Övlad Götürmənin Qadağan Edilməsi
Övlad edilmə adəti cahiliyyə dövründən da-
vam edən, ərəblər arasında ciddi qəbul edilən əsas
adət lərindən biri olmuşdu.
Hz. Zeynəb binti Cahş
Möminlərin Anaları
180
Cahiliyyə dövründə kim övlad götürsəydi, in-
sanlar ona həmin şəxsin övladı kimi rəftar edər,
onun oğlu kimi çağırılardı, öz canından olmasa
da, o şəxsin mirasçılarından sayılırdı. Allah-Təala
hadisələrin baş verməsinə görə ayələrini nazil edib
hökmlərini qoyardı. Bu evliliklədə cahiliyyə adəti
olan “ övlad edinmə”ni ortadan qaldırmaq üçün
dinə yeni bir hökm gəlmiş oldu. Allah-Təala övlad-
lığın qadağan etdiyini bildirən bu ayəni nazil etdi.
“Muhamməd aranızdaki kişilərdən heç biri-
nin atası deyildir (Oğul odur ki, kişinin öz belin-
dən əmələ gələ!). Lakin o Allahın Rəsulu, Peyğəm-
bərlərin sonuncusudur. Allah hər şeyi biləndir!”
8
Bu ayə ilə də İslamiyyətdə övlad edinmə əmri
ortadan qalxması ilə bərabər digər tərəfdən də
Peyğəmbərimiz (s) haqqında haqsız danışılanlara
ən gözəl bir şəkildə cavab vermiş oldu.
Övlad edilmənin qadağan edilməsinin üç məq-
sədi vardır.
Nəslin qorunması
Məhrəmiyyətin qorunması
Miras haqqlarının qarışmasının qarşısı alınmaq
üçün.
Peyğəmbərimizin (s) Qurani-Kərimdə dörd
yerdə “Muhamməd” ismi şərifi şəxsən keçməkdə-
dir. Həmdə Peyğəmbərimiz (s) “Peyğəmbərlərin
sonuncusu” mənasında keçən “Xatəmul-Ənbiya”
8 . Əhzab surəsi 33/40
181
ismi şərifi də bu ayədə “Əhzab 40” da dəlil olaraq
da zikr edilməkdədir.
İslamın övladlıq məsələsini qadağan etməsi ye-
tim, yoxsul, kimsəsiz və ya tapılmış uşaqlarla ma-
raqlanmamaq mənasına gəlməz. Bu kimi uşaqlar
ailələr nəzdində və ya uşaq evlərində himayə altına
alına bilər. Baxılar, təlim tərbiyə, təhsil verilər, sənət
və peşə sahibi edilər və evləndirilər. Bir mömin bu
cür saleh əməllərlərinə görə savab alar. Sadəcə uşa-
ğı qohumluq bağı edə bilməz və yetkinlik çağına
gəldikdə görüşmələr İslamı ölçü çərçivəsi içində
olmalıdır. Belə bir uşağın nəsli, soyu bilinməmiş
olsa belə, ona xor və alçaldıcı nəzərlərlə baxılmaz.
Çünki ana və atanın səhvinə görə uşaq günahkar
tutula bilməz. Uşağa kömək olub, himayə edən
kimsə, ona mənəvi ana-atalıq etməklə o uşağın
sevgi və hörmətini qazanmış olur. Əsas olan da bu
sevgi, şəfqət və hörmətdir. Ayrıca axirətdə böyük
bir mükafata nail olacaqdır.
Kimsəsiz bir uşağı himayə edən kəs ona sağlığın-
da ikən bağışlama
yolu ilə dilədiyi qədər, vəsiyyət
yolu ilə isə malının üçdə biri qədərini buraxa bilər.
Toy Ziyafəti və O Gecədəki Möcüzə
Kainatın Fəxri Peyğəmbərimiz (s) ilə Zeynəb
anamızın evləndikləri gecədə Peyğəmbərimizin bir
möcüzəsi müşahidə edilmişdir. Peyğəmbərimizin
bu möcüzəsi dini terminlə təbərrük sayılan toy
yeməyinin bərəkətləndiyi görülmüşdür.
Duasının bərəkətiylə az yemək çoxaldı. Bü-
tün dəvətlilər yediyi halda Ənəs bin Malikin anası
Hz. Zeynəb binti Cahş
Möminlərin Anaları
182
Ummu Süleymin göndərdiyi yemək heç azalma-
dı. Ənəs bin Malik: “Üç yüz nəfərə qədər adamın
yemək yediyi halda, Peyğəmbərimizin yeməyi gö-
türün buyurmasıyla qabdakı yeməyin ortaya qo-
yulduğu zamanmı çox idi, yoxsa götürdüyüm za-
manmı başa düşə bilmədim”, - buyurmuşdur.
Hicab Ayəsinin Nüzul Səbəbi
Buxari və Müslimin ittifaq etdiyi nikah bölü-
mün dəki hədislərə nəzər saldığımızda Hz. Pey-
ğəm bərin (s)! “Bir qoyunla belə olsa, toy yeməyi ve-
rin”, - deyə tövsiyə etdiyi görülür. Hz. Peyğəmbər
(s) Zeynəb bint Cahşla evləndiyində verdiyi toy
zi yafəti digər xanımıyla evləndiyində verməmişdi.
Ənəs b. Malik belə nəql edir: “Rəsulullah (s)
Zeynəb bint Cahş ilə evləndiyində xalqa dəvət ver-
di. Gələnlər yemək yedikdən sonra oturub söhbət
etməyə davam etdilər. Allah Rəsulu (s) qalxarkən
onunla birlikdə qalxanlar oldu. Ancaq üç nəfər
oturmuşdular. Rəsulullah xanımlarının otaqlarını
gəzib xanımlarına baş çəkib gələndə o üç nəfər hələ
də oturmaqda idilər. Sonra onlarda qalxdılar. Mən
də Allahın Rəsuluna (s) onların durduqlarını xəbər
verdim. O gəldi və içəri girdi, məndə arxasıyla gir-
mək istəyəndə özü ilə mənim arama pərdə çəkdi.
Bu zaman Uca Allah bu ayələri nazil etdi.”
“Ey iman gətirənlər, Peyğəmbərin evləri nə
daxil olmayın, amma əgər yemək üçün sizə izin
verilsə, bu istisnadır. (Erkən gedərək) onun (yemə-
yin) hazırlanmasını gözləməyin. Lakin də vət olun-
duğunuz zaman daxil olun və təamı ye dikdən son-
183
ra söhbətə qapılmayıb dağılışın. Çün ki (sizin) bu,
(rəftarınız) Peyğəmbəri incidir və o, sizdən xəcalət
çəkir (və heç bir şey demir). Hal buki Allah həqiqət-
dən xəcalət çəkməz. Əgər onlardan (Peyğəmbərin
zövcələrindən məişət ləvazimatlarından) bir şey
istəsəniz, pərdə arxasından istəyin ki, bu, həm si-
zin qəlbləriniz üçün, həm də onların qəlbləri üçün
daha təmiz olar. Sizə yaraşmaz və caiz deyil ki,
Peyğəmbərə əziyyət verəsiniz və onu incidəsiniz.
(Və əsla caiz deyil ki,) ondan sonra zövcələri ilə ev-
lənəsiniz, şübhəsiz, bu, (iş) Allahın yanında çox
böyükdür (böyük bir günahdır) .”
9
“Ey iman edənlər! Sizə icazə verilmədən
Peyğəmbər evinə girməyin...” Ümmətin Peyğəm-
bər ilə əlaqəli vəziyyəti iki şəkildə bildirilməkdədir:
biri Peyğəmbərlə başbaşa olduqları vəziyyətdir. O
zaman vacib olan onu narahat etməməkdir. Əhzab
surəsinin 53 ayəsi olan “Ey iman edənlər Peyğəm-
bərin evinə çağrılmadan vaxlı-vaxtsız girməyin”
əmri ilə bildirməkdədir. İkinci olan isə Peyğəmbər
(s) insanların arasında olduğu vaxtdır. O zaman da
vacib olan ona hörmət göstərməkdi. O cümlədən
Peyğəmbər xanımlarına da hörmətlə yanaşmalı,
hətta onlarla danışmaq məcburiyyətində qaldıqda
pərdə arxasından danışın bildirilir.
Hz. Zeynəbin Vəfatı
Peyğəmbərimizin (s) vəfatından sonra bildir-
diyi kimi, Ona ilk olaraq qovuşan xanımı Hz. Zey-
nəb binti Cahşdır.
9 . Əhzab surəsi, 33/ 53
Hz. Zeynəb binti Cahş
Möminlərin Anaları
184
Hədis kitablarının bəzisində Hz. Aişə anamız-
dan nəql edilən belə bir hədis rəvayət edilir: “Bir
dəfə Peyğəmbərin (s) bəzi xanımları: “Ya Rəsulul-
lah, sənin vəfatından sonra ilk olaraq hansımız sənə
qovuşacağıq?” - deyə soruşdular. O da cavab verdi:
“Əli uzun olanınız”, - buyurdu. Hz. Aişə sözə da-
vamla deyir: “Əlimizə bir qamış çubuk aldıq, qol-
larımızı ölçməyə başladıq. İçimizdən ən uzun qollu
olan Sevda binti Zemanın olduğunu gördük. Sonra
öyrəndik ki, uzun qollu demək bol sədəqə verən,
əli açıq, comərd kimsə deməkdir (Buxari, Nəsai
və Müsnəd). Vaqidinin rəvayətinə görə bu qadı-
nın Zeynəb binti Cəhş olduğu bildirilir.” Başqa rə-
vayətlərdə Sevda binti Zema da olduğu söylənilir.
Peyğəmbərimizin (s) axirətə köçməsindən sonra
ilk əvvəl Zeynəb vəfat etmişdir. Vəfatı Hz. Ömərin
xilafəti zamanında olmuşdur. Hz. Sevda isə Mua-
viyə zamanında h.54-cü ildə vəfat etmişdir.
Qolu uzun ifadəsinin ən çox sədəqə verən mə-
nasına gəldiyinin Hz. Zeynəbin vəfatıyla başa dü-
şülmüşdü. Çünki O, bədəncə uzun birisi olmadığı
üçün qolu da digər analarımıza görə uzun deyildi.
Amma o, istər öz əl əməyi ilə qazandığını, istərsə
Peyğəmbər ailəsindən biri olması səbəbiylə xə-
lifələrin özlərinə təqdim etdiyi pulu ən qısa zaman-
da fəqirlərə paylamaqdan böyük zövq alardı.
Zeynəb xəstə düşüncə ona xidmət etməyə sa-
dəcə Peyğəmbər xanımları icazəliydi. Cənazəsini
onların yumasını istədi. Zeynəb kəfənini hazır-
lamışdı. Ancaq Hz. Ömər kəfən göndərincə, özü
185
üçün saxlamış olduğu kəfəni sədəqə verildi. Hz.
Ömər cənazə namazını qıldırdı.
Cənazəsini qəbrə dəfnetmə işini Usamə b. Zeyd
ilə Muhmməd b. Ubeydullah b. Cahş kimi yaxınla-
rı ifa etdi. Vəfatı isti bir yay günlərinə rast gəlmişdi.
Qovurucu günəşdən Baki qəbirstanlığındaki məza-
rı özünə sığınaq olmuşdu. Hz. Ömər mahal üzərinə
geniş bir kölgəliyin edilməsini əmr etmişdi.
M. Asim Köksalın qaynaqlardan aldığı məlu-
mata görə, Hz. Zeynəb hicrətin 20-ci ilində 53 ya-
şında olduğu halda vəfat etmiş, cənazəsi tabutla
daşınan ilk müsəlman qadındı. Miladi təqvimlə
641 ildə axirət aləminə köç etmişdir.
Zeynəb binti Cahşın Əxlaqı Keyfiyyəti
Peyğəmbərimizin (s) comərtliyi yönü ilə tə-
rif etmiş olduğu Zeynəb binti Cahşın həyatından
özümüzə pay çıxaracağımız bir çox gözəl vəsfləri
vardır ki, bu üstün vəsfləri Peyğəmbərimiz və xa-
nımları tərəfindən də etiraf edilmişdir.
Hz. Zeynəb kəskin və sərt təbiətli birisi idi.
Bəzən Peyğəmbərin (s) hüzurunda cəsuranə da-
nışardı. Peyğəmbərin (s) bibisi qızı olmasını və ni-
kahlarının Allah tərəfindən olduğundan istifadə
edərdi. Bir səfərində Hz. Aişə Zeynəbi təkzib etmək
istədi, ancaq Hz. Peyğəmbər ona səssiz qalmasını
söylədi. Əksi təqdirdə bu, könüllərin qırılmasına,
incikliyə səbəbiyyət verəcəkdi. Ən əsası təmiz və
pak zövcələrinin diqqətlərini Allaha bağlılıqdan
başqa şeylərə çevirəcək, hüzürunu və zehin rahat-
lığını itirmiş olacaqdı.
Hz. Zeynəb binti Cahş
Möminlərin Anaları
186
Zeynəb böyük bir bağlılıq və Allah qorxusuy-
la daima ibadətlə məşğul olurdu. Bir səfərində
Peyğəmbərimiz (s) mühacirlər arasında qənimət
paylayırdı. Bu arada Zeynəb, Peyğəmbərimizə sərt
bir şey söylədi. Orada olan Hz. Ömər onu azarladı,
fəqət Peyğəmbərimiz belə dedi: “Ey Ömər, heç bir
şey söyləmə, çünki O, Allahdan çox qorxar və çox içdən
yalvarır (Əvvahdır)”. Orada olanlardan biri: “Əvvah
nədir?” - deyə soruşdu.
Peyğəmbərimiz “Namazda alçaq könüllü və mütə-
vazi, Allaha içdən yalvarıcı və yalnız Ondan diləyici”,
dedi. Sonra bu ayəni oxudu! “Doğrusu İbrahim
çox içli, yumuşaq huylu və özünü Allaha vermiş
kimsə idi.”
10
Bu surətlə Hz. Peyğəmbər onu bu
vəsflə İbrahim Peyğəmbərlə qiyasladı.
Hz. Peyğəmbər ona həmişə məhəbbətlə və nə-
zakətlə davranardı. Bu səbəblə Hz. Peyğəmbərin
bir neçə xanımı öz adlarına vəkalətən qızı Fatma-
nı Peyğəmbərimizə göndərdiklərində O, vəzifəsini
bacarmadan geri döndü. O zaman təmsilçi olaraq
Zeynəbi göndərdilər. Rəvayətin bu yerində Hz.
Aişə deyir: “Peyğəmbər (s) xanımları içində mənə
rəqib olan sadəcə Zeynəbdir”. Dini yaşama mövzu-
sunda Zeynəbdən daha xeyirli bir qadın görmədim.
Allahdan onun qədər qorxan, onun qədər doğru
söyləyən, onun qədər qohumlarıyla maraqlanan,
onun qədər sədəqə verəni və verdiyi sədəqələri
Onun qədər az və dəyərsiz görən və beləcə Allah
rızasını qazanmağa çalışan birini daha bilmirəm.
Yalnız çox hiddətlənib tez əsəbiləşir, sonra da tez
10 . Hud surəsi, 11/75
187
hiddəti sönərdi. Zeynəb içəri girmək üçün icazə
istədi, girdi. Digər xanımların təmsiçisi olduğunu
söyləyərək Aişə haqqında danışmağa bir xeyli şey-
lər söyləməyə başladı. Bu arada Hz. Aişə Rəsulul-
lahın gözünə baxar, görəsən, qarşılıq vermək üçün
mənə fürsət verəcəkmi. Peyğəmbər hirslənmədiyi-
ni görüncə, Hz. Aişə qarşılıq verməyə başladı və
Hz. Zeynəbi susdurdu. Bunu görən Peyğəmbəri-
miz (s) gülümsəyərək: “O, Əbu Bəkirin qızıdır!” ,
- buyurdu.
Ummu Sələmə də, Zeynəb haqqında; “Zey-
nəb saliha, otuc tutan ibadətlərlə vaxt keçirən bir
xatundu.” buyurdu. Çox həssas idi. Qüvvətli bir
ədəbiyyatçı idi. On bir hədis rəvayət etmişdir.
Hz. Zeynəblə rəqib olan Hz. Aişə haqqında or-
taya atılan iftira hadisəsində Zeynəbin düşüncəsi
qibtə ediləcək bir doğruluq örnəyidir. Buxarinin
Səhihində təfsilatlı bir şəkildə bildirilən ifq hadisə-
sindən bəhs edərkən Hz. Aişə belə deyir:
“Rəsulullah, ilk hadisəsində mənim haqqımda
Zeynəb binti Cahşdan soruşur. “Ey Zeynəb sən nə
gördün, nə öyrəndin?” Ancaq o: “Ya Rəsulullah! Mən
qulağımla gözümü, eşidib görmədiyim şeydən
mühafaizə edirəm. Allaha and olsun ki, mən Aişə
haqqında xeyirdən başqa bir şey bilmirəm”, - deyə
gözəlcə fikir söyləyir. Hz. Aişə sözlərinə bunu da
əlavə edib deyər: “Zeynəb mənimlə rəqabət edən
bir qadın, fəqət təqvası səbəbiylə Allah onu (iftira-
cılara qatılmaqdan) qorudu”.
Yuxarıda bildirdiyimiz kimi, Peyğəmbərimiz
toy ziyafətində hədiyyə edilən yeməyin bu izdivac-
Hz. Zeynəb binti Cahş
Möminlərin Anaları
188
la bərəkətlənməsi və bir çox insanın bu yeməkdən
yeyib doyması, digər xanımlarla evliliklərində bu
halın olmaması Hz. Zeynəb anamızın bir fəzilətini
də ortaya qoymaqdadır.
Əbu Bəkir b. Hazm, Abdullah amir əl-Əslə-
miyə belə dedi: “Peyğəmbərin türbəsinin ən ucuna
yaxın sütundan babun-Nəbiyə doğru olan yer Zey-
nəb binti Cahşin otağı idi. Peyğəmbər (s) dualarını
burda edərdi. ”
Hz. Zeynəb anamızın digər bir fəziləti də orta-
ya çıxmaqdadır. O, öz əl əməyi ilə qazandıqların-
dan sədəqə verərdi.
Zeynəb çox uzun boylu deyildi. Əli hər işə ya-
tırdı. Kəsilən heyvanların dərilərini üzər, təmiz-
ləyər və günəşdə qurudardı. Tikiş və paltar düzəlt-
mə işində də mahir idi. Otağında emal etdiyi hər
şey satılır, qazanılan pulları da kasıblar və möhtac-
lar arasında paylayardı.
Hətta Muhamməd b. Kabdan edilən rəvayətə
görə, “Zeynəb binti Cəhşin maaşı on iki min dir-
həm idi. Fəqət Zeynəb bir ildə başqa maaş almadı.
Hər zaman: “ Allahım, gələcək il bu mal əlimə yetişmə-
sin, çünki mal fitnədir”, -deyirdi.
Aldığı o maaşı da öz qohumlarına və möhtacla-
ra paylayardı. Hz. Ömər bunu öyrənincə: “ Cənabı
Haqq bu qadın haqqında böyük bir xeyir diləmişdir,-
dedi və üzərində duraraq bu səfər paylamayıb özünə
saxlamaq şərtiylə ona min dirhəm daha göndərdi.
Nə var ki, Zeynəb, Hz. Ömərin sözünü dinləməyib
özünə göndərilən min dirhəmi də ehsan etdi.”
189
Zeynəb binti Əbi Sələmə belə demişdir: Qarda-
şının vəfat etdiyi vaxtlarda Zeynəb b. Cahşın yanı-
na girdim. Bir ətir istədi və onu üstünə sürdü, son-
ra “Allaha and olsun, mənim qoxu sürtmək istəyim
yox idi”. Ancaq Rəsulullah minbərdə: “Allaha və
axirət gününə inanan bir qadının ərinin vəfatına görə
dörd ay on gün iddət gözləməsi xaricində üç gündən çox
yas tutması halal deyildir”- buyurmuşdur.
Zeynəb b. Cahşın namaza çox bağlı olduğunu
bildirən bu hadisə onun ibadətlərə nə qədər dəyər
verdiyinin bir misalıdır. Ənəs b. Malikdən rəvayət
edildiyinə görə, Peyğəmbərimiz (s) məscidə girdi-
yində iki dirək arasıda bir ipin çəkilmiş olduğunu
gördü. “Bu ip nədir?” - deyə soruşunca əshabı:
“Bu Zeynəbin ipidir. Zeynəb (namazda ayaq
üstə durmaqdan) yorulunca bu ipdən tutar”, - de-
dilər. Buna görə Hz. Peyğəmbər “Xeyr ibadətdə
belə çətilik etmək olmaz, bu ipi kəsin. Sizdən biri-
niz gücü və qüvvətli olduqca namazı ayaq üstə qıl-
sın. Yorulunca da otursun”, - buyurdu. Görüldüyü
kimi, Hz. Zeynəb bu mövzuda ifrat dərəcəsinə ça-
tan bir şəkildə namaz qılmağa çalışsa da, Peyğəm-
bərimiz onu bundan uzaq etmişdir.
Ümumi olaraq Peyğəmbərimizin (s) həm bibisi
qızı, həm də möminlərin anası olma bəxtiyarlığı-
na nail olan zövcəsi Zeynəb binti Cahşın həyatına
nəzər salanda bir çox ibrətamiz nümunələr vardır.
Peyğəmbərimzin tərbiyəsi ilə İslami bir qadın kimi
yetişən Peyğəmbər xanımları biz mömin qadınlar
üçün necə də gözəl bir nümunədirlər. Peyğəmbə-
rimiz (s) bu xanımları içində İslam çərçivəsində fə-
Hz. Zeynəb binti Cahş
ziləti ilə yer alan Zeynəb b. Cahş anamızın həyatını
araşdıraraq oxuyucularımızı məlumatlandırmağa
çalışdıq. İnşallah oxuduqlarımızdan ibrət çıxarıb,
həyatımıza tətbiq edərik.
Allah ondan razı olsun! (Amin...)
Möminlərin Anaları
190
Hz. Жувеyриййя
193
Hz. CUVEYRİYYƏ BİNT əl-HARİS
Əsl adı Bərrə binti Haris bin Əbi Dırar bin Ha-
bib bin Aiz bin Malik bin Cəzimə əl-Hüzaiyyəd ir.
Atası Bəni Müstəliq qəbiləsinin başçısı olan Haris
bin Əbi Dırardır. Əmisinin oğlu Muşafi bin Safvan
bin Zişşefr ilə evlənən Cuveyriyyə ərinin vəfatın-
dan sonra dul qalmışdı. Rəsulullah (s) onunla hic-
rətin beşinci ili Bəni Müstəliq qəzvəsindən sonra
evlənmişdir. İbn Həcər əl-Asqalani, bu mübarək iz-
divacdan sonra Rəsulullahın (s) onun adını dəyiş-
dirib “Cüveyriyyə” qoyduğunu yazır. Cuveyriyyə
ərəbcə “balaca quş”, “kiçik qız” mənasına gəlir.
Hz. Peyğəmbərin (s) Hz. Cuveyriyyə ilə izdivacı-
nın səbəblərini bilmək üçün bu izdivaca səbəb olan
tarixi hadisələrə nəzər salmaq yerində olardı.
Hicrətin beşinci ili idi. Müsəlmanlar müşriklə-
rin hücumlarının qarşısını almaq üçün Mədinənin
ətrafında xəndək qazaraq özlərini düşmən hücüm-
larından Allahın yardımı ilə qorumuşdular. On-
ların yorğun və zəif düşdüklərindən sui-istifadə
edən Bəni Müstəliq qəbiləsinin rəisi Haris bin Dırar
Mədinə ətrafındakı bəzi müşrik Ərəb qəbilələrini
də ətrafında toplayaraq müsəlmanların üzərinə yü-
rümək üçün hazırlaşırdı. Aləmlərə rəhmət olaraq
göndərilən İslam Peyğəmbəri müsəlmanların var-
lığını davam etdirmək, regionda sülh və əmina-
Hz
Möminlərin Anaları
194
manlığı təmin etmək üçün böyük təhdid meydana
gətirən bu hücumun qarşısını almağı planlaşdırdı.
Haris bin Əbu Dırarın müsəlmanların üzərinə hü-
cum edəcəyini dəqiqləşdirən Hz. Peyğəmbər (s) 700
nəfərlik ordunun başında hücum edən qəbilələri
qabaqlayaraq əl-Mureysi adlı suyu başına gəldi. Bu
hadisə əl-Mureysi quyusu başında baş veridiyinə
görə İslam tarixində bu yürüşə əl-Mureysi döyüşü
adı da verilmişdir.
Haris bin Əbu Dırarın əsgərləri Hz. Peyğəmbə-
rin (s) 700 nəfərlik bir ordu ilə Mədinədən hərəkətə
keçdiyi xəbərini alanda təşvişə düşdü və qorxula-
rından Haris bin Əbu Dırarın ordusundan ayrıldı-
lar. Bunlar Haris bin Əbu Dırarın dəvət etdiyi ət-
raf qəbilələr olub, böyük bir hissəsi bədəvilərdən
təşəkkül etmişdi. Onlar müşrik ordusundan ay-
rıldıqlarında Harisin dəstəsində sadəcə öz qəbilə-
sinin adamları, yəni Bəni Müstəliqlilər qalmışdı.
Müsəlmanlar onları əl-Mureysi quyusu başında
qarşıladı.
Əsgərləri ilə bərabər əl-Mureysi deyilən su qu-
yusunun başına gələn Rəsulullah (s) burada or-
dugahını qurdu. Su başına toplanan müsəlmanlar
səflərə düzülərək döyüş taktikasını aldılar. Hz.
Peyğəmbər (s) döyüşdən əvvəl Hz. Öməri və-
zifələndirərək Bəni Müstəliq qəbiləsinə göndərdi
və onların müsəlman olduqları təqdirdə sərbəst
buraxılaraq bağışlanacaqlarını, malları və canla-
rının muhafizə ediləcəklərinin xəbərini çatdırdı.
Lakin Bəni Müstəliq qəbiləsinin üzvləri İslamı qə-
bul etmədiklərini atdıqları oxlarla bildirmiş oldu-
195
lar. Düşmən tərəfindən atılan oxlara qarşılıq verən
müsəlmanlar Rəsulullahın (s) əmri ilə hücuma
keçdilər. Bəni Müstəliq qəbiləsi müsəlmanların
qarşısında dayana bilmədi. Onlardan iyirmi nəfər
öldürüldü. Müsəlmanlar isə sadəcə bir şəhid ver-
dilər. Müsəlman ordusunun qarşısında tab gətirə
bilməyən Bəni Müstəliq qəbiləsi təslim olmaq məc-
buriyyətində qaldı. Hz. Peyğəmbər Bəni Müstəliq
üzərində qələbəsini xalqa xəbər vermək üçün Əbu
Nəmlə ət-Taini Mədinəyə göndərdi. Beləliklə, Bəni
Müstəliq qəzvəsi müsəlmanların qalibiyyəti ilə nə-
ticələndi.
Bəni Müstəliqdən beş min qoyun, iki min dəvə
və bir çox əsir Mədinəyə gətirildi. Əsirlər arasın-
da Bəni müstəliq qəbiləsinin rəisi Haris bin Əbi
Dırarın qızı Cuveyriyyə də var idi. Əldə edilən
qənimətlər və əsirlər əsgərlər arasında bölüşdü-
rüldü. İbn Həcər Bəni Müstəliq səfərinin hicri V
vəya VI ildə baş verdiyini qeyd edərək nəql edilən
hadisənin Hz. Aişə tərəfindən rəvayət edildiyini
yazır: “Əsir alınan Cuveyriyyə də Sabit bin Qeys
bin Şəmmasa düşmüşdü. Cuveyriyyə azad olması-
nın qarşılığında on qızıl verəcəyi barədə Sabit bin
Qeyslə razılaşdı. Lakin bu miqdarı haradan tapa-
cağı onu dərin-dərin düşündürürdü. Yeganə çarə
Rəsulullaha (s) baş vurub ondan yardım istəməkdi.
Bu düşüncələrlə Cuveyriyyə Rəsulullahın (s) qapı-
sını döydü. Hz. Aişə bundan sonrakı cərəyan edən
hadisəni belə rəvayət edir:
Qapıda bir nəfər qadının Allah Rəsulu ilə da-
nışmaq üçün icazə istədiyi xəbəri gəldi. Onun kim
Hz. Cuveyriyyə
Möminlərin Anaları
196
olduğunu öyrənmək üçün bayıra çıxdım. Qapıda
təqribən iyirmi yaşlarında gözəl və gənc bir qadı-
nın həyəcanlı bir halda dayanıb gözlədiyini gördü.
Hz. Aişə deyir ki: “Onu görəndə Rəsulullahın (s)
yanına girməyini istəmədim. Lakin qadının israrı
ilə içəri girməsinə razılıq verdim.” İçəri girən bu
qadın əsalətinə yaraşan bir şəkildə:
“Ey Allahın Elçisi! Mən Bəni Müstəliq qövmü-
nün rəisi Haris bin Əbu Dırarın qızıyam. Əsir ola-
raq Sabit bin Qeysin hissəsinə düşmüşəm. Azad
olmağım qarşılığnda Sabitə on qızıl (9 uqıyyə)
verməyi razılaşdırmışıq. Ancaq verəcək pulum
yox dur. Bunun üçün sizdən kömək istəməyə gəl-
mişəm”, – dedi.
Rəsulullah (s) bu əsil-nəcabəti yönündən tə-
miz və şərəfli, üstəlik azad ikən kölə vəziyyətinə
düşən bu qadının halına ürəyi yandı. Çünki ömrü
boyu azad yaşayan, hələ bir qəbilənin başçısı-
nın qızı kimi bir insanın indi kölə olaraq satılma-
sı onun üçün ağır bir hal idi. Rəsulullah (s) onun
və əsir alınan digər qadınların da sərbəst buraxıl-
ması üçün bir çarə düşünməyə başladı. O dövrün
şərtlərinə görə əsir alınanlar əsgərlər arasında bö-
lüşdürülər, istəyən onu xidmətçisi kimi yanında
saxlayar, istəyən də təyin edilən müəyyən bir bir
məbləğ qarşılığında azad edərdi. Allah Rəsulu (s)
hər zaman insan qazanmaq, hidayətinə vəsilə ol-
maq məqsədini həyata keçirdiyi üçün əsirlərin isla-
mı qəbul etmək qarşılığında sərbəst qalmasını istə-
yirdi. Bu əsirlərin qurtularaq azadlığa qovuşmaları
həm də İslamın yayılması üçün əlverişli bir fürsət
197
idi. Əshabını çox yaxşı tanıyan hz. Peyğəmbər (s)
onlara heç bir şey demədi. Çünki görəcəyi iş onla-
rın da eyni şəkildə davranmalarına səbəb olacaqdı.
Cuveyriyyəyə dönüb:
-Sənə bundan (yəni puldan) daha xeyirli bir şey
təklif edə bilərəm, – dedi. Gözləmədiyi bir sual ilə
qarşılaşan Cuveyriyyə :
-Nədir ki o elə, ey Allahın Elçisi? – deyə soruş-
du. Rəsulullah (s):
-Sənin azad olmağının qarşılığı olan miqdarı
mən ödəyib səninlə evlənə bilərəm, - dedi. Bu ca-
vab Cuveyriyyəni həyəcandırmışdı. Bir az əvvəl
sərbəst qalmaq üçün müxtəlif yollara baş vuran,
yenə əvvəlki hürriyətinə qovuşmaq üçün çarələr
axtaran bu qadın gözlənilməz olduğu kimi, bir o
qədər həyəcanlandıran bir təklif qarşısında donub
qalmışdı. Bu təklif həm onun azad olması, həm də
Rəsulullahın (s) zövcəsi olmaq şərəfini əldə edərək
“möminlərin anaları” sıralarına qatılmaq demək
idi. Sevincini gizlətməyən Cuveyriyyə:
-Mən razıyam, ya Rəsulullah, – cavabını verdi.
Cuveyriyyənin bu evliliyə heç düşünmədən
razılıq bildirməsini gördüyü yuxu ilə əlaqəli oldu-
ğu da qeyd edilir. Belə ki, Cuveyriyyənin özünün
etdiyi rəvayəti belə nəql edir: “Peyğəmbərin gəli-
şindən üç gün əvvəl yuxuda gördüm ki, sanki ay
Mədinədən çıxaraq gəlib qucağıma düşdü. Bunun
qövmümdən heç kəsə demək istəmədim. Nə vaxt
ki, biz əsir alındıq, gördüyüm yuxunu xatırlayıb
çin çıxması üçün ümidlənməyə başladım. Sonra
Hz. Cuveyriyyə
Möminlərin Anaları
198
Rəsulullah (s) məni azad etdi və mənimlə evləndi.
Allaha and olsun ki, Rəsulullah (s) mənimlə evlən-
dikdə qövmümün bağışlanması haqqında ona heç
bir şey demədim. Daha sonra müsəlmanlar Rəsu-
lullahın (s) mənimlə evləndiyi xəbərini eşidəndə
özləri əsirləri azad etdilər. Bu xəbəri mənə əmim
qızı deyəndə Allaha həmd etdim”.
Rəsulullahın (s) Cuveyriyyə ilə izdivacı xəbəri
tezliklə camaat arasında yayıldı. Heç gözləmədik-
ləri halda Bəni Müstəliq qəbiləsi Rəsulullahın (s)
qohumu olmuşdu. Bu evlilik xəbərini eşidən səha-
bələr tarixdə görünməyən bir alicənablıq nümunə-
si göstərərək özlərinin hissələrinə düşən əsirlərin
hamısını sərbəst buraxdılar. Çünki artıq Rəsululla-
hın (s) əqrəbaları sayılan bu insanların əsir olaraq
qalması Rəsulullaha (s) qarşı hörmətsizlik sayılar-
dı. Həmin gün əshabın bu qohumluğun hörmətinə
yüz ailəni azad etdikləri rəvayət edilir.
O əsnada Mədinədə baş verənlərdən xəbərsiz
olan Cuveyriyyənin atası Haris bin Əbi Dırar qızı-
nın sərbəst buraxılması üçün dəvələrlə Mədinəyə
doğru yola çıxmışdı. Əqiq adlanan vadiyə çatanda
dəvələrə baxdı. Tamahı güc gələrək ikisini vadidə
iki dağ arasında bir yerədə gizlətdi. Digərlərini də
götürüb yola düzəldi. Mədinəyə çatıb Rəsulullahın
(s) hüzuruna girdi və:
-Ey Muhamməd, qızım əsir alındı, bu dəvələri
onun sərbəst buraxılması müqabilində gətirmişəm,
– dedi.
Rəsulullah (s) Haris bin Əbi Dırardan:
199
-Bəs Əqiqdə iki dağ arasında gizlətdiyin o iki
dəvə hanı? – soruşanda Əbu Dırar təəccübünü giz-
lədə bilməyərək:
-Vallahi, bunu Allahdan və məndən başqa heç
kəs bilmirdi. Mən şəhadət edirəm ki, Allahdan
başqa ilah yoxdur. Şübhəsiz, Sən də ey Muham-
məd Allahın Rəsulusan, - deyərək müsəlman oldu.
Bu şəkildə Haris bin Əbi Dırarın iki oğlu və yanın-
dakılar da İslamı qəbul etdilər. Haris daha sonra
adam göndərərək o iki dəvəni də Əqiqdən gətirtdi
və onları Rəsulullaha verdi. Bəzi alimlər İslam ta-
rixi mənbələrindəki məlumatlara əsaslanaraq Hz.
Cuveyriyyənin öz istəyi ilə Allah Rəsulunu (s) seç-
mə xüsusunda sərbəst buraxıldığını qeyd edərək
bu mövzuda bir digər rəvayəti belə rəvayət edirlər:
“ Hz. Cuveyriyyənin atası Haris bin Əbi Dırar
Rəsulullaha (s) gələrək:
-Bu mənim qızımdır, onu digər əsirlər kimi bir
tutmayın, sərbəst buraxın, - deyir. Rəsulullah (s)
da onun bu istəyini qəbul edib qızını seçim qarşı-
sında buraxdığını, nə istərsə, onu qəbul edəcəyini
söyləyəndə Haris bin Əbu Dırar buna çox məmnun
olur. Cuveyriyyəni çağırdıqlarında atası ondan so-
ruşur:
-Bax, bu adam səni azad edir. Sən kimi seçir-
sən? Bizi rüsvay etmə. Cuveyriyyə isə heç tərəd-
düd etmədən belə cavab verir:
-Vallahi, mən Allah Rəsulunu seçirəm. Bu ca-
vabdan sonra atası: “Bizi rüsvay elədin”, - deyərək
ona hirslənir”.
Hz. Cuveyriyyə
Möminlərin Anaları
200
Rəsulullah (s) Cuveyriyyənin fidyəsi ödəndiyi
üçün onu atasına təslim etdi. Daha sonra birini ara-
ya vasitəçi qoyaraq onu atasından istədi. Atası Cu-
veyriyyənin də razılığı ilə dörd yüz dirhəm gümüş
mehir müqabilində onu Rəsulullaha (s) nikahladı.
Cuveyriyyə müsəlman olaraq Rəsulullahla (s)
evləndikdən sonra Hərb zamanı Allahın müsəl-
manlara yardım üçün göndərilən mələkləri müşa-
hidə etdiyini belə rəvayət edir:
“Rəsulullah (s) bizim tərəflərə gəldiyi ərəfədə
biz əl-Mureysi quyusunun yanındaydıq. Çox keç-
məmiş gözümə təsvir və tərif edə bilməyəcəyim
qədər çox insanlar, atlar və silahlar görünmüşdü.
Müsəlman olub Rəsulullahla (s) evləndikdən sonra
baxdım ki, onlar əvvəl gördüyüm qədər çox deyil-
lərmiş. Başa düşdüm ki, bu, Allah tərəfindən müş-
riklərin qəlblərinə qorxu salmaq üçün belə göstə-
rilmişdi.
Bəni Müstəliq qəbiləsindən birisi də: “Biz o gün
atlar üzərində ağ geyimli elə adamlar görmüşdük
ki, onlara daha əvvəl heç rast gəlməmişdik. Ancaq
müsəlman olduqdan sonra da onları heç görmədik.
Beləcə Cuveyriyyənin Rəsulullahla (s) evliliyi
əsir və kölələrin qurtularaq azadlığa qovuşmala-
rına səbəb olmuşdu. Hətta savaşdan qaçaraq əsir
olmaqdan canını qurtaran kişilər belə Rəsulullahla
(s) qohumluğu və qövmlərinin rəisinin də müsəl-
man olduğunu eşitdikdə gəlib İslamı qəbul etmiş-
dilər. Tanınmış Türk tarixçisi professor Ziya Kazıcı
Rəsulullahın (s) bu izdivacı həyata keçirməklə bir
qövmün əsirlikdən qurtulmasına və hidayətə çat-
201
masına səbəb olacaq diplomatik siyasət yürütdü-
yünü irəli sürərək deyir: “ Hz. Cuveyriyyə ilə ev-
lənməklə Hz. Peyğəmbər (s) çox gözəl planlanmış
müdrik bir siyasət yürüdərək bir dahilik nümunə-
liyi göstərmişdir. Belə ki, o dövrdə ərəblər arasın-
da əqrəbalıq bağları çox sıx idi. Cuveyriyyə ilə ev-
lənməklə qəbilələr arasında sıx qohumluq bağları
qurulacaqdı. Allahın əmrini sevdirərək insanlara
çatdırmağın və qan tökmədən qəbul etdirməyin
bundan gözəl bir yolu ola bilməzdi.
Buna görə də Hz. Peyğəmbər o ərəfədə 58 yaş-
larında ikən belə bir evliliyi həyata keçirmə məc-
buriyyətini duymuşdu. Heç bir maddi və cinsi
bir mənfəət güdmədən həyata keçirilən bu evlilik
nəticəsində bir çox insan əsir və kölə olmaqdan
qurtulduğu kimi, böyük bir qəbilənin müsəlman
olmasına səbəb olmuşdu. Belə ki, Hz. Peyğəmbər
(s) istəsəydi o dövrdə yayğın olan adətə görə, Hz.
Cuveyriyyəni cariyə kimi saxlayar, onunla evlən-
məzdi. Lakin o, bunu istəmirdi. İnsanların azad
olaraq yaşamaları Hz. Peyğəmbər (s) üçün yeganə
qayə idi. Hz. Peyğəmbərin həyata keçirdiyi bu evli-
lik, onlarla əqrəbalıq bağları qurmaq və əsir alınan
insanları azad etmək üçün idi.”
Hz. Cuveyriyyə Hz. Peyğəmbərlə (s) evlənmək-
lə qəbiləsini əsir olmaqdan qurtarmaqla qalmamış,
eyni zamanda onların bir çoxunun müsəlman ol-
masına da vəsilə olmuşdur. Hz. Aişə: Onun üstün-
lüyünü “Qövmü üçün Cuveyriyyədən daha xeyirli
olan bir qadın tanımıram”, onun vasitəsilə yüz ailə
müsəlman olmuşdur - sözləri ilə ifadə etmişdir. Bu
Hz. Cuveyriyyə
Möminlərin Anaları
202
xüsusiyyətləri səbəbi ilə o, hər zaman Rəsulullahın
(s) Əhli-Beyti içində təqdir edilən bir xanım olma
dərəcəsinə yüksəlmişdir.
Cuveyriyyə çox xeyir işlər görən, özü ac oldu-
ğu halda əlindəkini yetimə, yoxsula yedirən çox
çömərd bir xanım idi. Bir gün Rəsulullah (s) Hz.
Cuveyriyyənin otağına gəlmişdi. Ondan yeməyə
bir şeyi olub-olmadığını soruşduqda bu cavabı al-
mışdı:
-Xeyr! Vallahi evdə yemək olaraq heç nə qalma-
yıb. Bir az mal ətinin sümüyündən var idi. Onu da
azad etdiyimiz qadına verdim, – dedi.
Çoxlu nafilə namaz qılan, Allahı çox-çox zikr
edən bir qadın olan Hz. Cuveyriyyə tez- tez oruc
tutmaqla gününü keçirərdi. Bu səbəblə Rəsulullah
(s) cümə günü onun tutduğu nafilə oruclara mü-
daxilə edər və orucu pozmasını söylərdi.
Müslimdən rəvayət edilən bir hədis də Hz. Cu-
veyriyyənin ibadətə düşkün bir xanım olmasını sü-
but edir:
“Bir gün Rəsulullah (s) səhər namazını qıldıq-
dan sonra onun yanından ayrılmış, duha vaxtı keç-
dikdən sonra yanına girəndə onun hələ də oturdu-
ğu yerdə Allahı zikr etdiyini gördükdə:
-Sən hələ də Allahı təsbeh edirsən? - deyə so-
ruşmuş, o da! “Bəli”,- deyincə:
-Mən səndən sonra üç dəfə elə dörd kəlmə söy-
lədim ki, bu gün səhərdən bəri sənin söylədiklərin-
203
lə tərəzidə çəkilsə, onlardan daha ağır gələr, - de-
miş və bu duanı ona öyrətmişdir:
Üç dəfə “Sübhanallahi va bihamdihi adədə
xalqihi” (Allahı yaratdıqlarının sayı qədər təsbeh
edirəm), üç dəfə “Sübhanallahi va rıda nəfsihi”
(Allahı rızası üçün təsbeh edirəm), üç dəfə “Süb-
hanallahi va zinətə arşihi” (Allahı ərşinin ağırlığın-
ca təsbeh edirəm), üç dəfə də “Sübhanallahi va mi-
dədə kəlimətihi”(Allahı kəlmələrinin mürəkkəbi
qədər təsbeh edirəm”, - de.
Rəsulullahın (s) Hz. Cuveyriyyəyə Xeybər gəli-
rindən 80 vesq xurma ilə 20 vesq arpa təyin etdiyi
bildirilir. Cuveyriyyə Rəsulullahla (s) altı il ömür
sürmüşdür. Ondan cəmi 7 hədis rəvayət etmişdir.
Bunlardan ikisi Buxaridə, ikisi də Müslimdə keçir.
Hicri 50 və ya 56-ci ildə fani dünyaya gözünü
yuman bu mübarək xanım vəfat etdiyi zaman 65 və
yaxud 70 yaşlarında idi. Cənazə namazını Mədinə
valisi Mərvan bin Hakəm qıldırmışdır.
Allah rəhmət eyləsin! Axirətdə də möminlərin
anası olaraq onun məkanını cənnət eyləsin. Amin!
Hz. Cuveyriyyə
Hz. Сафиййя
|