan Allaha and
olsun ki, Rəsulullahın əshabından yaşlı olanların
belə Aişədən miras hüququ barəsində məlumat al-
dıqlarını gördüm” - cavabını vermişdir.
Hz. Aişə
Möminlərin Anaları
90
İbn Həcər “əl-İsabə”də Zübeyr b. Bəkkarın rə-
vayətini nəql edir:
“Mən Urvədən daha gözəl şeir deyən birini
görmədim.” Ona:
“Şeri kimdən rəvayət edirsən?” soruşduğumda
mənə: “Rəvayət etdiyim şeirlər Aişədəndir. Onun
yanında hər hansı bir hadisə yaşandığı zaman müt-
ləq onu şeir ilə deyərdi” - cavabını vermişdir.
Hişam ibn Urvə bin Zübeyr də Hz. Aişə haqqın-
dakı sözlərini belə nəql edir: “O, hədisi, Quranı və
şeiri insanlar arasında ən yaxşı bilən idi. O ölmədən
əvvəl dedim: “Əgər Aişə ölərsə, ona soruşmadığım
məsələlər üçün peşmançılıq çəkərəm”.
Qubeysa b. Züeyb rəvayət edir ki: “Hz. Aişə
xalqın ən alimi idi. Ürvə b. Zübeyr (Hz. Aişənin ba-
cısı oğlu) Hz. Aişənin yanına getdiyindən həmişə
elmdə bizə qalib gələrdi. Buna görə biz Ürvə b.Zü-
beyrə qibtə edərdik.”
Hz. Aişə, hücrəsinin (otağının) Məscidi Nəbə-
viyə bitişik olması səbəbilə Rəsulullahın məsciddə
verdiyi sohbət və xütbələri, təlim və irşadlarını öy-
rənmək, başa düşmədiklərini də Rəsulullahdan so-
ruşmaq surətilə yetişən və elmini kamala çatdıran
bir şəxsiyyət olmuşdur.
İmam Zöhri: “Bütün xanımların elmi ilə Pey-
ğəm bərin digər xanımlarının elmi bir araya gəti-
rilsə, yenə də Hz. Aişənin elmi hamısından üstün
gələr” buyurmuşdur.
Əbu Musa əl-Əşari də onun elmi fəzilətinə və
üstünlüyünə diqqət çəkərək: “Biz, Peyğəmbərin əs-
91
habının bir hədis üzərində bir müşkilimiz olanda
Hz. Aişəyə gedər və mütləq o hədisin cavabını on-
dan alardıq.” - buyurmuşdur.
Dostları ilə paylaş: |