Osman Nuri Topbaş 5 mn ön söz nəbilər silsiləsi dərs



Yüklə 3.25 Kb.

səhifə8/28
tarix31.01.2017
ölçüsü3.25 Kb.
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

Oxu materialı - 1-
Üç saleh insan
İsrail oğulları arasında saleh insanlar da var idi. Rəsulullahın (səllallahu 
əleyhi və səlləm) həmin Hədisi-Şərifi bu saleh insanlara misaldır:

85
MN
“Sizdən əvvəl yaşamış insanlardan üç nəfər yola çıxdılar, gecələmək 
üçün bir mağaraya girdilər. O əsnada bir daş yuvarlandı  və mağaranın 
ağzını bağladı.
Bununla üç yoldaş öz aralarında: Yaxşı əməllərimizlə dua etməkdən 
başqa bizi buradan heç bir şey qurtarmaz!-dedilər.
Onlardan biri belə dedi:
Allahım! Mənim çox qoca atam və anam var idi. Onlardan əvvəl nə 
uşaqlarıma, nə də heyvanlara bir şey yedirib-içirməzdim. Günün birində 
odun toplamaq üçün uzaqlara getmişdim. Onlar yuxulayıncaya qədər 
dönə bilmədim. Axşam yeməklərini hazırladım; lakin onlar yuxulamışdılar. 
Onları oyandırmağa və onlardan əvvəl axşam südü içməyi rəva görmədim. 
Qab  əlimdə olduğu halda onların oyanmalarını gözlədim. Nəhayət gün 
ağarmağa başladı. Uşaqlar ayaqlarımın dibində aclıqdan ağlayırdılar. Bu 
arada atam və anam oyandı və axşam südlərini içdilər.
Allahım! Əgər bu işi sənin rizan üçün etdiyim dərgahında məqbul isə, 
bu daşdan çəkdiyimiz bəlanı bizdən uzaqlaşdır!-dedi.

86
MN
Daş bir parça açıldı, lakin çıxılacaq qədər deyildi.
İkincisi belə yalvardı:
İlahi! Əmimin qızı vardı ki, onu hər kəsdən çox sevirdim. Onunla bir ol-
maq istədim. Amma təklifimi qəbul etmədi. Bir neçə il sonra qıtlığa uğradı
və yanıma gəldi. Özünü mənə təslim etmək şərti ilə ona yüz dirhəm ver-
dim, (çarəsiz) qəbul etdi. Bu şərtlərdə imkanlar əl verincə, (mən ona əl 
uzadacağım əsnada o)”:
“–Allahdan qorx, haqsız olaraq namusuma toxunma!”-dedi.
Mən də Allahdan qorxaraq bu çox sevdiyim qadından, o mənə təslim 
olmaq məcburiyyətində qaldığı halda uzaqlaşdım. Verdiyim qızılları da 
ona bağışladım.
Allahım!  Əgər bu işi, sırf sənin rizanı qazanmaq üçün etdiyim 
dərgahında məqbul isə, içində olduğumuz bəlanı üzərimizdən apar!
Mağaranın qapısı bir parça da açıldı, ancaq hələ  çıxa biləcək 
vəziyyətdə deyildi.
Üçüncü şəxs də belə dedi:
Allahım! Muzdla bir neçə işçi tutdum və muzdlarını verdim. Lakin on-
lardan biri muzdunu almadan getdi. Onun muzdunu öz hesabıma işlətdim 
və malını artırdım. Bir müddət sonra həmin adam yanıma gələrək:
–Ücrətimi ver!-dedi.
Mən də:
–Bu gördüyün dəvə, öküz, qoyun sürüləri sənin ücrətindən törəmişdir, 
al hamısını götür!-dedim.
O da:
–Ey Allahın qulu! Mənimlə zarafat etmə!-dedi.
–Səninlə zarafat etmirəm, həqiqəti söyləyirəm,-dedim.
O da malları aldı və hamısını sürüb götürdü. Heç bir şey qoymadı.
İlahi!  Əgər bunu sənin rizan üçün etdiyim dərgahında məqbul isə, 
içində olduğumuz bəlanı üstümüzdən götür! Nəhayət daş, mağaranın 
ağzından çəkildi, onlar da mağaradan çıxaraq yollarına davam etdilər. 
(Bux-
ari, Büyu, 98; İcarə, 12; Müslim, Zikir, 100)

87
MN
Bu Hədisi-Şərif,  əməllə  təvəssülə bir dəlildir. Digər yönü ilə, Allah 
rizasını  həyatında ön planda tutanların ilahi lütfə nail olacaqlarına dair 
misaldır.
Bunun üçün, qulun öz istək və aruzlarına uymayıb Haqq Təalanın 
əmr və qadağanlarına, yəni Yaradanına, Onun rizasına tabe və  təslim 
olması lazımdır. Çünki riza və  təslimiyyət göstərmək, qulun Rəbbindən 
olan məhəbbətinin ən dadlı meyvəsidir.
Çünki Haqq yolunda insanın çata biləcəyi  ən uca məqam, Allah 
Təalanın qulundan razı olmasıdır. Bu da, qulun Rəbbindən razı olmasının 
ən böyük mükafatıdır.
Bax, salehlərin bu halı, ayəti-kərimədə:
“…Allah onlardan razıdır, onlar da Allahdan…”
  (Bəyyinə surəsi, 8)
 
şəklində ifadə edilir.
Oxu materialı  -2-
Həzrət Musanın (əleyhissəlam) cənnətdəki qonşusu
Bir gün Musa (əleyhissəlam) Haqq Təalaya niyaz etdi:
“–Ya Rəbbi! Mənim cənnətdəki qonşum kimdir?”
Ona cavabında:
“–Mənim  filan yerdə qəssablıq edən və dostum olan bir qulum var.
Ancaq onun qəssablıqdan başqa çox mühüm bir işi də vardır. O səbəbdən 
yanına dəvət etsən də, gəlməz! Sənin cənnətdəki qonşun o şəxs olacaqdır, 
ey Musa!”-buyruldu.
Həzrət Musa dərhal o qəssabı ziyarətə getdi. Özünün Musa Kəlimullah 
olduğunu söyləmədən:
“–Mən sənə müsafir olaraq gəldim.”-dedi.
Qəssab da yanına gəlmiş  və  hər cəhətdən digər insanlardan fərqli 
olduğu aydınca bilinən bu nur üzlü qonağa böyük bir təbəssümlə lütfkarlıq 
göstərib onu evinə apardı. Otağının baş tərəfində oturdaraq ona izzət və
ikram etdi. Öz əlləri ilə ət yeməyi bişirdi və önünə qoydu. Həzrət Musaya 
(əleyhissəlam) mühüm bir işi olduğunu söyləyərək onu gözləməməyi və 
yeməyə başlamasını söylədi. Özü isə bişirdiyi ət yeməyinin digər qismini 
kiçik loğmalar  halında hazırladı. Sonra divarda diqqətli bir şəkildə asılı olan 

88
MN
zənbili endirdi və içində olan çox yaşlı, macalsız, sanki quş boyda qalmış 
bir qadına, hazırladığı loğmaları yedirməyə başladı. Yeməyi yedirdikdən 
sonra onun ağzını gözəlcə sildi. O, bunları edərkən, qoca qadın da elə 
hey ona dua edirdi:
Həzrət Musa, bu zənbili qəssabın dükanında da görmüş, bu barədə 
heç bir şey soruşmamışdı; dərin maraqla işin sonunu gözlədi.
Qəssab, bütün xidmətini bitirib Həzrət Musanın yanına gəldi. Onun 
yeməyə başlamadığını görüb soruşdu:
“–Ey nur üzlü qonağım! Nə üçün yeməyə başlamadın?”
Musa (əleyhissəlam):
“–Sən mənə bu zənbilin sirrini söyləməsən yeyə bilmərəm!”-dedi.
Belə olduqda qəssab dedi:
“–Bu zənbilin içində olan yaşlı qadın, mənim anamdır! Çox 
qocaldığından taqətsizdir. Həm də ona baxacaq bir kimsəm yoxdur. Mən 
də tək qaldığı zaman heç nə onu narahat etməsin deyə, belə zənbilə qoy-
ub yuxarıdan asır, bəzən də özümlə dükana aparıram. Mənim könlümün 
bütün hüzuru, ona etdiyim xidmətdir. Anama gündə iki öynə yemək verir, 
ona qarşı bütün vəzifələrimi sevə-sevə yerinə yetirirəm.”
Həzrət Musa soruşdu:
“–Yaxşı, sən bu xidməti edərkən o sənə pıçıldayaraq nə deyirdi?”
Qəssab:
“–Anama hər xidmət edəndə: “Allah səni cənnətdə  Həzrət Musaya 
(əleyhissəlam) qonşu eyləsin!”-deyə dua edir. Mən də bu gözəl duaya 
“amin”-deyirəm. Ancaq məndə o Uca Peyğəmbərə qonşu ola biləcək əməl 
harada, mən haradayam!”-deyə cavab verdi.
Bu vaxta qədər kimliyini gizlədən Musa (əleyhissəlam) təbəssüm etdi 
və belə dedi:
“–Ey saleh insan, müjdə olsun sənə! Bax, mən Musayam. Məni sənə 
Allah göndərdi. Buyurdu ki: Anasının xidmətində qüsur etməyərək rizasını 
qazanıb duasını alan o vəli qulumu cənnətdə sənə qonşu etdim!”
Şükür et, bu ilahi lütf sənə mübarək olsun!

89
MN
Sevincdən gözləri yaşla dolan qəssab, böyük bir məhəbbətlə Həzrət 
Musanın (əleyhissəlam)  əlini öpdü. Sevinc və hüzur içində yeməklərini 
yedilər və Rəbblərinə şükür etdilər.
  
Həzrət Musanın (əleyhissəlam) vəfatı barədə müxtəlif rəvayətlər var. 
Bunların  ən məşhuru, yüz iyirmi yaşında vəfat etdiyi və Qüds ətrafında 
dəfn olduğudur.
Əleyhissəlam!…
 

BU GÜNKÜ Y
ƏHUDİLİK
Tarixi miladdan əvvəl 13-cü əsrə dayanan Yəhudiliyin, bu gün 18 
milyon mənsubu olduğu təxmin edilir. Başda  İsrail, Amerika və Rusiya 
olmaq üzrə, digər bəzi ölkələrdə yaşayan yəhudilər, dinlərinin iman və 
ibadət əsaslarını təhrif etmiş və beləcə də həqiqətdən uzaqlaşmışlar. Bu 
bölmədə, Yəhudiliyin tanrı inancı, müqəddəs kitabları, peyğəmbər inancı 
və axirət inanışı xülasə olaraq verilmişdir.
Yəhudilikdə Tanrı tələqqisi (anlayışı) 
Yəhudilər tək Tanrıya inandıqlarını söyləyirlər. Ancaq, bu gün 
Tövratın bəzi bölmələrinə baxıldıqda, Tanrı inancının bir sıra antropo-
morfik xüsusiyyətlər daşıdığı, yəni Tanrıya insani xüsusiyyətlər şamil
etmək cəhdləri aydın olur. Yəhudilər, Tanrını Yahve (Yahova) və Elohim 
adlandırmışlar.
Yahova, yalnız yəhudilərə xas olan bir milli Tanrıdır. Onlara görə Rəbb 
Yahova, yəhudi millətini seçmiş, əlaqə və iltifatını yalnız onlara yönəltmişdir. 
Digər varlıqları və insanları da yaratmışdır, amma onların guya yəhudilər 
kimi dəyəri yoxdur. Yəhudilər “ağa qövm”dür. Digər millətlər isə onlara 
xidmət etmək üçün yaradılmışlar. Bunun üçün Yəhudilik, bütün dünyaya 
yayılmamış  və  yəhudiliyə dayanan ümumbəşər bir mədəniyyət də qura 
bilməmişdir.
Yəhudiliyin Tanrı inancında, Tanrıya aid edilən insani keyfiyyətlərə
bu misalları verə bilərik. Tövratın “Tehkim 6/5-7; 8/21-22”  bölmələrində, 
Tanrının, insanların çox pislik etdiyini görüncə onları yaratdığına peşman 
90
MN

olduğu və onları tufanla həlak etdikdən sonra da çox kədərlənərək bir daha 
bu şəkildə dünyanı həlak etməyəcəyini söylədiyi anladılır.
Son dövr yəhudi alimləri bu ifadələrin məcazi olduğunu iddia etsələr 
də “xəta etmə”, “peşman olma”, “qərar dəyişdirmə” kimi xüsusiyyətlərin, 
ilahi sifətlər olaraq təsvir edilməsi, təvil edilməyəcək (başqa məna verilə 
bilməyəcək) dərəcədə ciddi məsələlərdir və çox təhlükəlidir. Məhz belə 
şeylər bu iddialarında onların nə qədər zəif olduqlarını göstərir.
Tövratın müxtəlif bölmələrində Tanrı Yəhovaya isnad edilən daha bir 
çox bəşəri xüsusiyyət görmək mümkündür. Bunlardan bir neçəsini belə 
növbələşdirə bilərik.
Tanrının,  İsrail oğullarının bitmək bilməyən üsyanlarına görə: “Artıq 
nədamət
7
  edə-edə yoruldum!”-dediyi dilə gətirilir. 
(Yərəmya, 15/6)
“Tanrı kainatı altı gündə yaratdı. Yeddinci gündə də istirahət etdi.” 
(Tekvin, 
2/3)
 şəklindəki ifadə də, Tanrıya əcziyyət isnad edildiyinə bir nümunədir.
Lakin dincəlmək, nədamət etmək və yorulmaq, insanlara və məxluqata 
məxsus bir sifət olub zəiflik və çarəsizlik göstəricisidir.
Bundan daha təəccüblüsü, Tövratda, vəhy məhsulu bir kitabda olması 
mümkün olmayan bu ifadələrə rast gəlinir:
“Allahın oğulları, Adəm qızlarının gözəl olduqlarını gördülər və bütün 
seçdikləri ilə evləndilər”
 (Tekvin, 6/2)
Yenə Tövratda, Həzrət Yaqubun (əleyhissəlam), Tanrı Yahvə ilə 
mübarizəsi anladılır ki, bu da xeyli diqqət çəkicidir. Buna görə, Həzrət 
Yaqub, ailə əfradı ilə birlikdə dayısının yanından Kənan diyarına dönərkən 
çöldə bir adamla qarşılaşır və dan yeri ağarıncaya qədər onunla güləşir.
Yaqub (əleyhissəlam):
“Burax gedim!”-dediyi halda, güləşdiyi şəxs onu buraxmır və  sonra da 
Həzrət Yaquba (əleyhissəlam):
“Artıq sənə Yaqub deyil, “İsrail” (Tanrı ilə güləşən) deyiləcək. Çünki 
sən, Tanrı və insanların əleyhinə çıxıb onları yendin!”-deyir.
 (Tekvin, 32/22-32)
Yuxarıda da ifadə etdiyimiz kimi Tövratda, Allah Təalanın “Sübhan”, 
yəni hər cür nöqsan sifətlərdən münəzzəh (uzaq), kamal sifətlərinə sahib 
bir ilah olduğu həqiqətinin ziddinə, Ona bəşəri bir acizlik şamil edilir.
91
MN
7.  Nədamət kəlməsi, son tərcümələrdə mərhəmət olaraq çevrilmişdir.

92
MN
Yenə Tövratda, Allah inancı ilə uyğunlaşmayan belə bir hadisə 
anladılır;
“Günün sərinliyində cənnət bağçalarında gəzinti etməkdə olan Rəbb, 
Adəm ilə Həvvanı axtarır. Onlar ağacların arxasında gizlənmişdilər. Tanrı 
onları görə bilməyəndə: “Haradasan?”-deyə Həzrət Adəmi səsləyir. Adəm: 
“Bağçada səsini eşidincə qorxdum. Çünki çılpaq idim, bu səbəbdən 
gizləndim,”-deyir.” 
(Tekvin, 3/8-10)
Bütün bu ifadələr, nə qədər təvil

 edilirsə-edilsin, bir dəfə əsli pozulan 
ilahi kəlamın bəşəri təvillərlə xilas olmayacağı aşkardır.
Bu gün bir çox alim, Tövrat qissələrindəki bəşəriləşdirilmiş Tanrı 
inancının yaranmasında, gədim Misir və Babildə görünən əfsanəvi Tanrı 
inanclarının və bütpərəstliyin təsiri olduğunu söyləyir. Bax bu inanclar həm 
yəhudi icmasını, həm də Tövrat yazarlarını təsirləndirmişdir.
Tövrat
Bu gün yəhudilərin əlində olan müqəddəs kitab, Torah (Tövrat), Nebiim 
(peyğəmbərlər), Ketubiim (Kitablar), adlı üç bölmədən meydana gəlmişdir. 
Torah adı verilən Tövrat, kitabın ilk beş bölməsində yer alır. Tövratın 
bölmələri isə Tekvin, Çıxış, Ləvililər, Sayılar və  Təsniyə kitablarından 
ibarətdir. Yəhudilərin müqəddəs kitablarının digər bir adı  da Əski Əhddir. 
Bu gün xristianların əlində olan İncilə isə Yeni Əhd deyilir.
Tövratda dini hökmlərlə yanaşı kainatın yaradılmasından və  Həzrət 
Musanın vəfatına qədər olan bəzi hadisələrdən bəhs edilir. Təsniyə kitabının 
son bölməsində, Həzrət Musanın vəfatı, dəfni və qövmünün yas mərasimi 
anladılır. Halbuki Tövrat, Musa (əleyhissəlam) həyatda ikən endirilmişdir. 
Bu, Həzrət Musa hələ həyatda ikən onun ölümünün anladılması deməkdir. 
Bu da mümkün deyil.
Yəhudilər bu bilikləri təvil etmə (başqa səmtə yozma) yoluna keçmişlər. 
Bir qismi “Həzrət Musaya bunları Tanrı bildirmiş, o da ölümündən  əvvəl 
bunları Tövrata yazmışdır.”-deyərkən, başqa bir qismi də bunları “Həzrət 
Musadan sonra İsrail oğullarının başçılığına keçən Yeşu tərəfindən
yazıldığını”-söyləmişdilər.
8.  Təvil: yozmaq, bir sözü və ya davranışı, zahiri mənasından  savayı başqa bir məna ilə 
izah etmə.

93
MN
Bu bölmələrdə, Həzrət Musanın cənazə  və  dəfn mərasimlərinin 
anladılması, Tövrata sonradan, insanlar tərəfindən əlavələr edildiyinə
açıq-aşkar dəlildir.
Həzrət Musaya aid olduğu iddia edilən və içində Tövratın da olduğu 
Əski  Əhd mətnləri Miladdan sonra 90 və 100-cü illərdə tamamlanaraq 
rəsmən qəbul və elan edilmişdir. Bu əski Əhd, sözü keçən tarixlərdə top-
lanan yəhudi məclisi tərəfindən müxtəlif nüsxələr arasından seçilmiş və
bugünkü hala gətirilmişdir. Yəni Həzrət Musanın ölümündən təqribən 
1300 il sonra, ona endirilmiş olan kitabın mahiyyəti müəyyənləşmiş olur. 
Yaşanan bu tarixi proses və hadisələr, Həzrət Musaya vəhy edilən ilahi 
kəlamın, olduğu kimi mühafizə edildiyi iddiasının qəbul edilməzliyini süb-
uta yetirir.
Talmut
Talmut, Həzrət Musanın Tövratı açıqlayıcı  şərhlərini  əhatə edən 
Tövrat təfsiridir. Başlanğıcda bu təfsirlər, yəhudilər arasında ağızdan 
ağıza öyrənilməkdə idi. Daha sonrakı  əsrlərdə bu sözlü kültür qələmə 
alınaraq yazıya alınmışdır. Buna da “Mişna” deyilmişdir. Mişna, dini 
əmrlərin necə həyata keçirilməsinə dair məlumatları əhatə edir. Miladdan 
sonrakı dövrlərdə Fələstin və Babildə olan yəhudi din məktəblərində Mişna 
üzərində çalışmalar edildi. Miladdan sonra 4-cü və 5-ci yüz illərdə edilən 
çalışmalar nəticəsində əldəki Mişnalarda bu günkü şəkil verilərək “Talmut” 
ortaya çıxmışdır. Dövrümüzdə isə Qüds və Babil Talmutu olmaq üzrə iki 
fərqli Talmuta təsadüf edilir.
“Mişna” təkrar; “Talmut” isə bilikləndirmə deməkdir. Bu mənada Tal-
mut Tövratın hökmlərinin açıqlamalarını ehtiva edən təfsir və ictihadlar 
külliyyatıdır. Çünki Tövratdakı hökmlər  ümumidir. Məsələn Tanrı Tövrat-
da:
“Yeddinci ildə tarlanı əkməyəcəksən!”
“Şənbə günü iş görməyəcəksən!”-deyir.
Lakin bunların necə ediləcəyini bildirmir. Bunlara aid açıqlayıcı bilikləri 
Talmut verir.
Yəhudilərin Tövrat qədər müqəddəs qəbul etdikləri Talmutun mey-
dana gəlmə  şəklinə  və  şərtlərinə baxdığımız zaman, bəşəri yönün ilahi 
keyfiyyətlərdən qabağa keçdiyi müşahidə edilir.

94
MN
Talmutda hakim olan inanıc, yəhudilərin bütün millətlərdən üstün bir 
irq olduğudur. Burada keçən On Əmr, yalnız yəhudilər arasında məqbul 
olub, yəhudi olmayanlar üçün bir məna və cavabdehlik ifadə etmir.
Xülasə, yəhudilərin müqəddəs kitablarındakı hakim ünsür, Tanrının 
seçilmiş qövm olan İsrail oğullarına xüsusi bir üstünlük verməsi və onları 
əsas götürməsidir. Buna görə  Əski  Əhddə tarixi məqamlar, verilməsi 
lazım gələn  əsl məqsədin önünə keçmişdir. Təfərrüatlı hadisələr, sıxıcı 
və uzun şəkildə sülalə məlumatları, bunun nümunələrindən bir neçəsidir. 
Yəhudilərin müqəddəs kitabı tək cümlə ilə, İsrail oğulları tarixi və onların 
Tanrı ilə olan münasibətlərinin hekayəsidir. Bu yönü ilə Yəhudilik, bütün 
insanlığı  səadətə aparmaq məqamından uzaq, yalnız yəhudilərin 
xoşbəxtliyi və hakimiyyətini nəzərdə tutan bir qövm dinidir. Bu mənada da 
o,  cahanşümul din olmaqdan tamamilə uzaqdır.
Peyğəmbər anlayışı
Yəhudilikdə peyğəmbərlik Həzrət İbrahimdən başlayır və qırx səkkiz 
nəfərdir. Həzrət İbrahimdən əvvəl peyğəmbər gəlməmişdir. Bu qırx səkkiz 
peyğəmbərin on altısı “kanonik”dir. Yəni Müqəddəs Kitabda adı  çəkilən 
və yazı nisbət edilən peyğəmbərlərdir. Bu peyğəmbərlərin yeddisi qadın 
peyğəmbərdir. Tövrata görə saxta və həqiqi olmaq üzrə iki növ peyğəmbər 
var. Bu qırx səkkiz peyğəmbərin xaricində qalanlar, saxtadır. Onlar, 
peyğəmbər olaraq qəbul edilmir.
Həqiqi peyğəmbərlər;
1.  İnsanları Allaha qulluğa çağırmalı və Allahdan başqa heç bir “ilah”ın 
dalınca getməməlidir. 
(Yeremya, 14/14, 23/21, 32)
2. Gələcəyə aid xəbərlər verməli və söylədikləri də gerçəkləşməlidir. 
(Təsniyə, 18/20-22)
Göründüyü kimi, İslam dinində peyğəmbərlər üçün zəruri olan, sidq, 
əmanət, fətanət, təbliğ, ismət kimi beş sifət Yəhudilikdə yoxdur. Bunun 
yerinə yalnız yuxarıda göstərilən iki şərt var. Dini mənbələrindən, müxtəlif 
hadisələrdən anlaşıldığı kimi, İsrail oğullarının dinində peyğəmbərlər, hiylə 
edə bilər, zina edə bilər və zalım ola bilər; yalan danışa bilər və sırf özünü 
fikirləşən, eqoist bir xarakter, ola bilər.
Yəhudilərin, peyğəmbərlər haqqındakı düşüncələrinə baxdıq, öz 
müqəddəs kitablarında müəyyən edilən nübüvvət  şərtləri ilə ziddiyyət 

95
MN
içində olduqlarını görürük. Məsələn, Tövratda Harun peyğəmbər, ha-
zırladığı  qızıl buzova sitayişi  əmr etməkdə günahlandırır.
 (Çıxış, 32/1-5, 24, 
35)
 Yəhudilər, Həzrət Harunu (əleyhissəlam) bir peyğəmbərdən daha çox 
Həzrət Musanın köməkçisi və bir kahin olaraq qəbul edirlər. Onlar bu 
hadisəni, “Harun (əleyhissəlam), bütü qövmünün təzyiqi ilə düzəltmişdir.” 
şəklində təvil (yozmaq) etsələr də bu, peyğəmbərlik vəzifəsi və sifətləri ilə 
uyğunlaşmır. Çünki peyğəmbərlər, ilahi kömək və dəstəyə nail olmuşlardır. 
Qurani-Kərim isə, bu iftiranı  şiddətlə  rədd edərək, hadisənin doğrusunu 
xəbər vermişdir. Buna görə Həzrət Harun, bütü hazırlayan deyil, bütövlükdə 
buzovun hazırlanmasına mane olmağa çalışmış, hətta bu səbəbdən 
bütpərəstliyə meyledən bir qism İsrail oğulları  tərəfindən öldürülməklə
qarşı-qarşıya qalmışdı. 
(Bax: Əraf surəsi, 150; Taha surəsi, 90-94)
Yəhudilərin Tanrı anlayışlarında olduğu kimi, peyğəmbərlik an-
layışlarında da bir-biri ilə ziddiyyətli mövqelər var. Hətta Həzrət Adəm, 
Həzrət  İdris, Həzrət Nuhla birlikdə  Həzrət  İbrahimə  qədər olan digər 
peyğəmbərləri, peyğəmbər olaraq qəbul etmirlər. Yenə  də onlara zəif 
dərəcədə nübüvvət vəzifəsi yüklənir. Çünki Əski Əhddin Təkvin kitabında 
Tanrının onlara bəzən vəhy göndərdiyi ifadə edilir. Eyni şəkildə  Həzrət 
Davud ilə Həzrət Süleymanın kral olaraq qəbul edilmələrinə baxmayaraq 
Tanrı ilə vəhy əlaqəsi içində olduqları göstərilir.
Yəhudilər, bəzi peyğəmbərlərə qərib və əsla qəbul edilə bilməyəcək 
sifətlər yaraşdırırlar. Bunlardan bəziləri belədir ki, guya:
a. Həzrət Nuh, Tufandan sonrakı həyatında üzüm yetişdirərək şərab 
istehsal edən və keçimini bununla təmin edən bir sərxoşdur. Bir gün o 
qədər içir ki özündən gedir. Çadırının içində  yıxılıb qalır. Bu arada kiçik 
oğlu Ham, içəri girir. Baxır ki atası çılpaqdır... Bunu öz qardaşları Sam və 
Yafəsə söyləyir. Onlar gəlib atalarının üstünü örtürlər. Nuh ayıldıqda, kiçik 
oğlunun ona pislik etdiyini başa düşür. Bunun üstündə Nuh, bu işi edən 
oğlunu qoyub, onun oğlunu, yəni nəvəsi Kənanı lənətləyir. Bu səbəbdən 
Kənan adı, Yəhudilikdə ən pis adlardan biri olaraq qəbul edilir.
 (Tekvin, 9/20-
29)
b. Həzrət Lut, Tövrata görə qızları ilə zina etmişdir. Sədum və Əmurə 
şəhərləri həlak edildikdən sonra Lut və iki qızı xilas olur. Bir mağaraya 
sığınırlar. Həzrət Lut, yuxladıqda qızlar:
“Məmləkətdə, nəslin davamı üçün gedə biləcəyimiz kişi xeylağı 
qalmamışdır. Atamıza  şərab içirək!…”-deyərək ataları ilə zina edirlər. 
(Tekvin, 19/30-36)

96
MN
c. Həzrət Yaqub, atasının duasını alma məsələsində  əkiz qardaşı 
Eysə hiyləgərlik etmişdir. 
(Tekvin, 9/27)
 Yenə  Həzrət Yaqubun qaynatası 
ilə bağladığı müqavilədə hiyləyə əl ataraq sürünün ən yaxşı qoyunlarını 
özünə ayırdığı söylənir.
 (Tekvin, 30/32-42, 31/7-16)
d. Həzrət Davud çox qadını olan bir kraldır. Buna baxmayaraq Uryanın 
qadınını görüncə, ona meyl salır və onunla zina edir. Sonra da Uryanı bir 
döyüş hiyləsi ilə öldürtdürür.  Həzrət Davudun Viyanın qadından doğan ilk 
uşağının vəfat etməsi onun üçün bir cəza olmuşdu. İkinci uşağı isə Həzrət 
Süleymandır. Yəhudi müqəddəs kitabında bu hadisə anladılır və  Həzrət 
Davud üçün yalnız “Rəbbin gözündə pis olanı etdi,”-deyilir. 
(II, Samuel, 11/2 
– 12/22)
e. Həzrət Süleymanın min dənə qadını vardı. Ancaq o da ömrünün son 
zamanlarında bütpərəst qadınların arxasınca qaçmış və onlar kimi bütlərə 
sitayiş etmişdir. Beləcə Həzrət Süleyman üçün də “Rəbbinin gözündə pis 
olanı etdi.”-deyilir.
 (I. Krallar, 11/1-7)
Bunların xaricində  bəzi peyğəmbərlərin yaxınları haqqında da 
yaraşmayan istinadlar edirlər. Məsələn, Həzrət Yaqubun oğlu Yəhuda
gəlini ilə zina edir.
 (Tekvin, 38/12-26)
 Yaqubun digər oğlu Rubənin, atasının 
cariyəsi ilə zina etdiyi söylənir.
 (Tekvin, 35/22)
 Ayrıca Həzrət Davudun bir oğlu, 
ögey bacısı ilə 
(II, Samuel, 13, bab)
, digər oğlu isə atasının cariyəsi ilə zina 
edir. 
(II, Samuel, 16/15, 20-23)
Əlbəttə, bunların hamısı, yəhudilərin çirkin iftiralarıdır. Çünki Yəhudilər 
öz iç dünyalarındakı  nəfsani arzularını, bildikləri xainlik və  rəzillikləri 
peyğəmbərlərə isnad edərək bunları Tövratda əks etdirmişlər.
Hətta Həzrət Zəkəriyya və  oğlu Həzrət Yəhya, yəhudilər tərəfindən
öldürülən iki məzlum peyğəmbərdir. Yəhudilərin bu halını, Qurani-Kərim 
belə açıqlayır:
“Lakin onlar verdikləri  əhdi pozduqları, Allahın ayələrini inkar 
etdikləri, peyğəmbərləri haqsız yerə öldürdükləri və: “Ürəklərimiz 
pərdəlidir!” - dedikləri üzündən  (Allahın lənətinə düçar oldular). Bəli, 
öz küfrləri üzündən Allah onların ürəklərinə möhür vurmuşdur 
(kilidləmişdir). Buna görə də
 onların yalnız az bir hissəsi iman gətirər.” 
(Nisa surəsi, 155)
Axirət tələqqisi (anlayışı)
Tövratda axirət həyatı ilə əlaqəli açıq və dəqiq biliklər yoxdur. Sonrakı 
nüsxələrdə də günahkarların cəhhənnəmə gedəcəyi, dinə uyan insanların 

97
MN
isə  cənnətə gedəcəyi inancı vardır. Ancaq Yəhudi tarixinə baxılsa, ilk 
dövrlərdə axirət anlayışına rast gəlmək heç mümkün deyil. Tövratda 
ölənlər üçün: “Günlərinə doymuş olaraq ataları ilə birlikdə uyudu.” ifadəsi 
işlədilir. 
(Tekvin, 47/30; Təsniyə, 31/16)
Daha sonrakı zamanlarda İsrail oğulları arasında “Ölənlər nə olacaq?” 
sualı müzakirə edilməyə başladı. Ölənlərin “şeol” ölülər diyarına getdiyi 
inancı yerləşdi.
Yəhudilikdə, Danyel kitabı 12/2də ilk dəfə, öldükdən sonra dirilmədən, 
axirət həyatındakı mükafat və cəzalardan açıq-aşkar bəhs edilir.
Yəhudilikdə axirətlə əlaqəli inanclar daha çox Talmutda yer tutur. Buna 
görə; İsrail oğulları əbədi olaraq cənnətdə qalacaqlar. Günahkar olan İsrail 
oğulları isə, cəhənnəmdə yalnız on iki ay qalacaq, sonra onlar da cənnətə 
gedəcəklər.
Yəhudi inancına görə, yəhudi olmayanların hamısı bütpərəstdir. Bunun 
üçün onlar cəhənnəmə gedəcək və əbədi olaraq əzab içində qalacaqlar. 
(Roş Ha-Şana, 17a)
 
1   ...   4   5   6   7   8   9   10   11   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə