MÖMİNLƏRİn analari baş Məsləhətçi



Yüklə 49,39 Kb.
Pdf görüntüsü
səhifə8/16
tarix21.04.2017
ölçüsü49,39 Kb.
#15079
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

Peyğəmbərimizlə Evliliyi
Həzrəti Zeynəbin qəbiləsi Amir ibni Sasah o za-
manlar  Ərəbistanın  ən qüvvətli qəbilələrindən biri 
idi. Qəbiləsinin İslama münasibəti, hicri üçüncü ildə 
pozulmuşdur. Bunun səbəbi də hicrətin üçüncü ilin-

127
də qəbilələrə İslamı öyrətmək üçün göndərilən təb-
liğçiləri xaincə tələyə düşürüb qılıncdan keçirmələri 
Amir b. Sasah qəbiləsi ilə müsəlmanların arasını po-
zur. Qılıncdan keçirilən təbliğçilərdən canını qurta-
ran bir müsəlmanın Mədinəyə qayıdarkən səhvən 
Amir b. Sasah qəbiləsinə mənsub iki müsəlmanı öl-
dürməsi onların arasındakı münasibətləri daha da 
gərgin vəziyətə  gətirip çıxarır. Peyğəmbərimiz (s) 
bu qəbilənin İslama olan düşmənliyinin davam et-
məməsi üçün Həzrəti Zeynəb binti Hüzeyməyə ev-
lilik təklif edir. Həzrəti Zeynəb bu təklif qarşısında 
böyük bir təslimiyyət göstərmiş və:
“- Bu barədə qərar  Allahın Rəsuluna aiddir”, - 
demişdir.
Qəbiləsi arasında böyük hörmət qazanan Hz. 
Zeynəbin Peyğəmbərimizlə (s) evlənməsi ilə arada 
pozulmuş olan bu münasibətləri düzəltmiş oldu.
Hz. Zeynəb Peyğəmbərimiz (s) ilə  ev  lənmədən 
əvvəl iki dəfə ailə həyatı qurmuşdur. Peyğəmbəri-
miz (s) hicrətin üçüncü ili Ramazan ayında 400 dir-
həm mehir verərək onunla evlənmişdir.
Ancaq bu xoşbəxt ailə həyatı çox qısa olur. Hz. 
Zeynəb binti Hüzeymə Allah Rəsulu (s) ilə üç-dörd 
ay birlikdə yaşayır (Səkkiz ay yaşadığı da rəvayət 
olunur).
Hz. Zeynəb 30 yaşında ikən  əbədi alə mə köç-
müşdür. Onun cənazə namazını Peyğəmbərimiz 
qıldırır və Baqi qəbiristanlığında dəfn edilir. Həz-
rəti Peğəmbərimizin (s) Baqi məzərlığına dəfn 
edilən ilk xanımı olan Hz. Zeynəb binti Hüzeymə-
Hz. Zeynəb

Möminlərin Anaları
128
nin Rəsulullahdan (s) əvvəl kiminlə evli olduğu və 
neçə evlilik keçirdiyi tam olaraq bilinməməkdədir. 
Bu barədə ixtilaf  vardır:
-ət-Təbərinin verdiyi məlumata  əsas lanaraq 
onun evliliyi haqqında bu ifadələri deyə bilərik: 
“İbn Şihaba görə o, daha öncə Abdullah b. Cahşın 
xanımı idi. Onun Uhudda şəhid olmasından sonra 
Rəsullullah (s) onunla evləndi. Bu evlilik, hicrətin 
üçüncü ilində həyata keçirilmişdir. Onun yanında 
iki və ya üç aya qədər yaşamış, bu müddətin səkkiz 
ay olduğunu söyləyənlər də olmuşdur. 
-Qatadə, onun Həzrəti Peyğəmbərdən (s) əvvəl 
Tüfeyl b. Haris ilə evli oluduğunu,  əl-Cürcani isə 
onun əvvəl Tufeyl b. Haris ilə evli olduğunu, daha 
sonra isə Tüfeylin qardaşı Übeyd b. Haris ilə ev-
ləndiyini, onun Bədirdə şəhid olmasından sonra da 
Rəsulullah (s) ilə evləndiyini söyləmişdir.
-İbn Kəsir  əsərində bu evlilik haqqında belə 
demişdir:“O, Abdullah b. Cahş ilə evli idi. Onun, 
Uhud müharibəsində şəhid olmasından sonra Rə-
sulullah (s) ilə evləndi. Bu evlilik hicrətin üçüncü 
ilində olmuşdur. O, Rəsulullahın (s) yanında iki 
vəya üç ay qalmışdır. Həzrəti Peyğəmbər (s) həyat-
da ikən vəfat etmişdir”.
-İbn Abdil-Bərr Qatədədən etdiyi bir başqa rə-
vayətdə belə nəql etmişdir: “Möminlərin anası olan 
Zeynəb binti Hüzeymə, Rəsulullahdan (s) əvvəl 
Tüfeyl  b. Haris ilə evli idi. ”
-Əbul-Həsən Əli b. Muhamməd əl-Cürcanidən 
bu rəvayəti nəql edir: “Zeynəb binti Hüzeymə əv-

129
vəllər  Tüfeyl b. Haris b. Abdulmüttəlib b. Abdimə-
naf  ilə evli idi. Ondan sonra  Ebu Übeyd b. Haris 
ilə evləndi.”
Əxlaq və Fəziləti
Onun qısa evlilik həyatı ilə bağlı çox məlumat 
yoxdur. Bizim üçün əsas olan onun Rəsulullah (s) 
ilə evlənməsi və möminlərin analarından biri adını 
qazanıb, bununla şərəflənmiş olması üstünlüyünü 
qəbul etməyimiz üçün kifayətdir. O, daima yoxsul-
ların dərdləri ilə dərdlənərdi. Rəsulullah (s) və mö-
minlərin hörmətini qazanması ona kifayət edirdi. 
Səadət içində yaşadığı qısa ömrünü “yoxsulla-
rın anası” sonra da “möminlərin anası”
1
olma şə  rəfi 
ilə  ən gözəl  şəkildə  dəyərləndirərək,  əbədi aləmə 
köçmüşdür. Əsas olan ömrün qısa və ya uzun ol-
ması deyil, necə dəyərləndirilməsidir.
Allah ondan razı olsun, şəfaətinə nail eyləsin,
 Amin!
 
1 . Əhzab surəsi, 33/6.
Hz. Zeynəb

Hz. Умму
Сялямя

133
Ummu Sələmənin Əsil-Nəcabəti 
və Evliliyi
Əsl adının Rəmlə olduğunu deyənlər varsa 
da, əslində Hinddir. Atası Əbu Umeyyə Suheyl b. 
Muğirə b. Abdullah b. Ömər b. Mahzumdur. Co-
mərdliyi ilə məşhur idi. Səfərə çıxdığı zaman yanı-
na  və yanındakı yoldaşına yetərincə azuqə hazır-
latdırıb götürdüyünə görə özünə Zatur-raqb (yol 
tədarükü) deyilirdi. Anası Atikə bint Amir b. Rəbi-
adır. Cəlal Yeniçə ri onun “Seyfullah” ləqəbli Xalid 
b. Vəlidin yaxın qohumu olduğunu qeyd etmişdir.
 
 
Ummu Sələmə Abdullah b. Abdil Əsəd b. Hi-
lal b. Abdullah b. Ömər b. Mahzum ilə evlənmiş, 
Sələmə, Ömər, Dürrə və Zeynəb adlı dörd uşaqları 
olmuşdur. Sələmənin doğumundan sonra ana və 
ata onun adını təxəllüs kimi götürərək Əbu Sələmə 
və Ummu Sələmə olaraq çağrılmışlar.  İki hicrət 
sahibi (Həbəşistan və  Mədinə) və möhtərəm bir 
səhabə olan Əbu Sələmə  və xanımı Hz. Peyğəm-
bərin (s) islamı təbliğindən qısa bir müddət sonra 
müsəlmanlığı qəbul etmişdilər. Əbu Sələmənin is-
lamı qəbul edən ilk on səhabə arasında yer aldığı 
da rəvayət edilir.
 
Onu da burada qeyd etmək lazımdır ki, Əbu 
Sələmə  Rəsulullahın bibisinin oğludur.  Əbu Sələ-
Um

Möminlərin Anaları
134
mə nin  anasının adı Bərrə binti Əbdulmuttalib idi. 
Əbu Sələmə eyni zamanda Peyğəmbərimizin (s) 
süd qardaşı idi. Belə ki, hər ikisini Əbu Ləhəbin ca-
riyəsi Suveybə əmizdirmişdi.
 
Ummu Sələmənin İslamla Şərəflənməsi 
və Həbəşistana Hicrəti
Əbduləziz əş-Şənnavi onların İslamı qəbul edi-
şi ilə əlaqəli rəvayəti belə nəql edir:
Bir gün əri Əbu Sələmə sevinə-sevinə evə gəldi. 
Ummu Sələmə onun bu halının səbəbini öyrənmək 
məqsədilə:
-Nə var, nə yox, niyə belə sevinclisən?- deyə so-
ruşdu. Əbu Sələmə:
-Dünya və axirət xeyri var. Bu gün Ubeydə bin 
Haris b. Əbdulmuttalib, əl-Ərkam bin Əbil-Ərkam 
əl- Məhzumi, Osman bin Mazun və mən Rəsulul-
lahın (s) yanına getdik. O, bizə İslamı anlatdı, Qu-
rani-Kərim oxudu. Biz də İslamı qəbul edib onun 
doğruluq və nur üzərində olduğuna şəhadət gətir-
dik, - dedi. 
Ummu Sələmə onu da Rəsulullahın (s) yanına 
aparmasını istədiyində gecə Əbu Sələmə xanımını 
Rəsulullahın yanına apardı. Orada Osman bin Ma-
zunun xanımı Havlə binti Hakim də var idi. Rəsu-
lullah (s) onlara gələn vəhyləri oxuyaraq İslamın 
şərtlərini təfsilatlı şəkildə izah etdi. Ummu Sələmə 
və orada olan xanımlar İslamı qəbul edərək şəha-
dət gətirdilər.

135
Əbu Cəhl İbn Hişam, Əbu Sələmə və xanımının 
müsəlman olduğunu öyrəndikdə nifrət və qəzəbli 
bir halda onlara gəlib:
-Eşitdiyimə görə, siz də bu yalançı kahinə uy-
musunuz,– dedi. 
Əbu Sələmə:
- Vallahi, Rəsulullah (s) nə yalançıdır, nə də ka-
hindir. Siz də bunu yaxşı bilirsiniz, – dedi.
Əbu Cəhl İbn Hişam:
-Allah Qureyşin yetimindən başqasını tapma-
yıb onu peyğəmbər göndərdi?- deyərək istehza 
etdi.
Əbu Sələmə onun bu kinayə  və istehza dolu 
sözləri qarşısında: - “Əvvəlkilərə neçə peyğəmbər 
göndərmişik ki, onlar hər gələn peyğəmbərlə müt-
ləq istehza və lağ edirdilər”. - ayəsi ilə ona cavab 
verdi.
Əbu Cəhl İbn Hişam:
- Bax sizə şeirlərindən də öyrətmişdir, – dedi. 
Bu dəfə Ummu Sələmə dayana bilməyərək Əbu 
Cəhlə dedi:
- O, şair də deyildir. Eşitdiyin şeylər aləmlərin 
rəbbi tərəfindən endirilmişdir. Cəbrail onu (Qura-
nı) Əmin olan Rəsuluna xəbərdaredici olması üçün 
qəlbinə endirmişdir.
 
Müşriklərin Məkkədəki  əzab və  cəfalara dözə 
bilməyən bu ailə, Hz.Peyğəmbərin (s) razılığı ilə 
Həbəşistana hicrət edən ilk qafilənin içində yer 
Hz. Ummu Sələmə

Möminlərin Anaları
136
aldı.  İlk uşaqları olan Sələmə burada doğulmuş-
dur. Daha sonra Məkkədəki müşriklərin müsəl-
man olduğu  şayiəsi onların da qulağına çatanda 
sevinərək Məkkəyə qayıtmaq qərarına gəlirlər. 
Ummu Sələmə Həbəşistandakı yaşadığı həyatı 
belə təsvir edir:             
«Həbəşistana çatdığımızda ən xeyirli insan olan 
hökmdar Nəcaşiyə qonşu olduq. Dinimizi rahat ya-
şayır, əziyyət görmədən ve xoşlamadığımız şeyle-
ri eşitmədən, Allaha ibadətimizi rahat edirdik. Bu 
vəziyyətimiz Qureyşin qulağına çatanda, bizi geri 
qaytarmaq üçün, adamlarını müxtəlif hədiyyələrlə 
birlikdə  Nəcaşiyə göndərməyə  qərar verdilər. Bu 
qiymətli hədiyyələrin içində, Məkkənin məşhur 
dəriləri də var idi. Hədiyyələri Abdullah b. Rəbia 
və Amr İbnul-Asa göndərdilər. Ona necə danışma-
sını da tapşırdılar. Abdullah b. Rəbia ilə Amr İb-
nul-As Həbəşistana gəldiklərində əvvəlcə patriklə-
ri ziyarət edib onlara hədiyyələrini təqdim etdilər 
və bizi geri qaytarması üçün Nəcaşi ilə danışmala-
rını istədilər. 
Patriklər onların bu istəyini qəbul etdilər. An-
caq Abdullahla Amr, Nəcaşini bu mövzuda dilə 
tuta bilmədilər. O, bizi onlara təslim etməyib, ölkə-
sində  əmin-amanlıq içində yaşayıb istədiyimiz 
kimi ibadət etməyimizə belə icazə verdi”. 
Həbəşistana hicrət edərək Nəcaşiyə  sığınmış 
olan müsəlmanlar, məkkəli müşriklərin müsəl-
man olduqlarını  eşidəndə sevinib geri qayıtdılar. 
Ummu Sələmə və əri Əbu Sələmə də dönənlər ara-

137
sında idi. Ancaq Məkkəyə çatdıqlarında vəziyyətin 
əvvəlkindən çox fərqli olmadığını gördülər.
 
Mədinəyə hicrət başladığı zaman ilk yola 
çıxanların başında yenə Ummu Sələmə və əri Əbu 
Sələmə var idi. Onların hicrəti Ummu Sələmənin 
dilindən belə nəql edilir:
-Əbu Sələmə  Mədinəyə getmək üçün hazırlı-
ğını tamamladı ve xanımı üçün də bir dəvə hazır-
layaraq Ummu Sələməni üzərinə mindirdi. Oğlu 
Sələməni də anasının qucağına verdi. Ancaq Mək-
kədən çıxarkən Ummu Sələmənin  əqrəbalarından 
Muğirə b. Abdillahoğullarından bəzi adamlar on-
ları gördülər ve Ummu Sələmənin əri ilə getməsinə 
mane oldular. Əbu Sələmənin  əqrəbaları da oğlu 
Sələməni zorla anasından alıb apardılar. Bu ara-
da qalan uşağı  hər iki tərəf özünə  çəkərək anası-
nın  əlindən almaq istədilər. Qarışıqlıqda uşağı o 
tərəfə bu tərəfə dartarkən qolunu yerindən çıxart-
dılar. Muğirəoğulları da buna əvəz olaraq Ummu 
Sələməni aparıb öz evlərində saxladılar. Beləcə onu 
həm ərindən, həm də oğlundan ayırmış oldular.
 
Ummu Sələmə, hər səhər  Əbtah deyilən yerə 
gedib oturar, axşama qədər gözyaşı tökərdi. Bu və-
ziyyət təxminən bir il beləcə davam etmişdir. Nə-
hayət hər iki tərəfin  əqrəbaları Ummu Sələməyə 
yazıqları gəlib oğlunu özünə təslim etdilər ve əri-
nin yanına getməsinə icazə verdilər. Ummu Sələmə 
oğlunu da götürüb bir dəvəyə mindi və tək-başına 
yola çıxdı. Tənim
1
 deyilən yerə çatanda Abdudda-
1 .
 Mədinəyə üç mil uzaqlıqda yoldur.
Hz. Ummu Sələmə

Möminlərin Anaları
138
roğullarının qardaşı Osman b. Talha b. Əbi Talha 
ilə rastlaşdı. Osman Ummu Sələməni tanıyıb:
Hara gedirsən belə, ey Əbu Umeyyənin qı-
zı?-deyə soruşdu. 
Ummu Sələmə:
Mədinədəki ərimin yanına gedirəm, – dedi. 
Osman bin Talha:
-Yanında biri var mı, kiminlə gedirsən?-soruş-
du. Ummu Sələmə:
-Xeyir, vallah, Allahdan və bu oğlumdan başqa 
heç kəs yoxdur, - dedi.
Osman bin Talha:
-Vallah, səni tərk buraxmaq olmaz, – deyərək 
dəvənin yüyənindən tutdu və  çəkərək aparmağa 
başladı. Dincəlmək istədiyimizdə  dəvəni çökdü-
rür, özü bir ağacın kölgəsinə çəkilib orada yatırdı. 
Getməyə hazırlaşanda Ummu Sələmənin dəvəsinə 
yaxınlaşaraq dəvəni hazırlayır və :
-Minə bilərsiniz, – deyərək kənara çəkilirdi. 
Ummu Sələmə  oğlu ilə  dəvəyə minib rahatlanan-
dan sonra gəlib dəvənin yüyənindən tutaraq apar-
mağa başlayırdı. Beləcə onlar Mədinəyə yaxın bir 
yer olan Qubaya gəldilər. Qubada Amr bin Avf 
oğullarının kəndini görəndə Osman bin Talha:
- Yoldaşın bax bu kənddədir. Allahın bərəkətilə 
ora girin, - deyərək özü yenidən Məkkəyə qayıtdı.
 
Ummu Sələmə  həvdəcin içində  Mədinəyə gi-
rən ilk qadın idi. Mədinəyə daxil olanda oradakı 

139
camaata özünün Əbu Umeyyə İbnu Muğirənin qızı 
olduğunu dedi. Lakin camaat ona inanmayıb:
-Bu əcnəbilər gör necə yalançı olurlar, –dedilər.
Daha sonra onlardan bir neçəsi həcc üçün Mək-
kəyə getmək istədiklərində Ummu Sələməni hər 
halda yoxlamaq məqsədilə:
-Ailənə bir şey yazmaq istəyirsənsə, aparıb çat-
dırarıq,- dedilər. 
Ummu Sələmə onlarla ailəsinə  məktub gön-
dərdi. Onlar Mədinəyə qayıtdıqlarında Ummu 
Sələməyə inanaraq onun doğru söylədiyini anla-
dılar. Bununla Ummu Sələmənin onların yanında 
hörməti bir az da artmış oldu.
 
Ummu Sələmə  Mədinəyə  gəlib yerləşdikdən 
sonra yoldaşı ilə  firavan bir həyat sürməyə başla-
dılar. Ummu Sələmə burada uşaqlarının tərbiyəsi 
ilə məşğul olmağa və onları yetişdirməyə başladı. 
Əbu Sələmə  də  məsciddə  Rəsulullahın (s) sohbət 
və xütbələrinə qatılar, öyrəndiklərini evinə qayıdıb 
Ummu Sələməyə də öyrədərdi. Bir gün yenə məs-
ciddən evə sevincli bir halda gəlir mənə:
Vallahi bugün Hz. Peyğəmbərdən (s) eşitdiyim 
bir söz məni çox sevindirdi. Rəsulullah (s) buyurdu 
ki, hər hansı bir müsəlman başına bir müsibət gəl-
diyi zaman: “Biz Allahın qullarıyıq. Ona da dönə-
cəyik,” - deyər və sonra da! “Allahım, başıma gələn 
bu müsibətdən ötrü mənə savab ver, bu müsibətin 
əvəzinə mənə xeyirlisini ehsan et”,- deyə dua edər-
sə, şübhəsiz, Allah onun istəyini yerinə yetirər.”
Hz. Ummu Sələmə

Möminlərin Anaları
140
Ummu Sələmə deyir: “Mən bu duanı əzbərlə-
dim. Yoldaşım Əbu Sələmə vəfat etdikdə bu duanı 
xatırlayıb oxumağa başladım.”
Mədinədə yaşadıqları müddət ərzində Ummu 
Sələmənin  əri  Əbu Sələmə Peyğəmbərimizlə (s) 
Uhud savaşında da iştirak etdi. Bu savaşda o, müş-
riklərdən Əbu Üsamə bin Cüşminin atdığı bir oxla 
qolundan yaralandı. Bir ay müalicə gördükdən 
sonra yaranın üstü örtülməyə başladı. Bu arada 
Bəni-əsəd qəbiləsindən Xuveylid oğullarının Mə-
dinəyə hücum etmə  xəbərləri yayıldı. Rəsulullah 
(s) Əbu Sələməni çağıraraq onun komandirliyi al-
tında mühacir və ənsardan ibarət 150 nəfərlik kiçik 
bir səriyyə
2
 ilə onları Bəni-Əsəd qəbiləsinin üstünə 
göndərdi. Feyd bölgəsində Qatan çayının yanında 
çox da şiddətli olmayan bir savaş oldu. 
Səriyyə bu savaşdan böyük qənimətlərlə  Mə-
dinəyə qayıtdı. Beləcə, az da olsa, Uhudda verdik-
ləri itkinin əvəzi çıxılaraq müsəlmanların etibar və 
inamı artdı. Bu səriyyədən sonra əbu Sələmənin sa-
ğalmış kimi görünən yarası yenidən açıldı. Çoxlu 
qan itirən Əbu Sələmə bu yaradan həyata gözlərini 
yumdu. Xəstə yatağında ikən Rəsulullah (s) onun 
ziyarətinə  gəlmişdi. Ona xeyir-dua edərək qapı-
dan yenicə çıxmışdı ki, Əbu Sələmə ruhunu təslim 
etdi. 
3
  Rəsulullah (s.a.) əlləri ilə gözlərini bağladı. 
Hicrətin dördüncü ilində vəfat edən bu sahabənin 
2 .
 Hərbi yürüyüşə verilən addır.
3 . “Allahım, Əbu Sələməni əfv et. Dərəcəsini yüksəlt. Ailəsini 
qoru. Bizə də, ona da məğfirət et. Ey aləmlərin Rəbbi, (Əbu 
Sələmənin) qəbrini genişlət ve orada onun nurunu çoxalt”. 
Muslim, Cənaiz, 7.

141
ölümünə Rəsulullah (s) çox kədərləndi. Cənazə na-
mazını özü doqquz təkbirlə qıldırdı. 
Əbu Sələmənin ölümü Ummu Sələməni yasa 
boğmuşdu. Onun günlərcə ağladığı rəvayət edilir. 
Əbu Sələmə  xəstə yatağındaykən Ummu Sələmə 
ona bir gün belə demişdi: “Eşitdiyimə görə, əri və 
özü cənnətlik ikən, əri ölən və ondan sonra evlən-
məyən qadın cənnətdə əri ilə birlikdə olacaqdır. Qa-
dın əvvəl ölərsə, əri həyatda qalarsa, yenə vəziyyət 
eyni olar. Gəl səninlə söz kəsək. Məndən sonra sən 
evlənmə, səndən sonra da mən evlənməyəcəm.”
Əbu Sələmə ona:
-Sən mənə itaət edirsənmi?, -deyə soruşdu. 
Um mu  Sələmə:
-Mən sənə itaət etmək və söylədiklərini din-
ləmək üçün qulaq asaram, - dedi.
Əbu  Sələmə yoldaşının bu sözü üzərinə:
-Mən ölsəm, sən evlən, – deyib daha sonra belə 
dua etdi:
“ Allahım! Ummu Sələməyə  məndən sonra 
məndən daha xeyirlisini nəsib et ki, onu üzməsin 
və incitməsin.”
Ummu Sələmə  ərinin vəfatından sonra yolda-
şının matəmini tutub yas saxlamaq qərarına gəlir. 
Ona bu işdə bir qadın da köməyə gəlir. Rəsulullah 
bundan xəbər tutanda Ummu Sələməyə:
-Allahın evdən çıxardığı  şeytanı  sən yenidən evə 
salmaq istəyirsən?,- deyərək iradını bildirir. Ummu 
Sələmə  xətasını anlayıb bu işdən vaz keçir. Sonra 
Hz. Ummu Sələmə

Möminlərin Anaları
142
Əbu Sələmənin Peyğəmbərdən öyrəndiyi dua ya-
dına düşüb:
-İnnə lilləhi va innə ileyhi raciun, – deyir.
Ummu Sələmə Əbu Sələmənin dəfnindən son-
ra Rəsulullahın (s) yanına gedib:
-Ya Rəsullallah! Ərim  Əbu Sələmə öldü.  Nə de-
yim, onun üçün necə dua edim? – deyə soruşdu.
Rəsulullah (s):
-De ki: Ey Allahım! Məni və onu bağışla. Başıma 
gələn fəlakətin əvəzinə məni mükafatlandır. Mənə on-
dan daha xeyirlisini nəsib eylə!-dedi. 
Ummu Sələmə bu duayı oxuyarkən! “Əbu 
Sələmədən daha xeyirli kim ola bilərdi”,- deyə dü-
şünməyə başlamışdıAncaq duanın sirri 4-5 aydan 
sonra Rəsulullahın ona evlənmə  təklifi etməsilə 
açılacaqdı.
 
 
Ummu Sələmənin Rəsulullahla (s) 
Evliliyi
Ummu Sələmə Əbu Sələmənin vəfatından son-
ra onun xatirələri ilə birlikdə yetim qalan uşaqları-
nı da başına yığaraq dörd ay on gün iddət
4
 gözlədi. 
İddət müddəti bitdikdən sonra Rəsulullah (s) ona 
evlənmə təklifi etdi.
Rəvayətə görə,  Əbu Sələmə  vəfat edib iddət 
müddəti qurtaranda Hz. Əbu Bəkir ona evlənmə 
təklif etmiş, lakin Ummu Sələmə bu təklifə “yox” 
4 .
 İslam Dininə görə əri ölən bir qadın dörd ay on gün gözləməli, bu 
müddət ərzində heç kimlə evlənməməlidir.

143
cavabını vermişdi. Arxasından Hz.Ömər eyni şə-
kildə evlənmə təklif etmiş, Ummu Sələmə onu da 
qəbul etməmişdi. Ərinin vəfatına üzülən və uşaq-
larının dolanışığını  təmin etmək üçün gecə-gün-
düz çalışan bu xanımın halına Rəsulullah (s) ürəyi 
yanaraq Ummu Sələməyə evlənmə təklifi etdi. Əs-
lində Ummu Sələmənin ürəyində  Rəsulullahla (s) 
evlənib möminlərin anası ünvanını qazanaraq bu 
şərəfə nail olmaq istəyi var idi. 
Lakin yaşının çoxluğu və  uşaqlarının olma-
sı onu bu evliliyə “hə” deməkdən çəkindirirdi. 
Üstəlik Hz. Aişə  və Hafsa (r.anhumə) olan evdə 
Rəsulullahın (s) nəzdində bir yer qazana bilməmə 
şübhəsi də var idi içində. Ummu Sələmə Rəsululla-
hın (s) ona elçilik eləmək üçün evinə gəldiyini belə 
nəql edir: “Rəsulullah (s) icazə istəyib içəri girəndə 
mən əlimdə dəriləri aşılayırdım. Əllərimi dəriləri aşı-
layarkən istifadə olunan “qarz” deyilən maddədən 
təmizlədim. Hz. Peyğəmbərdən (s) icazə istəyib ona içi 
bitki lifləri ilə doldurulmuş dəridən bir mindər sərdim. 
O, bu mindərə oturdu və bura gəlməsinin səbəbini açdı.”
 
Rəsulullah (s) onunla evlənmək istədiyini 
Ummu Sələməyə söyləyərək ona düşünmək üçün 
vaxt verdi. Yuxarıda da izah etdiyimiz kimi, Ummu 
Sələmənin bu evliliyi istəməsinə baxmayaraq, ara-
da varid olan səbəblərlə bu nikahın Rəsulullaha (s) 
zərər gətirə biləcəyi düşüncəsi içində var idi. Bu sə-
bəblə Rəsulullaha (s) xəbər göndərərək:
Mən qısqanc bir qadınam, yaşlıyam və üstəlik dörd 
uşağım da var, - deyərək bəhanə gətirdi.
Onun bu sözü üzərinə Rəsulullah (s) dedi:
Hz. Ummu Sələmə

Möminlərin Anaları
144
Qısqanç olduğunu deyirsən, bunun keçməsi üçün 
Allaha dua edərik. Yaşlı
olmağına  gəlincə bu məsələ deyildir, mən sən-
dən bir yaş daha böyüyəm.  Uşaqların dolanışığı da 
Allaha və Onun Rəsuluna aiddir. 
Bu söz üzərinə Ummu Sələmə oğlu Ömərə: 
-“Ey Ömər! Dur və məni Rəsulullah (s) ilə evlən-
dir”, - dedi.
Ummu Sələmə hicrətin dördüncü ili, Şəvval 
ayında Allah Rəsulu (s) ilə evləndi. Bu nikahın oğlu 
Ömər və yaxud Sələmə tərəfindən həyata keçirildi-
yi rəvayət edilir. Peyğəmbər (s) gələn qonaqlara və-
limə
5
 verdirdi. Nikah qıyıldıqdan sonra Rəsulullah 
(s) Ummu Sələməni daha əvvəl vəfat etmiş xanımı 
Ummul-məsakin (miskinlərin anası) ləqəbi ilə tanı-
nan Zeynəb binti Hüzeymənin otağına yerləşdirdi. 
Beləcə miskinlərin anası Zeynəbin evi yenidən şən-
lənmiş oldu. Ummu Sələmə rəvayət edir:
Miskinlərin anasının (Zeynəbi qəsd edir) evində 
torpaqdan bir qazança və qazançanın içində  də bir az 
arpa, bir əl dəyirmanı, daşdan düzəldilmiş tirit yeməyi 
üçün bir qazan və xəmir yoğurmaq üçün başqa bir qazan 
da var idi. Qazançanın dibində  ərinmiş bir az yağ var 
idi. Arpanı götürüb əl dəyirmanında üyütdüm. Sonra 
onu qazançaya töküb yağla qarışdırdım. Bu yemək Rə-
sulullahın (s) və ev xalqının toy günü yediyi yemək idi.
 
Rəsulullah (s) Ummu Sələməyə mehir olaraq 
digər xanımlarına verdiyi qədər mehir verdi.
5 .
 Toy yeməyinə verilən addır.

145
 Ummu Sələmənin cehizi: 
İki su qırbası
, un üyüt-
mək üçün iki əl dəyirmanı, üzü dəridən və içi xur-
ma lifindən olan yasdıq idi.
 
Rəsulullaha (s) hər gün Sad bin Ubadədən bö-
yük bir qazan yemək gələrdi. Evləndiyi xanımlara 
da:  “Hər səhər  sizə Sad bin Ubadə qazanı  gələcək”, - 
deyər, onların günlük yeməyi beləcə qarşılanmış olardı.
Yüklə 49,39 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin