Ummu Həbibənin Peyğəmbərimizlə (s)
Nikahlanması
Ummu Həbibə əri Ubeydullah bin Cahşdan bo-
şandıqdan sonra bir çox çətinliklərə dözmək məc-
225
buriyyətində qalmış, ərinin bütün təklif və israr-
larına baxmayaraq, dinindən dönməmişdi. Lakin
Ummu Həbibə bu diyarda böyük çətinliklərə düş-
dü. Günlərlə davam edən bu çətin anlarında dü-
şüncələr onu narahat edirdi; vətənindən, ana-ata-
sını və yaxınlarını nə üçün tərk etmişdi? Bütün bu
çətinliklər nə üçündür? Özü ilə birgə gələn əri nə
üçün xristian olmuşdu? Bu sıxıntlı günlərin birin-
də gecə yuxusunda vəfat etmiş ərini görür: “Sanki
gedir və mənə “Ey Ummul-Möminin! yəni Ey mö-
minlərin anası” - dəyə səslənirdi.” O da bunu Rə-
sulullahın özüylə evlənəcəyi şəklində şərh etdi. Bu
yuxudan sonra Ummu Həbibə az da olsa sakitləşdi.
Peygəmbərimiz (s) bütün səhabələriylə ya-
xından maraqlanır və onları təqib edirdi. Onlardan
xəbər alaraq onlara qol-qanad gərib himayə altına
almağa çalışırdı. Bu xanım səhabəsinin başından
keçənləri də xəbər aldı. Ummu Həbibənin imanın-
dan dönməməsinə, dinini dünyaya dəyişməməsinə
çox məmnun oldu. İmanını qorumaq üçün göstər-
diyi mübarizələrindən ötrü möminlərin anası ol-
maq şərəfiylə təltif etmək, mükafatlandırmaq istə-
di.
Bu səbəblə Həbəşistan kralı Nə caşiyə məktub
yazıb: «Oradakı Ummu Həbibə ilə evlənəcəyəm.
Nikahımı et! Sonra da onu bura göndər !» - deyə
tələb etdi.
Ərəb adət-ənənələrinə görə, bir qadınla ev-
lənmək üçün əvvəl atasına, o yoxsa əmisinə və ya
əmisinin oğullarına müraciət edilərdi. Ancaq Hz.
Peyğəmbərin (s) Hz. Ummu Həbibə ilə evləndiyi
dövrdə Əbu Sufyan hələ müsəlman olmadığı üçün
Hz. Ummu Həbibə
Möminlərin Anaları
226
bu evlilikdən xəbəri olmamışdı. Qızının onunla
məsləhətləşmədən düşməniylə evlənməsi Əbu Süf-
yanın qəzəbinə səbəb olacağı gözlənilərkən, əksinə
Hz. Muhamməd üçün: «O, rədd edilməyəcək bir
kişidir», - dəyərək bu evliliyi təsdiq etmişdir.
Ummu Həbibə peyğəmbərimiz (s) ilə olan izdi-
vacını belə nəql edir:
Ərimin vəfatından sonra iddə
2
müddətimin
yenicə tamam olduğu bir vaxt idi. Birdən Nəcaşi-
nin elçisi qapımın önünə gəlib içəri girmək üçün
icazə istədi. Gələn elçi Nəcaşinin Əbrəhə adındakı
cariyəsi idi. O, Nəcaşinin patlarlarına və ətirlərinə
baxmaqla vəzifəli idi. Əbrəhə icazə istədikdən son-
ra içəri girdi və belə dedi:
- Allahın Rəsulu Həbəş kralı Nəcaşiyə səninlə
evlənmək istədiyini xəbər verən bir məktub yazıb
Mən də ona:
- Allah səni də xeyir xəbərlərlə müjdələsin, - de-
dim.
Lakin dediklərindən əmin olmaq üçün bir neçə
dəfə təkrarlatdım.
-Nəhayət Əbrəhə! «Kral nikahını qıymaq üçün
bir vəkil təyin etməyini istəyir»,- dedi. Bunun üzə-
rinə dərhal Səid bin Asın oğlu Xalidi çağırdım və
onu özümə vəkil təyin etdim. O anda sevincimdən
üzərimdə olan gümüş iki bilərzik ilə bir cüt gümüş
2 . İddə: Evliliyin ölüm, boşanma və ya fəsx (ləğv etmə) səbəblərin-
dən biri ilə sona çatması halında qadının yenidən evlənə bilmək
üçün gözləmək məcburiyyətində olduğu müddətdir.Hamdi Döndü-
ren, Dəlilləriylə Ailə İlmihalı, İpəkyolu Nəşriyyatı, səh 329
227
xalxalı (ayaq bilərziyi) və ayaq barmaqlarımdakı
bütün gümüş üzükləri hədiyyə olaraq Əbrəhəyə
verdim.
Söz kəsildiyinin sabahısı günü Nəcaşi, Cəfər b.
Əbi Talibə orada olan bütün müsəlmanları topla-
masını əmr etdi. Qısa bir çıxış etdikdən sonra: “Rə-
sulullahın istəyi üzərinə Əbu Süfyanın qızı Ummu
Həbibəni dörd yüz dinar mehirlə Onunla (s) ev-
ləndirdim”,- dedi.
Hicrətin yeddinci ilində nikah edildi. Beləliklə,
Ummu Həbibə imanın mükafatına qovuşaraq ora-
da zəngin və rahat oldu. Onun sayəsində oradakı
müsəlmanların da rahatlığı təmin olundu.
Cənnətdə qadınlar ərlərinin yanında olacaqları
üçün cənnətin ən yüksək dərəcəsi ilə müjdələnil-
miş oldu ki, dünyanın bütün zövq və nemətləri bu
müjdə yanında çox kiçik qalır.
Ummu Həbibənin Peyğəmbərimizlə (s) ailə
qurması, atası Əbu Süfyanının qəlbinin yumuşalıb
gələcəkdə müsəlman olmasını hazırlayan səbəb-
lərdən biri oldu. Bu nikah Rəsulullahın ağılının, zə-
kasının, dahiliyinin lütfkarlığının və mərhəmətinin
dərəcəsini bir daha göstərməkdədir.
Nəcaşinin Nikah Xütbəsi və
Toy Hədiyyələri
Söz kəsildiyinin sabahısı günü Həbəşistan kralı
Nəcaşi, Cəfər b. Əbi Talibə orada olan bütün müsəl-
manları toplamasını əmr etdi və belə bir çıxış etdi.
“Həmd-səna Allaha yaraşar ki, o Məlik, Quddus,
Hz. Ummu Həbibə
Möminlərin Anaları
228
Salam, Mömin, Mühəymin, Əziz və Cabbardır.
Mən şahidlik edərəm ki, Allahdan başqa ilah yox-
dur və Muhamməd də Allahın qulu və Rəsuludur.
Onun gələcəyini İsa bin Məryəm də müjdələmiş-
dir. Rəsulullah mənə məktub yazaraq Əbu Süfya-
nın qızı Ummu Həbibəni özü ilə evləndirməyimi
istədi. Mən də Allah Rəsulunun bu istəyinə uyğun
olaraq onun adına dörd yüz dinar mehir verirəm”.
Nəcaşinin çıxışından sonra Ummu Həbibənin
vəkili Xalid bin Səid sözə başladı: “Həmd Allaha
məxsusdur. Ondan kömək və bağışlama diləyirəm.
Allahdan başqa heç bir məbud olmadığına şahid-
lik edirəm. Muhamməd (s) Onun qulu və elçisidir.
Müşriklər xoş görməsə də, Allah Onu (s) hidayət və
haqq dinlə üstün etmək üçün göndərmişdir. Mən
də Rəsulullahın bu istəyini qəbul etdim. Ummu
Həbibəni Onunla evləndirdim. Allah bu evliliyi
onun haqqında xeyirli etsin.”
Nəcaşi dörd yüz dinarı Xalid bin Səidə verdi.
Nikah mərasiminə toplananlar durub getmək istə-
dikdə, Nəcaşi: “Oturun, nikahdan sonra verilən
yeməyin yeyilməsi peyğəmbərin sünnəsi və adəti-
dir”, - dedi. Dərhal yemək gətirtdi. Orada olanlar
yeməyi yedikdən sonra getdilər.
Nikahdan sonra “Ummul-möminin” (mömin-
lərin anası) olaraq səhərləyən Ummu Həbibə əlinə
mehir keçdiyi zaman özünə müjdəni gətirən ca-
riyə Əbrəhəni çağırtmış və “O gün əlimdə olanı
vermişdim, başqa pulum yox idi. İndi Allah mənə
bu mehri lütf etdi. Mehrimdən əlli dinar götür”, -
dedi. Əbrəhə verilən pulu qəbul etmədiyi kimi, Hz.
229
Ummu Həbibənin daha əvvəl verdiyi dörd gümüş
bilərziklə ayaq barmaqlarındakı gümüş üzükləri
də geri qaytardı. Çünki Nəcaşi, ondan Hz. Ummu
Həbibədən heç bir şey qəbul etməməsini istəmiş-
di. Ayrıca Nəcaşi xanımlarına yanlarındakı bütün
gözəl ətirləri Hz. Ummu Həbibəyə göndərmələrini
əmr etmişdi. Hz. Ummu Həbibənin mehri də bütün
cehizləri də Nəcaşi tərəfindən təmin edilmişdir.
Nikahın sabahısı günü Ummu Həbibə Nəcaşi-
nin təmin etdiyi gəmilərdən birinə minərək digər
mühacirlərlə birlikdə Mədinəyə yola çıxdı. Car li-
manına qədər gəmilərlə gəldikdən sonra, dəvələr-
lə yola davam edib Mədineyi Münəvvərəyə çatdı-
lar. Hz. Ummu Həbibə Mədinəyə gəldiyində Hz.
Peyğəmbərə nikah mərasimindən danışmış, özünə
hədiyyə edilən gözəl ətirləri Ona (s) göstərmişdi.
Rəsulullah (s) da bunların istifadə edilməsini qada-
ğan etməmişdi.
Ummu Həbibə Anamızın Əxlaqi
Keyfiyyətləri
Ummu Həbibə anamız imanda səbir və sədaqət
mükafatını dünyada ikən gördü. Möminlərin anası
oldu. Çəkdiyi əzab və cəfaları unutduracaq bir sev-
giyə qovuşdu. İki cahan günəşi peyğəmbərimizin
(s) səadətxanasında xoşbəxt bir həyat yaşadı. Hü-
zur və səadət içində dörd il keçirtdi. Ummu Həbi-
bə anamız qovuşduğu bu nemətin şükrünü yerinə
yetirə bilmək üçün Rəsulullaha (s) olan xidmətin-
də son dərəcə diqqətli və həssas davrandı. Onun
sevgisində və xidmətində fani oldu. Onun sevgisi-
Hz. Ummu Həbibə
Möminlərin Anaları
230
ni çox üstün tutdu. Oturduğu əşyaya belə hörmət
etdi. Hər davranışında, hər sözündə bu həssaslığı
göstərdi. Atası ilə arasında keçən bu hadisə onun
bu incə düşüncəsini və həssaslığını bir ibrət lövhəsi
olaraq nə gözəl göstərməkdədir.
Hadisə belə cərəyyan etmişdi:
Məkkəli müşriklər Hüdeybiyə sözləşməsini
pozduqdan sonra narahatlığa qapılıb, sözləşməni
yeniləmək istədilər. Bu iş üçün o zaman hələ müsəl-
man olmamış Əbu Süfyanı Mədinəyə göndərdilər.
Əvvəlcə Hz. Əbu Bəkir və Hz. Ömər ilə gö-
rüşdü. Onlardan özünə bu mövzuda kömək tapa
bilmədi. Qəmli bir şəkildə qızının qapısını döydü.
Atasını birdən qarşısında görən Hz. Ummu Həbi-
bə anamız bir anlıq nə edəcəyini bilmədi. İçəriyə
dəvət edib etməməkdə tərəddüd etdi. Bir müddət
düşündükdən sonra evə dəvət etti. Nə də olsa ata-
sı idi. Əbu Sufyan yorğun idi. Uzun və yorucu bir
yoldan gəlmişdi. Yerdəki döşəyə oturmaq istədi.
Lakin qızı icazə vermədi. Çünki o, Peyğəmbərimi-
zin (s) hər zaman üzərində oturduğu bir döşək idi.
Atası qızının bu etdiyinə bir məna verə bilmədi və
belə dedi:
Qızım anlaya bilmədim sən döşəyi mənə layiq
görmürsən, yoxsa mənimi döşəyə layiq görmür-
sən?
Hz. Ummu Həbibə anamız atasına etdiyi işin
şüurunda olduğunu söyləyərək bu ibrətli cavabı
verdi:
231
- Ata bu Rəsulullahın (s) döşəyidir. Sən bu mü-
barək yerə oturmağa layiq deyilsən. Müşrik bir
adamın Rəsulullahın döşəyində oturmasına kön-
lüm razı olmaz. Əbu Süfyan qızının dininə bağlı-
lığına, Peyğəmbərə (s) qarşı olan sevgisinə heyrət
etdi.
Daha əvvəl də qeyd edildiyi kimi, Əbu Sufyan
müsəlman olmasa da, Hz. Peyğəmbərin (s) öz qızı
ilə evlənməsindən sonra müsəlmanlara qarşı qəlbi
yavaş-yavaş yumşalmışdı. Bu hadisədən əvvəl Cə-
nabı Haqq bu ayəni vəhy etmişdi. “(Ey möminlər!)
Ola bilsin ki, Allah sizinlə düşmənçilik etdiyiniz
kimsələr (Məkkə müşrikləri) arasında (onları is-
lam dininə gətirməklə) dostluq (məhəbbət) yarat-
sın. Allah hər şeyə qadirdir. Allah bağışlayandır,
rəhm edəndir.”
3
Zamanla qəlbi yumuşalan Əbu Süfyan Məkkə-
nin fəthində müsəlman oldu.
Məkkənin fəth edildiyi gün Rəsulullahın (s) qa-
dınlarla etdiyi sözləşməsində xanımı Ummu Həbi-
bə də iştirak edirdi. O da digər xanımlar kimi beyət
etdi.
Peyğəmbərimizin (s) vəfatından sonra səha-
bələr Hz.Ummu Həbibəyə çox hörmət göstərərdi.
Hz. Ömər ona, dolanışığını təmin edə bilməsi üçün
illik maaş bağladı.
Ummu Həbibə çox kamilə bir xanım idi. Pey-
ğəmbərimizdən (s) bir çox hadisəyə şahid olub otuz
3 . Mumtəhinə surəsi, 60/7
Hz. Ummu Həbibə
Möminlərin Anaları
232
hədisi şərif rəvayət etdiyi bildirilməkdədir (Bəzi
qaynaqlarda 65 hədis rəvayət etdiyi bildirilir).
Ummu Həbibənin Rəvayət Etdiyi
Hədislərdən Bəziləri
Hz. Ummu Həbibə hədisi şəriflərə çox diqqət
yetirərdi. Bu xüsusda onunla məsləhətləşərdilər.
Qardaşı oğlu Əbu Sufyan ibni Səidə dəstəmazlı ol-
mağı tövsiyə edib bu hədisi-şərifi rəvayət etdi: “Hər
kim bir şey bişirəcək olsa, dəstəmaz alsın”.
Ummu Həbibə “Bir kimsə hər gün on iki rükət
nafilə namaz qılsa, o kimsə üçün cənnətdə bir ev hazır-
lanar” hədisi-şərifni rəvayət etdikdən sonra “Mən
bunu eşitdikdən sonra, o namazları həmişə qılı-
ram.”- demişdir.
Ummu Həbibədən rəvayət olunan başqa bir
hədisi şərifdə “Allaha və axirət gününə inan bir qadı-
na, əri öldüyü zaman dörd ay on gün yas tutmasından
başqa heç bir ölü üçün üç gündən çox yas tutması halal
olmaz”,- buyurulmuşdur. Bununla islamda yas mə-
rasiminin üç gündən artıq olmadığını bildirmişdi.
Hz. Ummu Həbibənin Vəfatı
Hz. Ummu Həbibə qardaşı Müaviyənin xilafəti
dövründə yetmiş yaşında ikən (bəzi qaynaqlarda
73 keçir) hicrətin 44-cü ilində Mədinədə vəfat etdi.
Hz. Aişədən gələn bir xəbərə görə Hz.Ummu Hə-
bibə ölüm döşəyində ikən Hz. Aişəni çağırtdırmış
və: “Aramızda müəyyən anlaşılmazlıqlar və incin-
liklər olmuşdur. Bu mövzuda olanlardan ötrü Al-
lah məni və səni bağışlasın”,- demişdir. Hz. Aişə
233
də: “Haqqımı halal etdim”,- deyincə, Hz. Ummu
Həbibə: “Məni çox sevindirdin, Allah da səni se-
vindirsin”, - demişdir.
O, sevgisi, səmimiyyəti və nəzakətində son
nəfəsinə qədər nümunə oldu. Davranışlarında nə-
zakət və gözəl əxlaqı heç bir zaman əldən burax-
mamağa səy göstərdi. Fani dünyadan əbədi aləmə
bu nəzakətli davranışıyla köçüb getdi.
Cənnətul Baqi qəbiristanlığına dəfn edildi.
Allah ondan razı olsun.
Hz. Ummu Həbibə
Hz. Меймуня
237
Hz. Meymunənin Nəsli və Ailəsi
Hz. Muhammədin (s) xanımlarının sonuncu-
su Meymunə binti Haris bin Hazn əl-Hilaliyyədir.
Onun nəsli tam olaraq belə verilir:
Meymunə binti Haris b. Hazn b. Buceyr b.
Huzm b. Ruveyb b. Abdullah b. Hilal b. Amir b. Sa-
saa b. Muaviyə b. Bəkr b. Mansur b. İkrimə b. Hafsa
b. Qays b. Mudar əl-Amiriyyə əl-Hilaliyyə.
Qurani-Kərimin “möminlərin anası”
1
xitabıy-
la şərəflənən xanımlardan ən sonuncusu olan Hz.
Meymunənin 590-cı ildə Məkkədə doğulduğu bil-
dirilir. Anası Hind (Havlə) bintu Avf b. Zuheyr b.
Harisdir.
O, Peyğəmbərimizin (s) “möminə bacılar” ola-
raq adlandırdığı doqquz bacıdan birisi olan Haris
qızı Bərrədir. Əsl adı Bərrə olan bu anamızın adını
sonradan Rasulullah (s) “Meymunə” olaraq dəyiş-
dirmişdir. Bərrə, “qüsursuz, xeyirli qadın” mənası-
na gəlir. Bu isə, insanın öz-özünü tərifləməsi kimi
anlaşıldığı üçün Peyğəmbərimiz (s) sanki bu adı
dəyişdirərək bizə də bir mesaj göndərmişdir. Mu-
hammədul Əmin olan Hz. Muhamməd (s), yed-
di ildən sonra, nəhayət qorxusuzca, əman içində
1 . Əhzab surəsi, 33/6.
Hz
Möminlərin Anaları
238
Məkkəyə girə bilməsinin ‘meymənəti’ - uğuru mə-
nasında ona, “Meymunə” adını vermişdir.
Hz. Meymunənin Əsma binti Umeys adlı bacı-
sı Hz. Cəfər bin Əbi Talibin (Cəfər Təyyar) xanımı
idi. Digəri isə Uhudda şəhid olan Həmzə bin Ab-
dulmuttalibin yoldaşı Səlma binti Umeysdir. Bu iki
bacısı ana bir, ata ayrı bacılarıdır. Özündən böyük
olan doğma bacısı Ummul-Fadl isə, Abbas b. Ab-
dulmuttalibin həyat yoldaşıdır. Bu xanım, Hz. Xə-
dicədən sonra müsəlman olan ilk qadın idi. Eyni
zamanda, köləni döydüyü üçün vurub Əbu Ləhə-
bin başını yaran cəsur möminə xanım da odur.
Məkkədə Bəni Hilal qəbiləsinə mənsub olan
Hz. Meymunə cahiliyyə dövründə Məsud bin Amr
bin Umeyr-əs-Səqafi ilə evlənmişdi. Ondan ayrıl-
dıqdan sonra Əbu Ruhm bin Abduluzza ilə nikah-
lanmış, daha sonra ikinci yoldaşı öldüyü üçün dul
qalmışdı.
Hz. Muhammədin (s) Hz. Meymunəylə
Nikahı və Mehri
Rasulullah (s) 629-cu (h. 7) ildə Xeybərin fəthin-
dən sonra Zilqədə ayında Ümrətul Qəza niyyətiylə
yola çıxdı. Cuhfədə ikən Hz. Abbasla görüşdü. Bu
görüşdə Hz. Abbas: “Ya Rəsulallah! Bərrə binti Haris
dul qaldı. Onu özünə xanım olaraq alsan olmazmı?” -
deyə təklif etdi. Bundan sonra Hz. Muhamməd (s)
Əbu Rafi ilə Ənsardan bir nəfəri Məkkəyə elçiliyə
göndərdi. Hz. Meymunə, Hz. Muhammədin (s) el-
çilik xəbərini aldığı zaman dəvəsinin üzərində idi.
Elə oradaca: “Dəvə də, üzərindəki də Rəsulullahındır
239
(s)”, - deyə cavab verdi. Özünü Peyğəmbərimizə
(s) hədiyyə etdi. Bu evlilik hazırlıqları üçün edil-
məli olan işləri də bacısı Ummul Fadla, o da həyat
yoldaşı Hz. Abbasa tapşırdı. Bununla da Hz. Abbas
Hz. Meymunənin nikahlanmasında vəkil oldu. Bu
ərəfədə Hz. Meymunənin 36 yaşı vardı.
Hz. Abbas Peyğəmbərimizdən (s) bir rəvayətə
görə, 400 (dörd yüz) və ya 500 dirhəm mehir alaraq
öz evində Hz. Meymunəni Rəsulullaha nikahla-
dı. Nikahın Mədinədə bağlandığını nəql edən rə-
vayətlər olsa da, Məkkədə bağlandığını bildirən rə-
vayətlər üstünlük təşkil etməkdədir. Fikrimizcə, də
bu görüş daha doğrudur. Çünki nikah olmuşdur
ki, Hz. Muhamməd, toy mərasiminin də Məkkədə
edilməsini istədi. Müşriklər icazə vermədiyi üçün,
oradan çıxdıqdan sonra Sərifdə edildi. Buxarinin
nəql etdiyi İbn Abbasdan gələn rəvayət də bu fikri
təsdiqləyir. Hədis-i Şərifdə belə buyurulur: “Nəbi
(s) Hz. Meymunəni ihramlı ikən (Məkkədə) nikah edib,
ihramdan çıxdıqdan sonra da zifaf olmuşdur. Meymunə
Sərifdə vəfat etmişdir.”
Mehrin miqdarına gəlincə, Əsqəlaninin və İbn
Hişamın verdiyi məlumata görə, 500 (beş yüz) dir-
həmdir. Bəzi qaynaqlarda isə, ona mehir verilib ve-
rilmədiyi mövzusu mübahisəli olsa da, İbn Kəsir və
onun kimi düşünən digər alimlər mehirin verilmiş
olduğuna dəlil olaraq Əhzab surəsi 50-ci ayədə:
“Ey Peyğəmbər! Mehirlərini verdiyin xanımları-
nı sənə halal etdik… və bir də Peyğəmbər onunla
evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə
Hz. Meymunə
Möminlərin Anaları
240
hədiyyə edən mömin qadını,…”
2
ifadəsiylə bəh-
si keçən mömin qadının Hz. Meymunə olduğunu
göstərirlər.
Hz. Muhammədin (s) Qəza Ümrəsindən
Sonra Məkkədən Çıxması
Hz. Muhamməd (s) Hudeybiyyə müqaviləsinə
əsasən 3 gün ərzində Umrə ziyarətini başa çatdırıb
Məkkədən çıxmalı idi. Rəsulullah (s) Umrə ziyarə-
tini etdikdən sonra, toy mərasimini də Məkkədə et-
mək istədi. Peyğəmbərimizin (s) məqsədi Qureyşi
İslama isindirmək, daha dostca bir əlaqə qurmaq
idi. Bununla da, küfrdə inadçı davranan bu camaa-
tın İslam dininə girərək qurtulanlardan olmalarını
arzulamışdı.
Bu arzusunu həyata keçirmək üçün, O, Qureyş
müşriklərinə: “istəsəniz ailəmlə evlənmə mərasimi et-
mək üçün burada üç gün də qalım və toy ziyafətinə sizi
də çağırım?”- deyə Hz. Osmanla xəbər göndərdi.
Aradakı düşmənliyi sona çatdıracaq bu təklif qar-
şısında Qureyş müşrikləri tam əksini etdilər. Belə
ki, Hz. Əlinin yanına gəldilər və “Artıq, yanımızdan
ayrılıb gedin! Müddət dolmuşdur! – deyə, - get ağana
söylə!”- dedilər. Bununla da kifayətlənməyib, Hz.
Muhammədi (s) öz yurdundan qovmaq üçün Hu-
vaytıb b. Abduluzza və Süheyl b. Amr adlı iki təm-
silçi göndərdilər.
Peyğəmbərimiz Mədinəli Mü səlmanların məc -
lis lərindən birində oturub danış dığı vaxtda, Qu-
reyş təm silçiləri “Ya Muhamməd! Müddətin dol-
2 . Əhzab surəsi, 33/50.
241
muşdur. Artıq yanımızdan çıx get,!”- dedilər. Bunun
cavabında O, gözəl əxlaq nümunəsi: “Mən sizdən
bir qadını nikahlamışdım. Onunla evlənmə mərasimi-
ni edənə qədər qalmağımdan sizə nə zərər gələr ki? Nə
olardı, qoysaydınız toy mərasimini sizinlə birlikdə etsəy-
dim, toy yeməyində siz də iştirak etsəydiniz? Belə etmək
sizə yaraşmazdımı?”- buyurdu. Qureyş təmsilçiləri
isə: “Sənin toy yeməyində iştirak etmək bizə lazım de-
yil! Bizə nə sən, nə də toy yeməyin lazımdır! Tez çıx get
artıq yanımızdan! Toprağımızdan mütləq çıxıb gedəcək-
sən, - deyə aramızda müqavilə bağlamadıqmı? Artıq o üç
günlük müddət də dolmuşdur”, - dedilər.
Bu sözlərə dözməyən səhabə Sad b. Ubadə
müşrik Süheyl b. Amra “... Yalan deyirsən! Bura nə
sənin torpağındır, nə də atanın torpağıdır! Vallahi O,
buradan ancaq müqaviləyə uyaraq, öz razılığı ilə gedər.
Yoxsa zorla çıxıb getməz!” - dedi. Sad b. Ubadənin
bu sözləri qarşısında Huvaytıb b. Abduluzza və
Süheyl b. Amr qorxdular və susdular. Peyğəmbəri-
miz (s) gülümsədi. Sonra da “Ey Sad! … qövmümüz-
dən bizi ziyarətə gələnləri incitmə!” -deyə buyurdu.
Hz. Muhamməd (s): “Müsəlmanlardan heç kəs axşam
burada qalmayacaq, yola çıxacaqdır!” - deyə camaa-
ta bildirməsini Əbu Rafiyə əmr etdi. Özü də dər-
hal dəvəsinə mindi və hazırlanıb çıxmağa yetişən
müsəlmanlarla birlikdə Məkkədən ayrılaraq Sərif
adlı yerdə gözlədi. Geridə qalan müsəlmanlar da
gəlib çatdılar, toplandılar.
Hz. Meymunənin Məkkədən çıxarılmasını
Hz. Muhamməd (s) Əbu Rafiyə tapşırmışdı. Əbu
Rafi axşama qədər Hz. Meymunənin köç hazırlığı
Hz. Meymunə
Möminlərin Anaları
242
ilə məşğul oldu. Peyğəmbərimizin ardınca axşam
çıxan qrupla birlikdə Məkkədən yola çıxdılar. Yol-
da müşriklər möminlərə sataşdılar. Etdikləri bu
hərəkət qarşısında Əbu Rafi onlara: “Siz bizdən nə
istəyirsiniz? Budur, Vallahi, süvarilər və silahlar Bat-
nı Yəcəcdə gözləyir!
3
Siz müqaviləni pozmaqmı istəyir-
siniz?” - dedi. Bundan sonra müşriklər başlarını
aşağı salaraq qayıdıb getdilər. Nəhayət, Əbu Rafi
və yanındakı qrup Batnı Yəcicə gəldilər. Oradakı
süvarilərlə birlikdə bütün gecə yol getdilər. Axır ki
Sərifə çatdılar. Hz. Meymunənin Məkkədə baş tut-
mayan toy mərasimi və zifaf elə burada oldu.
Hz. Meymunə, Hz. Muhammədin (s) nikahıyla
şərəflənərək son xanımı oldu. Pey ğəmbərimiz bun-
dan sonra bir daha evlənmədi.
Meymunənin Vəfatı
Möminlərin anası Hz. Meymunə Məkkədə
xəstələndi: “Məni Məkkədən çıxardın! Çünki, Rəsu-
lullah mənim Məkkə xaricində bir yerdə vəfat edəcəyimi
xəbər verdi”, - dedi. Onu Məkkədən çıxartdılar və
Rəsulullahla evlilik mərasiminin qeyd edildiyi yer-
də də vəfat etdi. Cənazə namazını bacısı oğlu Hz.
Abdullah bin Abbas qıldırdı. Qəbrə də İbn Abbas
ilə Zeyd bin Asam endirdilər.
Hz. Meymunənin vəfat tarixi haqqında fərqli
görüşlər var. Əsqəlaninin bildirdiyinə görə bir rə-
vayətdə h. 51-ci ildə vəfat etmişdir. Onun bildirdi-
3 . Hz. Muhəmməd (s) tədbir məqsədi ilə silahlı dəstə ilə yola çıx-
mış dı. Bu dəstə Məkkəyə üç mil yaxınlıqda olan Batn-ı Yəcəcdə
göz lədilər.
243
yinə görə Hz. Meymunənin vəfatı haqqında söy-
lənən h. 49, 61 və 63-cü il tarixləri doğru deyildir.
Çünki bir rəvayətdə h. 51-ci il başqa rəvayətdə isə
h. 61-ci ildə vəfat etdiyi bildirilsə də, Əsqəlani bi-
rinci rəvayəti daha doğru hesab edir və öz fikrini
belə sübut edir: İkinci rəvayətdə eyni zamanda, Hz.
Meymunənin Peyğəmbərimizin ən son vəfat edən
xanımı olduğu bildirilir. Bu isə digər üzərində itti-
faq edilən rəvayətlərin verdiyi məlumatlara ziddir.
Yenə Əsqəlaninin bildirdiyinə görə, Hz. Aişə 60-cı
ildən əvvəl vəfat etmişdir. Nəticə olaraq, ikinci fik-
rin deyil, birinci fikrin doğru olduğunu, yəni, Hz.
Meymunənin H. 51-ci ildə vəfat etdiyini qəbul edir.
Dostları ilə paylaş: |