MÖMİNLƏRİn analari baş Məsləhətçi


Səhabənin Möminlərin Anasına Hörməti



Yüklə 49,39 Kb.
Pdf görüntüsü
səhifə14/16
tarix21.04.2017
ölçüsü49,39 Kb.
#15079
1   ...   8   9   10   11   12   13   14   15   16

Səhabənin Möminlərin Anasına Hörməti
Yuxarıda qeyd etdik ki, Hz. Meymunənin cə-
nazə namazını Abdullah bin Abbas qıldırmışdır. 
Eyni zamanda, orada olanlardan Ata b. Əbi Rəbah-
dan gələn rəvayətə görə  də,  İbn Abbas, cənazəni 
ehtiyatlı götürmələri mövzusunda orada olanla-
rı  xəbərdar etmişdir. Bu barədə olan hədis-i  şərif 
Buxarinin və Müslimin üzərində  ittifaq etdikləri 
hədisdir. Hədisin mətni belədir:
Ata b. Əbi Rəbah demişdir: “Sərifdə, Hz. Peyğəm-
bərin (s) xanımı Hz. Meymunənin cənazəsində idik. İbn 
Abbas: “Bu, Hz. Peyğəmbərin (s) xanımının cənazəsidir. 
Cənazəni qaldırarkən silkələməyin, titrətməyin, yumşaq 
davranın…”,- dedi.”
Burada diqqətə layiq odur ki, səhabələrin Pey-
ğəmbərimizə (s) sevgisi, onun xanımlarına, Qu-
rani-Kərimin ifadəsiylə “möminlərin analarına” 
Hz. Meymunə

Möminlərin Anaları
244
olan hörməti hər zaman, hətta aralarında Hz. Mu-
hamməd (s) olmasa belə, qüsursuz idi. Bəs biz necə 
eyni qüsursuzluqla sevib, saya bilirikmi, layiqincə 
tanımağa çalışırıqmı onları?! Unutmayaq ki, Qura-
ni-Kərim Peyğəmbər (s) xanımlarının ‘möminlərin 
anası’ olduğuna hökm vermişdir. Bilirik ki, içində-
ki bir hökmü belə inkar etsək, iman əsaslarından 
biri olan “kitablara iman” əksik olar. Buna görə də, 
imanımız əksik olar, iman etmiş olmarıq. 
İslam dininin qadına verdiyi dəyər hər bir möv-
zuda özünü göstərdiyi kimi, bu üstünlük, ‘ana’ 
mövzusunda daha çox biruzə verir. Bu barədə, 
həm kitabımızın, həm də Peyğəmbərimizdən gələn 
hədislərin verdiyi məlumatlar kifayət qədərdir. 
Bizim borcumuz isə,  ən az heç olmasa öz anamız 
qədər, birini digərindən ayırmadan sevmək, onlara 
hörmət etməkdir. Analarımıza layiqincə davran-
maq eyni zamanda Peyğəmbərimizə sevgi, Kitabı-
mıza itaətdir. Onların üstünlüklərini oxuduğumuz 
zaman, Allah-Təalanın Peyğəmbərimizə (s) layiq 
gördüyü xanımların İslamın yaşanaraq təbliğində-
ki, digər qadınların dini doğru öyrənmələrindəki 
rolu inkar edilə bilməyəcək qədər çoxdur.
Hz. Meymunənin Fəzilətləri
Hz. Meymunədən bir rəvayətə görə 76, başqa 
bir rəvayətə görə, 46 hədisi-şərif rəvayət edilmişdir. 
Bunlardan yeddisi Buxari və Müslimin ittifaq etdik-
ləridir (yəni hər iki qaynaqda keçən eyni hədislər), 
biri yalnız Buxaridə, beşi də yalnız Müslimdə möv-
cuddur, altmışı isə Əhməd bin Hənbəldə yer almış-
dır. Kutubi-Sittədə olanların sayı qırx altıdır. Böyük 

245
bir ehtimalla buna görə də, yuxarıda bəhs etdiyimiz 
bəzi qaynaqlar Hz. Meymunədən gələn rəvayətlə-
rin sayının qırx altı olduğunu yazır.
Hz. Meymunənin rəvayət etdiyi hədislər daha 
çox heyz, qüsl, namaz, nikah haqqındadır. Xüsu-
silə, heyz mövzusunda ondan nəql edilən hədis-
lərin çox böyük əhəmiyyəti vardır. Çünki heyzli 
qadına toxunmaq olarmı, olmazmı  məsələsi, on-
dan gələn rəvayətlə (toxunula bilər, hətta bunun 
normal bir şey olduğu) öz həllini tapmışdır. Hədi-
si-şərifdə belə buyurulur: Nəbiyyi Əkrəmin (s) xanı-
mı Meymunə belə demişdir: “Bəzən elə olurdu ki, mən 
heyzli ikən, Nəbiyyi Əkrəm (s) həsir səccadəsi üzərində 
namaz qılarkən ... paltarının bəzi yerləri mənə dəyərdi” 
Hz. Meymunədən hədis rəvayət edən  şəxslər-
dən bəziləri bunlardır: Hz. Abdullah bin Abbas, 
Abdullah bin Şəddad, Abdurrahman bin Saib, 
Ubeydullah əl-Hulani, İbn Cureyc və s.
Afzalurrahman Müsnəddən belə  nəql edir: 
“Meymunə xeyirsevər bir qadın olduğu üçün və kölələri 
azad etməyi çox istədiyi, hər fürsətdə  də bu arzusunu 
həyata keçirtdiyinə görə, Hz. Peyğəmbər (s): “Allah səni 
bu xeyrin səbəbiylə mükafatlandırsın”, - deyə dua et-
mişdir.” Bundan əlavə, yenə müəllif, həm Müsnəd-
dən, həm də Buxaridən aşağıdakı hədisi nəql edir: 
“Bəzən borc alar və xeyir işlər üçün xərcləyərdi. Bir dəfə 
çox borclanmışdı. Bunu necə ödəyəcəyini soruşduqların-
da da Rəsulullahdan (s): “Borcunu ödəmək niyyətində 
olan elə bir qul yoxdur ki, ona Allah Azzə və Cəllə tərə-
findən yardım olunmasın” hədisi şərifini rəvayət etdi. 
Hz. Meymunə

Möminlərin Anaları
246
Dini  əmrlərə  və qadağalara da çox diqqətli yana-
şardı.”
Hz. Muhammədin (s) Hz. Meymunəylə 
Evliliyinin Səbəbləri Haqqındakı Görüşlər
Hz. Muhammədin (s) Hz. Meymunəylə evlili-
yinin səbəb və hikməti haqqında M. Hamidullah 
əsas iki səbəbin üzərində durur.
Birincisi, Hz. Meymunənin hər biri ayrı  qə-
bilələrin qabaqcıl  şəxsiyyətləriylə evlənmiş  səkkiz 
bacısı vardır. Belə ki, Hz. Meymunənin anası Hin-
din sahib olduğu kürəkənlər kimi şəxslərə o zama-
na qədər başqa heç bir ərəb qadını malik olmamış-
dır. Hətta Ziya Kazıcının bildirdiyinə görə, onun 
haqqında el arasında belə deyilirdi:
“İxtiyar qadınların  ən bəxtəvəri, yer üzündə-
ki bütün kürəkənləri yığıb başına.” Həqiqətən də, 
kürəkən baxımından o, dünyanın ən şərəfli və eti-
barlı qadını idi. Baxdığımız zaman, başda Hz. Mu-
hamməd (s) olmaq üzərə bir çox yüksək şəxsiyyət 
onun qızlarının həyat yoldaşları idi. Bunlar: Hz. 
Peyğəmbər (s), Cafər b. Əbi Talib, Hz. Əbu Bəkr, 
Hz.  Əli, Allahın aslanı  və Uhud şəhidi olan Hz. 
Həmzə, Hz. Abbas, Vəlid b. Muğirə, Ubeyy b. Xaləf 
əl-Cumahi və Ziyad b. Malik əl-Hilalidir. Peyğəm-
bərimiz, məhz bu şəxslər vasitəsiylə İslamı güclən-
dirmək və yaymaq istəyirdi.
İkincisi isə, Hz. Muhamməd (s) Mədinə ilə 
(yəni  İslamla) Məkkə arasında bir uzlaşma və ra-
zılaşma meydana gətirmək istəyirdi. Hudeybiyyə 
sülh müqaviləsinin şərtlərinə əsasən, Məkkədə üç 

247
günün sonunda geri qayıtmalı idi. Buna görə  də 
ediləcək toy mərasimi orada bir müddət daha qal-
maq üçün bir səbəb olacaqdı. Bununla da, arada 
yaxınlaşma baş verəcəkdi. Yuxarıda bəhs etdiyimiz 
kimi, müşriklər buna imkan vermədilər.
Bunlardan başqa, daha əvvəl də qeyd etdiyi-
miz kimi, Hz. Meymunədən nəql edilən hədislərin 
çoxu  İslam  fiqhində heyz kimi mühüm yer tutan 
bir mövzuya işıq tutur. Bu da, bu evliliyin günü-
müzə qədər davam edən faydalarındandır.
Allah ondan razı olsun!
 
Hz. Meymunə

Hz. Марийа 

251
Hz. Mariya əl-Qıbtiyyə
Mariyə binti Şemun əl-Qıbtiyyə Allah 
Rəsulunun cariyəsi  
Allah Rəsulunun (s) xanımları haqqında məlu-
mat verilərkən Hz. Mariya (cariyəsi olsa da) zöv-
cələri arasında zikr edilmədən keçilməz. Çünki Mi-
sir Kralı Mukavkısı Peyğəmbərimizə (s) onu cariyə 
kimi hədiyyə etmişdir. Allah Rəsulunun (s) Hz. 
Xədicən başqa heç bir xanımından uşağı olmamış, 
ancaq Hz. Mariyadan İbrahim adlı  oğlu dünyaya 
gəlmişdir. 
Təbii ki, İbrahimin dünyaya gəlməsiylə Hz. Ma-
riya “Ummul-Vələd” yəni “möminlərin ana 
ları” 
statusuna keçməsiylə cariyəlikdən azadlığa qovuş-
muşdur. 
İslamda belə bir şərt vardır ki, bir cariyə, yəni 
kölə qadın öz ağasından uşaq dünyaya gətirərsə, 
həmin qadının cariyəlik hökmü üzərindən götürü-
lür, artıq o digər qadınlar kimi öz  azadlığına qovu-
şaraq köləlikdən qurtarmış olur.
Bütün qaynaqlarda Mariya əl-Qibtiyyə adı ilə 
keçən Mariya binti Şəmun, Misirin Said bölgəsin-
dən Hənf deyilən kənddəndir. Bu kənd Misirin 
Said bölgəsində Eşmunin qarşısındaki Nil çayının 
şərq tərəfində olan Ənsinaya yaxın bir kənddir.
Hz

Möminlərin Anaları
252
 Hz. Mariya Misirli bir qadındır. Bir çox müəl-
liflərin bildirdiyi kimi o, Qipti nəslindəndir. Bacısı 
Şirinin verdiyi məlumata görə o, böyük ehtimalla 
İran əsillidir. Başqa tarixi mənbələrdə isə onun Yu-
nan əsilli də olduğu qeyd edilməkdədir. 
 Atası Misirin Said bölgəsindən və  Qibtiyyə de-
yilən yerli xalqdandır. Ancaq əslində O, İranlı və ya 
Rum ola biləcəyidə qeyd edilməkdədir. Anasının 
xristian bir Rum olduğu bildirilmişdir.
Hz. Peyğəmbər (s) hicrətin VII (628) ilində qon-
şu ölkələri İslama dəvət etmək üçün hökmdarlara 
dəvət məktubları göndərmişdir. Bizans İsgəndəriy-
yə valisi və Misir Mukavkısı olan Cüreyc b. Minaya 
da səhabələrdən Xatib bin Əbu Bəltəanı göndərdi. 
Misir Mukavkısı məktubu oxuyub ona dəyər ver-
məsinə baxmayaraq, Bizans imperatorundan çə-
kindiyi üçün İslamı qəbul etmədi. Ancaq Peyğəm-
bərimizə (s) elçisi vasitəsiylə hədiyyələr göndərdi. 
Cariyələrindən Mariyə ilə bacısı Şirini (başqa mən-
bələrdə Sirin adı ilə də keçməkdədir) göndərdi. Bir 
rəvayətə görə, bunlarla bərabər başqa iki cariyəni 
Mariyanın əmisinin oğlu Məbur adlı xadimi, bun-
dan başqa min misqal qızıl, qiymətli paltarlar, par-
çalar, gözəl ətirlər, məktub və bir qatır və s. hədiy-
yələr yolladı.
Mukavkıs Peyğəmbərimizə (s) ayrıca billur-
dan su qabı da göndərmişdir. Mukavkıs Xatib-
dən Peyğəmbərimiz (s) haqqında “Sürmə istifadə 
edirmi?” deyə soruşmuş, Xatib də: “Bəli! Güzgüyə 
baxar, saçlarını darayar, səfərdə belə sürməsini, da-
rağını, güzgüsünü, misvaqını yanından ayırmaz”, 
- demişdir. Mukavkısın Peyğəmbərimizə qatırla 
bərabər uzunqulaq da göndərdiyi bildirilməkdə-

253
dir. Qatıra Düldül, uzunqulağa isə Ufeyr, Yafur adı 
qoyulmuşdur. Hər ikisi də boz rəngli idi.
O günə  qədər  Ərəbistanda ağ  rəngli qatır gö-
rülməmişdir.  İslamda ilk görülən ağ tüklü qatır, 
Düldül oldu. Peyğəmbərimiz (s) ona hədiyyə ola-
raq göndərilən billur qədəhdə su içərdi.  
Peyğəmbərimizin (s) Misir Mukavkısına elçi 
ola raq  göndərdiyi nümayəndəsi  Əbu Bəltəa Pey-
ğəm bərimiz (s)  üçün verilən hədiyyələri və məktu-
ba yazılan cavabı götürərək geri dönür.
Mukavkısın ölkəsində beş gün qalır. Oradan 
ayrılan Əbu Bəltəa Mədinəyə gəlib Allahın yer üzə-
rindəki elçisinin hüzuruna çıxaraq olanları danışdı. 
Mukavkısın göndərdiyi hədiyyələri və  məktubu 
Rəsulullaha (s) təqdim etdi.
Mukavkıs cavabında belə deyirdi:  “Muham-
məd bin Abdullaha qıptilərin böyüyü Mukavkıs-
dan! Salam olsun sənə..! 
Bundan sonra deyirəm ki, məktubunu al-
dım oxudum. Məktubunda qeyd etdiyin və  məni 
dəvət etdiyin şeyləri də başa düşdüm. Axır zaman 
peyğəmbərinin gələcəyini bilirdim; ancaq onun 
Şamdan çıxacağını təxmin edirdim! Elçini yola sal-
dım. Sənə  Qıptilərin yanında mövqeləri yüksək 
olan iki cariyə ilə başqa hədiyyələr də göndərdim. 
Minməyin üçün də qatır hədiyyə etdim. Sənə sa-
lam olsun! ” 
Məktubu oxuyub qurtarandan sonra Allahın 
Rəsulu: “Xeyirdən nəsibini almayan adam!.. Səltənəti-
nin əlindən getməsinə qıymadı, halbuki üzərində titrədi-
yi səltənəti özünə qalmayacaq”, - buyurdu.     
Hz. Mariya

Möminlərin Anaları
254
Mariyanın Mədinəyə Gəlməsi
Hz. Mariya və bacısı Şirin Mədinəyə doğru yo-
la çıxması haqqında hadisə belə cərəyan edir: “İki 
bacı  vətənlərindən ayrılmanın kədər və üzüntü sü 
içində idilər. Son nöqtəsi görününcəyə qədər yurd-
larını seyr etdilər. Uşaqlıqlarını  və  gəncliklərini 
keçdikləri bu diyardan ayrılmanın qəm qüssəsini  
hiss edərək göz yaşlarını saxlaya bilmədilər.
Xatib b. Əbu Bəltəa, bu iki gənc qızın ayrılıq və 
qürbət hissi yaşadıqlarını başa düşərək təbii qar-
şıladı. Onlara öz ölkəsinin köklü tarixindən bəhs 
etdi.  Əsirlər boyu Məkkə  və Hicaz ətrafında olan 
qissələrdən danışdı. O, Sevgili Peyğəmbərimizə (s)  
dərin iman və  sədaqətlə bağlı olduğundan sonra 
da sözü Uca Allahın yer üzərindəki elçilik vəzifə-
sini həyata keçirən Allah Rəsuluna gətirdi.  Kaina-
tın  Fəxri sayılan Peyğəmbərimizə (s)  olan məhəb-
bətindən elə gözəl şəkildə söhbət etdi ki, iki gənc 
qızın qəlbləri, eşitdikləri və öyrəndikləri  İslamın 
kərim olan Peyğəmbərinə qəlbləri isindi. ”
Hz. Peyğəmbər (s) hədiyyələri qəbul edərək 
Hz. Mariya ilə özü evləndi, Şirini isə sahabələrdən 
Hassan b. Sabitə verdi.
İslamla Şərəflənən Ömrün 
Səadətli Günləri
Peyğəmbərimizin (s)  soy kökü olan Hz. İbra-
himin xanımı, Hz. İsmayılın anası Həcər anamızın 
həm yerlisi sayılan həm də həyatlarında bənzərliyi 
olan Hz. Mariya, qıvrım saçlı, gözəl və cazibəli bir 
qadın olmuşdur.

255
Aşağıda veriləcək məlumatlara  əsaslanaraq 
söyləmək olar ki, Hz. Mariya bir cariyə olaraq bir 
dövlət başçısının hədiyyəsiylə, yad diyara gələrək 
bir başqa böyüyün xidmətinə verilmişdir. Təbii ki, 
Hz. Mariya yeni ağasından necə münasibət görə-
cək deyə narahat idi. Peyğəmbərimiz (s) onu digər 
xanımlarından fərqli olaraq, Mədinənin təmiz ha-
vası olan Aliyə adı verilən yuxarı məhəllələrdən bi-
rinə yerləşdirir. Hz. Mariya özünə göstərilən qay-
ğıya görə Peyğəmbərimizin (s) yanında olmaqdan 
məmnun idi. Hz. Mariyanın islamı qəbul etməsiylə 
həm dünya, həm də axirət səadətinə qovuşmasına 
Peyğəmbərimiz (s)  səbəbkar olmuşdur. 
Hz. Mariya Mədinəyə gəldikdən sonra yaşadı-
ğı sadə həyatından bir ilə yaxın zaman keçdi. Mari-
ya Hz. Peyğəmbərin (s) göstərdiyi qayğıdan böyük 
bir sevinc hissi keçirirdi. Möminlərin anaları kimi 
Mariyanı Peyğəmbərimiz  himayəsinə almış  və 
qayğı göstərmişdir. Bu səbəblə o, bütün arzularını, 
varlığını və mənliyini, qədərinin qarşısına çıxan bu 
böyük insanın şəxsiyyəti içində əridib yox etmişdi. 
Buna görə Peyğəmbərimiz onun həm ağası, həm 
sahibi, həm ailəsi və həm də vətəni idi. Bütün arzu-
su onun sevgisini və razılığını qazanmaq idi.
Hz. Mariyanın həyatı ilə, Hz. İbrahimin xanımı 
olan Həcər ananmızın həyatı arasında bənzərliklər 
çox idi. Ona görə  də  Həcər anamızın həyatını  və 
“zəmzəm” suyunun fışqırma hadisəsini Peyğəm-
bərimizdən (s)  təkrar-təkrar dinləmək xoşuna 
gəlirdi. Hz. Mariya kimi Misirli Hz. Həcər  fiziki 
görkəmi və xarakteri gözəl olan bir qadın idi. Onun 
Misir Mukavkısının Peyğəmbərimizə (s) göndərdi-
yi bir cariyəsi olduğu kimi, Hz. Həcər anamız da 
Hz. İbrahimə ilk xanımı Sara tərəfindən verilən bir 
Hz. Mariya

Möminlərin Anaları
256
hədiyyə idi.  Hər ikisi də evlərinə girdiyi peyğəm-
bər xanımları tərəfindən qısqanılmışdır.
Hz.  İbrahimin  xanımı olan Sara anamız ca-
riyəsi olan Həcəri azad edib İbrahim evləndirmiş, 
ondan da İsmayıl dünyaya gəlmişdir. Beləliklə son 
Peyğəmbərin (s) nuru Muhammədi Nur, Hz. İbra-
himdən Həcərə, ondan da Hz. İsmayıla keçmişdir. 
Sara anamız isə bu nurun ondan keçəcəyini dü-
şünürdü. Buna görə  kədərləndi.  İbrahimə  Həcər 
anamızı başqa bir diyara aparmasını söylədi.  İb-
rahim da Allahın  əmri ilə  Həcər anamızı  və  hələ 
əmizdirməkdə olduğu oğlu  İsmayılı kimsəsiz bir 
diyar olan Məkkəyə apardı. Onlara içi xurma dolu 
bir səbət və su dolu kuzə qoyub, irəlidə fışqıracaq 
olan “zəmzəm”  quyusunun yanına yerləşdirib özü 
geri döndü. Həcər anamız arxasınca: “Bizi  buraya 
buraxmağını Allahmı  əmr etdi?” - deyə soruşdu-
ğunda: “Bəli”  cavabını alan Həcər anamız Allaha 
böyük təvəkkül və təslimiyyət göstərdi. Suları qur-
taranda Hz. Həcər Səfa və Mərvə təpələri arasında 
yeddi dəfə qaçdı. Bu zaman “Zəmzəm” suyunun 
oğlu İsmayılın ayaqları altından fışqırdığını gördü. 
Beləliklə, Hz. Həcər oğlu İsmayılla Məkkədə yaşa-
yaraq orada məskunlaşmışdır.
Həcər anamızın Hz. İbrahimdən  İsmayıl adlı 
oğlu dünyaya gəldiyi kimi, Hz. Mariyanın da Pey-
ğəmbərimizdən (s)  İbrahim adlı oğlu dünyaya gəl-
məsiylə həyatı bənzərliklərinin biri də artmış oldu.
Hz. Mariyanın hamiləliyi barədə sevindirici 
xəbəri eşidəndə, Peyğəmbərimiz (s) sevinərək Uca 
Allaha  şükr etdi. Allahın elçisi (s) Hz. Mariyanın 
zaman-zaman mədəsinin bulandığını, yemək və  
içməkdən kəsildiyi anları xatırladı. Bunları daha 

257
əvvəl Hz. Xədicənin hər hamilə olduğu vaxtlar-
da gördüyü keçici halları idi. Ancaq O, Mariyada 
gördüklərini bədəninin bir sıxıntısından meydana 
gələn halsızlıqlar zənn etmişdi. Deməli, Mariyanın 
da bu halları yaşaması hamiləliyinin müjdəli hal-
ları imiş. Bu Allah-Təalanın Peyğəmbərimizə  qısa 
müddət içində itirdiyi uşaqları Abdullah, Qasım, 
Zeynəb, Ruqiyyə, Ümmü Gülsümdən  sonra gözəl 
ehsanı idi.  
Beləliklə, Peyğəmbərimiz  (s)  Hz. Mariyanın 
on dan  hamilə olmasıyla, yenidən ata olmanın se-
vin  cini  yaşayacaqdı.  
Peyğəmbərimizin Oğlu İbrahimin 
Dünyaya Gəlməsi
Hicrətin VIII ili Zilhiccə ayında Peyğəmbərimi-
zin (s) oğlu İbrahim dünyaya gəldi. Hz. Mariyadan 
olan İbrahim Allah Rəsulunun (s) ən son dünyaya 
gələn övladı idi. 
İbrahim, Mədinənin yuxarı  tərəfində, Avali 
de yə tanınan qismində anasına ayrılan bir xurma 
baxçasındaki evlərində  həyata gözlərini açmışdı. 
Onun doğulması müjdəsini Peyğəmbərimizə (s), 
Mariyaya əbəlik edən Səlma Xatunun əri Əbu Rafi 
xəbər verdi. Allahın Rəsulu (s)  bu xoş xəbərin bil-
dirilməsindən çox məmnun oldu və sevincindən 
Əbu Rafiyə uşağın adını nə qoyacağını açıqladı:“O-
na cəddim İbrahimin adını qoydum”, - deyə buyurdu. 
Dünyaya gələn  İbrahimi süd anasına verdilər. 
Əmzikli  Ənsar qadınları Hz. Peyğəmbərin (s) öv-
ladını  əmizdirmək üçün yarışa girmişdilər. Nə-
hayət, Peyğəmbərimiz (s)  nur kimi olan övladını 
Ümmü Bürdə Havlə binti Münzirə təslim etdi. Hz. 
Hz. Mariya

Möminlərin Anaları
258
Peyğəmbər (s) İbrahimə süd analığı etdiyi üçün 
Ümmü Bürdəyə bu vəzifəsi səbəbiylə bir xurmalıq 
baxçası hədiyyə etdi. İbrahim vəfatına qədər onun 
yanında qaldı. 
M. Asim Köksalın verdiyi məlumata görə Hz. 
Peyğəmbər (s) Hz. İbrahim dünyaya gəldikdən son-
ra Mariyanı azad etmişdir. Onun haqqında: “Hansı 
kölə qadındır ki, ağasından bir uşaq dünyaya gətirincə 
azad olmuş, ölümündən  əvvəl sərbəst buraxılmadıqca, 
ölməmişdir?” - buyurmuşdur.
Hz. İbrahim dünyaya gəldikdən sonra Peyğəm-
bərimiz (s) Əbu  İbrahim künyəsi ilə çağrılmışdır. 
Hz. İbrahim dünyaya gəldiyi zaman, Cəbrail gəlib: 
“Əssəlamun aleykum, Ey Əbu İbrahim! - Salam ol-
sun sənə Ey İbrahimin atası!” -deyərək Peyğəmbə-
rimizi salamlamışdır.
Peyğəmbərimizin (s) Kuf bölgəsinə yayılan 
bir miqdar davarları ilə Zülcədr otlağında yayılan 
sağmal dəvələri var idi ki, hər dəfə onlardan süd 
sağılandan sonra Mədinəyə  gətirilir, Peyğəmbəri-
miz (s) həm özü içər, həm də oğlu İbrahimə içməsi 
üçün göndərərdi. 
Peyğəmbərimiz (s) İbrahimin doğumunun yed-
dinci günündə  əqiq qurbanı  kəsdirib,  İbrahimin 
saçlarını  təraş etdirərək saçı  ağırlığında gümüşü 
yoxsullara payladır. Sonra da saçlarını torpağa bas-
dırılmasını əmr edir. Uşağın saçını Əbu Hind təraş 
etmişdir.

259
Hz. İbrahimin Doğumundan Sonra 
Baş Verənlər
Hz.  İbrahimin Mariyadan dünyaya gəlməsi 
Peyğəmbər (s) xanımlarına ağır gəlmiş, Mariyaya 
olan qısqanclıqlarını artmışdı.
Bir gün Peyğəmbərimiz (s) İbrahimi qucağına 
alıb Hz. Aişənin yanına aparır. “Buna bax! Necədir? 
Mənə oxşayırmıı?” - deyə soruşdu.
Hz. Aişə: “Mən bir bənzərlik görmürəm”, - de-
mişdi.
Peyğəmbərimiz:  “Ağlığı  və ya dolğunluğu ilə  də 
mənə oxşamır?”- deyə soruşunca da: 
“Dəvə südü ilə kim bəslənərsə, ağ və dolğunlu-
ğu olur”, - demişdi.
Ənəs b. Malikdən edilən nəqlə görə: “Mən ev 
xalqına qarşı  Rəsulullahdan (s) daha çox şəfqətli 
olan kimsəni görmədim. İbrahim, Mədinənin Avalı 
deyilən bölgədə süd anasının yanında olurdu. Rə-
sulullah (s) uşağını görmək üçün oraya gedəndə 
biz də onun yanında gedərdik. İbrahimin süd atası 
dəmirçi idi. Onun evi, dumanlı ikən Rəsulullah içə-
ri girər, oğlunu qucağına alar, öpər, oynadar sonra 
da geri dönərdi.”
Peyğəmbərimizin Oğlu İbrahimin 
Vəfatı
Allahın Rəsulu Hz. Muhamməd Mustafa (s) 
 
insanlar arasında ən şəfqətli və ən mərhəmətli idi. 
Hətta mərhəmətlilərin  ən mərhəmətlisi olan Uca 
Rəbbimiz  əsmail-hüsnasının təcəllisi olaraq eyni 
anda iki adı ilə heç bir peyğəmbərə xitab etməmiş, 
Hz. Mariya

Möminlərin Anaları
260
sadəcə ən sevgili quluna, yəni Peyğəmbərimizə xi-
tab etmişdir: “Bil mümininə Raufur Rahim”, - deyə 
buyuraraq Tövbə surəsi 128-ci ayəsində Peyğəm-
bərimizin üstünlüyünü, çox şəfqətli və mərhəmətli 
olduğunu bizlərə də bildirməkdədir. 
Sevgili Peyğəmbərimizin (s) qəlbi bir sevgi, 
şəfqət, mərhəmət dəryası idi. O, insanlığa bu qədər 
sevgi bəsləyirdisə, deməli, öz uşaqlarına da bu qay-
ğının  ən gözəlini verirdi. Ona müvəqqəti  əmanət 
olaraq verilən övladlarına lazım olan diqqəti göstə-
rir, onları Allah üçün sevib əzizləyirdi. “Şəfqətin ən 
şirini övlada duyulanıdır.” Peyğəmbərimiz (s) bir ata 
olaraq beş övladından bu dünyada əbədiyyən ay-
rılmanın üzüntüsünü yaşamış ancaq Allaha heç bir 
zaman üsyan etməmişdir.
Rəsulullah (s) altmış yaşlarına doğru Allahın 
Ona verdiyi hədiyyəsi oğlu İbrahimə sevgi, şəfqət 
göstərərək övlada necə münasibət bəsləmənin ör-
nəyini göstərirdi. 
İbni Sadın verdiyi məlumata görə, Peyğəmbə-
rimizin (s) oğlu İbrahimin vəfatı ilə əlaqəli  hadisə-
ni belə  rəvayət edir:  “Hicrətin X ili, Rəbiül-əvvəl 
ayının 10-u çərşənbə günü Hz. İbrahim 16 ayına 
yeni keçmişdi. Bu sıralarda Peyğəmbərimiz (s) 
onun xəstələndiyi xəbərini aldı. Sevgili oğlunun 
anası Hz. Mariya ilə birlikdə olduqları bağ içindəki 
evlərinə getdi. Peyğəmbərimiz (s)  xəstə yatan nur 
kimi oğlunun gözlərində  əvvəlki parlaqlığı  və 
hərəkətli baxışları görmədi. Hər zaman hərəkət-
li və çevik bir uşaq olan  İbrahim, o anda səssiz, 
sakit və dünyadan küsmüş kimi uzanmışdı. Bu 
hali ilə sanki əbədi aləmə köç edəcəyini  ifadə et-
Yüklə 49,39 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin