Osman Nuri Topbaş 5 mn ön söz nəbilər silsiləsi dərs



Yüklə 2.91 Mb.
Pdf просмотр
səhifə6/28
tarix31.01.2017
ölçüsü2.91 Mb.
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   28

“Harun isə bundan (Musa Tur dağından qayıtmamışdan)  əvvəl 
onlara belə demişdi: Ey ümmətim! Siz bununla (hansınızın  əqidəcə 
möhkəm, hansınızın  şəkkak olduğunu ayırd etmək məqsədilə Allah 
tərəfindən) yalnız imtahana çəkildiniz. Sizin Rəbbiniz,  şübhəsiz ki, 
Rəhmandır. Mənə tabe olub əmrimə itaət edin!” 
(Taha surəsi, 90)
“Onlar: Musa (Tur dağından) qayıdıb yanımıza gələnə qədər bu bu-
zova sitayiş etməkdən əl çəkməyəcəyik! – deyə cavab vermişdilər.” 
(Taha surəsi, 91)
(Tur dağına gedən)  Musanın ardınca tayfası öz bəzək-düzək 
şeylərindən (canlıymış kimi) böyürtüsü olan bir buzov heykəli 
düzəltdilər. Məgər (buzovun) onlarla danışmadığını, onlara bir yol 
göstərə bilmədiyini görmədilərmi? (Bununla belə) ona (buzova) tapınıb 
(özlərinə) zülm eləyən oldular.” 
(Əraf surəsi, 148)
“Musa qəzəbli və  kədərli halda tayfasının yanına dönərkən on-
lara dedi: Məndən sonra mənə  nə pis xələf oldunuz! (Nə pis işlər 
gördünüz!)  Rəbbinizin  əmrini  (əzabını)  tezləşdirməkmi istədiniz? 
(Musa)  qəzəbindən  (əlindəki Tövrat) lövhələrini yerə atdı, qardaşının 
başından  (saç-saqqalından)  yapışıb özünə  tərəf çəkməyə başladı. 
(Harun) dedi: Ey anam oğlu! Bu tayfa məni zəif bilib az qaldı ki, öldürə. 
Mənimlə belə rəftar etməklə düşmənləri sevindirmə! Məni zalımlarla 
bərabər tutma!”
 (Əraf surəsi, 150)
(Musa ümmətinin yanına qayıtdıqdan sonra) dedi: Ya Harun! 
Onların  (haqq yoldan) azdıqlarını gördüyün zaman sənə  nə mane 
oldu ki, (Möminləri də götürüb) arxamca gəlmədin? (Mənə bu barədə 
heç bir xəbər vermədin, yaxud mənim yolumla gedərək bütə tapınanları 
danlayıb onlara qarşı hiddətlənmədin?) Əmrimə asimi oldun? (Allahdan 
başqasına ibadət edənlərlə bir yerdə yaşamağı özünə nə cür rəva bildin?)” 
(Taha surəsi, 92-93)

64
MN
(Harun) belə cavab verdi: “Ey anam oğlu! Saçımdan, saqqalımdan 
tutma. (Saqqalımı, başımı yolma). Doğrusu, sənin:  İsrail oğulları 
arasına ayrılıq saldın, sözümə baxmadın! – deyəcəyindən qorxdum.” 
(Taha surəsi, 94)
Həzrət Musa ilə Həzrət Harun, ata-ana bir qardaş idilər. Vəziyyət belə 
olduğu halda, Həzrət Harunun (əleyhissəlam) “anam oğlu” deməsinin 
səbəbi, Həzrət Musanın (əleyhissəlam) mərhəmətini cəlb etmək üçün idi. 
Çünki ana, həm atadan, həm də qardaşdan daha şəfqətlidir. Eyni zamanda 
onların anası, Allaha iman etmiş, oğullarının sevgi və hörmətini qazanmış 
saleh bir qadın idi.
(Musa) dedi: “Ey Rəbbim! Məni də, qardaşımı da bağışla. Bizi Öz 
mərhəmətin altına al. Sən rəhm edənlərin ən rəhmlisisən!” 
(Əraf surəsi, 
151)
“Musa qəzəbli, kədərli halda camaatının yanına qayıdıb dedi: “Ey 
ümmətim! Məgər Rəbbiniz  (Tövratı nazil etmək, keçmiş günahlarınızı 
bağışlamaq, göydən qüdrət halvası və bildirçin endirmək haqqında) sizə 
gözəl bir vəd verməmişdimi? Yoxsa (mənim sizdən ayrılmağımdan) 
uzun bir müddət keçdi? (Nə tez hər  şeyi unudub nankor oldunuz?) 
Qızıl Buzovun maket şəkili 

65
MN
Yaxud Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib mənə verdiyiniz 
vədə xilaf çıxdınız?”
 (Taha surəsi, 86)
“Onlar dedilər: Biz sənə verdiyimiz vədə öz ixtiyarımızla xilaf 
çıxmadıq. Amma biz (Firon) tayfasının (bir bayram günü əmanət olaraq 
aldığımız)  zinətlərindən ibarət ağır bir yüklə yüklənmişdik. Onları 
(“əmanətə  xəyanət haramdır”-deyərək günahdan qurtulmaq məqsədilə 
oda) atdıq. Samiri də bizim kimi (özündə olan bəzək şeylərini oda) atdı.”  
(Taha surəsi, 87)
Onlar Samirinin təlqini ilə  əllərindəki zinətləri  əritmək, sonra da bu-
zovu hazırlamaq üçün oda atdılar.
(Oda atılmış qızıl-gümüş əridikdən sonra Samiri çuxurun içində) on-
lara böyürən bir buzov heykəli (düzəldib) çıxartdı. (Samiri və onun yoldan 
çıxartdığı bir neçə kişi) dedilər: (Ey İsrail oğulları!) Bu sizin tanrınızdır. 
Musanın da tanrısı budur, lakin unutmuşdur. (Musa heykəli itirmiş, onu 
axtarıb tapmaqdan ötrü Tur dağına getmişdir).” 
(Taha surəsi, 88)
Həzrət Musa, bu çirkin işlərinə görə onlara dedi ki, tövbə etsinlər. 
Bağışlanmaqlarının da, çox peşman olmalarına, ya da ölüm cəzasına riza 
göstərmələrinə bağlı olduğunu bildirdi. Onlar da:
“–Səbir edərik!”-deyib, hökmü gözlədilər.
“O vaxtı da xatırlayın ki, Musa öz qövmünə: Ey qövmüm, siz bu-
zova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də 
Yaradanınıza tərəf üz tutaraq tövbə edin, özünüzü (buzovu tanrı bilən 
adamlarınızı) öldürün! Belə etməniz yaradanınızın yanında sizin üçün 
xeyirlidir! –demişdi və Allah da tövbənizi qəbul etmişdi. Əlbəttə, O, 
tövbələri qəbul edəndir, bağışlayandır.” 
(Bəqərə surəsi, 54)
Onların içindən öldürənlər,  əllərində bir qılıncla öləsilərin başında 
gözləməyə başladılar. Hər bütə sitayiş edənin arxasında, öldürülmə əmri 
gəldikdə, onun boynunu vurmaq üçün bir nəfər təyin edilmişdi. Hətta 
bunların içində bir-birlərinə qohum olanları da vardı.
“Elə ki (peşmançılıqdan başları)  əlləri arasına düşdü və haqq 
yoldan azmış olduqlarını gördülər,  (əməllərindən çox məyus olub) 
dedilər: Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, mütləq 
ziyana uğrayanlardan olacağıq!” 
(Əraf surəsi, 149) 
Buna görə Həzrət Musa və Həzrət Harun, mərhəmətlərindən ağladılar 
və dua etdilər. Sonra da tövbələrinin qəbul olduğuna dəlalət edən bu ayəti-
kərimə endi:

66
MN
“Pis əməllər etdikdən sonra tövbə edib iman gətirənlərə gəldikdə 
isə, Rəbbin tövbədən sonra (onları)  bağışlayandır, rəhm edəndir!” 
(Əraf surəsi, 153)
“Sonra da (tövbə etdiyinizə görə)  sizi  əfv etdik ki, bəlkə,  şükür 
edəsiniz.”
 (Bəqərə surəsi, 52)
Bundan sonra Musa (əleyhissəlam) Samiriyə dönərək:
“Ey Samiri! Sənin (bu pis, əcaib işi görməkdə) məqsədin nə idi?” 
–deyə soruşdu.”
 (Taha surəsi, 95)
(Samiri) belə cavab verdi: Mən (İsrail oğullarının) görmədiklərini 
(Cəbraili) gördüm (yaxud bilmədiklərini bildim). Mən o Rəsulun (Allah 
elçisinin) ləpirindən (Cəbrailin atının ayağı dəydiyi yerdən) bir ovuc tor-
paq götürdüm və onu (çaladakı od içində əriyən bəzək şeylərinə) atdım 
(o da dönüb böyürən bir buzov oldu). Beləcə, öz nəfsim məni bu işə 
sövq etdi”. (Nəfsim bu işi mənə xoş göstərdi, mən də ona uydum).” 
(Taha 
surəsi, 96)
Müfəssirlərə görə, xalqın görməyib Samirin gördüyünü və ləpirindən 
bir ovuc aldığını iddia etdiyi rəsul, Həzrət Musanın hüzuruna gələn Cəbrail 
idi. Samiri, onun atının basdığı yerlərin yaşıllaşdığını görmüş, izinin 
torpağından bir ovuc alıb, atəşə atmışdı. Bu ayəni, məcazi mənada “Allahın 
ilham etdiyi elmi, belə istifadə etdim” şəklində anlamaq da mümkündür.
(Musa) dedi: Çıx get burdan. Həyatın boyu (cəza olaraq): “Bir kəs 
mənə toxunmasın (mən də bir kəsə toxunmayım)!” - deməli olacaqsan. 
(Heç kəs səni dindirməyəcək, süfrəsinə buraxmayacaq, səninlə alış-veriş 
etməyəcək. Heç kəslə ünsiyyət etməyib tamamilə  təcrid olunmuş bir 
vəziyyətdə yaşayacaqsan. Dəhşət səni bürüyəcək). Hələ səni əsla qaçıb 
canını qurtara bilməyəcəyin daha bir vədə (qiyamət günü) gözləyir. 
İndi tapınıb durduğun tanrına (bütünə) bax. Biz onu yandıracaq, sonra 
da (külünü) dənizə atacağıq!”
 (Taha surəsi, 97)
Bir rəvayətə görə, Həzrət Musanın (əleyhissəlam) ayəti-kərimdəki 
bədduasından sonra Samiri, həqiqətən ağır və yoluxucu bir xəstəliyə 
tutulmuş  və ömrü boyu insanlardan uzaq durmaq məcburiyyətində 
qalmışdır.
“Şübhəsiz ki, buzovu (tanrı) qəbul edənlərə Rəbbindən bir qəzəb 
yetişəcək və onlar dünyada zillətə düçar olacaqlar! Biz (Allaha) iftira 
yaxanları belə cəzalandırırıq!” 
(Əraf surəsi, 152)

67
MN
 
“Musanın qəzəbi yatanda lövhələri götürdü. Onların birində: 
“Rəbbindən qorxanlar doğru yola və  mərhəmətə nail olacaqlar!” 
(deyə yazılmışdı).” 
(Əraf surəsi, 154)
Allah Təala, Həzrət Musadan (əleyhissəlam) buzova sitayiş etdikləri 
üçün peşman olan İsrail oğulları arasından qövmlərini təmsil etmək üzrə 
yetmiş  nəfər seçməsini və onların ilahi hüzura gələrək birlikdə tövbə 
etmələrini istədi.
Həzrət Musa, Rəbbinin  əmrini yerinə yetirmək üçün yanına aldığı 
yetmiş nəfər ilə birlikdə Tur dağına getdi. Lakin bu nankor insanlar, Allahı 
görmək tələbinə cürət etdilər. Buna görə orada şiddətli bir zəlzələ oldu və 
onların hər biri bayılıb yerə düşdü. Həzrət Musanın (əleyhissəlam) Allaha 
yalvarması ilə bu bəla da aradan qaldırıldı. Ayəti-kərimədə buyurulur:
(Və yadınıza salın ki) siz: “Ya Musa, Allahı  aşkar surətdə gör-
məyincə, heç vaxt sənə inanmayacağıq”, –dediyiniz zaman gözünüz 
görə –görə sizi ildırım vurmuşdu.”
 (Bəqərə surəsi, 55)
“Bəlkə, şükür edəsiniz deyə, biz sizi ölümünüzdən sonra yenidən 
diriltdik.” 
 (Bəqərə surəsi, 56)
“Musa Bizim (Sina dağında)  təyin etdiyimiz vaxt üçün öz 
tayfasından yetmiş (mötəbər) adam seçmişdi. Onları sarsıntı yaxalay-
anda (ildırım vuranda Musa) dedi: “Ey Rəbbim! Əgər istəsəydin, bun-
dan qabaq onları da, məni də məhv edərdin. Aramızdakı səfehlərin 
törətdiyi günahlar üzündən bizi məhvmi edəcəksən? Bu (baş verən 
işlər) Sənin sınağından başqa bir şey deyildir. Sən onunla (bu sınaqla) 
istədiyini zəlalətə düçar edər, istədiyini doğru yola salarsan. Sən biz-
im hamimizsən (ixtiyar sahibimizsən). Bizi bağışla və rəhm et. Axı sən 
bağışlayanların ən yaxşısısan!”
 (Əraf surəsi, 155)
İsrail oğulları bir müddət doğru yolla sakitcə yaşadılar. Sonra yenə 
azdılar. Həzrət Musaya (əleyhissəlam), Tövratın hökmlərinin ağır olduğunu 
və onları  tətbiq etməkdə  çətinlik çəkdiklərini söylədilər. Tövbə edərkən 
verdikləri sözləri unutdular. Buna görə Allah (Cəllə Cəlaluh) da, Turi-Sinanı 
möcüzə olaraq üstlərinə qaldırıb havada saxladı. Dəhşətə  gələn insan-
lar dərhal səcdəyə qapandılar. Dağ, “indi çökər, bir azdan çökər”-deyə 
gözlədilər.
(Ey  İsrail oğulları!) Sizdən  əhd-peyman aldığımızı  və Tur dağını 
başınızın üzərinə qaldırdığımızı xatırlayın! (Biz:) Sizə göndərdiyimizi 

68
MN
(Tövratı) möhkəm tutun, içindəkiləri unutmayın ki, bəlkə, pis 
əməllərdən çəkinəsiniz  –(deyə əmr etmişdik).”
 (Bəqərə surəsi, 63)
“Bundan sonra siz (əhdinizdən)  döndünüz  (əvvəlcə  əməl etdiyi-
niz Tövrata sonra əməl etmədiniz).  Əgər sizə Allahın yazığı  və  rəhmi 
gəlməsəydi  (tövbə etmək üçün möhlət verilməsəydi),  əlbəttə,  (böyük) 
zərər çəkənlərdən olardınız.” 
(Bəqərə surəsi, 64)
Buna baxmayaraq İsrail oğulları, yenə eyni hallarında qaldılar. Həddi 
tamamilə aşanlar isə ilahi qəzəbə düçar oldular:
“Həqiqətdə siz bilirsiniz ki, içərinizdən bəzi kəslər  şənbə günü 
haqqında olan əmrdən kənara çıxdılar. Biz də onlara: (Zəlil və) həqir 
meymunlar olun! –dedik.” 
(Bəqərə surəsi, 65)
“Biz bunu onlarla bir dövrdə yaşayanlar və sonradan gələnlər 
üçün ibrət və müttəqilərdən ötrü nəsihət olsun deyə etdik.” 
(Bəqərə 
surəsi, 66)
Allah Təala, İsrail oğullarından, şüurlu olaraq pisliklərdə israr edənləri 
meymun  şəklinə salmış, sonra da onları  həlak etmişdir. Bu hadisənin 
“insanların əslinin meymun olması” iddiası ilə bir əlaqəsi yoxdur. Təsəlsül 
olmamış, yəni meymuna dönən bu insanların soyu meymun olaraq davam 
etməmiş və onlar bir müddət sonra ölmüşdülər. Allah Təala buyurur:
“Sonra əhdlərini pozduqları üçün onları lənətlədik və ürəklərini 
sərtləşdirdik. Onlar sözlərin  (Tövratda peyğəmbərin vəsfinə dair
kəlmələrin və  bəzi başqa ayələrin)  yerlərini dəyişib təhrif edir və 
xəbərdar edildikləri  şeylərin bir hissəsini unudurlar. Onların az bir 
qismi müstəsna olmaqla, sən onlardan həmişə xəyanət görəcəksən. 
Bununla belə, onları bağışla, günahlarından keç. Şübhəsiz ki, Allah 
yaxşılıq edənləri sevər!” 
(Maidə surəsi, 13)
O zaman Tövrat, ancaq bir nüsxə idi, hamısı heç kimin əzbərində dey-
ildi. İsrail oğulları, Babillərə əsir düşüncə, bu tək Tövrat nüsxəsi itdi. İllər 
keçdikdən sonra İsrail oğulları, əsarətdən qurtardıqda, onun yaddaşlarda 
qalan bəzi bölmələri, təsbit edilə bildiyi qədər yenidən yazıldı. Bu gün, 
əldə olan Tövrat da bu əskik bölmələrdən və qismən Həzrət Musanın 
həyatından meydana gəlir.
İnək qurban edilməsi
İsrail oğullarından Amil adında çox zəngin bir adamın ölüsü tapılmışdı. 
Amili öldürən,  əmisinin oğlu idi. Lakin öldürmə  səbəbləri məsələsində 

69
MN
müxtəlif rəvayətlər var. Birincisi: çox fağır və xəsis olan əmioğlusu, Amili 
zənginliyinə həsəd apararaq öldürmüşdür. İkincisi: Amilin evləndiyi qadını, 
əmisinin oğlu çox bəyənmiş və o qadını almaq üçün Amili öldürmüşdü.
Qatil, Amilin cəsədini qonşu iki kəndin arasına atmışdı ki, bu kəndlərin 
əhalisi bir-birlərinə düşmən olsunlar.
Xalq, Həzrət Musaya müraciət edərək qatilin tapılmasını və ondan qi-
sas alınmasını tələb etdi. Musa (əleyhissəlam), qatilin kim olduğu haqqında 
tərəddüddə qaldı  və bir nəticəyə  gələ bilmədi. Bununla əlaqədar Allaha 
dua etdi. Allah Təala da, onlara bir inək qurban kəsmələrini əmr etdi. Bəni 
İsrail, Həzrət Musaya (əleyhissəlam):
“Qatilin tapılması ilə inək kəsilməsi arasında nə əlaqə var? Sən bizimlə 
zarafatmı edirsən?”  –deyə sordular. 
Musa da:
“Mən Rəbbimin əmrini bildirirəm!”-dedi.
Ayəti-kərimədə buyrulur:
“Yadınıza gətirin o vaxtı ki, Musa öz qövmünə: Allah sizə bir inək 
kəsmənizi  əmr edir! –dedi. Onlar isə: Bizi məsxərəyəmi qoyursan? 
–dedilər. (Musa da:) Allah Özü məni cahil olmaqdan saxlasın!” –dedi.” 
(Bəqərə surəsi, 67)
“Onlar dedilər: Bizdən ötrü Rəbbini çağırıb (Rəbbinə dua edib) 
soruş ki, o (inək) nə cür olmalıdır? (Musa:) Allah o inəyin nə çox qoca, 
nə  də çox cavan deyil, bunların ikisinin arasında (düyə) olduğunu 
buyurur. Sizə əmr olunan şeyi yerinə yetirin! –dedi.” 
(Bəqərə surəsi, 68)
“Onlar dedilər: Bizdən ötrü Rəbbini çağırıb soruş, qoy onun 
rəngini də bizə bildirsin. O da cavabında: (Allah) onun tünd sarı rəngli 
və görənlərə xoş gələn (bir inək) olduğunu buyurur, dedi.”
 (Bəqərə surəsi, 
69)
“Onlar (yenə)  söylədilər: Bizim üçün Rəbbinə dua et ki, onun 
əsl sifətini bizə bildirsin, çünki biz (ümumiyyətlə)  inəkləri bir-birinə 
bənzədirik. Əgər Allah istəsə (biz kəsilməsi əmr edilən o inəyi tapar və 
bu məsələ barəsində), əlbəttə, düz yolda olarıq.” 
(Bəqərə surəsi, 70)
(Musa)  dedi:  (Rəbbiniz)  buyurur ki, o (heç kəsə) ram olmayıb 
boyunduruq götürməyən, tarla sürməyən, əkin suvarmayan, eyibsiz-
qüsursuz və  ləkəsiz  (sapsarı)  bir inəkdir.  (Bu zaman) onlar:  İndi işi 
həqiqətə gətirib çıxartdın, –dedilər və onu (inəyi tapıb) kəsdilər. Amma 
az qalmışdı ki, bu işi yerinə yetirməsinlər.”
 (Bəqərə surəsi, 71)

70
MN
Bu xüsusiyyətləri olan bir inəyi, yetim uşağı ilə birlikdə yaşayan bir 
qadında tapdılar. Qadın, özünün çörək təknəsi olan bu inəyini satmaq 
istəmirdi. Bunun üçün qadın inəyinə, dəyərindən çox olan, 1000 ağca (pul) 
istədi. Həzrət Musanın (əleyhissəlam):
“Qadının istədiyi miqdarı verin və inəyi alın!” deməsinə görə  İsrail 
oğulları min ağcaya razı oldular. Lakin bu dəfə qadın, ücrəti (qiymət) 2000 
ağcaya qaldırdı.
İsrail oğulları, qiyməti çox yüksək gördüklərindən bu inəyi almaq 
istəmədilər və təkrar Həzrət Musaya (əleyhissəlam) müraciət etdilər.
Az qalmışdı kəsməyəcəkdilər; çünki bu təriflər, yenə yetim uşağı olan
o qadının inəyinə işarə etməkdə idi. İnəyinə olan çox istəyi görən qadın, 
qiyməti çox artırmış, 10 000 ağcaya yüksəltmişdi. Axırda da o qadın:
“Heyvanı alırsınız, onu kəsirsiniz və dərisini tuluq edib içini də qızılla 
doldurub mənə verirsiniz! Ancaq bu şəkildə onu sizə sata bilərəm.”-dedi.
İsrail oğulları gedib Həzrət Musaya vəziyyəti danışdılar. O da:
“Nə qiymətə olursa-olsun, inəyi alın!” –dedi.
Bu halda qövmü:
“İnəyi indi alaq, Allahın  əmrini yerinə yetirək, yoxsa inəyin qiyməti 
getdikcə artacaq sonra ödəyə bilməyəcəyik…”-dedilər. Nəhayət inəyi 
aldılar.
Haqq Təala buyurur:
“Yadınıza salın ki, siz o zaman bir nəfəri öldürüb (özünüzü təmizə 
çıxarmaq məqsədilə), onun (qatili) barəsində mübahisə edirdiniz. Hal-
buki Allah gizlətdiyinizi zahirə çıxarandır!” 
(Bəqərə surəsi, 72)
Lakin İsrail oğulları inəyin qiymətini ödəmirdilər. Həzrət Musa onlara:
“Qiyməti ödəməsəniz, ölü dirilməz!”-buyurdu.
Onlar da çarəsiz qalıb, inəyin dərisini tuluq etdilər və içini də qızılla 
doldurub qadına verdilər.
“Belə olduqda Biz: (Kəsilmiş inəyin)  bir parçasını ona (qatili 
bilinməyən ölüyə) vurun! –dedik. (Onlar da vurdular və ölü dirildi). Allah 
(bütün) ölüləri bu qaydada dirildər və sizə Öz möcüzələrini göstərər 
ki, ağla gəlib (bunu) dərk edəsiniz.” 
(Bəqərə surəsi, 73)

71
MN
Ayəti-Kərimədə “bir parçasını ona vurun!” deyilməsi diqqəti daha 
çox cəlb etmək üçündür. Diqqət edilərsə, ölünün dirilməsi üçün bir sıra 
zahiri səbəblərə bağlanmış, yəni kəsilən heyvanın  ətinin təması  şərt 
qoşulmuşdur. Ancaq həqiqətdə Allah belə zahiri səbəblər və mərasimlər 
olmadan da möcüzələr yaradır.
Nəhayət heyvanın dilini ölüyə toxundurmaqla ölü, qanlar içində qalxdı. 
Həqiqəti olduğu kimi anlatdı:
“Məni  filan və filan əmi uşaqlarım öldürdü.”-deyib adlarını da
bildirdikdən sonra təkrar öldü.
Bu işi görən iki gəncə dərhal qisas tətbiq edildi.
Bu hadisədən alınacaq ibrətlərin bəziləri bunlardır:
Allahın əmri ilk gələndə İsrail oğulları, hər hansı bir inəyi kəssəydilər 
əmr yerinə yetirilmiş olacaqdı. Lakin dalbadal soruşduqları suallarla bu 
işi etmək istəməyənin vəziyyətinə düşdülər. Beləcə  məsələ öz-özündən 
ağırlaşdı və hər etirazın dalınca sıxıntılar da artdı. Beləcə, etiraz etmələri 
və  hədlərini bilməmələrinə görə Allah onların cəzalarını artırdı. Deməli 
möminin, Allahın və Rəsulunun əmrlərini dərhal yerinə yetirməsi lazımdır. 
Çünki bu əmrləri ləngitməsi və təxirə salması, ona daha ağır məsuliyyət 
və cəzalar gətirir.
Lazım olmayan, boş sualların soruşulması lazım deyil. Çünki soruşulan 
hər sual onu soruşana əlavə məsuliyyət gətirir.
Daha əvvəl ilah olaraq buzova sitayiş etdiklərinə görə İsrail oğullarına, 
inəkdə bir üluhiyyət (tanrılıq sifəti) olmadığını başa salmaq üçün inəyi qur-
ban kəsmələri  əmr edilmişdir. Çünki insan, özündəki inanma ehtiyacına 
görə qulluq hisslərində  bəzən yanılaraq, ilahini, öz bəşəri ölçüləri və 
idrakı içində axtarma yanlışlığına uğraya bilir. Belə olan halda bir insanın 
dəyərləndirdiyi və sevdiyi şeylərlə  şirkə düşmə  təhlükəsi vardır. Bunu 
yerbəyer etmənin yolu isə sevdiklərindən və qiymətləndirdiklərindən Allah 
üçün vazkeçməyi bacarmaqdır.
İsrail oğulları arasında qatillərin tapılmamasına görə anlaşılmazlıq və 
hüzursuzluq artmışdı. İnək kəsildikdən sonra qatillərin tapılması ilə qövm 
sakitləşdi. Buradan da başa düşüldüyü kimi, ilahi əmrlərə təslimiyyət içində 
itaət etmək, bir cəmiyyətin hüzur və sakitliyə çatması üçün zəruridir.
İsrail oğullarından bəzilərinin qəlbində “öldükdən sonra dirilmə” 
məsələsində tərəddüd var idi. Bu hadisə bütün şübhələri yox etdi.

72
MN
Qarun
Qarun, Həzrət Musanın əmisi, ya da əmisinin oğludur. Həzrət Musaya 
(əleyhissəlam) iman etmədən  əvvəl Fironun yanında  İsrail oğullarının 
təmsilçisi idi. İdarəsi altında olanlara əziyyət edirdi. İman gətirdikdən sonra 
özünü elm və ibadətə verdi. Tövratı, Həzrət Musadan (əleyhissəlam) son-
ra ən gözəl o oxuyurdu.
Şeytan insan qılığına girərək əvvəlləri çox fağır olan Qarunun yanına 
gəldi və onunla dost oldu. Sonra fürsət tapdığı bir gün dostcasına bir tövrlə 
ona:
“Ey Qarun! Başqalarından gələn rizqlə dolanmaqdansa, gedib həftədə 
bir gün çalışaq və qalan altı gündə isə Rəbbimizə itaət edək.” –dedi.
Bu  fikir, Qarunun ağlına batdı. Birlikdə şəhərə getdilər və bir gün
işlədilər. Bu bir günlük işləmələrinin əvəzi olan pulla altı gün dolanıb ibadət 
etdilər.
İlk istəyinə nail olan şeytan bu dəfə:
“Qarun, bax! Heç kimə möhtac olmadıq! Gəl, bundan sonra həftənin 
yarısında çalışıb pul qazanaq, digər yarısında da ibadət edək! Beləcə 
qazandığımız pulun çoxunu Allah rizası üçün fağırlara  infaq etmək 
imkanımız olar!” –dedi.
Artıq şeytanın fikirlərinə tabe olmağa başlayan Qaruna, bu təklif daha
da cazibədar göründü və bunu da qəbul etdi.
Şeytan, hiyləsini gerçəkləşdirməyə müvəffəq olmuşdu. Bundan sonra 
işləmə müddətini daha da uzatdı:
“İşləməyə daha çox zaman ayıraq və daha çox məvacib qazanaq. Həm 
ibadətlərimizə davam edər, həm də bu pulla daha çox fağırı sevindirərik.”-
dedi.
Yavaş-yavaş Qarunun qəlbinə dünya meyli və  məhəbbəti girməyə 
başlamışdı. Həzrət Musanın (əleyhissəlam) duası ilə  əl-simya elmi də 
verilmiş Qarun, qısa zamanda çox zəngin oldu. Qəlbini, dünyəvi arzular və 
bitməyən ehtiraslar bürüdü. Sonra da bütün gözəl və təmiz xislətlərini itirdi. 
Qürur və kibrinin əsiri oldu. Zənginliyinə, Həzrət Musanın duası səbəbilə 
çatdığını unutdu.
Ayəti-kərimədə buyurulur:
1   2   3   4   5   6   7   8   9   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə