MÖMİNLƏRİn analari baş Məsləhətçi



Yüklə 49,39 Kb.
Pdf görüntüsü
səhifə15/16
tarix21.04.2017
ölçüsü49,39 Kb.
#15079
1   ...   8   9   10   11   12   13   14   15   16

mək istəyirdi. Bunu hiss edən Peyğəmbərimiz (s) 

261
qucağında tutduğu sevgili oğlunun yavaş-yavaş 
süzülən gözlərinə baxaraq: “Allahın təqdirinə qarşı 
əlimizdən bir şey gəlməz, ey İbrahim..”, - deyə buyur-
du.  Az sonra İbrahim fani dünyaya gözlərini əbədi 
yumdu.
İbrahimin vəfatı zamanı 18 və ya 22 aylıq ol-
duğu haqqında fərqli görüşlər vardır. O, Mazir 
oğulları yurdunda süd anası Ümmü Bürdə Hav-
lə Binti Münzir b. Zeydin evində axirət alaminə 
köç etmişdir. Cənazəsini süd anası yumuşdur. 
Cənazə onun evindən alınıb kiçik tabuta qoyul-
muş, cənazə namazını Peyğəmbərimiz (s) özü qıl-
dırmışdır. Sonra Baqi məzarlığına aparılıb orada 
Osman b. Mazunun qəbri yanında ona bir qəbir 
qazılmışdı. Peyğəmbərimiz  şəxsən özü oğlunu 
qəbrə qoyaraq qəbrin üzərinə torpaq səpilməsini 
əmr etmişdir. Həmin gün gündüz olmağına bax-
mayaraq, hava qaralmış,  günəş tutulmuşdu.
Muğirə b. Şübə nəql edir: “Rəsulullah (s) dönə-
mində oğlu İbrahim vəfat etdiyi gün Günəş tutul-
du. Buna görə  də xalq: “İbrahim öldüyünə görə 
Günəş tutuldu”, - dedilər. Rəsulullah  “Şübhəsiz 
Günəş və Ay bir kimsənin öldüyünə və ya dünyaya gəl-
diyinə görə tutulmaz. Əgər bunu görsəniz, namaz qılıb 
Allaha dua edin ”, - buyurdu.
Allah Rəsulunun (s) qızı Zeynəbin uşağı, Pey-
ğəm bərimizin (s) qucağında son nəfəsini ve rər kən, 
Pey ğəmbərimiz (s) nəvəsinin bu halını görüb göz-
ləri dolur. Bunu görən xalq da ağlayır Rəsulullah 
(s) ağlamasının səbəbini belə açıqlayır. “Həqiqətən, 
Allah, nə göz yaşı səbəbiylə, nə də qəlbin hüzünlənməsi 
səbəbiylə əzab etməz, sadəcə, -dilinə işarət etdi,- ancaq 
bunun səbəbiylə  əzab və ya mərhəmət edər. Həqiqətən, 
Hz. Mariya

Möminlərin Anaları
262
ölü ailəsinin özünə ağlaması (bir qismi) səbəbiylə əzaba 
uğrayar”, - buyurdu.
Peyğəmbərimiz (s) istər oğlu  İbrahım, istərsə 
də  nəvəsi öləndə  ağlamış, gözlərindən mərhəmət 
göz yaşları tökülmüşdür.  “Qəlb hüzünlənər gözdən 
yaş axar”, - deyə bildirmişdir. Ölüsü ölənin fərya-
di-fiğanla ağlamasını isə qadağan etmişdir. Bir qi-
sim əzab görənlərin kimlər olduğunu Peyğəmbəri-
miz (s) belə açıqlamışdır:  Onlar  arxasınca ailəsinin 
fəryadla  ağlamasını nəsihət etdiyi kimsələrdir. 
Rəsulullah (s): “Allahdan çəkin və  səbr et! Səbir 
müsibətin gəldiyi ilk andadır. Həqiqətən, aldığı da, ver-
diyi də Allahındır. Onun qatında müəyyən edilmiş bir 
əcəl vardır. Səbr et və səvabını Allahdan gözlə!” - deyə 
bu hədislərində bizlərə  səbr göstərməyimizi bu-
yurmuşdur. 
Rəhmət Peyğəmbəri (s) ümmətinə  həyatın hər 
mərhələsində üsveyi-hasənə olduğu kimi, özün-
dən  əvvəl altı övladını  qəbir evinə yola salmış  və 
Allaha üsyan etməmişdir. Təbii ki, bir valideyn 
üçün ən ağır yaşadığı müsibətlərdən biri övladını 
itir məkdir. Ancaq onda qüssələndiyi üçün ağlaya 
bi lər. Allaha üsyan edərək, saç-baş yolaraq ağlama-
ğı Peyğəmbərimiz (s) ümmətinə qadağan etmişdir. 
Mariyanın Vəfatı
Hz. Mariya, sevgili oğlunun ölümünə görə öz 
evinə çəkildi. Səbr etməkdən başqa əlindən bir şey 
gəlmirdi. Vəfat edən oğlunun qəbrini tez-tez gedib 
ziyarət edərək təsəlli tapmağa çalışırdı.  Peyğəm-
bərimiz də (s) oğlunun vəfatından sonra çox ömür 
sürmədi. Uca Rəbbinə qovuşdu. Hz. Peyğəmbərin 
(s) (miladi təqvimlə 8 iyun 632- ci il hicrətin 11-ci 

263
ilində Rəbiül-əvvəl ayının 12 də bazar ertəsi günü 
Mədinədə) vəfatından sonra Hz. Mariya tamamən 
təkliyə çəkildi. Bacısı Şirindən başqa heç kimlə gö-
rüşmədi. Ara-sıra oğlunun atası olan Hz. Peyğəm-
bərin (s) məsciddəki qəbrini və Baqi qəbirstanlı-
ğındakı oğlunun məzarını ziyarət edərdi. Bundan 
başqa evindən çölə çox çıxmazdı. 
Hz. Peyğəmbərin vəfatından sonra digər xa-
nımları aldığı kimi O da Beytul maldan özünə ayrı-
lan  bir miqdar mal ilə keçinərdi.
Hz. Mariya hicrətin 16-cı ilində  Məhərrəm 
ayında vəfat etmişdir. Hz. Ömər xalqı toplayaraq 
cənazə namazını özü qıldırmışdır. Sonra Baqi qə-
birstanlığına dəfn edilmişdir. 
Allah ondan razı olsun.  Amin.
Hz. Mariya

Жарийялик

267
Cariyəlik
Qurani-Kərimdə “mə mələkət əymənukum” ifadə-
si ilə zikr edilən “sağ əlinin sahib olduqları”
1
 kölə 
mə nasına gəlməkdədir. Bu hökmə aid olan kişilərə 
kö lə, qadınlara isə cariyə deyilməkdədir. 
İslamda köləlik tamamən qalxmamışdır. Çün-
ki dünya durduqca savaşlar davam etməkdədir. 
Kölələr də savaşlardan qalan qənimət payı olaraq 
əsir düşərlər. Bunun üçün də İslam dinində köləlik 
tamamən qalxmamış, ancaq köləyə sahib olanların 
şərtləri çətinləşmişdir.
Bu gün dünyanın heç bir yerində köləlik yox-
dur.  İlk müsəlmanlar çox qədim dövrlərdən bəri 
davam edən və bütün dünyada yayılmış köləlik 
sistemini qəbul etmişdilər. Bunu onlar icad etmə-
mişdilər. İslam nöqteyi-nəzərdən köləlik nə bir cə-
zalandırma metodudur, nə çıxış yoludur, nə də ki, 
iqtisadi məqsədlərlə istifadə olunan mənfəətli mü-
haribə  qənimətləridir. Muhamməd Hamidullahın 
fikrinə görə, bunun yeganə  səbəbi, bəşəri duyğu-
lara söykənən, çarəsiz insanları himayə altına alıb, 
mənfi hallarının islah edilməsi üçün imkan verilən 
“islah evi” kimi bir şey olmasıdır. 
1 . Əhzab surəsi, 33/50
Car

Möminlərin Anaları
268
Belə halda onların vəziyyətləri yaxşılaşdırı-
lıb,  fikri və maddi baxımından özlərinə  gəlmələri 
üçün imkanlar təmin olunur, onların sahiblərinin 
üzərinə kölələrini azad buraxma məsuliyyəti yük-
lənilir. Qanunən tələb olunan müəyyən bir elmi 
və  mədəni səviyyəyə çatdıqda kölələr istəsələr, 
öz hüriyyətlərini geri ala bilirdilər.  Məsələnin bir 
tərəfi bundan ibarətdir. Digər bir tərəfdən isə Qu-
rani-Kərim kölələrin öz hüriyyətlərinə qovuşmağı 
təmin etmək məqsədilə sadəcə bir çox əmrlər və 
təlimatlar gətirməmiş, həmçinin İslam hökumətlə-
rinə  hər il müəyyən miqdarda kölənin azadlığına 
xərclənməsi üçün büdcədə müəyyən məbləğdə pul 
ayrılmasını  şərt qoşmuşdur 
(Tövbə, 9/ 60)
. Bundan 
əlavə, Qurani –Kərim kölələr üçün “məcburi azad 
etmə” qaydasını da ortaya qoymuşdur.
Peyğəmbərimiz (s) insan haqlarının  ən gözəl 
bəyannaməsi və dinin xülasəsi sayılan məşhur 
“Vida Xütbəsində” kölələrə necə davranmaq lazım 
olduğunu bildirmişdir. Kölə sahibləri onlara yedi-
yindən yedirmək, geydiyindən geydirməyi, bir qü-
sur işlədiyində bağışlamağı tövsiyə etmişdir.  
Nikah  əqdi olmadan bir qadın kölə (yəni ca-
riyə) sadəcə öz ağasının  əmri və qulluğu altında-
dır. Çünki evlilik (nikah) olsa, kişi öz xanımının bə-
dəni üzərində sadəcə faydalanma haqqına da sahib 
olduğu halda, qadın kölənin sahibi öz cariyəsinin 
öz şəxsi üzərində  də mülkiyyət hüququna sahibdir. 
Digər bütün insanlar hətta kölənin sahibinin oğlu 
belə, bu cariyə ilə cinsi münasibətdə ola bilməz. 
Kölə sahibi ondan uşağı olmayan cariyəsini sata 

269
bilər. Kölə sahibi öz cariyəsinin başqa bir kişi ilə 
evlənməsinə icazə verə bilər. Ancaq belə olan hal-
da sahibi cariyəsi ilə cinsi münasibətdə ola bilməz. 
Əgər hər iki tərəf kölədirsə, onlardan dünyaya 
gələn uşaq da kölə olaraq doğular. Əgər yalnız kişi 
kölədirsə, uşaqlar hürr olurlar və anaya verilirlər. 
Ancaq ananın kölə olması halında cariyə ana ilə sa-
hibi arasında doğulacaq uşağın ağaya verilməyəcə-
yi barəsində əvvəlcədən şərt kəsilibsə, anada qalır. 
Cariyə bir qadının öz ağasından doğulan uşa-
ları hürr  doğulurlar və bu ana artıq “uşaq anası” 
adını alır. Hüquqən bu, sahibinin artıq həmin ca-
riyəsini sata bilməyəcəyi, onu heç bir şəkildə başqa 
bir kişiyə verə bilməyəcəyi, hətta sahibi onu sağ 
ikən azad etməyibsə, onun ölümü ilə eyni anda 
cariyənin hürriyyətinə qovuşacağı mənasına gəlir. 
İslam hüququnda nikahlı azad bir zövcə ilə cariyə 
arasındakı ən böyük fərq cariyənin öz sahibindən 
nikahlı bir zövcə kimi miras alma haqqına sahib ol-
mamasıdır.
Hz. Peyğəmbərin də (s)  iki cariyəsi olmuş, bun-
lardan biri Mariya, digəri isə Reyhanədir. Təbii ki, 
Peyğəmbərimiz (s) hər nöqtədə örnək olduğu kimi, 
cariyələrlə  gözəl münasibətilə də örnək olmuşdur. 
Hz. Reyhanə Amr b. Hunafə
Müsəlmanlara Xəndək hərbində  xəyanət edən 
Bəni Qurayzə yahudiləri ilə edilən hərbin zəfərlə 
nəticələnməsində əldə edilən qənimətləri içində əsr 
düşən Reyhanə Peyğəmbərimizin (s) cariyəsidir.
Cariyəlik

Möminlərin Anaları
270
Muhamməd Hamidullahın görüşünə görə, Bə-
ni Qurayzə yahudilərindədir. Hz. Reyhanənin Bəni 
Qurayzədən  Şemun b. Zeyd b. Qassamanın qızı 
olduğu bilinməkdədir. Bu haqda fərqli görüşlər 
vardır ki, onun Qurayzə yahudilərindən olduğu 
bildirilməsi ilə yanaşı, Bəni Nadir yahudilərindən 
də olduğu söylənməkdədir. Buna görə Bəni Nadir-
dən Zeyd b. Amr b. Hunafənin (və ya Kunafənin) 
qızıdır.
Bəni Qurayzə Hərbi
Rəsulullah (s) Mədinəyə  gəldikdən sonra ya-
hudilərlə razılaşma imzalayıb onların canlarını, 
mallarını, hüriyyətlərini qorunması üçün Mədinə 
vətəndaşı kimi qəbul edərək müqavilə bağlamışdı. 
Ancaq Qureyşlillərin qorxutmaları  səbəbiylə  Bəni 
Qurayzə müsəlmanlara qarşı üsyan etmişlər. Allah 
Rəsulu (s) yahudilərlə müqaviləni yeniləməyə ça-
lışmış, Bəni Nadir yahudiləri bunu rədd etdiyindən 
Mədinədən sürgün edildilər. Fəqət Bəni Qurayzə 
müqaviləni yeniləmiş  və  əvvəlki  şərtlərə görə ya-
şamağa davam etdilər. Bir müddət sonra  Bəni 
Qurayzə, Qureyş müşrikləri tərəfindən başlayan 
Xəndək hərbində  müsəlmanların əleyhinə açıq-a-
çığına döyüşdülər. Bunun üçün Rəsulullah (s) Xən-
dək hərbi qurtardıqdan sonra müsəlmanlara silah-
larını  çıxarmamalarını  əmr edərək  Bəni Qurayzə 
üzərinə yürüyüş etdi. Onlar  müsəlmanlara qarşı 
dirənməsəydilər, bağışlanacaqdılar. Ancaq onların 
dirənməsi səbəbiylə, müsəlmanlar Bəni Qurayzə-
liləri məğlub etməklə onlardan çoxlu qənimət əldə 

271
edildi.  Bu qənimətlər arasında əsir düşən Reyhanə 
də vardı.
Hicri 5-ci ildə  Bəni Qurayzə  qəbiləsi ilə baş 
verən müharibə nəticəsində o, Hz. Peyğəmbərə (s) 
qənimət payı olaraq düşmüşdü. Bir az tərəddüd 
etdikdən sonra islam dinin qəbul etmişdi. Bundan 
sonra da Hz. Peyğəmbər (s) ona evlilik təklif etmiş 
və beləliklə də, onun öz hürriyyətinə qovuşacağını 
bildirmişdi. Ancaq o, belə cavab verir: “Məni ni-
kahlamaqdansa, cariyən kimi saxla! Mən bir cariyə 
olaraq qalmaq istəyirəm. Çünki hürr müsəlman 
qadınları kimi başımı örtüb, üzümə niqab örtmək 
isrəmirəm.” 
Allah Rəsulu (s) da onun bu təklif ilə razılaş-
dı. Beləliklə, o, öz əvvəlki evində qalmış hətta Mə-
dinəyə belə ayaq basmadı.
Rəsulullah Onu bəyənir və  hər istəyini yerinə 
gətirirdi. Onunla olan evliliyi hicrətin altıncı ilin-
də Məhərrəm ayında oldu. Hz. Peyğəmbər (s) Vida 
Həccindən geri dönərkən vəfat etmişdir. Rəsulul-
lah Onu Baqi məzarlığına dəfn etdi.
Allah ondan razı olsun.  
Cariyəlik

Möminlərin Anaları
272
Hz. Peyğəmbərin (s) çox evlənmə səbəbləri
İslamdan əvvəl Ərəbistanda çox qadınla evlən-
məyin məhdudiyyəti olmadığı hamıya məlumdur. 
Lakin çox arvadlılıq daha çox qəbilə başçılarına 
məxsus bir xüsusiyyət idi. Digər kişilərin əksəriy-
yəti isə təkarvadlı idi.
Qədim İran, Çin, Brahma hüququnda, Babildə 
Hammurabi qanunlarında birdən artıq qadınla ev-
lilik əsas qəbul edilmişdir. Roma hüququnda istif-
raş, yəni evli olmadan bir yerdə yaşamaq mövcud 
idi. Tövratda Davud Peyğəmbərin bir neçə qadın-
la evləndiyi qeyd edilir. İncildə birdən çox qadın-
la evlənməyi qadağan edən bir hökm yoxdur. Bu 
səbəbdən XVI əsrə  qədər xristianlarda çox evlilik 
normal sayılırdı. Hətta  filosof Herbert Spenserə 
görə XI əsrdə  İngiltərədə kilsə, qadının başqa ki-
şiyə müəyyən bir müddətlə istifadəyə verilə biləcə-
yi haqqında qanun çıxarmışdır.
Mənbələrdə qeyd olunan məlumatlara baxıldı-
ğında çox evlənmənin İslamdan əvvəl mövcud ol-
duğu görülməkdədir. 
Avropalılar və digər insanlar Rəsulullahının 
(s), çox evliliklərinin mahiyyətini öyrənib araşdır-
madan lazımsız tənqidlər yağdırmaqdadırlar. Çox 
evlilik Tövrat, Zəbur və İncil zamanlarında da ol-

273
muşdur. Kadı Muhammed Süleyman, Rahmətəl 
lil-Aləmin kitabında verdiyi məlumata görə Tövrat-
dakı hökmlər çox evliliyə  təşviq etməkdədir.  Əv-
vəlki Peyğəmbərlərin çoxunun birdən çox zövcələ-
ri olmuşdur.  İbrahimin iki, Yaqubun və Musanın 
dörd, Davudun doqquz, bəzi qaynaqlarda bu sayı-
dan daha çox olduğu bildirilməkdədir.
İslamdan sonra çox evliliklərə  nəzər salındı-
ğında ilk olaraq Peyğəmbərimizin (s) çox evlilikləri 
diqqət çəkməkdədir. Ancaq bu haqda incələndi-
yində görülməkdədir ki, çox evlənməni Peyğəm-
bərimiz başlatmayıb, bu əvvəlki dövrlərdə də rast 
gəlinən evlilik şəkillərindəndir. Allah Rəsulunun 
(s) evlənmə səbəblərinə nəzər salınsa, bir çox hik-
mətlər ortaya çıxmaqdadır.  İlk  əvvəl görək  İslam 
neçə qadınla və hansı  şərtlər altında evlənməyə 
icazə vermişdir.
İslam dörd qadınla evlənməyi bəzi şərtlərlə ica-
zə verərkən, digər tərəfdən də  tək qadınla evlən-
məyə  təşviq etməkdədir. Ancaq dörddən çox qa-
dınla evlənməyi də qadağan etmişdir. Bu haqda 
Allah-Təala Qurani-Kərimdə belə buyurur:  “Əgər 
yetim qızlarla  (evlənəcəyiniz təqdirdə)  ədalət-
lə  rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o 
zaman sizə halal olan (bəyəndiyiniz)  başqa qa-
dınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! 
Əgər  (onlarla da) ədalətli dolanacağınızdan  əmin 
deyilsinizsə, o halda təkcə bir nəfər (azad) qadın 
və ya sahib olduğunuz kənizlə evlənin (yaxud: o 
halda təkcə bir nəfər azad qadınla evlənin və ya əli-
Cariyəlik

Möminlərin Anaları
274
nizin altında olan kənizlə kifayətlənin). Bu, ədalət-
li olmağa daha yaxındır.”
2
Birdən çox qadınla evlənən kimsə, xanımları 
arasında  ədaləti və  bərabərliyi gözləmək məcbu-
riyyətindədir. Onların yemə-içmələrində, geyim və 
rahatlığında fərq qoymamalıdır. 
Hər birinin yanında eyni miqdarda qalmalıdır. 
Bunları etmək o qədər də çətin deyildir. Ancaq hə-
yat yoldaşlarını eyni dərəcədə sevmək, sevgisini 
eyni paylaşdırmaq insanın təbiətinə ziddir. Qadın-
ların maddi ehtiyaclarına fərq qoymadan təmin et-
məlidir. Onları eyni dərəcədə sevməyə gəldikdə isə 
insanın yaradılışına zidd olduğuna görə bu səbəblə 
Allah-Təala birdən çox evlənən kişilərə, eyni dərə-
cədə sevmə  məcburiyyətini gətirməmişdir. Çünki 
adəmoğlunun bir neçə insanı eyni şəkildə fərq qoy-
madan sevməsi mümkün deyil.
3
İbni Abbasdan rəvayət edildiyinə görə, dörd 
qadınla nikahlanıb evlənməyə  icazə verilmişdirsə 
də, yenə əsas olanı biri ilə evlənməkdir. Birdən çox 
qadınla evlənməyə dinimizin icazə verməsi, əxlaqı 
və ictimai zəruriyyət olmasıdır ki, qadınlar arasın-
da  ədaləti gözləmək və gözəl davranmaq da şərt 
qoşulmuşdur.
“Siz nə qədər çox istəsəniz də, heç vaxt arvad-
lar arasında ədalətlə rəftar etməyi bacarmazsınız. 
Barı  (birisinə)  tamamilə meyl göstərib, digərini 
asılı vəziyyətdə (nə ərli kimi ərli, nə də boşanmış 
kimi boşanmış)  qoymayın  Əgər özünüzü islah 
2 .  Nisa surəsi, 4/3
3 .  Riyazüs-Salihin, II, səh. 316

275
edib (belə hərəkətdən) çəkinsəniz (Allah sizi bağış-
lar). Həqiqətən Allah bağışlayandır, rəhm edən-
dir! ” 
4
Allah Rəsulu (s) bir hədisi şərifində: “Bir kişinin 
nikahında iki qadın olsa, aralarında ədaləti gözləməzsə, 
qiyamət günündə bir tərəfi iflic olaraq dirildilər”
5
,- bu-
yurmuşdur. 
Dörddən çox qadınla evlənməyi Allah sadəcə 
Peyğəmbərimizə (s) icazə vermişdir. 
(Bu qədər çox sayda qadınla evlənməyi) digər 
möminlərə deyil, sırf sənə  məxsus olmaq üzrə 
(halal qıldıq).  Biz zövcələri və  əlləri altında olan 
(cariyələri) haqqında möminlərə nə hökm etdiyi-
mizi bildik. (Onlara bu haqda nə etmələri lazım-
dırsa açıqladıq) ki, sənə bir çətinlik olmasın.”
6
On iki qadınla evlənən Hz. Peyğəmbər (s) İslam 
dövləti ilə əlaqəli gördüyü bütün sosial məqsədləri 
həyata keçmişdir. Peyğəmbərimiz (s) bəzi hədis-
çilərin nəqlindən çıxarılan nəticələrə görə bütün 
zövcələri ilə hər gecə bərabər olmazdı. Bəzi İslam 
düşmanlarının sözlərinə görə Hz. Peyğəmbərin (s) 
şəhvətinə    bağlı, hətta  şəhvət yönündən qırx kişi 
gücünə sahib olduğunu iddia edirlər. Ancaq aşağı-
da söyləyəcəyimiz ayeyi-kərimə bütün bu iddiaları 
rədd etməkdədir. Allah Rəsulu (s) qadınlarından 
dilədiyi ilə bərabər olmağı başqa zamana saxlayar, 
dilədiyində yanına alır, dilədiyində də uzaq yaşa-
yardı. Bütün bu iddialar, müsəlman adını ləkələyən 
4 . Nisa surəsi,  4/129 
5 . Sahih-i Buhari Muhtasarı Teccrid-i Sarih, səh. 286 
6 .  Əhzab surəsi, 33/50
Cariyəlik

Möminlərin Anaları
276
İslam camaatı arasında olan bəzi İslam düşmənlə-
rinin yalançı iftiralarından başqa bir şey deyildir.
O zaman ortaya belə bir sual çıxır. Allah Rəsu-
luna peyğəmbərlik yeni gələrkən bunu qəbul et-
məyən Məkkə müşrikləri heç bir nəfsin rədd edə 
bilməyəcəyi üç şey təklif etmişdilər; sərvət, şöhrət, 
şəhvət. Yəni istəyirsənsə  səni zəngin edək, bizə 
başçı olmaq istəyirsənsə  səni özümüzə    rəis təyin 
edək, zadəgan bir qızla evlənmək istəyirsənsə səni 
Qureyşin ən gözəl qadını ilə evləndirək demişdilər. 
Əgər  Peyğəmbərimiz  (s), İslam düşmənlərinin 
söylədikləri kimi şəhvət üçün evlənmişdisə, o tək-
lifi elə o vaxt qəbul edərdi. 
Afzalur Rahmanın  əcnəbi yazarların Hz. Pey-
ğəmbər (s) haqqındakı gözəl etiraflarını  qələmə 
almış, (The Ideal World Prophet, Lahor, 1935) əsə-
rindən verdiyi məlumata görə  İslamdan əvvəl və 
sonra heç bir müşrik və ya münafiq Hz. Peyğəmbə-
rin (s) şəxiyyətinə, gözəl xasiyyət və xarakterinə bir 
tək ləkə belə sürməmişdirlər. İndi kim hansı dəlil 
və cəsarətiylə Ondan  mindörd yüz il sonra yaşa-
yıb  O böyük insan və Allah Rəsulu haqqında xoşa 
gəlməz sözlər söyləyə bilirlər? Ona böyük kin bəs-
ləyənlər belə xarakterində zərrə qədər də olsa şü-
bhəyə düşmədilər. Çağdaşları tərəfindən xasiyyəti 
təqdir edilən, böyük hörmət görən, əshabı tərəfin-
dən İslamın lideri olaraq bütün hərəkətləri izlənən 
və  tərif edilən, dünyanın qurtarıcısı elan edilən, 
təbliğatı doğrulanıb üstün görülən, iyirmi illik bir 
zaman içində bütün Ərəbistanın şəklini dəyişdirən 
pis vərdişləri və  əxlaqsızlıqları silib süpürən, xa-

277
rakterinin aydınlıq nuru ilə küfrün qaranlıqlarını 
dağıdan belə bir şəxsiyyət necə cinsi arzularının 
arxasınca gedən birisi kimi ittiham edilə bilər? 
(Ya Rəsulum!) Onlardan (zövcələrindən) istə-
diyini  (istədiyinin səninlə gecələmək növbəsini) 
təxirə salar,  istədiyini də (gecəni onunla keçir-
mək üçün) öz yanına ala bilərsən.  (Bir müddət 
özündən) ayırdığın  (növbəsini təxirə saldığın, 
rici talaqla boşadığın) övrətlərindən də istədiyini 
(yenidən) öz yanına qaytarmaqdan sənə heç bir 
günah gəlməz. Onların gözlərinin aydın olması 
(sevinməsi), kədərlənməmələri və  sənin onlara 
verdiklərindən razı qalmaları üçün ən münasib 
olanı budur. Allah qəlblərinizdə olanları  (kimin 
daha çox kimə meyl etdiyini) bilir. Allah (hər şeyi) 
biləndir, həlimdir! Bundan sonra(bu övrətlərin-
dən əlavə) sənə (başqa) qadınlar həlal olmaz. Sa-
hib olduğunuz cariyələr isə istisnadır.  Allah hər 
şeyə nəzarət edəndir!” 
7
  
Rəsulullahın (s) ailə  həyatından bəhs etmək 
iki ünsürü incələmək deməkdir. Bunlardan birisi 
şəxsən Hz. Peyğəmbərin (s) özüdür. O, Allahın 
“Həqiqətən, Sən uca bir əxlaq üzərindəsən”
8
 ayə-
sinin bildirdiyi  mükəmməl insandır. Belə olması 
da təbiidir. Çünki O, axırzaman peyğəmbəri olaraq 
bütün bəşəriyyətə göndərilən bir rəsuldur. 
Hz. Peyğəmbərin (s) evində incələnəcək olan 
ikinci ünsür isə xanımlarıdır.  Şübhəsiz onlar da 
fəzilət sahibi, seçilmiş insanlardır. Ancaq xəta və 
7 . Əhzab surəsi, 33/51-52
8 . Qələm surəsi,  4/68
Cariyəlik

Möminlərin Anaları
278
günahlardan təmizlənmələri Rəsulullah (s) dərə-
cəsində deyildir. Hz. Peyğəmbərin (s) xanımları 
arasında bir sıra
 
məziyyət fərqlilikləri vardır. Belə 
olması təbii və müsəlmanlar üçün bir lütfdür. Əgər 
onlar da xətasız, günahdan təmizlənmiş olsaydı, 
Hz. Peyğəmbərin (s) evi həqiqi həyatdan çox uzaq 
olar və hər bir mömin ailə problemlərini həll etmə 
imkanından məhrum qalardı. O zaman Rəsululla-
hın (s) ailə  həyatınından nümunə götürmək çətin 
olardı. 
Uca Allah Rəsulunun (s) bizlər üçün ən gö zəl 
nümunə olduğunu ayeyi-kərimədə bildirməkdədir.
“ Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət 
gününə ümid bəsləyənlər (Allahdan qiyamət gü-
nüdən qorxanlar) və Allahı çox zikr edənlər üçün 
gözəl örnəkdir.
9
Axırzamana göndərilən son Peyğəmbər Hz. 
Muhammədin (s) Allahın  əmri ilə bir çox qadınla 
evlənməsinin səbəbləri belədir.
Bilindiyi kimi, İslamın qadınlarla əlaqəli bir çox 
hökmləri vardır. Bu hökmlərin öyrədilməsi də an-
caq qadınlar vasitəsiylə mümkündür. Ailə içində 
söylənilməsi və edilməsi lazım olan bir çox şeylər 
vardır.  İslam ümmətinin və  hətta bütün bir dün-
yanın bunlardan xəbərsiz olması İslamı incəliyi ilə 
öyrənməsi yönündən doğru olmazdı. Bu səbəblə 
Hz. Peyğəmbərin (s) xanımları ondan gördüklərini 
və eşitdiklərini digər müsəlman qadınlara bildirir-
dilər. Hətta bu bildiklərini başqalarına öyrətməklə 
9 . Əhzab surəsi, 33/21 
    

279
vəzifəli idilər. Əslində bu bizə Hz. Peyğəmbərin (s) 
xanımlarının dinin yayılmasında və öyrədilməsin-
də nə qədər böyük bir vəzifə yükünü daşıdıqlarını 
göstərməkdədir. Həqiqətdə  İslamı  məsəslələrdə 
elə  şeylər vardır ki, Peyğəmbər (s) bunları açıq-
dan-açığa qadınlara söyləyə bilməzdi. Bu kimi şey-
lərin açıqlanması və bildirilməsi ancaq Peyğəmbər 
xanımları vasitəsi ilə mümkün olardı. Elə hədislər 
vardır ki, qadınlar tərəfindən sual verilməsi ilə mö-
minlərin anaları sayılan Peyğəmbərimizin xanım-
ları, Allah Rəsulundan (s) öyrənməklə cavabını 
verdikləri bilinməkdədir. 
Rəsulullahın (s) əxlaqı yönü ilə bəzi məlumat-
ların, xanımları vasitəsiylə günümüzə çatdırılmış-
dır. Yalnız bir qadının bu qədər vəzifəni yerinə ye-
tirəcəyini söyləmək doğru deyil. Bir çox məsələləri 
qavramaq və onları istənilən şəkildə insanlara başa 
salmaq üçün bütün yaradılış xüsusiyyətlərinə sahib 
olmaq lazımdır. Ancaq hər kəsin yaradılış və qabi-
liyyəti eyni olmadığından problemləri danışmaq 
üçün fərqli xarakterə sahib olan insanlara ehtiyacı 
vardır. Bu da onu göstərir ki, Hz. Peyğəmbərə bu 
qədər yaxın olan xanımları, Onun bir çox qadınla 
evlənməsinin hikmətini ortaya qoyan səbəblərdən 
biri olur.
Savaş  və  bənzəri halların nəticələrində ortada 
qalan çox sayıda dul, əsir və qız qadınlar münasib 
bir  şəkildə nikah bağı ilə evlilik qalası içinə alın-
maqda, həm  əxlaqən həm də  fizikən qorunmaları 
qarşılanır. Son iki dünya savaşından çıxıldığında 
Avropada az sayda evlilik olduğu aşikara çıxarıl-
Cariyəlik

Möminlərin Anaları
280
dığı üçün əxlaqi çöküntü yaşanmışdır. İslamın ilk 
dövrlərində davamlı mübarizələr olduğundan bö-
yük itkilər verilirdi. Bundan başqa da bir çox dul 
və əsirlər, qadınlar, qızlar vardı. Bu problem evlilik 
yolu ilə həll edilirdi. 
Peyğəmbərimizin (s) qoyduğu bu ölçülər qey-
ri-məşru evliliklərin qarşısını almaqla cəmiyyətdə 
sosial və  əxlaqi nizam öz yerini tutmuşdu. Bu öl-
çülər arasında içkinin qadağan edilməsi, zina cə-
zası  və hicabın fərz buyurulması da sayıla bilər. 
Savaşlardan qalan bir çox dul və əsirlərin pis aqi-
bətlərə düşməməsi üçün çox evliliyin böyük rolu 
olmuşdur.
Hz. Peyğəmbərə (s) hicrətin yeddinci ilində 
Əhzab surəsinin 52-ci ayəsi ilə bundan sonra başqa 
qadınla evlənməməsi əmr edildi.
Peyğəmbərimizin (s) çox evlənməsinin hikmət-
Yüklə 49,39 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin