Osman Nuri Topbaş 5 mn ön söz nəbilər silsiləsi dərs



Yüklə 2.91 Mb.
Pdf просмотр
səhifə9/28
tarix31.01.2017
ölçüsü2.91 Mb.
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

TƏKRAR ÜÇÜN SUALLAR
A. Aşağıdakı sualları cavablandırın
1. Ülül-əzm olan peyğəmbərlər hansılardır?
2.  Sipti, qipti və Firon kəlmələri kimlər üçün istifadə edilir?
3. Firon, 
İsrail oğullarından yeni doğulan oğlan uşaqlarının öldürülməsini 
nə üçün əmr etmişdi?
4.  İsrail oğullarının oğlan uşaqlarını öldürdən və onları gücsüz hala salan 
Firon, Qurani-Kərimdə necə göstərilir?
5. Firon, 
siptilərin bütün uşaqlarını öldürərkən Musa (əleyhissəlam) necə 
oldu ki, Fironun sarayına girdi və orada böyüdü?
6. Peyğəmbərlərin həyatlarına baxdıqda ilk əvvəl həmən hər peyğəmbərin 
çobanlıq vəzifəsi etdiyini görürük. Bunun bir səbəb və hikməti 
vardırmı?
7. Musa 
(əleyhissəlam) Tuva vadisinə gəldiyi zaman ondan ayaqqabılarını 
çıxarması tələb edilmişdir. Bunun hikmətini açıqlayın.
8. Həzrət Musanın (əleyhissəlam) qardaşı Harunu özünə köməkçi 
istəməsinin səbəbini açıqlayın.
9.  Həzrət Musa və Həzrət Harun, təbliğ üçün Fironun yanına getdikdə, Allah 
Təala Fironun iman gətirməyəcəyini bildiyi halda “Onunla yumşaq danışın. 
Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!”   əmr 
etdiyini zamanımız baxımından təhlil edin.

99
MN
10. Həzrət Mövlana, sehrbazların müsəlman olmalarını, daha sonra isə 
Firon tərəfindən cəzalandırılmalarını hansı səbəblərə bağlayır?
11. 
Ömrü boyu iman etməmiş olduqları halda, Həzrət Musanın 
möcüzəsindən sonra iman edərək bütün dünyəvi qorxu və endişələri 
qəlblərindən silib atan sehrbazların ruhi vəziyyətlərini anladın?
12. Firon, Qırmızı dənizdə açılan yolların bağlanmağa başladığını görüncə 
dərhal iman etdiyini söyləmişdi. Ancaq alimlər, bu imanın keçərsiz 
olduğunu bildirmişlər. Bunun səbəbləri nələrdir?
13. Bu  gün  İngiltərədə British Muzeyində  səcdəyə qapanmış  halda 
nümayiş etdirilən Fironun cəsədi bizə nələri düşündürür?
14. Həzrət Musanın Tur dağında oruc tutarkən qırx gün qırx gecə heç 
acmamağının; lakin Xızır ilə yolçuluğu  əsnasında daha yarım gün 
içində səbri tükənərək acmağının hikmətləri nələrdir?
15. Həzrət Musanın (əleyhissəlam) Rəbbini görmək istəməsinin, lakin Onu 
görə bilməməsinin səbəbləri nələrdir?
16. Malının zəkatı istənildikdə buna Qarun necə münasibət göstərdi?
17. Tövratı daha yaxşı oxuduğu üçün, özünü hər kəsdən üstün görən 
Qarunun uğradığı aqibət bizə nəyi düşündürür?
18. Ülül-əzm peyğəmbər olan Həzrət Musanın elmini artırmaq üçün yol-
lara qoyulub tanımadığı bir nəfərin arxasınca düşməsindən elm 
yolçularının alacağı dərslər nələrdir?
B. Aşağıdakı boşluqları doldurun
1. Musa (əleyhissəlam) ………………… göndərilmiş peyğəmbərdir.
2. ………………… 
(əleyhissəlam), qardaşı Həzrət Musaya (əleyhissəlam) 
köməkçi olaraq vəzifələndirilmişdir.
3.  Misirin yerli xalqına ………………… deyilir.
4. Allah Təala ilə danışması  səbəbdən Həzrət Musaya (əleyhissəlam) 
………………… deyilmişdir.
5. Tövratın açıqlama və yozumlarını əhatə edən kitaba ………………… 
deyilir.

100
MN
1. Aşağıdakılardan hansı  İsrail 
oğullarını Misirdən köçməyə 
məcbur edən səbəblərdən bi-
ri deyildir?
A. Fironun və Qiptilərin təzyiq 
və zülümlərinə  məruz qal-
maları.
B. Misir xalqının gözündə var 
olan etibarlarını  və ictimai 
haqlarını itirmələri.
C. Qiptilərin,  əhalisinin art-
masından  əndişə duyduq-
ları Siptilərə  əziyyət və  iş-
gəncələrini çoxaltmaları.
D. Fironun, İsrail oğullarını Mi-
sirin içində dolandırmaq is-
təməməsi və onları qovma-
sı.
2. Yəhudilərin dini mənbələrin-
də adi insanlara belə isnad 
edilə bilməyəcək üz qızardıcı 
və çirkin fellərin peyğəmbər-
lərə isnad edilməsi və on-
ların buna inanmaları  nəyi 
göstərir?
A. Yəhudi din qaynaqlarında 
verilən məlumatların çox 
ağıllı və məntiqli olduğunu.
B. Yəhudiliyin həyatdakı    re-
allıqlarını olduğu kimi gör-
mək istədiyini .
C. Öz  nəfsani arzularını  və 
rəzilliklərini peyğəmbərlərinə 
də isnad etdiklərini.
D. Peyğəmbər inanışlarının çox 
sadə və tutarlı olduğunu.
C. Aşağıdakı Sualların doğru cavablarını işarə edin

101
MN
3. Yeni doğulmuş  oğlan uşaq-
larının birisini belə sağ burax-
mayan Fironun, Musanı öz əli 
ilə sarayında böyütməsindən 
bir çox dərslər çıxarmaq müm-
kündür. Aşağıdakılardan han-
sı bunlardan biri ola bilməz?
A. Allah  Təala peyğəmbər ol-
masını istədiyi qullarını, 
uşaqlıq yaşlarından etibarən 
ağır imtahanlara tabe tut-
muşdur.
B. Allah  Təala bir işi təqdir 
etmişsə, qulların cüzi ira-
dəsinin bunun əks yönündə 
olmasının bir hökmü yoxdur. 
Bu səbəbdən həqiqi iman 
sahibləri yaradılmışların  şə-
rindən qorxu duymazlar.
C. Allah, bir qulunu qorumağı 
murad edərsə ona heç 
kimsənin zərər verməyə 
gü-cü çatmaz. Necə Firo-
nun zülm və  işgəncələri 
qarşısında Musa ən etibarlı 
yer olan sarayda böyümüş-
dür.
D. Hər vəziyyətdə özünə  sı-
ğınılacaq olan yeganə varlıq 
Haqq Təaladır. O, özünə 
sığınanları mütləq salamata 
çatdırır.
4.  Həzrət Musa Fironun sarayında 
yetişməsinə baxmayaraq on-
ların inanclarına və  əxlaq 
anlayışına görə deyil, Tövhid 
inancı  və gözəl  əxlaq üzrə 
yetişmişdir.  Bu, insan tərbi-
yəsində hansı  həqiqəti ifadə 
edir?
A. Ata  və ananın uşaqlarını 
xeyirli, ya da xeyirsiz bir öv-
lad olaraq yetişdirmələri, ta-
mamilə öz arzularına bağ-
lıdır.
B. Allah  Təala bütün peyğəm-
bərlərinin inanc və  əxlaq 
tərbiyəsini, iman etməyən 
qulları vasitəsilə etdirir.
C. Allah  Təala, rəsul olaraq 
seçdiyi kimsələri Rəbbani bir 
tərbiyəyə tabe tutur və onları 
xüsusi olaraq qoruyur.
D. Bir  uşağın tərbiyəsində, 
doğru inanc və gözəl  əxlaq 
örnəklərini görməsinin heç 
bir təsiri yoxdur.

102
MN
5. Aşağıdakılardan hansı bu 
günkü Yəhudiliyin Tanrı an-
layışı içində yer almır?
A. Tanrının, peşman olmaq, qə-
rar dəyişdirmək, yorulmaq 
kimi zəiflikləri vardır.
B. Tanrı  Yəhova sadəcə  yə-
hudilərin tanrısı olub, onlara 
ayrı bir dəyər vermişdir.
C. Tanrı, hər cür nöqsan sifət-
lərdən uzaqdır.
D. Tanrı, insanlarla danışa bi-
lir, mübahisə edə bilir, hətta 
güləşib məğlub ola bilir.
6. “Mən, həqiqətən, sənin Rəb-
binəm. Nəleynini çıxart, çün-
ki sən müqəddəs vadidə 
– Tuvadasan!” 
(Taha surəsi, 12)
 
ayəsində “Nəleynini çıxart” 
əmrinə verilən işari mənaları 
düşünsək, aşağıdakı ifadə-
lərdən hansı yanlışdır?
A. Qəlbini, dünya və axirət ilə 
əlaqəli məşğuliyyətlərdən 
təmizlə.
B. Vəhyə sarılacaq bəşəri vəsf-
lərdən tamamən sıyrıl və 
mələkut aləminə ucal.
C. Sən təbiətindən və nəfsindən 
sıyrıl! Nəfsini və ona bağlı 
şeyləri düşünməyi burax və 
elə gəl!
D. Nəleyindən məqsəd, dünya 
və axirətdir.
7. Dünya 
həyatının zənginliyini 
arzulayıb axirəti unudanlarla; 
axirət nemətlərini bu dünya 
zənginliyinə üstün tutanların 
xüsusiyyətləri, sırası ilə han-
sı bənddə doğru verilmişdir?
A. Məğrur olmaq – Ərköyün ol-
maq
B. Fədakar olmaq – Səbirli ol-
maq
C. Həris olmaq – Qənaətkar ol-
maq
D. Zənginləri sevmək – 
Fağırlara xor baxmaq.

103
MN
8.  “Onunla yumşaq danışın. Bəl-
kə, öyüd-nəsihət qəbul etsin, 
yaxud (Rəbbindən) qorxsun!” 
(Taha surəsi, 44)
  ayəsində Haqq 
Təala, küfr və azğınlıqda həddi 
aşmış Firona yumşaq söz və 
şirin dil işlətməyi əmr etmişdir. 
Aşağıdakılardan hansı bu ha-
disədən çıxara biləcəyimiz 
dərslərdən biri deyildir?
A. Allah Təala, peyğəmbərlərini 
Fironun  şərindən mühafizə
etmək üçün, ona qarşı yum-
şaq üslub tətbiq etmələrini 
tövsiyə etmişdir.
B. Müxatəbimizin vəziyyəti in-
anc və əxlaq baxımından nə 
olursa-olsun, ona yumşaq bir 
üslub və gözəl sözlərlə xitab 
etməli.
C. Yumşaq söz, şirin dil və doğ-
ru bir üslub insanların fikir və
inanclarını dəyişdirməkdə ol-
duqca təsirli olur.
D. Fironun  yanına sərt və 
meydan oxuyan bir üslubla 
gedilsəydi bu, onun inkar 
və azğınlığının daha da art-
masına səbəb olardı.
9. Bu günkü Yəhudilikdə  İsla-
miyyətin peyğəmbərlik an-
layışı qarşılaşdırıldıqda, pey-
ğəmbərlərin sifətlərindən 
hansı  hər iki dində  də var-
dır?
A. Əmanət
B. Fətanət
C. İsmət
D. Təbliğ
10. Qısa bir müddət öncə iman 
etdiklərinə baxmayaraq, iman 
gətirdikdən sonra heç bir 
dünyəvi qorxu və qayğısı qal-
mayan sehrbazların yaşadığı 
psixoloji vəziyyət hansı bənd-
də yanlış verilmişdir?
A. Allaha  həqiqi bir imanla 
bağlandıqlarından, qəlblə-
rində şübhədən əsər qalma-
mışdı.
B. İmanın ləzzətinə çataraq on-
dakı ilahi sirləri qavramış-
dılar.
C. 
Allaha iman etmələri sə-
bəbdən artıq Fironun onla-
ra heç bir zərər verə bil-
məyəcəyini düşünürdülər.
D. Allah qorxusu və ümidi ilə do-
lan qəlblərində  əvvəlcədən 
var olan bütün endişə  və 
qorxular yerini tam bir itmi-
nana (arxayınlıq) vermişdi.

104
MN
11. Həzrət Musanın (əleyhissəlam) 
Xızırdan öyrənmək istədiyi 
elmi təhsil edərkən ehtiyac 
duyduğu və elm öyrənən 
hər kəsin də  ən çox möhtac 
olduğu xislət hansıdır?
A. Zəkalı olmaq
B. Çalışqan olmaq
C. Qürbətdə yaşamaq
D. Səbirli olmaq
12. “Yer  üzündə  təkəbbürlə  gəzib 
dolanma. Çünki sən nə yeri 
yara bilər, nə  də (boyca) 
yüksəlib dağlara çata bilərsən!”
 
(İsra surəsi, 37)
  ayəsində Allah 
Təala, kibrli olmağın insana 
yaraşmadığını daha yaxşı dərk 
edə bilməyimiz üçün hansı 
həqiqəti vurğulamışdır?
A.  Ət və sümükdən ibarət olan 
insan bədəninin bəsit bir tor-
paq və ya qaya parçası ilə 
belə bir tərəziyə girməkdə 
aciz qaldığını.
B.  Yer üzünün və dağların də-
yərinin insandan daha çox 
olduğunu.
C.  İnsanın ruh qüvvətinin bə-
dən qüvvətindən daha çox 
olduğunu
D.  İnsanın dağları  aşa biləcək 
və yerləri deşə biləcək heç 
bir güc və qabiliyyətə sahib 
olmadığını.
13. Aşağıdakılardan hansı  yəhu-
dilərə göndərilən müsibət-
lərdən biri deyildir?
A. Çəyirtkə  və qurbağa sürü-
lərinin hücumuna məruz qal-
maları
B. Sellərlə birlikdə tufanın gəl-
məsi.
C. Nil çayının və içmə sularının 
qızıl qan halına gəlməsi
D. Günahları səbəbdən üzlərinin 
qapqara olması.

105
MN
14. Fironun  boğulhaboğul anın-
da iman gətirdiyini söylə-
məsi özünü xilas etməmiş 
və  cəsədi pozulmadan döv-
rümüzə qədər gəlmişdir. Aşa-
ğıdakılardan hansı buradan 
çıxarılacaq bir nəticə ola bil-
məz?
A. Firon iman etmişdi, lakin 
heç ibadət etmədiyi üçün 
imanı onu qurtara bilməmiş, 
quru bir imanla köç edib 
getmişdir.
B. Fironun imanı qorxu və yeis 
(ümidsizlik) halında gerçək-
ləşdiyi üçün bu məqbul bir 
iman deyildir.
C. Firon bundan əvvəl  də bir 
çox müsibətə düçar olarkən 
iman edəcəyini söyləmiş, 
lakin müsibətlər keçincə 
daim vaz keçmişdir. Bu və-
ziyyət onun son nəfəsdə 
imansız gedə biləcəyinin 
işarəsi olaraq dəyərləndirilə 
bilər.
D. Allah Təala Fironun cəsədini 
pozulmadan bu günə  qədər 
qorumaqla, onu qiyamətə 
qədər canlı bir ibrət mən-
zərəsi olaraq insanlığın id-
rakına təqdim etmişdir.
15. Aşağıdakılardan hansı, Həz-
rət Musaya (əleyhissəlam) 
endirilən Tövratın təhrif edil-
məsində rol oynamış faktor-
lardan biri deyildir?
A. İlk zamanlarda Tövratın 
yalnızca tək nüsxə halında 
mühafizə edilməsi.
B. İsrail oğullarının uzun illər Ba-
bil əsarəti altında yaşayarkən 
tək Tövrat nüsxəsinin itməsi.
C. İsrail oğullarının  əksəriyyə-
tinin Tövratdakı  kəlmələrin 
yerlərini dəyişdirmək surəti 
ilə müqəddəs kitablarına 
qarşı xainlik etmələri.
D. Tövratın içində bir-birinə 
zidd və  həqiqətdən kənar 
biliklərin olması.

106
MN
16.  Həzrət Musanın (əleyhissəlam), 
Xızır ilə yolçuluğunda qarşı-
laşdığı hadisələrdə adət edil-
miş  səbəb-nəticə  əlaqəsinin 
olmadığını; hadisələrin üzdə 
olub bitən tərəflərinin arxasında
gizli hikmətlər daşıdığını gö-
rürük. Bütün bunların ağıl və 
bilik yolu ilə anlaşılmaması; an-
caq qəlbi duyma və ilham yolu 
ilə öyrənilməsi, bu elmi əldə 
etmək istəyən  şəxslərin bəzi 
xüsusiyyətlərə sahib olmasını 
gərəkli qılar.  Aşağıdakılardan 
hansı bu xüsusiyyətlərdən 
biri deyildir?
A. Nəfsini təzkiyə etmək və 
qəlbini təsfiyə etmək.
B. Zahiri elmlərdə müəyyən bir 
səviyyəyə çatmaq.
C. Təqva sahibi olmaq və bil-
dikləri ilə əməl etmək.
D. Allahın  əmrlərinə  hərfi-hər-
finə itaət etmək və könlünü
Ona bağlamaq.
 

107
MN
CAVABLAR
1.İsrail oğullarına
2.Harun
3.Qiptilər
4.Kəlimullah
5.Talmut
1.D
2.C
3.A
4.A
5.C
6.B
7.C
8.A
9.D
10.C
11.D
12.A
13.D
14.A
15.D
16.B
 
C. Test suallarının Cavabları
B. Boşluqları doldurma suallarının cavabları

109
MN

111
MN
Zikri ilə dağları-daşları
Hətta vəhşi heyvanları belə coşduran
HƏZRƏT DAVUD
(
əleyhissəlam
)
Həzrət Davudun (əleyhissəlam) nəsli, Həzrət Yaqubun oğlu Yəhudaya 
gəlib çıxır. O, Qüdsdə doğulmuş, təxminən 100 yaşında vəfat etmişdir. 
Ona, peyğəmbərliklə birlikdə hökmdarlıq da verilmişdir. Tarixçilər, onun 
hökmdarlıq dövrünün e.ə. 1015 ilə 975-ci illər arasında olduğunu təxmin 
edirlər.
Həzrət Davudun (əleyhissəlam) adı Qurani-Kərimdə 16 yerdə çəkilir. 
Ona İbrani dili ilə “Zəbur” endirilmişdir.
Talut, Calut və Tabut
Həzrət Musadan (əleyhissəlam) sonra İsrail oğullarına göndərilən 
peyğəmbərlər, Tövrata əməl edirdilər. Yəhudilər, onlara göndərilən və 
doğru yola çağıran peyğəmbər həyatda ikən ona tabe olurdular. Ancaq 
peyğəmbərin vəfatından sonra digər bir peyğəmbər gəlincəyə  qədərki 
az bir zamanda doğru yoldan yayınaraq təkrar geri-köhnə inanclarına 
dönürdülər. Onlara çatan ilahi əmrləri təhrif edərək, istək və həvəslərinə 
görə yozurdular. Buna görə yeni bir peyğəmbər gələndə düzələn yəhudilər; 
o peyğəmbərin vəfatından sonra ilk fürsətdə təkrar fəsada meyl edirdilər. 
O zamanlar Misir və Şam arasında Əmaliqə qövmü yaşayırdı. Onların 
Calut adında çox güclü və qüdrətli bir rəisləri var idi. Allah (Cəllə Cəlaluh), 
Calutu İsrail oğullarının başına müsəllət etdi. Calut, İsrail oğullarını məğlub 
edərək onların uşaqlarını və qadınlarını əsir aldı.

112
MN

113
MN
Musa (əleyhissəlam) zamanından bəri müqəddəs  əmanətlərin 
qorunduğu dəyərli bir sandıq var idi. Qurani-Kərimdə bu sandığa “Tabut” 
deyilir. Bu sandıq, Calutun əlinə keçmişdi. Calut da İsrail oğullarına həqarət 
etmək üçün mənəvi dəyəri olan sandığı murdar yerə atdı.
Bu,  İsrail oğullarının rahatlığını yaman pozmuşdu.  Əllərindən Tabu-
tun çıxmasına çox üzülmüşdülər. Artıq onların bütün fikir və məqsədlələri
Tabutu təkrar ələ keçirmək idi.
Bu dövrdə Şəmuyel adında bir peyğəmbər var idi. Yəhudilər, özlərini 
ondan qurtaracaq bir hökmdar istədilər. Şəmuyel (əleyhissəlam) da, dua 
və niyaz etdi. Haqq Təala ona, Talut adında bir şəxsin məlik olaraq təyin 
olunmasını vəhy etdi. Lakin yəhudilərin bir qismi, Talutun hökmdar olmasını 
istəməyib bu işə qarşı çıxdılar.
“O, hökmdar nəslindən deyildir!”-dedilər.
Çünki o zamana qədər İsrail oğullarına gələn peyğəmbərlər, Yaqubun 
oğlu Lavinin; hökmdarlar isə, Yaqubun Yəhuda adlı  oğlunun nəslindən 
gəlirdi. Talut isə, bu iki nəsildən deyildi. Ayəti-kərimədə bu məsələ belə 
başa salınır:
(Ya Rəsulum!) Musadan sonra bir dəstə (tanınmış) İsrail övladının 
başına gələnləri görmədinmi? Onlar öz peyğəmbərinə: Bizə bir 
hökmdar göndər ki, (onun köməyi ilə)  Allah yolunda (zülmkarlarla) 
vuruşaq! – dedilər. O da (onlara): Sizə vuruşma əmri olduqda, bəlkə, 
vuruşmadınız? – söylədi. Onlar cavabında dedilər: Allah yolunda 
nə üçün vuruşmayaq ki, yurdumuzdan çıxarıldıq, övladlarımızdan 
ayrıldıq. Lakin onlara vuruşmaq vacib olduğu vaxt, içərilərindən az 
bir qismi müstəsna olmaqla, (hamısı döyüşdən)  üz çevirdilər. Allah 
(özlərinə) zülm edənləri tanıyır!” 
(Bəqərə surəsi, 246)
(İsrail övladının) peyğəmbəri onlara dedi: Allah Talutu sizə padşah 
göndərdi. Onlar isə: Biz hökmdarlığa daha layiq ikən və ona var-
dövlət verilmədiyi halda, o, necə bizə padşah ola bilər? –deyə cavab 
verdilər.  (Peyğəmbər onlara) dedi: Allah sizdən ötrü onu (bəyənib) 
seçmiş, elm və bədəncə (qüvvəcə) ona üstünlük vermişdir. Allah Öz 
mülkünü (səltənətini)  istədiyinə verər. Allah (Öz lütfü və  kərəmi ilə) 
genişdir, (Allah hər şeyi) biləndir!” 
(Bəqərə surəsi, 247)
İsrail oğullarının irəli gedənlərinə görə iqtidar, sərvət və  sərmayə 
sahibləri olmalıdırlar. Halbuki bu fikir, cəmiyyətin mənfəətinə və ədalətə zid-
dir. Lakin iqtidara, zənginlərin deyil, ləyaqəti olanın keçməsi lazımdır. İqtidara 

114
MN
keçəcək  şəxsin buna layiq olub-olmadığının müəyyənləşdirilməsində 
isə, şəxsin mənəvi gücü, biliyi, təcrübəsi ilə birlikdə qüvvət və cəsarətinə 
bağlıdır.
Talutun hökmdarlığına etiraz edən İsrail oğulları bu dəfə:
“Əgər o, həqiqətən hökmdardırsa, bizə bir dəlil gətirsin!”-dedilər. Buna 
görə:
(İsrail övladının)  peyğəmbəri onlara dedi: (Talutun) padşahlıq 
əlaməti (Musaya verilən) sandığın sizə gəlməsidir. Onun içində (sizin 
üçün)  Rəbbinizdən bir arxayınlıq, rahatlıq (mənəvi bir qüvvə, səbat)
həmçinin Musa və Harun nəslindən qalan şeylər (Musanın  əsası, 
Tövratın bəzi lövhələri, bir az qüdrət halvası və s.) vardır. Onu mələklər 
gətirəcək. Əgər siz möminsinizsə, onda sizin üçün (peyğəmbərin ver-
diyi xəbərin doğruluğunu təsdiq edən) qəti dəlil vardır.”
 (Bəqərə surəsi, 248)
Tabutun  əvvəlcə  Həzrət Adəmə  (əleyhissəlam) endirildiyi, ondan 
Həzrət  Şitə keçdiyi, sonra ardıcıl olaraq İbrahim (əleyhissəlam), Yaqub 
(əleyhissəlam) və Həzrət Musanın əlinə çatdığına dair rəvayətlər vardır. 
Musa (əleyhissəlam) isə Tövrat lövhələrini və bəzi dəyərli əmanətləri bu 
tabut deyilən sandığın içinə qoymuşdu. Bu Tabutu səfər vaxtı əsgərlərin 
önündə daşıyırdılar. Beləcə  əsgərlərdə ruh yüksəkliyi qalxır, güc və 
mənəviyyatları artırdı.
Nəhayət, Allah Təala, Tabutu mələklər vasitəsilə Talutun evinin önünə 
qoydurdu.  İsrail oğulları bunu görüncə  fərəhlənib Talutun hökmdarlığını 
qəbul etdilər.
İmtahan
Talut, hökmdar olduqdan sonra ordunu nizama saldı. Bir müddət son-
ra da Kral Calutun üzərinə getdi.
Mövsümün isti olması  səbəbdən  əsgərlərin suya çox ehtiyacı var 
idi. Lakin Allah Təala onları bu vəziyyətlə imtahan etməyi arzu etdi və 
Həzrət Şəmuyelə (əleyhissəlam) vəhy göndərdi. Gələn xəbəri alan Talut 
əsgərlərinə:
“Allah sizi su ilə imtahan edəcək. Kim doyuncaya qədər sudan içərsə, 
mənim əsgərim deyildir!…”-dedi.

115
MN
Gələn əmrdə əsgərlərə ancaq bir ovuc su içmə izni verilmişdi. İbn Ab-
basa görə bu çay Şəriə deyə adlandırılan İordaniya çayıdır. 
(İbn Kəsir, Qisasül 
Ənbiya, s. 511)
Nəhayət Talut və  əsgərləri, haqqında danışılan çayın kənarına 
gəldilər. Ordu 80 min nəfər idi. Bunun 76 mini əmrə tabe olmayıb, doyun-
caya qədər su içdi. yalnız dörd min nəfər əmrə itaət etdi. Bunlardan da bir 
çoxu sonradan saylarının az olduğunu düşünərək geri döndü. Ancaq 313 
nəfər qaldı. Diqqət edilərsə bu say, Bədirdə döyüşən müsəlmanların sayı 
qədərdir. Bəradan (radiyallahu ənh):
“Biz, Mühəmmədin  əshabı olaraq belə danışırdıq: Bədirdə olanların 
sayı, Talutun (Fələstin) çayı(nı) bərabər keçdiyi mömin əsgərlərin sayı 
olan 313 (qədər) idi.” 
(Buxari, Məğazi 6)
Bir ovucdan çox su içənlərin susuzluqları daha da artdı; dodaqları 
qurudu. Halsız qaldılar və pərişan oldular. Əmri dinləyənlərin isə, imanları 
qüvvətləndi, cəsarət və gücləri artdı.
Ayəti-kərimədə belə buyurulur:
“Talut qoşunu ilə (öz yurdundan, Qüdsdən)  ayrıldığı zaman 
(əsgərlərinə) dedi: Allah sizi (axar) bir çay vasitəsilə imtahan edəcək. 
Kim onun suyundan içsə, o məndən (mənə tabe olanlardan) dey-
ildir. Kim ondan dadmasa, dadsa da, bir ovucdan artıq içməsə, o 
məndəndir! Lakin onların az bir qismi müstəsna olmaqla, (hamısı) 
sudan içdi. O (Talut) və onunla birlikdə olan möminlər (çayı) keçdikdən 
sonra (düşmən qoşununu görüb) dedilər: Bu gün bizim Calut (düşmən 
tərəfin hökmdarı) və onun qoşunu ilə vuruşmağa taqətimiz yoxdur! 
(İçərilərindən)  Allahın rəhmətinə qovuşacaqlarına (Allahın dərgahına 
qayıdacaqlarına)  inananlar isə dedilər: Neçə  dəfə olub ki, az bir 


Поделитесь с Вашими друзьями:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə