MÖMİNLƏRİn analari baş Məsləhətçi



Yüklə 49,39 Kb.
Pdf görüntüsü
səhifə10/16
tarix21.04.2017
ölçüsü49,39 Kb.
#15079
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

Ummu Sələmənin Vəfatı
Ummu Sələmə  Rəsulullahın (s) ən son vəfat 
edən xanımıdır. Hicrətin 59 və ya 61-ci ilində vəfat 
etmişdir. İbn Həcər kitabında vəfat tarixi haqqında 
müxtəlif görüşlərin olduğunu nəql etmişdir. Belə 
ki, Vaqidinin hicri 59-cu ildə vəfat etdiyini yazarkən 
İbn Hıbban hicri 61-ci ilin sonlarında İbn Əbi Hay-
səmə Yezid bin Müaviyənin xilafəti dövründə Əbu 
Nuaym isə hicri 62-ci ildə vəfat etdiyini qeyd edir. 
İbn Həcər isə bu möhtərəm xanımın hicri 60-cı ilin 
sonlarında vəfat etdiyi görüşündədir.
 
 Vəfat etdiyi zaman 84 yaşındaydı. Ziya Kazıcı 
qaynaqların onun Kərbəla hadisəsində Hz. Hüseyn 
və ailəsinin şəhid edilməsi xəbəri üzərinə ürəyinin 
getdiyini, sonra bu üzüntü ilə də vəfat etdiyini nəql 
edir.
 
Ummu Sələmənin oğlu Ömərdən rəvayət edi-
lən bir xəbər onun dəfni haqqında məlumat verir. 
Buna görə anasının vəfat etməsi üzərinə onu özü, 
qardaşı  Sələmə, Abdullah bin Abdullah bin Vəhb 
bin Zəma qəbrə endirib dəfn etdilər. O, bu rəvayə-
ti ilə anasının öldüyü zaman 84 yaşında olduğunu 
qeyd edir.
 
 
Hz. Peyğəmbər (s) ona Xeybərin gəlirindən 
sək sən vesq xurma ilə iyirmi vesq (ölçü vahidi) ar-
13 .
 Buxari, Sücudus-Səhv,(Səhv Səcdəsi Kitabı), 1233.

161
pa təyin etmişdi. Rəsulullahın (s) vəfatından sonra 
xə lifə Hz.Əbu Bəkr və Ömər (r.anhum) bu qadın 
sə habəyə böyük hörmət göstərmiş, digər xanımları 
ilə birlikdə ona da dolanışığını təmin etmək üçün 
bir miqdar pay ayırmışdılar.
Cənazə namazını Əbu Hureyrə Baqi qəbristan-
lığında qıldırmış  və orada dəfn edilmişdir. Ömər 
və Sələmə adındakı oğulları ilə Abdullah b. Abdil-
lah b. Umeyyə və Abdullah b. Vəhb b. Zəma tərə-
findən qəbrə endirilmişdir.
 
Allah ona rəhmət eyləsin. Amin!
Hz. Ummu Sələmə

Hz. Зейняб
 бинти Жащш

165
Hz. Zeynəb binti Cahş
Aləmlərə  rəhmət olaraq göndərilən Hz. Pey-
ğəmbərin (s) digər mübarək  xanımlarından biri də 
bibisi qızı olan Zeynəb binti Cəhşdır. 
Zeynəb binti Cahşın ləqəbi Ummu Hakəmdir.  
Atası Bəni Əsəd qəbiləsindən olan Burrədir. Burrə 
iman etmədiyi üçün adına Cahş deyildi. Atası başqa 
yerdən köç edərək gəlib Məkkəyə yerləşmişdir. 
Zeynəb binti Cahş Məkkədə 588-ci ildə doğul-
muş  və hicrətin V ilində Peyğəmbərimizlə evlən-
mişdir.
Zeynəb Qureyş qəbiləsinin Haşim qolundan idi.  
Anası Peyğəmbərimizin dörd bibisindən biri olan 
Umeymənin qızı,  Abdullah bin Cahşın bacısı dır. 
Əbu Hureyrədən rəvayət edildiyinə görə: “Zey-
nəb (binti Cahşın) adı çox yaxşı və xeyirli məna sına 
gələn  Bərrə idi.” Bu ad səbəbi ilə özünü üstün tu-
tardı. Deyildiyinə görə, Rəsulullah (s) ona “Zeynəb 
(mənzərəsi gözəl ağac)” adını vermişdir.
Hz. Zeynəbin Zeyd bin Haris ilə Evliliyi
Zeynəb, ilk iman edənlərdəndir.  Məkkədən 
Mədinəyə hicrət etdiyi zaman subay idi.
Hz

Möminlərin Anaları
166
Zeyd bin Harisin Hz. Zeynəb ilə evlənməmiş-
dən əvvəl həyatına bir nəzər salsaq, onun Peyğəm-
bərimizin (s) həyatında necə bir yer aldığını görərik.
Qaynaqların verdiyi məlumata görə Zeyd bin 
Harisənin  əvvəl kölə olmadığı xəbər verilməkdə-
dir. Çünki o, kölə bir ailədə doğulmamışdır.  Bu 
səmimi qəlbli sahabə Peyğəmbərimizin (s) tər-
biyəsində yetişib, örnək insan halına gəlməsiylə 
Peyğəmbər (s) əshabının ən şərəfliləri arasında adı 
zikr edilməkdədir. Peyğəmbərimiz (s) Taif xalqına 
onunla birlikdə təbliğ etmək üçün getdiyində xalq 
tərəfindən  daşlanarkən Zeyd özünü Peyğəmbəri-
mizin önünə ataraq daşların Peyğəmbərimizə (s) 
dəyməsin deyə özünü sipər  etdiyi görülməkdədir.
Bir gün anası ilə birlikdə Bəni Man b. Tayy qə-
biləsindəki qohumlarını ziyarət etmək üçün yola 
çıxarkən səkkiz yaşında olan  Zeyd, Bəni Kayn 
süvariləri tərəfindən qaçırılıb Ukaz bazarına kölə 
kimi gətirilmişdi. Hz. Xədicənin qardaşı oğlu Ha-
kim bin Hizam,  Zeydi bibisi üçün dörd yüz dir-
həmə satın almışdı. 
Peyğəmbərimiz (s) Hz. Xədicə ilə evləndiyi za-
man Xədicə köləsi Zeydi Ona hədiyyə etmişdir.  
Rəsulullah (s) Zeydi azad edib övladlıq etdiyini 
elan edərək ərəblərə xas olan bir  adəti həyata ke-
çirmişdir.
Zeydin ailəsi sonradan onu axtarıb tapdığında 
o, öz aliəsinə dönməmiş peyğəmbərlik gəlməmiş-
dən əvvəl Aləmlərə Rəhmət olan Peyğəmbərimiz-
dən (s) elə bir xoş  rəftar görmüşdü ki, valideylə-
rinin yanında deyil, Peyğəmbərimizin (s)  yanında 

167
qalmağı seçmişdi. Peyğəmbərimiz (s) daha sonra 
onu Ummu Eymənlə evləndirmişdir.  
Bərəkə binti Saləbə, yəni Ummu Eymən  əsha-
bı kiramdan olub,  Peyğəmbərimizin (s) anasın-
dan qalan dayəsidir. Rəsulullahın atası Abdulla-
hın cariyəsi olub həbəşli idi. Həbəşli Abdullahla 
evlənmişdi. Onun vəfatından sonra, Allah Rəsulu 
Ummu Eyməni Zeyd ilə evləndirmişdir. Bu izdi-
vacdan onların örnək sahabələrdən olan Usamə 
bin Zeyd  dünyaya gəlmişdir. Rəsulullah  bu xanı-
ma olan sevgisini belə bildirmişdir. “Ummu Eymən, 
anamdan sonra anamdır.” O, Peyğəmbərimizdən beş 
ay sonra vəfat etmişdir.
Zeyd bin Harisə Zeynəb binti Çahşla evlənmək 
istədiyi zaman, Peyğəmbərimizin yanına gəldi! 
“Ya Rəsulullah! Mənim üçün Zeynəbə elçilik et!”, 
- dedi. 
Peyğəmbərimiz (s): “Onun sənə  gələcəyini 
zənn etmirəm. Çünki O, çox vüqarlı bir xanımdır”, 
-  buyurdu.
Bunun üzərinə Zeyd “Ya Rəsulullah! Ona Sən 
söyləsən və (Zeyd mənə insanların üstünüdür) 
desən, etiraz etməz”, - dedi.
Peyğəmbərimiz (s): “O, çox dilli-dilavər  bir qa-
dındır”, - buyurdu.
Hz. Zeyd Hz. Əlinin yanına gedərək Peyğəm-
bərimizlə (s) danışmasını istədi və  birlikdə Pey-
ğəmbərimizin yanına gəldilər.
Hz. Əli Peyğəmbərimizlə (s) danışdı.
Hz. Zeynəb binti Cahş

Möminlərin Anaları
168
 Peyğəmbərimiz (s): “Ey Əli!  Mən bu işi etmə yə 
ça lışaram.  Ancaq əvvəl səni onun  ev  xalqına gön-
də rim. Get özləri ilə bir görüşüb  danış!”,  - buyur du.
Hz.  Əli Peyğəmbərimizin (s) dediyi kimi et di 
və geri qayıdaraq Zeynəbin də,  qardaşının da bu 
işə istəkləri olmadığını xəbər verdi.
Bundan sonra Peyğəmbərimiz (s) azadlı kö ləsi 
və mənəvi oğlu Zeydə görə Zeynəbə  elçilik etmək 
üçün özü getdi.
Bilindiyi kimi, Rəsulullahın (s)  ən  əsas təbliğ 
metodlarından biri də Allah tərəfindən gələn əmir 
və qadağaları əvvəl özündə tətbiq edərdi. Əgər öz 
şəxsində  tətbiq etmə imkanı tapmamışsa, o əmr 
və qadağaları  ən yaxın qohum əqrabası üzərində  
həyata keçirmişdi. O,  insanları bir darağın dişləri 
kimi bərabər qəbul edirdi.  Ona görə Allah qorxusu 
və təqvadan başqa heç bir əsas insanlara ayrı seçki-
lik gətirməməliydi. Bu haqda müqəddəs kitabımız 
Qurani-Kərimdə “Allah yanında ən hörmətli ola-
nınız Allahdan ən çox qorxanınızdır”.
1
-  buyrul-
muşdur.
Hz. Zeynəb Rəsulullaha qarşı sevgi hissi bəs-
ləyirdi və  nəzir-niyaz edərək,  əgər bir gün Allah 
Rəsulu ilə (s) evlənmiş olsa, Allaha şükr borcu ola-
raq iki ay fasiləsiz oruc tutmağa söz ver mişdi. O 
qədər uzun müddət bu xəbəri gözləmişkən, ona 
təklifi gətirən adama sevindiyindən, üstündə olan 
bütün zinət əşyalarını vermişdi. Hz. Peyğəmbərin 
evliliklərinə baxmayaraq, o, öz ümidini itirməmiş, 
1 . Hucurat surəsi, 49/13

169
35 yaşa qədər həyatını bakirə olaraq və ondan son-
ra Rəsulullahın (s) israrı ilə Zeyd b. Haris ilə ev-
lənmək məcburiyyətində qalmışdır. Təbii ki, o, heç 
kimə  bu gizli nəziri barəsində danışmamışdır.
 Cahiliyyə dönəmindən bəri davam edib gələn 
sinif hakimiyyəti var idi ki, İslamın gəlməsi ilə bu 
bərabərsizlik ortadan qalxmalı,  İslam cəmiyyəti 
bərabərlik və ədalət üzərinə qurulmalı idi. Bunun 
üçün də ən həssas mövzularadan biri olan evlilik-
lə bu iş həyata keçməliydi. Bibisi qızı Zeynəb bu iş 
üçün əlverişli bir fürsət idi. Rəsulullah (s) Zeynəbin 
evliliyindən bəhs edildiyində,  köhnə və pis adətlə-
ri yox etmə zamanının gəldiyinə hökm edərək  Hz. 
Zeynəbi övladlığı Zeyd üçün istədi. Ancaq nə Zey-
nəb, nə də qardaşı Abdullah soylu  və azad qadının 
(daha əvvəl  köləlikdən azad  edilmiş olsa da) bir 
kölə ilə evlənmə təklifini xoş qarşılamadılar.
Onların bu işə könülləri olmayıb, qəbul etmək 
istəkləri olmadığına  görə Cənabı-Haqdan belə bir 
ayə nazil oldu: 
“Allah və Rəsulu bir işə  hökm etdiyi zaman, 
heç bir mömin kişiyə və qadına öz işlərində başqa 
yol  seçmək (öz ixtiyarı ilə ayrı cür hərəkət etmək) 
yaraşmaz. Allah və Rəsuluna asi olan kəs, şübhə-
siz ki (haqq yoldan), açıq aydın azmışdır! ”
2
Bu ayə nazil olunca, Zeynəb binti Cahş inadın-
dan  əl çəkərək, Allah və  Rəsulunun  (s)   əmrinə 
itaət etdi və Zeydlə evlənməyə razı oldu. 
2 . Əhzab surəsi,  33/36
Hz. Zeynəb binti Cahş

Möminlərin Anaları
170
Zeynəbin Mehri və Cehizi
Peyğəmbərimiz  (s)  Hz. Zeynəbə, Zeyd tərəfin-
dən mehr və cehiz olaraq:
On dinar
Altmış dirhəm
Bir ədəd baş örtüsü 
Bir ədəd yataq dəsti
Bir ədəd köynək
Bir ədəd əntari
Əlli mud (ölçü) ərzaq
On mud (üç yüz Sa) xurma göndərdi.
Uzun Sürməyən Evliliyə Son Qoyulması
Cənabı  Haqqın qədərə qoyduğu qanuna əsasən 
Zeyd ilə Hz. Zeynəbin evlilikləri uzun sürmədi. 
Zeydlə Zeynəbin arasında olan sinfi  bərabərsizlik 
zamanla onların ailə həyatlarında problemlər orta-
ya çıxararaq yolları ayırmış oldu. Bu ayrılığın  son-
radan hikməti açılacaqdı. 
Ailə həyatında münaqişələr davam etdiyi üçün 
Zeyd Peyğəmbərimizə (s) Zeynəbdən ayrılmaq 
istədiyini bildirir. Hz. Peyğəmbərin müdaxilələ-
rinə baxmayaraq, Zeyd Zeynəbi boşamaq istəyir. 
Bir gün Allah  Rəsulu bu vəziyyəti dəyişmək istə-
yi ilə Hz. Zeydə  nəsihət etmək üçün evinə getdi. 
Ancaq onu evdə tapa bilmədi. Zeynəbin israrına 
baxmayaraq, Peyğəmbərimiz (s) içəri girməyib qa-
pıdan geri döndü.

171
 Yaşının çox olmasına  baxmayaraq  (o ərəfə-
də  Zeynəbin 36 yaşı vardı), gözəl idi. Rəsulullah  
(s) onu görüncə “Qəlbləri haldan-hala salan Allah nə 
ucadır ”,-  deməkdən özünü saxlaya bilmədi. Hz. 
Peyğəmbərin bununla nə demək istədiyini klassik 
tarixçilər belə izah edir:  Daha əvvəl özündən yaşlı 
olan zənci qadın Ummu Eymənlə xoşbəxt bir həyat 
sürən Zeydin, belə gözəl və üstün məziyyətlərə sa-
hib olan bir qadınla yola getməməsi nə qədər qəri-
bədir.
Rəsulullah (s) “Allahdan qorx və zövcəni yanın-
da saxla”
3
  şəklindəki qəti əmrinə baxmayaraq, bir 
müddət sonra Zeyd Hz. Zeynəbi boşadı. Bir neçə 
ay sonra Hz. Peyğəmbərə (s)  Zeynəblə evlənməsi 
üçün vəhy yolu ilə əmr gəldi.
Peyğəmbərimizin Zeynəblə Evliliyi
Allah Rəsulunun (s) Hz. Zeynəb ilə evliliyi 
digər xanımlarıyla evliliyi kimi, Allah tərəfindən 
hökmən qoyduğu əmrlərindən biridir. Peyğəmbə-
rimizin (s) Hz. Zeynəblə evlənməsi digər xanımlar-
la evlənməsinə  bənzəmir. Bu evlillikdən bir neçə 
hikmətlər ortaya çıxmaqdadır. Hətta Zeynəb ana-
mızın digər xanımlara qarşı öyünəcəyi  bir evlilik 
olmuşdur.
M. Asım Köksalın  İbn Sadın Tabaqat  əsərindən 
aldığı məlumata görə Hz. Aişə “İşlərin ən böyüyü və 
ən üstünü ona edildi ki, Allah onu göydə nikahladı. Zey-
nəb, bununla bizə qarşı öyünəcək! - dedim”, -  deyir. 
3 . Nəsəfi, 3/304; Təfsirul-Kəbir, 25/212.
Hz. Zeynəb binti Cahş

Möminlərin Anaları
172
Enəs b. Malik deyir ki, “Zeynəb binti Cahş, 
Zeyddən boşandıqdan sonra iddə müddəti tamam-
landıqdan sonra Rəsulullah (s) Zeydə: Özümə sən-
dən daha etibarlı bir kimsə tapmadım. Zeynəbə 
get, mənim üçün ona elçilik et! ”, - buyurdu.
Nə  qəribədir ki, bir zamanlar Peyğəmbərimiz 
(s) Zeynəbə, Zeyd üçün elçilik etmişdir.  İndi isə 
Zeyd Peyğəmbərimiz (s) üçün Zeynəbə elçiliyə ge-
dir. Uca Allahın insanlar üçün həyat axarında qoy-
duğu elə qanunlar vardır ki, zamanı gəlincə həmin 
hadisələr öz yerinə keçir. Allah-Təala Zeynəb ana-
mızı Peyğəmbərimizə (s) nikahlamaqla həm ona 
“möminlərin anası” olma bəxtiyarlığına qovuş-
durmuş, həm də bir zamanlar Hz. Peyğəmbərimiz 
Zeyd üçün ona elçi düşəndə o əvvəl razı olmuşdu. 
Çünki elə bilmişdi ki, Peyğəmbərimiz (s) özü üçün 
elçilik edir. Ancaq sonradan biləndə ki, bu evlilik 
təklifi Zeyd üçündür, razı olmaq istəmədi. Lakin 
Allah Rəsuluna qarşı  gəlməkdən çəkindi.  İndi isə 
onun həyat qapısından axirət yurduna elə bir  pən-
cərə açılır ki, həm dünyası, həm də axirəti üçün bö-
yük bir qurtuluş,  cənnət məkanına gedən bir yola 
doğru qapı açılır.
Zeyd gedib Zeynəbin qapısını döydü. 
Hz. Zeynəb !“kimdir?” - deyə  səsləndi. Zeyd  
isə! “ Zeyddir”, - dedi.
Hz. Zeynəb! “Zeyd məni boşadıqdan sonra 
məndən nə istəyir ?” , - dedi. 
Zeyd! “Məni sənə Rəsulullah göndərdi”, - dedi. 

173
Zeynəb ! “Elə isə Rəsulullahın elçisi xoş gəldi!” 
- dedi və qapını açdı. 
Hz. Zeynəb o arada çörək xəmiri mayalamaqla 
məşğul idi. 
Zeyd deyir: “Ey Zeynəb! Səni müjdələyirəm! 
Rəsulullah məni, özü üçün elçilik etməyə sənə gön-
dərdi”, - dedi. Rəsulullahla (s) evlənəcəyi xəbəri 
verilincə, Hz. Zeynəbin Allaha şükür səcdəsi etdiyi 
və Allah rızası üçün iki ay oruc tutmağa niyyətlən-
diyi də rəvayət edilir.
Hz. Zeynəb Peyğəmbərimizlə (s)   evlənməyi 
müjdələyənə, üzərində olan ziynət  əşyalarını  hə-
diyyə  olaraq vermişdi.
Hz. Zeynəb anamızın nikahını Allah tərəfindən 
kəsildiyi üçün ona Peyğəmbərimiz tərəfindən me-
hir verilməmişdir. Çünki onun şahidləri də mələk-
lər olmuşdur. Qurani-Kərim Əhzab surəsi 37-38-ci 
ayələrdə belə buyrulur: (Ya Peyğəmbər!) Xatırla 
ki, bir zaman Allahın (islam dininə yönəltməklə) 
nemət verdiyi və  sənin özünün (köləlikdən azad 
etməklə) nemət verdiyi şəxsə (Zeyd ibn Harisəyə)
“Zövzəni (Zeynəb bint Cəhşi) saxla (boşama), Al-
lahdan qorx!” – deyir, Allahın aşkar etdiyi şeyi 
(Zeynəbin boşanacağı təqdirdə onu almağın haqda 
sənə nazil olan vəhyi)  ürəyində gizli saxlayır və 
adamlardan (onların Peyğəmbər oğulluğunun bo-
şadığı övrətlə evlənir, – deyəcəklərindən)  qorxur-
dun. Halbuki əslində  sənin qorxmalı olduğuna 
ən çox layiq Allahdır. Zeyd zövcəsi ilə əlaqəsini 
kəsdikdə  (Zeynəbi boşadıqda)  səni onunla ev-
ləndirdik ki, oğulluqları övrətlərini boşadıqları 
Hz. Zeynəb binti Cahş

Möminlərin Anaları
174
zaman onlarla evlənməkdə möminlərə heç bir 
çətinlik  (günah) olmasın! (Bu işdən möminlərə 
heç bir günah gəlmədiyini bildirmək üçün belə bir 
övrətlə birinci səni evləndirib bütün müsəlmanla-
ra nümunə etdik). Allahın hökmü mütləq yerinə 
yetər! Allahın Peyğəmbərə vacib (halal) buyurdu-
ğu bir şeydə (Zeynəblə evlənməkdə) ona heç bir 
günah yoxdur. Daha öncə  gəlib-getmiş  (Davud, 
Süleyman və başqaları kimi) peyğəmbərlər barə-
sində də Allahın qayda-qanunu (sünnəsi) belədir. 
Allahın  əmri  əzəli hökmdür! (O, mütləq yerinə 
yetməlidir!)“ 
 Qaynaqlardan aldığımız məlumatlara görə 
Hz. Zeynəb Rəsulullahın (s) digər xanımlarına qar-
şı öyünər və deyərdi: “Sizi peyğəmbərlə ailələriniz 
evləndirdi. Halbuki məni yeddi qat göylərin üstün-
dən Uca Allah evləndirdi”. Hətta Peyğəmbərimizə 
(s) digər xanımlarının sənə qarşı nazlana bilməyə-
cəyi üç şeylə nazlana bilərəm demişdi. Bunlar:
1. Sənin babanla mənim babam eyni kişidir 
(Abdulmuttalibdir).
2. Məni sənə nikahlayan Allahdır.
3. Aradaki elçi Cəbrail aleyhissəlamdır. 
Hz. Zeynəbin bu şəkildə öyünməyə haqqı var-
dı. Həqiqətən o, həm gözəl idi, həm peyğəmbərin 
yaxın qohumu idi, həm də nikahı Allah tərəfindən 
kəsilmişdi.
4
Hz. Peyğəmbərin (s) Zeynəblə evlənməsi xa-
nımları arasında qısqanclığa səbəb olmuşdu. Baş-
4 .  Buxari, Tövhid, 21

175
lanğıcda Hz. Aişə  qısqanclığını gizlədə bilməyib 
belə söyləmişdi: “Elə zənn edirəm ki, məndən son-
ra xanımların ən sevgilisi Zeynəblə Ummu Sələmə 
idi.  Daha sonra Zeynəb tək başına bu qısqanclığa 
hədəf oldu”.
İslam Düşmənlərinin Bu Evlilik 
Haqqındakı Fitnələri
Peyğəmbərimizin (s) birdən çox qadınla ev-
lənməsinin ayrı-arılıqda səbəbləri vardır. Hər hə-
yata keçən evlilikləri də Cənabı-Haqqın icazəsi ilə 
olmuşdur. Allah Rəsulu:  “Bütün zövcələrimlə ev-
lənməyim və  qızlarımı evləndirməyim, hamısı  Cəbrail 
aleyhissəlamın Allah-Təaladan gətirdiyi icazəyə görə 
olmuşdur”,- buyurmuşdur. Həyata keçirilən bu ev-
liliklər istər maddi, istər mənəvi,  istərsə  də dini, 
sosyal, siyasi,  əxlaqi məqsədlərlər daşımaqda idi. 
Təbii ki, Allah-Təalanın əmri üzərinə həyata keçi-
rilməsi lazım olan Peyğəmbərimizin (s) Hz. Zey-
nəblə  də evlənməsinin  digər evliliklər kimi səbəb 
və hikməti vardı. 
Peyğəmbərimizin (s)  Zeynəb ilə  evlənməsi ən 
çox müzakirə edilən evlilik olmuş, eyni zamanda 
münafiqlərin fitnə-fəsad yaymaları üçün bir fürsət 
olmuşdu. “Oğlunun boşadığı  qadınla evləndi”, - 
dedilər. O dövrün şərtlərinə görə, bir kişi övladlığı-
nın boşadığı qadınla evlənə bilməzdi. Baxmayaraq 
İslam düşmənləri bu evlilik haqqında bir çox de-
di-qodular etdilər. Ancaq Allahın buyurduğu əmr 
yerinə yetirilməli idi. 
Hz. Zeynəb binti Cahş

Möminlərin Anaları
176
Əslində günümüz İslamiyyətdə  də atanın öz 
belindən gələn oğulunun boşadığı qadını ilə ev-
lənə bilməz. Çünki həmin qadının qaynatası hök-
mündədir və belə olaraq da qiyamətə qədər davam 
edəcək. Ancaq cahiliyyə dövründəki övladlıqlar ki-
şinin öz belindən, qanından, canından olmasa da, 
eyni hökmdə idi.
Hətta Peyğəmbərimiz (s) bu dedi-qodulardan 
çəkinərək Allahdan gələn Zeynəblə evlənmə  əm-
rini gizli tutmuşdu. Uca Allah Qurani-Kərimdə 
Rəsuluna xitab ayəsi göndərərək yumşaq  şəkildə 
xəbərdarlıq etmişdir:
(Ya Peyğəmbər!) Xatırla ki, bir zaman Allahın 
(İslam dininə yönəltməklə) nemət verdiyi və sənin 
özünün (köləlikdən azad etməklə) nemət verdiyin 
şəxsə  (Zeyd bin Harisə): “Zövcəni  (Zeynəb bin-
ti Cahşı) saxla (boşama) Allahdan qorx”, – deyir, 
Allahın aşkar etdiyi şeyi  (Zeynəbin boşanacağı 
təqdirdə onu almağın haqda sənə nazil vəhyi ) ürə-
yində gizli saxlayır və adamlardan (onların oğul-
luğunun boşadığı övrətlə evlənir, -deyəcəklərin-
dən) qorxdun. Halbuki əslində sənin qorxmağına 
daha çox layiq olan kimsə Allahdır. Zeyd zövcəsi 
ilə  əlaqəsini kəsdikdə  (Zeynəbi boşadıqda) səni 
onunla evləndirdik ki, oğulluqları övrətlərini boşa-
dıqları zaman onlarla evlənməkdə möminlərə heç 
bir çətinlik (günah) olmasın. (Bu işdən möminlərə 
heç bir günah gəlmədiyini bildirmək üçün belə bir 
övrətlə birinci səni evləndirib bütün müsəlmanla-

177
ra nümunə etdik). Allahın hökmü mütləq yerinə 
yetər!
5
    
Bu ayə həmdə onu göstərir ki, Peyğəmbərimi-
zin (s) Qurani-Kərimə heç bir şəkildə  bəşəri mü-
daxiləsi olmamışdır. Hz. Peyğəmbərin (s) Qurana 
qarşı bir müdaxiləsi olsaydı, bəlkə də bu ayəni giz-
lədərdi. Demək ki, bu hadisədən meydana çıxan 
nəticəyə görə ayənin  nazili  bunu bir daha sübut 
etmiş oldu.
Bu evlənmədə Peyğəmbərimizin ümməti üçün 
əsas bir  hikməti vardır. Ayədə belə deyilir: “oğul-
luqları övrətlərini boşadıqları zaman onlarla ev-
lənməkdə möminlərə heç bir çətinlik (günah) ol-
masın.” Surənin başında olduğu kimi, siz övladlıq 
etməklə Uca Allah onları, həqiqətən, sizin oğulla-
rınız qəbul etməmişdir. Bu halda, Nisa surəsində: 
“Öz oğullarınızın xanımları ilə evlənməniz ha-
ram edildi”, - 
6
 buyuruğuna uyğun olaraq, öz bel-
lərindən gələn oğullarının xanımları ilə nikahlan-
mak haram edilmişdir.
Görüldüyü kimi, ayədə üç xüsus çox açıq ola-
raq bildirilmişdir:
Peyğəmbərimizin (s) Zeydə xanımıyla evliliyi-
ni davam etdirmə nöqtəsindəki israrı... 
Peyğəmbərimizin (s) daha əvvəl Allah-Təala-
nın özünə Zeynəb ilə evlənməsini bildirdiyi halda, 
var olan “övladlıq adətləri” səbəbiylə insanların 
5 . Əhzab surəsi, 33/37
6 . Nisa surəsi, 4/ 23
Hz. Zeynəb binti Cahş

Möminlərin Anaları
178
necə qarşılayacaqları xüsusundakı  tərəddüdü  və 
bu səbəblə “itab” a məruz qalması... 
Zeydin öz istəyi ilə xanımı Zeynəblə ayrıldı-
ğından sonra Peyğəmbərimizin (s) Zeynəblə nikah-
lanma məqsədinin nə olduğu, yəni övladlıq edilən 
kimsələrin xanımı, öz övladının xanımı kimi olma-
dığı nəzərlərə çatdırılmışdır.
Bu ayədə diqqət çəkən bir xüsus daha vardır ki,  
Qurani-Kərimdə adı ilə keçən yeganə səhabə  Zeyd 
bin Harisədir.
Ayənin sonunda da görməkdəyik ki, Allah-Təa-
la Peyğəmbərimizin (s) qiyamətə qədər gələcək bü-
tün insanlığa Üsveyi-hasən,
7
  yəni nümunəvi  şəx-
siyyət olduğu üçün  həyatın hər mərhələsini ona 
yaşatmışdır ki,  özündən sonra gələcək ümmətinə 
hər nöqtədə örnək ola bilsin.   
Hörmətli din alimi Osman Nuri Topbaş günü-
müzdə Peyğəmbərimizin (s) çox evlənməsi haqqın-
da nalayiq sözlər sərf  edən kimsələrə bu  ifadələ-
riylə cavab vermişdir. Zamanımız münafiqlərinin 
də: “Hz. Peyğəmbər, Zeynəbin gözəlliyinə heyran 
qalıb onunla evləndi”, - şəklindəki ifadələri, ta-
mamən bir cəhalət danışmasıdır. Zeynəb, Allah Rə-
sulunun (s) bibisi qızı idi. Əgər Hz. Peyğəmbərin 
(s) belə bir arzusu olsaydı bunu daha əvvəllərdə 
edə bilərdi. Belə ki, biz insanlar Allah Rəsulunun 
(s) evlənmələrinin həqiqətini qavramaqda acizik. 
Zehinlərini və qəlblərini nəfsani təmayüllərlə dol-
duranların verəcəyi haqsız və axmaqca hökümlər, 
7 . Əhzab surəsi, 33/21

179
öz qaranlıq dünyalarının bir əksindən ibarətdir. 
Hz. Peğəmbərin (s)  evlillik həyatının gənclik dönə-
minə rastlayan ilk 24 ilini yalnız Hz. Xədicə ilə keçir-
mişdir (25 yaş Peyğəmbərimiz, 40 yaş Hz. Xədicə). 
Ondan sonraki evlənmələri isə tamamən İslami və 
siyasi bir səbəb daşımışdır. Bunların çoxu özündən 
yaşlı və dul xanımlar idi. İçlərində sadəcə bakirə və 
gənc olaraq aldığı  yalnız  Hz. Aişə olmuşdur. Bu-
nun da səbəbi xanımlara aid fiqhi məsələlərin sabit 
və zahir olmasını  təmin edir. Bu evlənmələrin nə 
kimi ülvi məqsədlər və incə hikmətlərlə meydana 
gəldiyini,  ancaq  iman məntiqinə sahib əhli-irfan 
və əhli-vicdan təqdir edə bilər.
Fransız  şairi Volter, Rəsulullahın (s) Hz. Zey-
nəbi zövcəliyə qəbul etməsini zidd qondarma şək-
lində tarixə salmaq üçün alçaq böhtanlarla şeirə 
düzərək bir teatr yazmışdır.  Ədəbiyyat və  fikir 
adamına yaraşmayan bu çirkin iyrənc yazı, böyük 
papanın xoşuna gəlmiş, qarışıqlıq salmaqla özünü 
biabır edən Volterə, xoşa gələn məktub yazmışdır. 
Müsəlmanların xəlifəsi Sultan II Əbdülhəmid xan, 
bu pyesin səhnədə oynadılacağını eşidincə Fransa 
və İngiltərə hökümətlərinə xəbər göndərərək qarşı-
sını almış, bütün insanlığı, üz qızardıcı biabırçılıq-
dan qurtarmışdır.
Yüklə 49,39 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin