Osman Nuri Topbaş 5 mn ön söz nəbilər silsiləsi dərs



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə1/28
tarix31.01.2017
ölçüsü2,91 Mb.
#6965
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   28

BAKI-2006

Tərcüməçi:            Asim Həmidov
Məsləhətçi:            Ahmet Tecim
Redaktor:              H. Arif Heydəroğlu
Nəşrə hazırlayan: Salih Zeki Meriç
Dizayn:                  Ülvi Məmmədov, Əflatun Məmmədov,

D Ə R S   K İ T A B I
N Ə B İ L Ə R
S İ L S İ L Ə S İ-2
(Müxtəsər Peyğəmbərlər Tarixi)
Osman Nuri Topbaş

5
MN
ÖN SÖZ
“Nəbilər silsiləsi dərs kitabı-1”in davamı olan bu kitabımızda, birinci 
kitabın ön sözündə zikr olunan üsul və metodlara eynən riayət edilmişdir.
Bu kitabımızda “Nəbilər silsiləsi dərs kitabı-1”də adı  çəkilən 
peyğəmbərlərə əlavə olaraq;
Əsa möcüzəsi ilə axmaq Fironu Qırmızı dənizin girdablarında boğan 
Musa (əleyhissəlam);
Ona hər zaman və  məkanda köməkçi olan saleh qardaşı  Harun 
(əleyhissəlam);
Zikri ilə dağları daşları hətta, vəhşi heyvanları belə cuşə gətirən Da-
vud (əleyhissəlam);
Möhtəşəm dünya sərvət və səltənətini qəlbinin xaricində daşıyan Sü-
leyman (əleyhissəlam);
Yüz illik bir ölümdən sonra təkrar dirildilərək, qiyamətdəki yenidən 
yaradılışa misal olan Üzeyr (əleyhissəlam);
Dərin təfəkkürü ilə səbrin bülöv daşı olan Əyyub (əleyhissəlam);
Böyük bir vəcd halında, dua və zikrin həqiqətində  dərinləşərək 
qaranlıqları aşan Yunus (əleyhissəlam);
Ardında “İlyasa salam olsun!” deyə bir ad-san buraxan İlyas 
(əleyhissəlam);
Aləmlərə üstün qılınan Əlyəsə (əleyhissəlam);
İlahi rəhmətə qərq olan saleh peyğəmbər 
Zülki  (əleyhissəlam);
Zahiri və batini həkimlərin piri Loğman Həkim (əleyhissəlam);

Mişarla ikiyə bölünən məzlum peyğəmbər Zəkəriyya (əleyhissəlam);
Atası kimi ölümü şəhidliklə qarşılayan Yəhya (əleyhissəlam);
Xəstələrə  şəfa verib ölüləri dirildən, səmavi  İsa  (əleyhissəlam)  ələ 
alınmışdır.
Kitabın hazırlanmasında səy göstərən komissiya üzvlərinə xüsusən 
təşəkkür edir, əsərin hamımız üçün sədəqeyi cariyə olmasını Rəbbimdən 
diləyirəm.
Əcz və  zəifliyimizdən qaynaqlanan xətaların bağışlanmasını
Rəbbimizdən niyaz edir, Onun sonsuz rəhmət və mərhəmətinə iltica edi-
rik.
Tövfiq  (müvəffəqiyyət) yalnız Allahdandır.
Osman Nuri Topbaş
                                                                                   11. 02. 2005 
                                                                                      Üsküdar
 

7
MN

Əsa möcüzəsi ilə axmaq Fironu Qırmızı Dənizin
girdablarında boğan
HƏZRƏT MUSA
(əleyhissəlam)
və 
Ona hər zaman, hər yerdə köməkçi olan
saleh qardaşı
HƏZRƏT HARUN
(əleyhissəlam)
Qurani-Kərimdə adı  ən çox çəkilən Musa (əleyhissəlam), Həzrət 
Yusifdən (əleyhissəlam) sonra Allahın  İsrail oğullarına göndərdiyi “ülül-
əzm”
1
  peyğəmbərlərdən biridir. İmranın oğlu olan Həzrət Musanın soyu, 
Həzrət Yaqub və İshaqın (əleyhiməssəlam) yolu ilə Həzrət İbrahimə qədər 
çatmaqdadır. Harun (əleyhissəlam) isə  Həzrət Musanın (əleyhissəlam) 
qardaşıdır.
Həzrət Yusifi (əleyhissəlam), dövlətinə maliyyə naziri (xəzinə naziri)
edən Misir Fironlarından Rəyyan ibn Vəlid Allaha inanan bir şəxs idi. On-
dan sonra Fironluq taxtına Kabus adında biri keçdi. Bu şəxs, Həzrət Yusifə 
(əleyhissəlam) iman gətirmədi, ancaq onu nazirlikdən də götürmədi. 
Daha sonrakı dövrlərdə  gələn Fironlar isə  İsrail oğullarına heç qiymət 
verməmişlər.
Həzrət Yusifdən (əleyhissəlam) sonra İsrail oğulları Misirdə qalmışdı. 
Onlar Həzrət Yusif, Yaqub, İshaq və İbrahimin (əleyhimüssəlam) dinlərinə 
bağlı idilər. Misirin yerliləri olan qibtilər isə bütpərəst idi. Onlar ulduzlara 
və bütlərə tapınırdılar.  İsrailoğullarına da alçaldıcı bir gözlə baxırdılar. 
9
MN
1. Ən yüksək dərəcədəki peyğəmbərlər.

10
MN

11
MN
Qibtilərin fironları da qəddar və zalım insanlar idi. Onlar, İsrailoğullarının
çoxalmalarını istəmirdilər. “Sibti” deyilən Bəni İsrail qövmü çoxalarsa, iqti-
dar onların əlinə keçər deyə fikir edirdilər.
Bu səbəbdən qibtilər, Fironları başda olmaqla sibtilərə zülm və əziyyət 
etməyə başladılar. Onların artan zülmlərinə dözə bilməyən sibtilər isə 
çəkdikləri sıxıntılardan bezdilər. Artıq burada ictimai və siyasi haqlarını 
tamam itirmişdilər. Həzrət Yaqubun (əleyhissəlam) yurdu olan Kənan 
diyarına köç etmək istədilər, lakin heç cür müvəffəq ola bilmədilər. Çün-
ki Firon, onları piramidaların inşası və başqa ağır işlərdə çalışdırır və bu 
səbəbdən buraxmaq istəmirdi.
Firon, 12 qəbilədən meydana gələn və hər bir qolu Həzrət Yaqubun 
(əleyhissəlam) oğullarından birinə dayanan İsrail oğullarını çətin şəraitdə 
çalışdırır, daim təzyiq altında saxlayır və onlara zülm edirdi. O, işləyə 
bilməyənlərə belə ağır vergilər qoyurdu. Gündəlik vergisini günəş batmadan 
gətirməyənlərin də qollarını bağlayaraq onları bir ay eləcə saxlayırdı.
“Həqiqətən, Firon yer üzündə (Misirdə) baş qaldırıb onun əhalisini 
zümrələrə bölmüşdü.  (Firon)  onların arasında olan bir tayfanı  (İsrail 
oğullarını) gücsüz (aciz) görüb onların (yeni doğulan) oğlan uşaqlarını 
öldürür, qızlarını isə sağ buraxırdı. O, həqiqətən, (yer üzündə) fitnə-
fəsad törədənlərdən idi!”
 (Qəsəs surəsi, 4)
“…Həqiqətən, Firon, vəziri Haman və onların  əsgərləri (küfr 
etdiklərinə, məsum uşaqları öldürdüklərinə görə) günahkar idilər.” 
(Qəsəs 
surəsi, 8)
Bu zülm və böhran dövründə Haqq Təala, Həzrət Musanı (əleyhissəlam) 
onlara peyğəmbər göndərdi.
“Biz isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə (İsrail oğullarına) 
mərhəmət göstərək, onları (xeyirxah işlərdə) öndə gedənlər və (Fironun 
mülkünə) varislər edək.”  
(Qəsəs surəsi, 5) 
“Və onları yer üzündə (Misirdə, Şamda) yerləşdirib möhkəmləndi-
rək, Firona, (vəziri) Hamana və ordularına onların qorxub çəkindikləri 
şeyi  (İsrail oğullarından birinin əli ilə  məhv edilib hakimiyyətlərinə son 
qoyulmasını) göstərək.” 
(Qəsəs surəsi, 6) 
Fironu qorxudan yuxu
Firon, bir gecə yuxusunda Beyti-Məqdisdən bir od çıxıb, qibtilərin 
evlərini yandırdığını, ancaq İsrail oğullarının evlərinə  zərər vermədiyini 
gördü.

12
MN
Yuxusunu yozduranda ona:
“Bəni İsraildən bir uşaq çıxıb sənin səltənətini yıxacaq!”–dedilər.
Buna görə Firon, əsgərlərinə  İsrail oğullarından doğulacaq bütün 
uşaqların öldürülməsini əmr etdi.
Qamışdan alətlər düzəldənlər; doğumu yaxınlaşmış qadınların 
qarınlarına sancıb böyük bir əziyyət ilə onlara bir an əvvəl doğum etdirirdilər. 
Əgər doğulan uşaq oğlandırsa, onu dərhal öldürürdülər. Bu əsnada Həzrət 
Yaqubun nəslindən olan İmranın oğlu Musa dünyaya gəldi. Mamaçalardan 
biri Həzrət Musanın yaxını idi. Musa doğulanda mamaça onun alnında çox 
parlaq bir nur görmüş heyrət və dəhşət içində qalmışdı.
Mamaçalar doğum işini qurtardıqdan sonra çölə çıxdılar. Çox keçmədən 
Fironun adamları gəlib evə girdilər. Həzrət Musanın (əleyhissəlam) anası, 
çöldəki təhlükəli vəziyyəti hiss edəndə, həyəcanından uşağı dərhal təndirin 
içində gizlətdi. Əskərlər axtardıqlarını tapa bilməyib evdən çıxanda Həzrət 
Musanın (əleyhissəlam) anası uşağının yandığını düşünərək çox kədərli 
bir  şəkildə  təndiri açdı  və övladının Həzrət  İbrahim (əleyhissəlam) kimi, 
odun ortasında salamat qaldığını gördü. Buna çox sevinən anası, dərhal 
balasını qucağına aldı və Haqq Təalaya şükr etdi. Daha sonra ona Allah-
dan bir ilham gəldi. Uşağını əmizdirməsi və təhlükə ilə üzləşdikdə də Nil 
çayına buraxması əmr edildi. Həzrət Musanın bir gün təkrar ona veriləcəyi 
və böyük bir peyğəmbər olacağı müjdələndi.
“Biz Musanın anasına (ilham yolu ilə, yaxud röyada): “Onu (Musanı) 
əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya (Nil çayına) at. (Uşağın 
suda boğulacağından) qorxma və (ayrılığına da) kədərlənmə. Biz onu 
sənə qaytaracaq, özünü də  (şəriət sahibi olan) peyğəmbərlərdən 
edəcəyik!” - deyə bildirdik.” 
(Qəsəs surəsi, 7)
Buna görə  Həzrət Musanın (əleyhissəlam) anası, dülgərə gedib bir 
sandıq düzəltdirdi. Həzrət Musanı (əleyhissəlam) içinə qoyaraq Nil çayına 
atdı.
Ancaq sandığı düzəldən dülgər işi sezmişdi. Dərhal gedib Firona 
şikayət etmək istədi. Ancaq Fironun yanına gələndə dili tutuldu heç nə 
danışa bilmədi. Buna görə Fironun adamları onu qovdular.
Nil sularında üzən sandıq, sarayın bağçasına gəldikdə burada ilişib 
qaldı. Cariyələr onu alıb Asiyə anamıza apardılar.

13
MN
Həzrət Musa Fironun sarayında
Həzrət Yusifə  (əleyhissəlam) iman gətirən Rəyyan ibn Vəlidin soy-
undan gələn Asiyə Fironun yoldaşı idi. Bir sandıq içində ona gətirilən 
Musanı görəndə, könlündə ona qarşı böyük bir məhəbbət hasil oldu. Çün-
ki uşaq çox gözəl idi. Onu quçağına alıb bağrına basdı sonra onu Fironun 
yanına apardı və:
“Bu bizim uşağımız olur. İrəlidə bizə çox kömək edər və bizi qoruyar. 
Bu ikimizin də gözəl bir balası sayılır! Nə olar, buna qıyma!”–kimi sözlərlə 
ərini qane etməyə müvəffəq oldu.
Fironun qadını (Asiyə) dedi: “Bu uşaq mənim də, sənin də göz 
bəbəyimiz (gözaydınlığımız, gözümüzə sevinc olsun). Onu öldürməyin. 
Ola bilsin ki, (o böyüyəndə) bizə bir fayda verər, yaxud da onu oğulluğa 
götürərik!” Onlar (işin nə yerdə olduğunu) bilmirdilər.” 
(Qəsəs surəsi, 9) 
Həzrət Musanın sarayda qalması dəqiqləşdikdən sonra ona bir süd ana 
axtarıldı. Bir çox qadın saraya çağrıldı. Ancaq uşaq heç bir ananı əmmirdi. 
Həzrət Musanın (əleyhissəlam) bacısı  Məryəm, onların danışdıqlarını 
görəndə saraydan qəbul etdikləri təqdirdə anasının könüllü olaraq süd 
anası ola biləcəyini xəbər verdi. Çünki:
“O, (Musanın Məryəm, yaxud Gülsüm adlı) bacısına: “Onun dalınca 
get!  (Əhvalatdan xəbər tut!)” - dedi. O da (saraya yol tapıb Fironun 
adamları onun kim olduğunu)  hiss etmədən uzaqdan-uzağa (Musanı) 
gördü.” 
(Qəsəs surəsi, 11)
“Bundan (anası saraya gəlməmişdən) qabaq Biz ona (Musaya) süd 
analarını (özgə qadınların döşünü əmməyi) qadağan etmişdik. (Musanın 
bacısı Firon əhlinə) belə dedi: “Sizin üçün o uşağa süd verməyi (ona 
baxmağı)  təmin edəcək, həm də ona qarşı xeyirxah olacaq (onunla 
yaxşı davranacaq) bir ailəni (ev əhlini)  sizə nişan verimmi?”” 
(Qəsəs 
surəsi, 12)
“Beləliklə, gözü aydın olsun, (oğlunun ayrılığına)  kədərlənməsin 
və Allahın vədinin haqq olduğunu bilsin deyə,  (Musanı)  anasına 
qaytardıq. Lakin onların  (insanların, yaxud Firon əhlinin)  əksəriyyəti 
(Allahın vədinin doğru olduğunu) bilməz!” 
(Qəsəs surəsi, 13)
Həzrət Musanın (əleyhissəlam) anası, İlahi vədin gerçəkləşəcəyindən 
şübhə etmirdi. Bunun üçün ondan şübhələnməsinlər deyə Musanın 
əmizdirilməsi tələbini dərhal qəbul etmədi.

14
MN
“–Mənim Harun adında bir oğlum var. Məni onunla birlikdə  qəbul 
edərsinizsə uşağı əmizdirərəm. Əks halda əmizdirə bilmərəm!…”–dedi.
Beləcə onun, Musanın anası olduğunu anlamadılar. Musaya ücrətli 
olaraq süd verməsini ona əmr etdilər.
Firon ilə yoldaşı, Həzrət Musanı övladlığa götürmək istəyərkən, yəqin 
ki onlar, uşağın öz tərbiyələri altında yetişməsi ilə, onlara tabe olacağını 
düşünürdülər. Ancaq tərbiyədə, insanın həyatına istiqamət verən iki 
mühüm amil vardır: Vərasət (vərəsəlik) və tərbiyə.
Birincisi insanın doğuşdan nəsəbən gətirdiyi irsi xüsusiyyətlər; ikincisi 
doğuşdan etibarən tabe edildiyi tərbiyədir.
Bunun üçün insan, bəzən vərəsəliyin, bəzən tərbiyənin, bəzən də hər 
ikisinin təsiri altında qalır. Hətta bu həqiqət, Qəsəs surəsi, doqquzuncu 
ayədə “Onlar (işin nə yerdə olduğunu) bilmirdilər.” Şəklində incə bir 
üslubla ifadə edilir.
Firon, Həzrət Musanı tapana qədər 980 000 məsum uşağı qətlə yetir-
di. Allah Təala da Həzrət Musanı sarayda yetişdirib onunla, Fironu, taxtı və 
səltənəti ilə yerin dibinə batıracaqdı. Çünki peyğəmbərlər, Allahın tərbiyəsi 
və iradəsi altındadırlar. Necə ki, Həzrət Peyğəmbər (səllallahu əleyhi və 
səlləm), bir Hədisi-Şərifində belə buyurur:
“Məni Rəbbim tərbiyə etdi və tərbiyəmi də nə gözəl etdi.”
 (Süyuti, 
Cameus-Səğir, I, 12)
Anası Həzrət Musanı Fironun sarayında əmizdirməyə başladı. Lakin 
vəzir Haman, bu vəziyyətdən şübhələndi və Musanın anasına:
“–Bu uşaq yoxsa səninmi? Səndən başqa heç bir qadının südünü 
qəbul etmir, yalnız sənin südünü əmir!”–dedi.
Həzrət Musanın (əleyhissəlam) anası da:
“–Nədəndirsə bütün uşaqlar məni sevir, mən də onları sevirəm, çünki 
mənim südüm dadlıdır.”–kimi sözlərlə onu qane etdi.
Nəticədə ona maaş kəsdilər və onu qızıllarla təltif etdilər. Bu, Allahın 
böyük bir lütfü idi. Necə ki, Haqq Təala buyurur:
“…Əgər (Allahın vədinə) inananlardan olsun deyə, ürəyinə səbir 
(səbat) əta etməsəydik, az qala onu (saraya gətirilmiş körpənin özününkü 

15
MN
olduğunu) büruzə verəcəkdi. (Dəhşətindən və ya sevincindən: “Bu uşaq 
mənimdir!” - deyəcəkdi).” 
(Qəsəs surəsi, 10) 
Asiyə anamız Musanı görmək istədiyi zaman, süd anası ilə birlikdə onu 
yanına gətirdir, hədiyyələrlə qarşılayardı. Bir gün Musa Fironun otağına 
aparıldı. Firon onu qucağına aldı. Musa, Fironun saqqalını bərk çəkdi və 
bir tük qopardı, bir də sillə vurdu. Başqa bir rəvayətə görə Fironun əlindəki 
qamçını alıb ona vurdu. Firon buna hirsləndi:
“–Bax mənim axtardığım düşmən budur!”–dedi və Musanın qətlə 
yetirilməsinə qərar verdi. Bunu eşidən Asiyə anamız qaçaraq gəldi:
“–O, uşaqdır, ağlı kəsmir! İstərsənsə onu bir imtahan edək. Bir qaba 
yaqut və almas, bir qaba da od qoyaq. Əgər Musa, yaqutu alarsa, ağıllıdır. 
Əgər odu alarsa bil ki, o, ağlı kəsməyən bir uşaqdır!”–dedi. 
Firon bu təklifi qəbul etdi. Mücəvhərat və od dolu iki qab gətirdib
Musanın önünə qoydurdu. Musa (əleyhissəlam)  əlini mücəvhərat dolu 
qaba uzadarkən Allahın əmri ilə Cəbrail (əleyhissəlam) gəldi və Musanın 
əlini digər qaba doğru yönəltdi. O da odun közündən alıb ağzına qoydu. 
Beləcə dili yandı  və  pəltək oldu. Onun bu pəltəkliyi Tur dağında etdiyi 
duaya qədər davam etmişdir.
Bu vəziyyəti görən Firon:
“–Bəli, uşaqlığından belə etmiş!”–dedi və Musanı əvf etdi.
Allah Təala, Həzrət Musanı (əleyhissəlam) ətrafındakı bütün insanlara 
sevdirdi:
(Ya Musa!) Gözümün qabağında boya-başa çatdırılasan deyə, Öz 
tərəfimdən (insanların ürəklərində) sənə bir sevgi yaratdım. (Mərhəmət 
nəzərim heç vaxt üstündən əskik olmadı. Elə etdim ki, Firon özü, arvadı 
Asiyə və ətrafındakıların hamısı səni sevdi)
 (Taha surəsi, 39)
Bu lütf səbəbdən Musanı hər görənin könlündə ona qarşı bir sevgi və 
hərarət peyda olurdu. Allah Təala buyurur:
(Musa)  yetkinləşib kamilləşəndə (otuz-qırx yaşlarına çatanda) 
ona hikmət və elm (şəriət elmi) verdik. Biz yaxşı əməl sahiblərini belə 
mükafatlandırırıq!”
 (Qəsəs, 14)
Ayədə gedən “hukm” kəlməsinə “hikmət” mənası verilmiş və təfsirlərdə 
də “hikmət” əksərən “peyğəmbərlik” olaraq izah edilmişdir.

16
MN
Bu dövrdən sonra Musa (əleyhissəlam) Fironun dininin pozuq və batil 
olduğunu açıqca ifadə etməyə başlamışdır.
Qibtinin ölümü
Fironun, Fatun adında qibtilərdən olan zalım bir çörəkçisi vardı. Fatun 
bir gün Samiri adında bir sibtini döyürdü. Samiri, Həzrət Musadan kömək 
istədi. Həzrət Musa da (əleyhissəlam) onları ayırmaq üçün araya girdi; 
Fatunu itələdi və onu vurdu. Fatun bu balaca müdaxilə qarşısında yerə 
sərilərək can verdi.
Musa (əleyhissəlam) bu vəziyyətə çox kədərləndi. Çünki onun Fatunu 
öldürmək kimi bir məqsədi yox idi. O, ancaq Samirini qorumaq istəmişdi. 
Böyük bir üzüntü ilə Haqq Təalaya iltica etdi; məğfirət dilədi. Ayəti-kərimədə
buyrulur:
 (Musa) şəhərə  əhalisi xəbərsizkən  (günorta istirahət vaxtı)  girdi
Orada iki nəfərin vuruşduğunu gördü. Onlardan biri öz adamlarından 
(yəhudilərdən), digəri isə düşmənlərindən (qibtilərdən)  idi.  (Musanın) 
adamlarından olan kəs düşməninə qarşı ondan imdad istədi. 
Musa onu (əli, yaxud əsası ilə) vurub öldürdü və dedi: “Bu, Şeytan 
əməlindəndir. Həqiqətən, o, açıq-aşkar bir düşməndir,  (insanı haqq 
yoldan) azdırandır!” 
(Qəsəs surəsi, 15)
Həzrət Musa, hər yerdə Tövhid inancını  təbliğə başlayıb insanlara 
həqiqətləri bildirdiyi üçün Fironun xalqı olan Qibtilər ona qarşı mübarizəyə 
qalxdılar. Bu səbəbdən o, şəhər  əhalisi evlərinə  çəkiləndə ora girmək 
istədi. “Bu, Şeytan əməlindəndir!”-deyərkən, Həzrət Musanın özünün et-
diyi işi deyil, onsuz da ölüm cəzasını haq etmiş məqtulun (ölənin) işlədiyi 
günaha işarə etdiyi bəyan edilir. Bununla bərabər, Musa (əleyhissəlam), 
hələ kafirləri öldürmə əmri almadığından, onun bu sözü ilə özünün “qibtini
öldürmə”  əməlini də qarşıya məqsəd qoyduğunu ifadə etmişdir. Ancaq 
o, belə bir məqsəd daşımırdı. Həzrət Musa, düşünmədiyi bir nəticə ilə 
üzləşdiyindən:
(Musa)  dedi: “Ey Rəbbim!  Şübhəsiz ki, mən (bu qibtini vurub 
öldürməklə) özüm-özümə zülm etdim. Buna görə məni bağışla!” (Al-
lah Musanı) bağışladı. Həqiqətən, O, (bəndələrini) bağışlayandır, rəhm 
edəndir!”
 (Qəsəs surəsi, 16)

“(Musa)  dedi: Ey Rəbbim! Mənə  bəxş etdiyin nemət haqqı 
(günahımı bağışlamağına and içirəm ki) mən  əsla günahkarlara arxa 
olmayacağam!”  
(Qəsəs surəsi, 17)
Bu arada qibtilər Firona, ölən qibtinin qatilinin tapılması üçün müraciət 
etdilər. Firon, kimin öldürdüyünə dair şahid gətirilməsini istədi. Ancaq heç 
kim  şahid gətirə bilmədi. Buna görə Firon axtarılan  şəxsi tapmaq üçün 
şəhər xaricinə çıxdı.
Ertəsi gün Həzrət Musa, eyni sibtini başqa bir qibti ilə yenə dalaşarkən 
gördü. Sibti, Həzrət Musadan (əleyhissəlam) yenə kömək istədi. Musa 
(əleyhissəlam) isə:
“–Sən səbəbdən nəfsimə zülm etdim!” – dedi. Bu sözü eşidən qibti 
dərhal Fironun yanına qaçdı və Həzrət Musadan şikayət etdi:
“–Sizin çörəkçiniz Fatunun qatili Musadır.” –dedi. Firon qisas
2  
qərarına 
gəldi. Bunu, Fironun əmisinin oğlu gizlicə Həzrət  Musaya bildirdi. Çünki o, 
Həzrət Musanı sevənlərdən idi.
Həzrət Musanın (əleyhissəlam) Qibtini öldürdükdən və bağışlanması 
üçün Rəbbinə yalvardıqdan sonrakı vəziyyəti Ayəti-kərimələrdə belə ifadə 
edilir.
“Beləliklə, (Musa qibtini öldürdüyündən) qorxaraq səhəri şəhərdə 
nigaranlıq içində qarşıladı.  (Bir də  nə görsə yaxşıdır!) Dünən ondan 
imdad diləyən kəs (bu gün də başqa bir qibti ilə vuruşaraq)  fəryad 
çəkib yenə onu köməyə çağırdı. Musa ona dedi: Sən (gündə biri ilə 
vuruşduğun üçün), doğrudan da, açıq-aşkar bir azğınsan!” 
(Qəsəs surəsi, 
18)
(Musa)  onların hər ikisinin (həm özünün, həm də onu köməyə 
səsləyən yəhudinin) düşməni (olan bu ikinci qibtini) yaxalamaq istədikdə 
(həmin yəhudi Musanın ona hücum etmək istədiyini zənn edərək) dedi: Ya 
Musa! Sən dünən birini vurub öldürdüyün kimi, məni də mi öldürmək 
istəyirsən? Sən yer üzündə  (Misir torpağında)  ancaq bir zalım ol-
maq istəyirsən! Sən xeyirxahlıq  (insanları islah) edənlərdən olmaq 
istəmirsən!” 
(Qəsəs surəsi, 19)
“(Yəhudinin bu sözündən sonra dünən öldürülən qibtinin qatilinin Musa 
olduğu bütün Misir xalqına bəlli oldu. Bu xəbər Firona çatdıqda o, Musadan 
17
MN
2.   Qisas: İşlənən günahın, edilən pis əməlin eynisini təqsirkara tətbiq edərək cəzalandırma, 
öldürəni öldürmə, xəsarət verənə xəsarət vermə.

18
MN
qisas almaq istədi).  Şəhərin kənarından (Fironun şəhərin ucqarında 
yerləşən sarayından)  bir nəfər çaparaq gəlib dedi: Ya Musa! Əyan-
əşraf səni öldürmək barəsində  məsləhət-məşvərət edirlər. Elə bu 
saat (şəhərdən) çıx get. Mən, həqiqətən, sənin xeyirxahlarındanam!” 
(Qəsəs surəsi, 20)
(Musa) qorxu içində (ətrafına) göz qoya-qoya oradan (şəhərdən) 
çıxıb: “Ey Rəbbim! Məni bu zalım tayfanın əlindən qurtar!” - dedi.” 
(Qəsəs surəsi, 21)
Misirdən Mədyənə
Musa (əleyhissəlam), əsla vaxt itirmədən Mədyənə doğru yola çıxdı. 
Əslində o, daha əvvəl şəhər xaricinə heç çıxmamışdı. Ona görə də hansı 
tərəfə gedəcəyini də bilmirdi. Hətta özü ilə yemək də götürməmişdi. Allah 
Təala, Həzrət Cəbraili göndərdi və ona Mədyən yolunu göstərdi. O dövrün 
şəraitinə görə Mədyən, Misirə 8 günlük bir məsafədə idi.
“O, Mədyən tərəfə yönəldiyi zaman dedi: Ola bilsin ki, Rəbbim 
mənə (Mədyənə aparıb çıxaran) doğru yolu göstərsin!” 
(Qəsəs surəsi, 22)
Mədyən xalqı ilə Musa (əleyhissəlam) arasında qohumluq bağı 
olduğu rəvayət edilir. Çünki Mədyənlilər də, Həzrət Musa da Həzrət 
İbrahimin (əleyhissəlam) soyundan idi. Hətta Mədyən Həzrət  İbrahimin 
(əleyhissəlam) oğullarından birinin adı idi və həmin şəhər Fironun idarəsi 
altında da deyildi.
Nəhayət Musa (əleyhissəlam) Mədyənə çatdı  və bir su quyusunun 
yanında dayandı. O əsnada xalq, Mədyən qalasından sürülərini çıxarırdı. 
Qaladan çıxan sürülər birbaşa oradakı quyuya tərəf gəlirdilər. Bir az sonra 
bütün çobanlar qoyunlarını sulamaq üçün quyunun ətrafına toplaşdılar. 
Ancaq iki xanımın sürülərini çəkib kənarda gözləmələri və izdihama 
qarışmamaqları Həzrət Musanın diqqətini cəlb etdi. Onlara:
“–Siz nə üçün gözləyirsiniz? Heyvanlarınızı  nə üçün sulamırsınız?” 
–dedi.
Xanımlar da:
“–Çobanlar getməsələr heyvanlarımızı sulaya bilmirik!…” –dedilər.
Musa (əleyhissəlam):

19
MN
“–Sizin heç kiminiz yoxmu?” –dedi. Onlar da;
“–Çox yaşlı və taqətsiz bir atamız var. Bunun üçün qoyunları biz sulayıb, 
otarmaq məcburiyyətində qalırıq. Bununla birlikdə, kişilərin arasına girmək 
istəmirik. Ancaq onlar çəkilib gedəndə, sürülərimizi sulayırıq. Sürülərini 
öncə onlar suladığı üçün bəzən quyuda su qurtarır. Bunun üçün biz də 
bəzən heyvanlarımızı sulaya bilmirik!…”–dedilər.
Ayəti-kərimədə buyrulur:

Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin