MÖMİNLƏRİn analari baş Məsləhətçi


cələrinin rızasını gözləyərək Allahın sənə halal



Yüklə 49,39 Kb.
Pdf görüntüsü
səhifə7/16
tarix21.04.2017
ölçüsü49,39 Kb.
#15079
1   2   3   4   5   6   7   8   9   10   ...   16

cələrinin rızasını gözləyərək Allahın sənə halal 
qıldığı şeyi nə üçün öz nəfsinə haram edirsən?” 
buyurmuşdur.
b) İbn Cərir və İbn İshaqın rəvayətində isə Hz. 
Peyğəmbər (s) oğlu İbrahimin anası Mariya ilə Haf-
sanın evində ailə münasibətində olmuş, Hafsa isə 
bunu bildiyində hirslənmiş  və özünə qarşı    xoşa 
gəlməz hərəkət edildiyi mənasına gəldiyini söylə-
mişdir. Buna görə  də Hz. Peyğəmbər (s) bir daha 
ona yaxınlaşmayacağına and içmiş, bu məsələni 
kimsəyə söyləməməsini tapşırmışdı. Ancaq Hafsa 
bu məsələni Hz. Aişəyə söyləmişdir. Təhrim surə-
sinin ilk ayələrində zikr edilən hadisə budur.
4 . Buxari, 6/167, Talaq 8; Müslim, 2/1101-1110;  Əbu Davud, 
Əşribə 3715)  ,11); Nəsai, Talaq 16; İbn Sad, Tabaqat, 8/85; 
Umdətul-Qari, 20/244. 
Hz. Hafsa

Möminlərin Anaları
110
Hər iki rəvayətdə bu hadisənin olduğu xəbər 
verilməkdədir. Ancaq sonuncu rəvayət peyğəmbər 
zövcələrini boşamasına qədər gedən, xanımlarını 
maraqlandıran bir mövzunun incəliyi və  həssaslı-
ğı olması etibarilə nassa (Quran və Sünnəyə) daha 
yaxındır. Fəqət birinci rəvayətin sənədi daha qüv-
vətlidir və baş verməsi də mümkündür. Bunlardan 
hansının daha doğru olduğunu Allah bilir.
Hz. Peyğəmbərin bu hadisələrlə  əlaqəli bir 
müd
 
dət xanımlarından uzaq qalmağını İbni Abbas-
dan gələn rəvayətdə belə açıqlanmaqdadır.
İbin Abbas belə demişdir: “Bir ayəni Ömər b. 
Xattabdan soruşmaq istədiyim halda ona olan hör-
mətim səbəbi ilə soruşmağa çəkinirdim. Buna görə 
bir il gözlədim.Ta ki, həcc üçün yola çıxdı, mən də 
onunla birlikdə yola çıxdım. Geri dönərkən yol-
da dəstəmazını pozmaq üçün bir ağaclığa tərəf üz 
tutdu. Dəstəmazını pozub bitirənə qədər onu göz-
ləməyə başladım. Sonra birlikdə yola davam etdik 
və: “Ey möminlərin  əmiri,  “Əgər ikiniz də (bu 
hərəkətinizə görə) Allaha (çox yaxşı olar) tövbə 
edəsiniz” ayəsindəki Rəsulullahın (s) zövcələrin-
dən iki xanım kimlərdir?”- dedim: “Bu iki qadın 
Hafsa ilə Aişədir” dedi. Ona: “Allaha and olsun ki
bu sualı səndən bir ildir soruşmaq istəyirəm, ancaq 
səndən çəkinirdim”,- dedim. 
Cavabında mənə: “Belə etmə! Mənim bildiyi-
mi zənn etdiyin bir şey varsa çəkinmə, soruş. Əgər 
mən də onu bilirəmsə, sənə söyləyim”- dedi və 
sonra belə davam etdi: “Allaha and olsun, cahiliyyə 
dövründə biz qadınları adam yerinə qoymazdıq. 

111
Bu, Uca Allahın qadınlar haqqında hökm endirib 
haqlarını onlara verənə  qədər belə idi. Bir dəfə-
sində  mən öz özümə bir işi düşünərkən xanımım 
mənə: “Belə belə etsən” dedi.” Mən də ona :“Sənə 
nə olub mənim işlərimə qarışırsan!” dedim. O da 
“Ey Xəttab oğlu, sən də bir qəribəsən. Sənə qarşı-
lıq verilməsini istəmirsən, amma sənin qızın Rəsu-
lullaha qarşılıq verir. Hətta o gününü hirsli olaraq 
belə keçirir.” dedi. 
Dərhal paltarımı götürüb evdən çıxdım. Hafsa-
nın yanına getdim və ona: “Ey qızım, sənin Rəsu-
lullaha cavab verdiyini, hətta onun gününü hirsli 
olaraq keçirdiyin doğrudurmu?” - dedim. Hafsa: 
“Allaha and olsun ki, biz Rəsulullaha qarşı cavab 
veririk.” dedi. “Bilmiş ol ki, mən səni Allahın cəza-
sına, Rəsulullahın qəzəbinə düçar olmayasan deyə 
xəbərdarlıq edirəm. Qızım, qonşun (Hz. Aişəni 
nəzərdə tuturdu) Allahın Rəsuluna səndən daha 
gözəl və sevimli olsa da, bu səni aldatmasın”,- de-
dim və oradan çıxdım və qohumum olan Ummu 
Sələmənin yanına gəlib onunla danışdım. O da “Ey 
Xəttab oğlu, sən də bir qəribəsən. Hər şeyə qarışdın 
nəhayət, Rəsulullahın xanımlarının arasına da gir-
mək istəyirsən?” Bu cavabı  məni tutdu və içimdə 
hiss etdiyim kədərimi bir az yatırdı. Bundan sonra 
onun yanından çıxdım. 
Ummu Sələmənin cavabından sonra Hz. Ömər 
Peyğəmbərimizin xanımlarından incidiyini hiss et-
məmiş, təxminən bir ay sonra bildikdə isə  təkrar 
müdaxilə etmiş, Rəsulullah ilə danışıb onun kön-
lünü almışdı. 
Hz. Hafsa

Möminlərin Anaları
112
Bu ərəfədə mənim ənsardan bir dostum vardı. 
Rəsulullahın yanında olmadığım zaman o mənə 
xəbər gətirir, o da olmadığı zaman mən ona xəbər 
aparardım.. Bu sıralarda Qəssanlıların bizim üzəri-
mizə yürüş edəcəyi söylənilirdi. Buna görə də qəlb-
lərimiz narahat idi. Ənsar dostum bizə  gəlib “Aç, 
aç!” - deyə qapını həyəcanla döydü. “Qəssanlılarmı 
gəldi?”- dedim. “Bundan daha betər! Rəsulullah (s)  
xanımlarını boşayıb,”- dedi. “Hafsanın da, Aişənin 
də burnu yerə sürtülsün!” - dedim və paltarımı alıb 
evdən çıxdım. Rəsulullahın (s) yanına getdiyimdə 
özünə aid olan otağında idi.
5
 Məşrəbə adlı bu otağa 
çıxarkən nərdivanın başında Rəsulullahın (s) zən-
ci xidmətçisi orada idi “Mən Ömərəm”,- dedim və 
sonra içəri girmək üçün mənə icazə verildi. Daha 
sonar Peyğəmbərimizə xanımları ilə görüşdüyümü 
və onların danışdığı sözləri dedim. 
Ummu Sələmənin danışığına gəldiyimdə Rəsu-
lullah (s) təbəssüm etdi. Özü də bir həsirin üzərin-
də oturmuşdu. Həsir ilə arasında heç bir şey yox 
idi. Baş  tərəfində xurma lifi ilə doldurulmuş bir 
yastıq vardı. Ayaqlarının yanında bir miqdar səpil-
miş ağac yarpaqları, baş tərəfində isə  tabaqlanma-
mış dəri vardı. Həsirin yan tərəfləri Rəsulullahın (s) 
üzünə iz saldığını görüb ağladım. Peyğəmbərimiz 
(s) “Niyə ağlayırsan?” -deyə buyurdu: “Ey Allahın 
5 . Xüsusi otaq dediyimiz bu yer, içərisində qida maddələri və başqa 
əşyaların saxlandığı, üst qatında da Rəsulullahın (s) bəzən yalnız 
qalmağı üçün istifadə etdiyi iki qatlı bir otaqdır. Bu yerə “Hizanə”, 
üst qatdaki otağa isə “Məşrəbə” deyilməkdə idi. Xüsusi sayılan bu 
yerə Bilal vəzifəli idi və açarı da onda olurdu. Üst qata çıxmaq üçün 
nərdivan sayılan oyulmuş xurma kötüyündən istifadə edilirdi.

113
Rəsulu, Kisra və Qayseri həyatlarını yaşayırlar, sən 
isə Allahın Rəsulu olduğun halda belə yaşayırsan.” 
dedim. O da “İstəməzsənmi dünya onların, axirət isə 
bizim olsun.” buyurdu.”  
Belə başa düşülür ki, Allah Rəsulu (s) gizli tutul-
masını əmr etdiyi sirrin ifşa edilməsi və Hz. Aişə ilə 
digər xanımlar arasında cərəyan edən  sözləşmələr 
Ona bildirilmişdir. Hz. Peygəmbər (s) mövzunun 
necə olduğunu öyrənmiş və bu olanları qısa olaraq 
başa düşmüşdür. Hz. Aişəyə bunu söyləyərkən o 
dəhşətə  gələrək bunları  sənə kim söylədi, - deyə 
soruşmuş. Bəlkə də, elə zənn etmişdir ki, xanımlar 
arasında Hz. Aişəyə yaxın olan kimsə söyləmişdir. 
Ancaq  Hz. Peyğəmbər (s) verdiyi cavabda “Bunu 
mənə Alim və Xabir olan Allah bildirdi”,- deyərək öy-
rəndiyi qaynağı  xəbər vermişdir. Bu, o deməkdir 
ki, Hz. Peyğəmbər (s) sadəcə onun danışdığını de-
yil, aralarında olan bütün sözləri bilməkdəydi. 
Bu hadisəyə canı  sıxılan Hz. Peyğəmbər (s) 
evində belə  şeylərin olduğuna görə qüssələnir, 
bir ay boyu xanımlarına yaxınlaşmayacağını  qəsd 
edərək və müsəlmanların arasında eşidildiyinə 
görə onları boşamaq istəmişdir.
Ümumi olaraq Peyğəmbərimizə (s) Uca Al lah 
“Ey Peyğəmbər! Zövcələrinin rızasını gözlə yə rək 
Allahın sənə halal qıldığı şeyi nə üçün öz nəfsinə 
haram edirsən?
6
  ayəsini endirmiş, Rəsulullah xa-
nımlarının aralarında olanlara görə onlardan bir ay 
uzaq qalmışdır. Bu müddətdə özünə məxsus olan 
6 . Təhrim surəsi, 66/1
Hz. Hafsa

Möminlərin Anaları
114
xüsusi otağında iqamət etdi. Bu hadisəyə  İla
7
 ha-
disəsi deyilir.
Bu hadisə ilə  əlaqəli olaraq İmam  Əhmədin 
rəvayətində  fərqli məlumat verilməkdədir. Cabir 
nəql edir: “Xalqın Rəsulullahın qapısının yanında 
oturduğunu gördüklərində Hz. Əbu Bəkir və Hz. 
Ömər icazə istəyərək Rəsulullahın yanına girdilər. 
Allah Rəsulunun  ətrafında qadınları oturmuş, 
özünü də susqun vəziyyətdə gördülər. Hz. Ömər 
(içindən) Rəsulullaha bir şey söyləyim, bəlkə, 
gülər”, - deyib bunları söyləmiş: “Ya Rəsulullah 
Zeydin qızını (Ömərin xanımıdır) bir görməli idin. 
Bir az əvvəl məndən dünyalıq (nəfəqə) istədi. Mən 
də durub boynunu bükdüm.
Rəsulullah, Ömərin bu sözlərinə o qədər güldü 
ki, yan dişləri göründü. Xanımlarını işarət edərək: 
“Ətrafımda duranlar da məndən dünyalıq istəyirlər.” 
-dedi.
Bu səbəbələ  Əbu Bəkir qızı Aişənin, Ömər də 
qızı Hafsanın üzərinə getdilər və: “Siz ikiniz Rə-
sulullahın yanında olmayan şeyləri istəyirsiniz?” 
– dedilər. Rəsulullah onlara qızlarını döyməyə 
icazə vermədi. Allah Rəsulunun xanımları hamısı 
birdən: “Vallahi, biz bundan sonra Rəsulullahın 
yanında olmayan şeyi istəməyəcəyik”, -  deyirlər.” 
Hz. Peyğəmbər (s) iyirmi doqquzuncu gün əv-
vəlcə Hz. Aişənin yanına gələrək inzivasına son 
7 . Kişinin xanımı
 
ilə cinci əlaqədə olmayacağına and içməsi, nəzir 
və ya şərt kəsərək müəyyən və ya qeyri-müəyyən müddətdə bunu 
özünə qadağan etməsidir.

115
qoydu. Hz. Aişə Peyğəmbərimizə: “Sən bizim yanı-
mıza bir ay girməyəcəyinə and içmişdin. Halbuki, 
biz bu anda iyirmi doqquzuncu gecənin sabahın-
dayıq. ”Mən gecələri doğru olaraq sayırdım. Onda 
Hz. Peyğəmbər (s) belə buyurdu:  “And içdiyim ay 
iyirmi doqquzu idi. Bu ay da iyirmi doqquz oldu.” bu-
yurdu.
8
Yuxarıda bildirilən bal şərbəti hadisəsi haqqın-
da keçən eyni hədis Buxarinin başqa bir babında da  
zikr edilməkdədir. Hz. Ömər peyğəmbər xanımla-
rını boşadı  xəbərini eşidincə Hz. Hafsanın yanına 
gəldiyində onun ağladığını görmüşdü.
Bu  hədis Hz. Ömərin qızı Hz. Hafsa ilə necə 
maraqlandığını  və eyni zamanda onun Peyğəm-
bərdən uzaq qalma qorxusuyla necə  ağladığını 
gös tərməkdədir. Hz. Ömər Peyğəmbərimizdən (s) 
xanımlarını boşadınmı? - deyə soruşduğunda Rə-
sulullah (s) “Xeyr, ancaq qadınlardan bir aylıq ayrı 
qalacağım üçün and içmişəm ” - deyə buyurmuşdur.  
Allahın öz Rəsulunu (s) xanımlarını boşama 
möv  zusunda  sərbəst buraxması haqqında Hz. Aişə 
bu hədisi rəvayət etməkdədir.
“Rəsulullah (s) xanımlarından istəyəni sərbəst 
buraxması (ayrılması) ilə əmr olunduğunda, əvvəl-
cə mənim fikrimi aldı və mənə: “Sənə bir mövzuda 
söz açacağam. Ancaq ana və atanın bu mövzudaki fikir-
lərini almadan qərarını verməyə  tələsmə.”  buyurdu. 
Halbuki, ana və atamın mənim ondan ayrılmağı-
mı istəməyəcəklərini bilirdi. Sonra belə buyurdu: 
8 . Təhrim surəsi, 66/1-4
Hz. Hafsa

Möminlərin Anaları
116
Həqiqətən, Uca Allah: “ Ey Peyğəmbər! xanımları-
na de ki: dünya həyatını və bəzəyini istəyirsinizsə, 
gəlin sizə boşanma haqqınızı verim və sizi gözəl 
bir şəkildə boşayım! Yox, əgər Allahı, Rəsulunu və 
axirət yurdunu istəyirsinizsə, mütləq ki, Allah içi-
nizdən gözəl davranan xanımlara böyük mükafat 
hazırlamışdır.”
9
 Mən də: “Bu haqda ana və atamın 
fikirlərini almağıma ehtiyac yoxdur. Çünki mən 
Allahı, Rəsulunu və axirət yurdunu istəyirəm”,- 
dedim. Rəsulullahın (s) digər xanımları da mənim 
kimi etdilər.”
Beləliklə, Hz. Hafsa və Peyğəmbərimizin (s) 
digər xanımları bal şərbəti hadisəsindən sonra bir 
imtahan olunaraq dünyanı, yoxsa Allahı, Rəsulunu 
və axirət yurdunu seçəcəkləri haqqında sərbəst bu-
raxılarkən, bütün ümmətə nümunə olacaqları bir 
davranış sərgilədilər.
Hz. Hafsanın Əxlaqi Keyfiyyətləri
Hz. Hafsa Rasulullahın (s) digər xanımları kimi 
bir çox üstün keyfiyyətləri özündə cəm edən zöv-
cələrindən biridir. Cəbrail Peyğəmbərimizə onun 
cənnətdəki zövcələrindən biri olacağını xəbər ver-
mişdir. 
Allah Rəsulu (s) Hz. Hafsaya xitabən belə bu-
yurmuşdur;  “Ey Hafsa! Çox danışma! Allah-Təalanı 
anmadan çox danışmaq, qəlbi öldürür. Allahı zikr edərək 
danışmaq isə qəlbi dirildir.” 
Hz. Hafsanın  İslamı  məsələlərdə  dərin bir fə-
rasət və idrakı vardı. Bir dəfəsində Hz. Peyğəmbər 
9 . Əhzab surəsi, 33/28-29

117
(s) “Ümid edirəm ki, Bədirdə iştirak edən və Hüdeybiyə 
müqaviləsində olan sahabələr cəhənnəmə girməyəcək-
lər”,- dedi. Hafsa;  “fəqət Allah deyir ki: İçinizdən 
oraya getməyəcək kimsə yoxdur”,-
10
 dedi. Allahın 
Rəsulu onun bu sualına qarşılıq olaraq da: “Allah 
belə buyururSonra (günahdan) qorunanları qurta-
rarıq və zalimləri elə dizi üstə çökmüş olaraq bu-
raxarıq” 
11
 əlavə etdi. Bu qarşılıqlı danışmadan belə 
bir nəticəyə gəlinir ki, Hz. Hafsa  dində nə qədər də-
rin düşüncəli və həssasdır. Buna görə də, Peyğəm-
bərimiz onun elm öyrənməsinə şərait yaratmışdır.
Hz. Hafsa o dövrdə oxuma və yazması olan 
yeganə qadınlardan biri idi. O güman edilir ki, 
bunları  Şifa binti Abdullah adında qohumundan 
öyrənmişdir. Bir gün Allah Rəsulu (s) onun yanına 
gələndə Şifanın onun evində olduğunu və qarışqa 
duasını yazdığını gördü. Hz. Peyğəmbər (s) bu du-
anı Hz. Hafsaya öyrətməsini özü söyləmişdi. 
O, dini əmrləri haqqıyla yerinə yetirər və ge-
cələri ibadət edər, ilin çoxunu da oruclu olaraq ke-
çirərdi. Çox elmli biri idi. Abdullah b. Ömər, Sa-
fiyyə b. Əbi Ubeydə, Ummu Mübəşşir, Həmzə b. 
Abdullah, Harisə b. Vehb, Abdurrahman b. Haris 
tələbələri olub, Peyğəmbərimizdən (s) bir çox hədis 
rəvayət etmişdir.
Hz. Hafsanın fəziləti ilə əlaqəli bir çox məlumat-
lar vardır. Bunlardan bir başqası da  Hz. Peyğəm-
bərin (s) Hafsanı bir talaqla boşaması hadisəsində 
ortaya çıxır. Hz. Peyğəmbər onu bir talaqla boşadı-
10 . Məryəm surəsi, 19/71
11 . Məryəm surəsi, 19/72
Hz. Hafsa

Möminlərin Anaları
118
ğı zaman dayıları Kudamə və Osman onun yanına 
gəldiyində  ağladığını görürlər. Sonra “Vallahi, O, 
məni nə ayıb bir işdən, nə də bir əskiklikdən ötəri 
boşamadı,”- dedi. Bunları söyləyərkən Rəsulullah 
(s) gəldi və “Mənə Cəbrail gəldi. Hafsaya geri dönmə-
yimi söylədi. Çünki o, çox oruc tutan və gecə namazını 
çoxca qılan birisidir. O sənin cənnətdəki zövcələrindən 
biridir”,- buyurdu. 
Hz. Hafsa İslam tarixinin çox böyük və  əsas 
sayılan dəyərli bir vəzifəsinə sahib olmuşdur. Bu 
vəzifə, Hz. Əbu Bəkirin xəlifəliyi zamanında kitab 
halına gətirilən Qurani-Kərimin ona həvalə edil-
məsidir. 
Beləliklə, bu şərəfli vəzifəni yerinə yetirməklə 
o, Quranı mühafizə edən bir kimsə olaraq şöhrət 
qazanmışdır. 
Hz. Hafsanın Peyğəmbərimizlə (s) səkkiz il 
evlilik ömrü olmuş, Peyğəmbərimizdən  60 hədis 
rəvayət etmişdir. Bunlardan 3-ü həm Buxari, həm 
də Müslimdə keçməkdədir. Altısı isə sadəcə Müs-
limdədir.
Hz. Aişə  və Hz. Hafsa Peyğəmbərin (s) əh-
li-beytinin eyni qrupuna mənsubdu. Ancaq bəzən 
Peyğəmbərin sevgisini qazanmaq üçün qadınlıq 
xüsusiyyətlərinə görə  fikir ayrılığı olurdu. Onun-
la  əlaqəli bəzi hədislərdən biri belədir. Hafsanın 
Peyğəmbər ilə  səfərlərinin birində  Rəsulullaha 
gecə yoldaşlıq etmək üçün dəvələri dəyişdirərək 
Hz. Aişəyə oyun oynamışdı.
Hz. Aişədən nəql edildiyinə görə Hz. Peyğəm-
bər bir səfərə  çıxdığında xanımları arasında püşk 

119
atardı. Bir dəfəsində püşk Aişə  və Hafsaya düş-
dü. Rəsulullah (s)  gecə olduğunda Aişə ilə birlik-
də gəzər, onunla söhbət edərdi. Bir səfərdə Hafsa  
Aişəyə: «bu gecə sən mənim, mən də sənin dəvənə 
minim,  sən də  dəyişik mənzərə seyr et, mən də 
dəyişik mənzərə seyr edim»,- dedi. o da: «Yaxşı»,- 
dedi. Hz Hafsanın dəvəsinə mindi. Hz. Peyğəmbər 
(s) Aişənin dəvəsinin yanına gəldi, halbuki üzərin-
də Hafsa vardı. Salam verdi, bir müddət getdilər, 
nəhayət bir yerdə endilər. Aişə Hz. Peyğəmbər ilə 
birlikdə  səyahət etmə fürsətini qaçırdı, buna görə 
istirahət etmək üçün endiklərində iki ayaqlarını 
zəhərli həşəratın çox olduğu izhir otları arasına 
qoydu: «Ey Allahım! mənə əqrəb və ya ilan müsəl-
lət et də  məni sancsın. Artıq peyğəmbərə bir  şey 
söyləyə bilmirəm», - deyirdi.»
Peyğəmbərin xanımları arasındaki bu və bənzə-
ri hadisələr daha çox Hafsa ilə Aişəyə bağlanmaq-
dadır. Bir başqa hadisə də belə bildirilməkdədir.
Rəsulullahın azad etdiyi cariyələrindən Rəzinə 
belə nəql edir:
“Bir gün Yəmənli Sevda Aişəni ziyarət etməyə 
gəlir. Bu vaxt Hafsa da Aişənin yanında idi. Sevda 
çox gözəl görünürdü. Üzərində  Yəmən  əl işi olan 
əba və başında da başörtüsü vardı. Üzündə də göz-
lərinə doğru uzanan sabur və zəfəran boyalarından 
hazırlanmış olan iki şəkilli nöqtə vardı.
Hədisin ravilərindən Uleylə deyir ki: Mən qa-
dınların bu şəkildə bəzəndikləri dönəmə yetişdim. 
Hz. Hafsa

Möminlərin Anaları
120
Sevda gəlincə Hafsa  Aişəyə: “Ey möminlərin 
anası, Rəsulullah gəlir. Biz sadə şeylər geyinmişik, 
amma bu qadın isə aramızda şimşək kimi çaxır, - 
dedi. Aişə: Ey Hafsa, Allahdan qorx, bu nə sözdü 
deyirsən? Hafsa: Mən onun bəzəyini pozacağam, - 
dedi. Aişə ilə Hafsanın danışdığını hiss edən Sevda 
(qulağı ağır eşidirdi) nə deyirsən? - dedi. Hafsa: Ey 
Sevda tək gözlü dəccal çıxmış! - dedi. Sevda: Vay, 
“eləmi?” - deyib qorxdu, tir-tir titrəyirdi. Harada 
gizlənim? - dedi. Hafsa: Hayməyə
12
 - gir, - dedi.
Sevda gedib orada gizləndi. Haymə kir içində 
idi. Hər tərəfi hörümçək toru tutmuşdu. Bu vaxt 
Rəsulullah içəri girdi. Hafsa ilə Aişə gülürdülər. 
Gülməkdən danışa bilmirdilər. Rəsulullah tam üç 
dəfə:  “Nə olub gülürsünüz?” - deyə soruşdu. Onlar 
da sığınağı göstərdilər. Peyğəmbərimiz gedib baxdı 
ki, Sevda, orada tir-tir titrəyir. “Sevda burada nə işin 
var?” - deyə buyurdu. Sevda: Ya Rəsulullah, o tək 
gözlü dəccal çıxmış! Peyğəmbərimiz (s) “Çıxmadı, 
ancaq mütləq çıxacaq, - deyə iki dəfə təkrar etdi.” Sonra 
da Sevdaya oradan çıxması üçün kömək edərək üzə-
rindəki hörümçək torlarını təmizləməyə başladı.”
Hz. Hafsanın fəzilətini maddələr şəklində belə 
sıralaya bilərik.
Hz. Hafsa, ədaləti ilə zirvə olan böyük xəlifə 
Hz. Ömərin evində yetişmişdir.
Hz. Hafsa möminlərin anası olma şərəfinə nail 
olmuşdu.
12 . Haymə xurma budaqlarından hazırlanmış olan və içinə gizlən-
mək üçün istifadə olunan bir sığınaqdır.

121
Cəbrail Peyğəmbərimizə  cənnətdə  də xanımı 
olacaq xəbərini vermişdi.
Allah üçün çoxca ibadət edən, oruc tutan və 
gecə namazlarını çox qılan birisi idi.
Elmli, iradəsi qüvvətli, fərasətliydi. Peyğəmbə-
rimizdən 60 hədis rəvayət etmşdir.
Atası Hz. Ömərdən sonra Quran müshəfinin 
qorunması ona əmanət edilmişdi.
Hz. Hafsa Quran hafizi (hafizə) olmuşdur.
Hz. Hafsanın Vəfatı
Hz. Hafsa Peyğəmbərimizin (s) digər xanımları 
kimi Xeybər fəthindən sonra əldə edilən qənimət 
payından özünə lazım olanı almışdı. Peyğəmbəri-
mizin vəfatından sonra illik maaş olaraq on min 
dirhəm aldı. Xüsusilə dövlət işlərində çox mütəva-
zi idi. Hətta atası Hz. Ömərin xəlifəliyi dönəmlə-
rində belə, xəlifə qızı olmasından heç bir sahədə sui 
istifadə etməmişdir.
Hz. Hafsa Əməvi dövlətinin qurucusu Mua-
viyə bin Əbu Sufyanın səltənəti dövründə hicri və 
ya 45-ci ildə
13
 - miladi 665-ci ildə  Mədinədə  vəfat 
etmiş, cənazə namazı  Mədinə valisi Mərvan ibn 
Hakəm tərəfindən qılınaraq Baqi məzarlığında 
dəfn edilmişdir.
Mərvan onun cənazəsini məzara qədər təqib 
etmiş və dəfnindən sonra oradan ayrılmışdır. Hət-
ta Mərvanın onun tabutunu Bəni Hazmın evindən 
13 . İbn Sad, ət-Tabaqat, olan məlumata görə   hicrətin 41-ci ilində 
vəfat etdiyi də söylənməkdədir. Vəfatı zamanı 60 yaşı vardı.  
Hz. Hafsa

Muğirə b. Şübənin evinə qədər daşıdığı da bildiril-
məkdədir. Əbu Hureyrə də onun cənazəsini bura-
dan Baqi qəbiristanlığına qədər daşımışdır. 
Dəfn zamanı onu qəbrinə  Hz. Ömərin oğulları 
Abdullah və Asim ilə  nəvələri Abdullah, Həmzə, 
və Salim endirmişdirlər. Bunlar Hz. Ömərin oğlu 
Abdullahın uşaqlarıdır. 
Allah ondan razı olsun! 
 
Möminlərin Anaları
122

Hz. Зейняб

125
Yoxsulların Anası
Zeynəb binti Hüzeymə
Peyğəmbərimizin (s) ailə həyatı qurduğu bəxti-
yar xanımlardandır. Bütün möminlərin anası olma 
şərəfinə nail olmuş, istər cahiliyyə dövrü,  istərsə 
də  İslam dövrü olsun yoxsullara və möhtaclara 
yardım etmiş, şəfqət və mərhəmətlə davranmışdır. 
Ona “Ümmül Məsakin”, yəni miskinlərin, möhtac-
ların anası adı verilmişdir.
Zeynəb Binti Hüzeymə  Həzrəti Pey ğəmbərin 
(s) evindəki həyatı  qısa (iki və ya üç ay) olduğu 
üçün tarixçilər onun haqqında çox geniş məlumat 
verməmişlər
.
 
Bildiyimiz bir şey var ki, o da Hz. 
Zeynəbin yoxsullara və möhtaclara kömək etməsi 
və çox fəzilətli bir insan olmasıdır.
Zeynəb binti Hüzeymə  Ərəbistanın  ən güc-
lü qəbilələrindən olan Amir İbni Sasah qəbiləsinə 
mənsubdur. Nəslinin silsiləsi belədir:
-Zeynəb binti Hüzeymə bin Abdullah bin Amir 
bin Abdi Mənaf bin Hilal bin Amir bin Sasah  əl-Hi-
laliyyədir.
İbn Abdil-Bərr onun nəsli haqqında (Nəssabə) 
Əbul-Həsən  əl-Cürcaninin belə dediyini rəvayət 
edir: “Zeynəb binti Hüzeymə möminlərin ana-
sı Meymunə binti Haris ilə ana tərəfdən bacıdır.” 
Yox

Möminlərin Anaları
126
Bu məlumatı verdikdən sonra İbn Abdil-Bərr: “Bu 
haqda olan məlumatı başqasında görmədim, doğ-
rusunu Allah bilər” - deyə bildirmişdir.
Nəsli haqqında Əbu Cəfər b. Habibin, Rəsulul-
lahın (s) yaxınları barəsində Meymunə binti Haris 
b. Hazn əl-Hilaliyyə ilə bağlı olaraq dediyidir. Ona 
görə Hz. Meymunənin anası:
-Hind binti Afv b. Haris. Hamata əl- Himariyədir. 
Meymunənin ana ata bir olan bacılarına gəlincə 
onlar:
-Hz. Abbas b. Abdulmüttəlibin uşaqlarının 
anası olan Ümmül-Fadıl Lübabətul-Kübra, Xalid 
b.Vəlidin anası Lübabətus-Suğra və Azzə binti Ha-
risdir.
Anabir bacılar isə:
-Zeynəb binti Hüzeymə b. Haris b. Abdullah 
əl-Hilaliyyə  şəhid olan Cəfər b. Əbu Talib (Cəfəri 
Təyyarın yoldaşı  Əsma binti Umeysdir ki, bunu 
daha sonra Hz. Əbu Bəkir, onun vəfatından son-
ra da Hz. Əli nikahlamışdır.) və Abdullah b. Kabın 
yoldaşı Səlamə binti Umeysdir. 
Ərəblər arasında qohumlarının şərəfi baxımın-
dan Meymunənin anası Hind binti Avf və bacıla-
rından daha soylu bir qadın yoxdur. 
Yüklə 49,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin