Ummu Sələmənin Rəsulullahın
Evindəki Həyatı
Ummu Sələmə təvazökar olmaqla yanaşı, eyni
zamanda çox utancaq bir xüsusiyyətə sahib idi.
Əbu Sələməyə elə bağlanmışdı ki, ondan sonra Rə-
sulullahla evlənəndə Rəsulullah (s) hər dəfə otağı-
na girəndə utancaqlığından qızı Zeynəbi qucağına
alardı. Bunun üzərinə Hz. Peyğəmbər (s) geri qa-
yıdardı. Amma tədricən digər əhli-beyt xanımları
kimi o da sıxılqanlığını ataraq Rəsulullaha (s) alış-
mağa başladı.
Qandəhləvi Ummu Sələmənin əri vəfat edəndə
kiçik qızı Zeynəbə hamilə olduğunu qeyd edərək
bununla bağlı hadisəni belə nəql edir:
“Əbu Sələmə vəfat etdikdən sonra Zeynəb
dün yaya gəlmişdi. Daha sonra Rəsulullah (s) evli-
lik təklifini ona etmiş, Ummu Sələmə də razı ola-
raq nikahları qıyılmışdı. Nikahdan sonra Rəsulul-
lah (s) hər dəfə Ummu Sələmənin otağına girəndə
Zey nəbi qucağında görər və geri qayıdardı. Bir gün
yenə içəri girəndə evdə Zeynəbi görməyən Rəsu-
lullah (s):
Hz. Ummu Sələmə
Möminlərin Anaları
146
-Bəs Zeynəb hanı?,-deyə soruşdu. Ummu Sə lə mə:
-Ammar onu apardı, - deyə cavab verdi.
Ammar bin Yasir Ummu Sələmənin ana bir qar-
daşı idi. O, hər dəfə Rəsulullahın (s) otaqdan çıxıb
getdiyini görəndə vəziyyəti anlamış, içəri gi
rib
uşağı bacısının əlindən almış: “Bu uşaq Rəsululla-
hın yanına gəlməyinə mane olur. Bu çirkini mənə
ver”, - deyərək evinə aparmışdı. Daha sonra Um-
mu Sələmə Zeynəbi Quba yaxınlığında bir kəndə
süd anasına vermişdi.
Ummu Sələmə işə hakim olan, sözü ke çən, öz
dəyərini qiymətləndirən möhtərəm bir xanım idi.
İstər Hz. Aişə, istərsə də digər xanımlar arasın-
da şərəf və ləyaqətini alçaldacaq heç bir hərəkət
göstərməmişdir.. Elə ona görə də xanımları onu
qarşılamaq üçün böyük səy göstərirdilər.
Onu da qeyd etmək lazımdır ki, Rəsulullahın
(s) Ummu Sələmə ilə evlənməsi xəbəri yayılınca
Hz.Aişə Hafsanın yanına gedərək narahatçılığını
ona açmışdı. Hadisəni Hz.Aişənin dilindən eşidək:
“Rəsulullah (s) Ummu Sələmə ilə evlənmək istədi-
yində onun gözəlliyi haqqında danışılanlar səbə-
bilə çox üzüldüm. Onu görənə qədər səbr edib göz-
lədim. Onu görəndə danışılanlardan qat-qat daha
gözəl olduğunu gördüm. Bunu Hafsaya danışdım.
O: “Məncə sən şişirdirsən”, - dedi, o qədər də deyil,
- deyib bir az yaşlı olduğunu da qeyd etdi. Bunun
üzərinə onu yenidən gördüyümdə Hafsanın dedi-
yi qədər olduğunu qəbul etdim. Lakin mən də çox
qısqanc idim.”
147
Yuxarıda da qeyd etdiyimiz kimi, Ummu
Sələmə sözü keçən, öz dəyərini bilən və sözünü
deməkdən çəkinməyən cəsur bir xanım idi. Hər
ailədə olduğu kimi, Rəsulullahın ailəsində də iri-
li-xırdalı münaqişələr və narahatçılıqlar yaşanırdı.
Belə ki, peyğəmbərin xanımları dünya ilə əlaqəli
bəzi tələblər irəli sürdüyündə Rəsulullah (s) onları
təmin edə bilməyəcəyini söyləmiş və onlardan in-
cimişdi. Bunu eşidən Hz.Ömər möminlərin anala-
rına qarşı hirslənmiş, onlara Peyğəmbəri (s) incit-
məmələri mövzusunda bir nitq söyləmişdi. Bunun
üzərinə Ummu Sələmə:
-Sənə təəccüb edirəm, ey Xəttabın oğlu! Hər yerə
burnunu soxdun, bir Peyğəmbər ilə xanımlarının arası-
na girmək mi qaldı?- deyincə:
Hz. Ömər: “Onun bu sözü mənə elə təsir etdi ki,
içimdəki bütün hirsimi dağıtdı”, - demişdir.
Ummu Sələmənin Fəziləti
Rəsulullahın (s) onu Əhli-Beytdən sayması da
ona duyduğu hörmət və sevgini bildirən əlamətlər-
dəndir. Belə ki, Təbəridə nəql edilən rəvayətə görə
bir gün Rəsulullah (s) Ummu Sələmənin yanında
idi. Ummu Sələmənin qızı Zeynəb də orada idi. Fa-
timə və oğlanları Həsən və Hüseyn də babalarını
görməyə gəlmişdilər. Peyğəmbər (s) onları qarşıla-
yaraq qucaqlayıb:
“Əhli-Beytim! Allahın rəhmət və bərəkəti üzərinizə
olsun! Allah hər cür həmdə layiqdir, O, nə üstün şərəf
sahibidir, - dedi.
Hz. Ummu Sələmə
Möminlərin Anaları
148
Ummu Sələmənin qızı Zeynəb deyir: “Anam bunu
eşidəndə ağlamağa başladı”. Rəsulullah ona şəfqətlə
baxaraq:
-Niyə ağlayırsan, ey Ummu Sələmə?-deyə soruşdu.
Bunun üzərinə Ummu Sələmə:
-Ya Rəsulullah! Allahın rəhmət və bərəkətini Əhli
Beytin arasında bölüşdürdün. Məni və qızımı unut-
dun, - dedi.
Onun bu sözü qarşısında Rəsulullah (s):
-Sən də, qızın da Əhli-Beytdənsiniz, - cavabını verə-
rək Ummu Sələməni rahatlatmışdır.
Mədinədə Rəsulullaha gələn vəhylərin bir ço-
xu nun Hz. Aişənin otağında gəldiyi haqqında rə-
vayətlər vardır. Hz. Aişə arada bununla Rəsululla-
hın digər xanımları arasında öyünər, fəxr edərdi.
Amma vəhyin bir dəfə Ummu Sələmənin otağında
da gəlməsi, onun Allah və Rəsulunun nəzdində Hz
Aişədən sonra şərəf və üstünlüyə sahib olduğunu
göstərmiş oldu.
Rəvayət edildiyinə görə, Cəbrail bir gün Dih-
yətul- Kəlbinin
6
surətində Peyğəmbərin (s) yanına
gəlmişdi. Peyğəmbərin (s) yanında Ummu Sələmə
də var idi. Rəsulullah (s) bir müddət Cəbraillə söh-
bət etdikdən sonra Cəbrail getdi. Hz.Peyğəmbər (s)
Ummu Sələmədən:
-Gələn kim idi bilirsənmi? - deyə soruşdu.
Ummu Sələmə də:
6 .
Rəsulullahın səhabələrindən birisidir. Gözəl və yaraşıqlı görünüşü
ilə səhabələr arasından seçilərdi.
149
-Bəli, Dihyə idi,- deyə cavab verdi.
Bunun üzərinə Rəsulullah (s):
-Vallahi, Rəsulullahın xanımlarından heç birinin
görmədiyini sən gördün, – deyərək gələnin Cəbrail oldu-
ğunu xəbər verdi.
7
Ummu Sələmənin bir çox sahabənin çata bil-
mədiyi belə ülvi mənzərələrə şahid olduğunu qeyd
etmək lazımdır. Bir gün yenə Rəsulullah (s) Ummu
Sələmənin yanında ikən Cəbrail gəldi. Peyğəmbə-
rimiz (s) Ummu Sələməyə: “Qapını bağla. İçəriyə
heç kimi qoyma”, - dedi. Onlar içəridə ikən Hz.
Hüseyn (r.anh.) gəlib içəri girmək istədi. Ummu
Sələmə ona mane olmaq istəsə də, Hüseyn fürsət
tapıb içəriyə girdi ve qaçıb babasının qucağında
oturdu. Hz.Peyğəmbər (s) nəvəsini öpüb əzizlə-
yincə Cəbrail: “Onu çox sevirsən? - deyə soruşdu.
Rəsulullah (s): “Bəli, çox sevirəm”, - buyurdu.
Bu söz üzərinə Cəbrail:
- Amma ümmətin onu şəhid edəcək
- Deməli, onu möminlər öldürəcək?
- Bəli!.. İstəsən onun şəhid ediləcəyi yeri də sənə
deyim”, - dedi və Cəbrail qısa bir müddət oradan
ayrıldı. Kərbəladan gətirdiyi bir ovuc qırmızı və
nəm torpaqla qayıtdı. Rəsulullahın (s) mübarək
gözləri yaşardı. Cəbrailin gətirdiyi torpağı saxla-
ması üçün Ummu Sələməyə verdi.
Rəsulullahın (s) axirət aləminə köç etməsindən
sonra Ummu Sələmə Hz.Peyğəmbərin (s) hər dəfə
7 .
Müslim, Fədailus-Sahabə, 100.
Hz. Ummu Sələmə
Möminlərin Anaları
150
nəvələri Həsən və Hüseyni görəndə gözü yaşarar-
dı. Onlara bir zərər gəlməməsi üçün əlindən gələni
edərdi. Aradan illər keçdi. Cəbrailin verdiyi xəbər
gerçək oldu. Hz. Hüseyn hicri 61-ci ildə Kərbəlada
Yezidin adamları tərəfındən şəhid edildi. O günün
səhəri Ummu Sələmənin ağladığını gördülər. Səbə-
bini soruşduqlarında belə dedi:
Röyamda Rəsulullahı (s) gördüm. Başı, saç və
saqqalı toz-torpaq idi.
- Ey Allahın Rəsulu, sizə nə oldu belə?”-deyə
soruşdum.
- Biraz əvvəl Hüseyni şəhid etdilər”, - buyurdu.
Bu gördüyüm röyanın təsirilə ağlıyıram”, - dedi.
Üsamə bin Zeyd, Ummu Sələmənin Cəbraili
gördüyü haqqında fərqli rəvayəti bir az daha geniş
nəql edir:
“Ummu Sələmə deyir”: Bir gün Dihyə Hz.Peyğəm-
bərin (s) yanına gəlmişdi. Mən Peyğəmbərin (s) yanında
idim. O, Peyğəmbərlə (s) bir müddət danışdıqdan sonra
çıxıb getdi. Peyğəmbər (s) mənə:
Bu kimdir bilirsənmi? –deyə soruşdu.
Mən də:
Bu Dihyədir, – dedim.
Allaha and olsun ki, Peyğəmbər (s) Cəbraildən aldığı
vəhyi əshaba xəbər vermək üçün xütbədə onu dinləyənə
qədər Dihyənin Cəbrail olduğunu bilməmişdim.”
8
Ummu Sələmənin otağında ikən Rəsulullaha
(s) gələn vəhylə əlaqəli hadisələrdən birisi də Bəni
8 .
Buxari, Mənaqıb, 3634.
151
Qureyza yəhudiləri ilə müsəlmanlar arasındakı ya-
şanan hadisədir.
Bəni Qureyza mühasirəsində Əbu Lübabə mü-
zakirə əsnasında yəhudilərin edam ediləcəklərini
ağ zından qaçırması səbəbilə günahını anlayaraq
ba ğışlanana qədər özünü Məscidi-Nəbəvidəki di-
rək lərdən birinə bağlamışdı. Bir neçə gün keçdiyi
hal da ayə nazil olmamış, Əbu Lübabə də bu dirəyə
bağ lı halda, bağışlanmasını ümidlə gözləyirdi. Bir
gün səhər Rəsulullah (s) Ummu Sələmənin otağında
ikən sevinclə ayağa qalxdı. Ummu Sələmə so ruş du:
-Allah Səni əbədiyyən mütəbəssim etsin, ey Allahın
Rəsulu! Bu təbəssüm və sevincinin səbəbi nədir?
Rəsulullah (s) :
-Əbu Lübabənin tövbəsi qəbul edildi, - deyərək
ayələrin gəldiyi müjdəsini verdi. Ummu Sələmə:
-Ya Rəsulullah! Bu gözəl xəbəri mən xəbər verə
bilərəm?-deyə soruşdu. Rəsulullah (s) dedi:
-Bəli, istəyirsən, sən de.
Ummu Sələmə otağının qapısı ağzında durub üzü-
nü məscidə tərəf tutaraq yüksək səslə:
Təbriklər! Ey Əbu Lübabə! Tövbən qəbul edildi, - dedi.
Onun səsini eşidən bütün Mədinə xalqı məscidə doğ-
ru Əbu Lübabəni təbrik etmək üçün axışmağa başladı.
Ummu Sələmənin üstün zəkası, uzaqgörən olma-
sı və fəziləti haqqında varid olan hadisələrdən birisi
də Hüdeybiyədə göstərdiyi fətanət və dirayətidir.
Bilindiyi kimi hicrətin altıncı ilində Hz. Pey-
ğəmbər (s) bir dəstə səhabə ilə birlikdə umrə et-
Hz. Ummu Sələmə
Möminlərin Anaları
152
mək üçün yola çıxar. Hər dəfə səfərə çıxarkən xa-
nımlarından birini götürərdi. Bu dəfə sıra Ummu
Sələməyə düşmüşdü. Hüdeybiyə deyilən yerə ça-
tanda Məkkəli müşriklərin maneəsi ilə qarşılaşır-
lar. Müşriklər bu il onların umrə etməsinə icazə
vermək istəmirlər. Lakin səhabələr israrla umrə et-
mək istəyirlər. Rəsulullah (s) məkkəli müşriklərlə
bir saziş bağlayır. Görünüşdə müsəlmanların əley-
hinə görünən saziş bir il sonra onların lehinə nəti-
cələnəcəkdi. Belə ki, bu sazişi ilk pozan elə məkkəli
müşriklərin özləri olacaqdı.
Lakin səhabələr, başda Hz. Ömər olmaqla bu
sazişdəki şərtlərlə razı deyildilər. Onlar lazım gə-
lərsə, qılınc gücü ilə belə olsa Məkkəyə girmək istə-
yirdilər. Rəsulullah (s) onlara: “Durun, qurbanları-
nızı kəsin, təraş olun və ehramdan çıxın.”- dedi.
Ancaq əmrə heç kəs itaət etmədi. Rəsulullah (s)
bunu üç dəfə təkrar etdi. Ancaq səhabədən yenə
heç kəs qımıldanmadı belə. Bu vəziyyətə çox kədər-
lənən Rəsulullah (s) çadıra girərək olanları Ummu
Sələməyə danışdı. Ummu Sələmə: “Ya Rəsulullah!
Sən çıx, heç kəslə kəlmə kəsmədən qurbanını kəs, birini
çağırıb təraş ol və ehramdan çıx”, - dedi.
Hz. Peyğəmbər (s) Ummu Sələmənin dediyi
kimi, qurbanını kəsib, təraş olub ehramdan çıxan-
da səhabələr də Rəsulullahın (s) etdiyi kimi qur-
banlarını kəsib, təraş olub ehramdan çıxdılar. Hətta
bəziləri tələsdiklərindən az qalsın təraş əsnasında
bir-birini yaralayacaqdılar.
153
Rəşid Haylamaz bu hadisədə Ummu Sələmə-
nin Rəsulullahı (s) təskin etmək xüsusundakı əzm
və bacarığını belə rəvayət edir.
Rəsulullah (s) təəssüf hissi ilə və kədərli bir hal-
da çadırına girib:
Müsəlmanlar həlak oldular. Onların bu hərəkətləri-
ni görürsənmi? Mən
onlara bir şey əmr edirəm, onlar isə əmrimi eşidib
üzümə baxdıqları halda bunu yerinə yetirmirlər, - deyir.
Ummu Sələmə Rəsulullahı (s) sakitləşdirəcək
və üzüntüsünü qaldıracaq bir məsləhət verir: “Ya
Rəsulullah! Onları qınama, çünki hal-hazırda onlar bö-
yük sarsıntı keçirirlər. Müqavilənin ağır şərtləri və göz-
lənilən fəthi görmədən geriyə dönmək məcburiyyəti kimi
məsələlər onlara çox ağır gəlir. Ən yaxşısı Sən gedib
heç kəsə bir söz demədən öz qurbanını kəs, sonra
da bir nəfəri çağırıb təraşını etdir.”
Bu hadisə Ummu Sələmənin uzaqgörənliyi və
müdrikliyi sayəsində yaxşılıqla sona çatmış, səha-
bə də hadisəni faciəvi hala gətirməyərək və Allah
və Rəsulunun əmrinə itaət edərək səbr və dözüm-
lülük göstərmişdilər.
Ummu Sələmə çox cömərd idi və başqalarını
da infaq etməyə dəvət edərdi. Bir dəfə Əbdurrəh-
man bin Avf ona:
“Ey Möminlərin anası! Mənə elə bir sərvət gəldi ki,
bu malın məni fəlakətə aparacağından qorxuram. Sərvət
yönündən Qureyşin ən zəngini mənəm”, - dedi.
Ummu Sələmə:
Hz. Ummu Sələmə
Möminlərin Anaları
154
“Oğlum, (Peyğəmbərin xanımları bütün möminlə-
rin anaları olduğu üçün Ummu Sələmə ona belə xitab
etmişdur.) onu xərclə, infaq elə! Peyğəmbərin (s)
ölümündən əvvəl: “Elə sahabələr var ki, mən ara-
larından ayrıldıqdan sonra məni bir daha görə bil-
məyəcəklər” ,- dediyini eşitmişdim”,-dedi.
Əbdurrəhman bin Avf Ummu Sələmənin yanından
ayrıldıqdan sonra yolda Hz. Ömərə rastladı. Ummu
Sələmədən eşitdiklərini Hz. Ömərə danışdı.
Hz. Ömər Ummu Sələmənin yanına gedərək:
-Allah adına söylə,mən onlardanam?-deyə soruşdu.
-Xeyir! Sən onlardan deyilsən. Amma səndən başqa
heç kəsin onlardan olduğunu deyə bilmərəm, - dedi.
Ummu Sələmənin Rəsulullaha (s) sevgi və bağ-
lılığı o qədər dərin idi ki, saqqalından bir az saxla-
yar, yanına gələnlərə göstərərdi.
Ummu Sələmə daha sonraları xalqın nəzərin-
dən uzaq olub ibadətə çəkilmək üçün evinin bir
divarını kərpicdən hördürmüş, lakin Hz. Peyğəm-
bərin (s) tənbehi ilə qarşılaşmışdı. Belə ki Abdullah
bin Zeyd rəvayət edir ki:
“Ummu Sələmənin evini kərpicdən görmüşdüm.
Oğlundan bunun nə zaman hörüldüyünü soruşdum.
O da mənə dedi ki, Rəsulullah (s) Dumətul Cəndəl
səfərində
ikən Ummu Sələmə otağını kərpicdən hördür-
dü. Rəsulullah (s) Mədinəyə qayıdanda Ummu Sələmə-
nin yanına getdi və kərpicdən hörülmüş divarlara baxıb
soruşdu:
Bu bina nədir belə?
155
Ummu Sələmə:
Ya Rəsulullah! Xalqın nəzərlərindən gizlənmək və
qorunmaq istədim, ona
görə bu divarı hördürdüm, - dedi.
Rəsulullah (s):
Ey Ummu Sələmə! Şübhəsiz, müsəlmanların malla-
rının içində şər və xeyirsiz olanı gizlədilən, yəni örtünə-
nidir, - buyurdu.”
Ummu Sələmənin Övladları
Daha əvvəl də qeyd etdiyimiz kimi, Ummu
Sələmənin əvvəlki əri Əbu Sələmədən ikisi qız və
ikisi də oğlan olmaqla dörd övladı olmuşdur. Bö-
yük oğlu Ömər onlar Həbəşistanda hicrətdə ikən
doğulmuşdu. Əbu Sələmə vəfat etdiyində Ummu
Sələmə sonuncu uşağı Zeynəbə hamilə idi. Lakin
Rəsulullahdan (s) Ummu Sələmənin övladı olma-
mış, Misirli Mariyənin Rəsulullahdan hamilə qal-
dığını eşidəndə isə qısqançlıq hissi keçirmişdi.
Qaynaqlar Rəsulullahın Sələmə, Zeynəb, Dürrə
və Öməri himayəsinə alaraq onların yaxşı yetişib
böyümələrinə səy göstərdiyini qeyd etməkdədir.
Bununla əlaqəli bir hadisəni də nəql etmək yerin-
də olardı. Belə ki, Rəsulullah (s) bir gün Ummu
Sələmənin otağında uşaqları ilə birlikdə yemək ye-
yirdi. Uşaqlardan Sələmə yemək yeyərkən əli qa-
bın hər tərəfinə uzanırdı. Rəsulullah (s):
-Oğlum! Bismillah de, sağ əlinlə və öz önündən ye,
- deyərək ona nəsihət etmişdir. Bununla Rəsululla-
Hz. Ummu Sələmə
Möminlərin Anaları
156
hın (s) xanımlarının uşaqlarını öz uşaqları kimi qə-
bul edib onların tərbiyələrinə əhəmiyyət verdiyini
görmək olar.
Rəsulullah (s) Ummu Sələmənin oğlu Sə lə-
məni əmisi Həmzənin qızı Ümamə ilə evləndirən-
də əshabına dönərək:
-Görürsünüz, mən onu mükafatlandırdım, - demişdir.
Ömər b. Sələmə Hz. Əlinin xilafəti sırasında
əmirəl-möminin tərəfindən Bəhreyn və İrana vali
təyin olunmuş, hicri 83-cü ildə də vəfat etmişdir.
Ummu Sələmənin Elmi Fəziləti.
Umməhatul-Muminin Hz.Peyğəmbər (s) hə-
yatda ikən və vəfatından sonra bir çox hədisləri
rəvayət etməklə qalmamış, xüsusilə Hz. Aişə və
Ummu Sələmə (r.anhumə) bir çox xanım muhəd-
dis yetişdirmiş, beləcə sunnənin sonrakı nəsillərə
çatdırılmasında müstəsna və əhəmiyyətli rol oyna-
mışlar.
Ummu Sələmə Hz. Aişədən sonra Rəsulullahın
(s) digər xanımları içərisində çox hədis rəvayət et-
məsi ilə tanınmışdır. Toplam olaraq rəvayət etdiyi
hədislərin sayı 378-dir. O, hədisləri Rəsulullahdan
(s) rəvayət etdiyi kimi, Əbu Sələmə və Hz. Fatimə-
dən də nəql etmişdir. Özündən oğlu Ömər və qızı
Zeynəb, qohumlarından Musab b. Abdullah hədis
nəql etmişlər. Bu hədislərdən 19-u Buxari və Müs-
limdə zikr edilmişdir.
Ayrıca, Abdullah b. Rafi, Əbu Kəsir, Safiyyə
binti Şeybə, Hind binti Haris, Əbdurrəhman bin
157
Haris, Əbu Osman ən-Nəhdi, Said bin Müsəyyəb,
Urvə, Əbu Bəkr bin Əbdirrahman və Süleyman
bin Yəsar başda olmaqla bir çox səhabə və tabiun
özündən hədis rəvayət etmişlər.
Ummu Sələmə Hz. Aişə kimi zəkalı və elmi
səviyyəsi üstün bir xanım idi, onu maraqlandıran
mövzularda Rəsulullahdan (s) daima sual soru-
şar, aldığı cavabları gələcək nəslə çatdırmaq üçün
hifz edərdi. Peyğəmbərin (s) bütün xanımları hədis
xəzinələri ilə dolu idilər, lakin Hz. Aişə və Ummu
Sələmənin (r.anhumə) rəqibləri yox idi.
Əbu Hureyrə və İbn Abbas (r.anhum) dərin
elmi biliklərinə baxmayaraq, bir çox mövzuda on-
lardan məlumat alardılar. Daha sonra gələn tabiun
nəsli də möminlərin analarının elmi biliklərindən
istifadə etmişdirlər.
Bir gün ənsardan yeni paltar geyinmiş bir qadın
Ummu Sələmənin yanına gəlir. Xalqın onun pal-
tarını görməsi üçün özünü göstərib qürrələnməyə
başlayır. Ummu Sələmə (r..anhə) onda bu paltarı bir
daha geyməməsini məsləhət edib deyir:
- Kim xalqın ona baxması üçün qürrələnəcəyi bir li-
bas geyinərsə, Allah ona nəzər etməz.
Ummu
Sələmə Qurani-Kərimi Pey ğəmbərin
(s) üslubunda oxuya bilirdi. Bir dəfə biri ondan so-
ruşdu:
- Peyğəmbər (s) Quranı necə oxuyardı? Ummu
Sələmə:
Hz. Ummu Sələmə
Möminlərin Anaları
158
- O, hər ayəni bir- birindən ayrı-ayrı oxuyardı, - de-
di və necə oxuduğunu özü oxuyaraq göstərmişdir.
Ummu Sələmənin Rəsulullahdan (s) rə vayət et-
diyi hədislərdən bir neçəsi belədir:
1. Rəsulullah (s) bir gecə oyandı və! “Sübhanallah”
bu gecə nə fitnələr endi, nə xəzinələr açıldı. Möminlərin
analarını oyandırın. Dünyada necə geyimli qadınlar
vardır ki, axirətdə çılpaqdırlar,- dedi.
9
2. Rəsulullahın zamanında qadınlar fərz namazlar-
da salam verdikdən sonra o saat qalxardılar. Rəsulullah
(s) və əshabı isə namazdan sonra bir müddət oturar, Rə-
sulullah (s) qalxdığında onlar da qalxardılar.
10
3. Rəsulullah (s) bir gün Ummu Sələmənin qapısı-
nın ağzında dava səsləri eşitdi. Çölə çıxıb belə dedi:
Şübhəsiz, mən də bir bəşərəm. Elə vaxt olur ki,
bəziniz o birisindən daha doğru özünü müdafiə edə bilər.
Mən də o danışdığı sözlərə görə onun lehində hökm verə
bilərəm. Yəni düzgün və bəlağətli bir nitqinə görə
onun doğru danışdığını zənn edərək onu təsdiqlə-
miş ola bilərəm. Əgər bir müsəlmanın əleyhinə hökm
verərək doğru danışdığını zənn etdiyim müsəlman qar-
daşını müdafiə etmişəmsə, bilsin ki, bu haqq ona atəşdən
bir parçadır. İstəyir onu alsın, istəyir tərk eləsin.
11
Ummu Sələmə bir gün Rəsulullahdan (s) soruşur:
“Ya Rəsulullah! Mən Əbu Sələmənin uşaqlarına
nəfəqə verirəm. Təbii ki, onları tərk edəcək deyiləm ki.
9 .
Buxari, Elm,115
10 .
Buxari, Sıfatus-Salat, 837.
11 .
Buxari, Məzalim, 2458.
159
Onlar mənim uşaqlarımdır. Görəsən, bu uşaqlar üçün
bir əcir (savab) varmı?
Rəsulullah (s):
- Bəli, onlar üçün hər xərclədiyinin əcri və savabı
sənə yazılır, - buyurdu.
12
İbni Abbas, Misvər ibn Məxrəmə və Əbdurrəh-
man b. Əzhər Kureybi Hz. Aişənin yanına göndə-
rib ondan əsr namazından sonra qılınan iki rukət
namaz haqqında soruşmalarını istədilər. Onlar “
Rasulullah (s) bizə o iki rükəti qılmağı qadağan etmiş-
dir”, -dedilər. Kureyb bu haqda Hz. Aişəyə soruşanda o,
Kureybi Ummu Sələməyə göndərdi. Ummu Sələmə rə-
vayət edir: “Mən Peyğəmbərin (s) əsr namazından sonra
iki rükət namaz qılmağı qadağan etdiyini eşitdim. Sonra
da onun əsr namazından sonra bu iki rükəti qıldığını
gördüm. O, mənim yanıma gəldiyi vaxt ənsardan olan
Bəni Haram qəbiləsinin qadınları mənim yanımda idilər.
Mən kənizlərdən birini onun yanına göndərib tapşırdım
ki, gedib onun yanında dursun və ona desin”: Ummu
Sələmə deyir: “Ey Allahın Elçisi! Mən sənin bu iki rükə-
ti qadağan etdiyini eşitmişdim. İndi isə sənin bu iki
rükəti qıldığını görürəm.”
Sonra Ummu Sələmə kənizə dedi: “Əgər o sənə əli
ilə işarə etsə, kənara çəkil və gözlə”.
Kəniz onun dediyini Peyğəmbərə (s) çatdıranda o ,
əli ilə işarə etdi və kəniz kənara çəkilib gözlədi. Peyğəmbər
(s) namazı bitirdikdən sonra dedi: “Ey Əbu Umeyyənin
qızı! Məndən əsrdən sonra qıldığım iki rükət barəsində
soruşdun. Bu ona görədir ki, Əbdul-Qeys qəbiləsindən
12 .
Buxari, Zəkat,1468.
Hz. Ummu Sələmə
Möminlərin Anaları
160
bir dəstə adam yanıma gəlib məni zöhrdən sonra qılaca-
ğım iki rükət namazdan yayındırdı. Bu, həmin (sünnə)
namazdır.”
13
Dostları ilə paylaş: |