Osman Nuri Topbaş 5 mn ön söz nəbilər silsiləsi dərs


hala salın, görək onu tanıyacaq, ya yox?!”



Yüklə 2.91 Mb.
Pdf просмотр
səhifə14/28
tarix31.01.2017
ölçüsü2.91 Mb.
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

hala salın, görək onu tanıyacaq, ya yox?!”
 (Nəml surəsi, 41)
(Bəlqis) gəldikdə ona: Taxtın bu cürdürmü? –deyildi. O da: Sanki 
odur! –deyə cavab verdi. (Süleyman qadının dərin zəka sahibi olduğunu 
görüncə dedi: ) Bizə ondan daha öncə (Tövhid haqqında) elm verilmiş 
və biz (ondan daha qabaq Allaha) müti (müsəlman) olmuşuq!  (Süley-
man) ona Allahdan başqasına (günəşə, aya) ibadət etməyi qadağan 
etdi. (Yaxud Allahdan başqasına tapınması o qadına Allaha ibadət etməyə 
mane olmuşdu). Çünki o, kafir bir tayfadan idi.”
   (Nəml surəsi, 42-43)

167
MN
(Bəlqəsin  əqlini, zəkasını yoxlamaq məqsədilə) ona belə deyil-
di: Saraya daxil ol! (Süleymanın sarayı büllurdan tikildiyi və altına su 
buraxıldığı üçün Bəlqis) sarayı gördükdə onu dərin bir gölməçə he-
sab etdi və (paltarı islanmasın deyə) ətəyini qaldırdı. O (Süleyman): Bu 
(su deyil) büllurdan tikilmiş  (şəffaf)  bir saraydır! dedi. (Bəlqis)  dedi: 
Ey Rəbbim! Mən (günəşə sitayiş etməklə) özümə zülm etmişdim. Mən 
artıq Süleymanla (Süleymanın sayəsində) aləmlərin Rəbbi olan Allaha 
təslim oldum!”
 (Nəml surəsi, 44)
Rəvayətə görə, Həzrət Süleyman, Səba məlikəsi Bəlqis gəlməzdən 
əvvəl, bir köşk hazırlatmışdı. Bu köşkün məhləsi büllurdan hazırlanmış, 
altından su axıdılmış və suya balıqlar buraxılmışdı. Bəlqis, zəminin şəffaf 
bir maddə olduğunu fərq edə bilmədiyi və sudan keçəcəyini sandığı üçün 
ətəyini çəkmişdi. Bütün bu tədbir və tərtiblər onun öz ağlına və biliyinə olan 
inamını sarsıtmış və könlünü ilahi hökmləri qəbula hazırlamışdır. Beləcə 
Bəlqis, bunun bir bəşər hadisəsi olmadığını dərk edib, orada ilahi qüdrət 
və əzəməti duydu, iman gətirdi və müsəlman oldu.
Həzrət Süleymanın vəfatı
Süleyman (əleyhissəlam) əsasına dayanmış bir halda vəfat etmişdir. 
Əvvəlcə ətrafından heç kim onun vəfat etdiyini bilməmişdi. Ancaq aradan 
xeyli vaxt keçdikdən sonra, bir ağac qurdunun onun əsasını yeməsi və 
buna görə Həzrət Süleymanın yerə yıxılması ilə vəfat etdiyi bilindi. Ayəti-
kərimədə belə buyrulur:
“Sonra (Süleymanın)  ölümünü hökm etdiyimiz zaman onun 
öldüyünü onlara (cinlərə) ancaq (Süleymanın) əsasını yeyən bir ağac 
qurdu xəbər verdi. (Süleymanın əlini dayayıb durduğu əsa sınandan son-
ra) o (ölmüş vəziyyətdə) yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar 
qeybi bilsəydilər, alçaldıcı  əzab  (məşəqqətli iş) içində qalmazdılar.” 
(Səbə surəsi, 14)
Süleyman (əleyhissəlam) axirətə köç edəndə, nəşinin uzun müddət 
əsasına söykənmiş  vəziyyətdə qaldığı aydın olur. Cinlər üçün “alçaldıcı 
əzab” təbiri isə onların çətin və  məşəqqətli işlərdə çalışmalarından ötrü 
istifadə olunmuşdur. Onlar Həzrət Süleymanın (əleyhissəlam) öldüyünü 
bilmədikləri üçün, O, hələ həyatda ikən olduğu kimi yenə də o yorucu işlərinə 
davam etmişdilər. Buradan da başa düşülür ki, cinlər qeybi bilmirlər.
Əzəmətli səltənət və mülkə sahib olan Həzrət Süleymanın (əley-
hissəlam) ayaq üstə ölməsi, nə qədər ibrətli və düşündürücü bir hadisədir! 

Əslində bütün peyğəmbərlərin sözləri, həyatları  və başlarına gələn 
hadisələr, onlardan sonra gələn bütün ümmətlərə ibrət vəsiləsidir.
Eynilə bunun kimi dünyanın faniliyi və  Həzrət Süleymanın  əzəmətli 
səltənətinin keçiciliyi, bir öyüd və zərbi-məsəl halına gəlmişdir. Ziya Paşa 
məşhur tərkibi-bəndində belə deyir:
Seyr etdi həva üzrə denir taxtı-Süleyman
Ol səltənətin yellər əsər indi yerində!…
(Bir zaman dillərə dastan olan Süleymanın taxtının yerində indi yellər 
əsir.)
Yunus Əmrə Həzrətlərinin bu dördlüyü də bu həqiqəti nə gözəl ifadə 
edir:
Mal sahibi, mülk sahibi
Hanı bunun ilk sahibi?
Mal da yalan, mülk də yalan,
Var bir az da sən oyalan
12
 !…
Səltənət və Təvazö
Süleyman (əleyhissəlam), çox mütəvazi idi. Səhərlər durub ilk olaraq 
fağır və qəriblərin yanına gedir, onlarla oturur və:
“Fağıra, fağırlarla olmaq yaraşır!”-deyirdi.
Süleyman (əleyhissəlam) və sərçə arasında baş vermiş belə bir hadisə 
məşhur olmuşdur:
Süleyman (əleyhissəlam), bir gün sərçəni töhmətləmişdi. Bunun 
üstündə sərçə, Həzrət Süleymanı hədələyib:
“–Sənin səltənətini və sarayını məhv edərəm!”-dedi.
Süleyman (əleyhissəlam):
“–Sənin cüssən nədir ki, mənim sarayımı məhv edəsən!”-dedi.
O kiçik quş belə cavab verdi:
12. Məşğul ol!
168
MN

169
MN
“–Qanadlarımı isladar və bir vəqf torpağına sürtərəm. Sonra da 
qanadlarıma bulaşan vəqf torpağını sənin sarayının damına daşıyaram. 
Beləcə  mənim daşıdığım o toz da sənin sarayını yerlə-yeksan etməyə 
kifayətdir!”
Qissədən hissə olaraq bu hadisədən, vəqf mallarının nə  qədər 
əhəmiyyətli olduğunu və onlardan istifadə edərkən ədalətə nə dərəcədə 
riayət etməyimizin lazım gəldiyini anlayırıq.
Həzrət Süleymandan sonra
On iki qəbilədən meydana gələn İsrail oğulları, Həzrət Süleymandan 
(əleyhissəlam) sonra ikiyə ayrılmışdır. On qəbilədən İsrail dövləti, digər iki 
qəbilədən də Yəhuda dövləti quruldu. O qəbilədan qurulan İsrail dövlətini 
E. Ə. 721-ci ildə Asurilər yıxmışdır.
İki qəbilədən qurulan Yəhuda dövlətini isə E.Ə. 586-cı ildə Babil 
hökmdarı Büxtünnəssər yıxdı. Büxtünnəssər Qüdsü yandırdı. Xalqın çox-
unu öldürdü, qalanları da Babilə sürgün etdi. Bu zalım, Nəmruddan sonra 
dünya hakimiyyətini əlinə keçirən ikinci imansız kraldır. Babili abadlaşdırıb 
özünə  mərkəz etdi. Şərq və  qərbdə ona qarşı  çıxacaq adam qalmadı. 
Beləcə Büxtünnəssər qürura qapılaraq ilahlığını elan etdi. Axırda da ağlını 
itirərək özünün bir öküz olduğunu zənn etməyə başladı. Yeddi il, meşədə 
dolaşdı. Bu arada krallığı onun xanımı idarə etdi. Ancaq vəfat etmədən bir 
il əvvəl, ağıllandığı və sonra da öldüyü söylənilir.
Büxtünnəssər, Qüds şəhərini dəfələrlə talan edib, Tövrat və Zəburu 
yandırmış, ortadan götürmüşdür. Beləcə zaman keçdikcə Tövratın bir çox 
yeri təbii olaraq unudulmuşdur. Yaddaşda qalanlar yazılmağa başlandıqda 
isə, Tövrat əsl mahiyyətini tamamən itirmiş, ortaya bir-birini tutmayan 
müxtəlif Tövrat nüsxələri çıxmışdır. Təqribən E.Ə. 500-cü illərdə yaşamış 
olan Əzra (Üzeyr), yazılan bu nüsxələri toplamışdır.
İran hökmdarı Nüşek (Koreş və ya Cyrus), Babillərə qalib gəldikdə, 
İsrail oğullarının yenidən Qüdsə dönmələrinə izn verdi. Buraya yerləşən 
İsrail oğulları, E.Ə. 515-ci ildə Məscidi-Əqsanı təmir etdilər. Öncə farsların, 
sonra Makedoniyalıların əmri altında yaşadılar. Bizim eranın 63-cü ilində 
Romalılar, Qüdsü ələ keçirib yəhudiləri buradan uzaqlaşdırınca, Məscidi-
Əqsa yenidən yıxıldı.
İsrail oğullarının tarix boyu bu qədər bəlaya və zülmə  uğramaları 
öz azğınlıqlarındandır. Çünki onlar bu azğınlıqları üzündən, nəfslərinə 

170
MN
uymadığı zaman, işlərinə  gəlməyən Tövrat və  Zəburdakı ayələri dəyiş-
dirmişlər, beləcə haqq dini pozmuşdular. Hətta bu işlərində onlara mane 
olmaq istəyən Zəkəriyya (əleyhissəlam) və  Yəhya (əleyhissəlam) kimi 
peyğəmbərləri də heç acımadan şəhid etmişdilər.
Harut və Marut qissəsi
Yəhudilər arasında sehr çox yayılmışdı. Bu səbəbdən Həzrət 
Süleymanın böyük bir sehrbaz olduğunu, hökmdarlığı da sehr ilə  əldə 
etdiyini, heyvanlara və cinlərə ovsun ilə hökm etdiyini söyləyir və buna 
inanırdılar. Qurani-Kərim, Peyğəmbər  Əfəndimizə (səllallahu  əleyhi 
və  səlləm) endiriləndə orada Həzrət Süleymanın peyğəmbər olduğu 
bildirilmişdir. Buna görə  yəhudilər “Mühəmməd, Süleymanı peyğəmbər 
zənn edir, halbuki o, bir sehrbazdır!”-demişdilər. Bu iddiaya qarşı aşağıdakı 
ayəti-kərimə nazil oldu.
(Yəhudilər)  Süleymanın səltənətinə  (şahlığına) dair şeytanların 
oxuduqlarına (sehr kitablara) uydular. Süleyman (bu kitablara uymadığı 
üçün)  kafir olmadı, lakin şeytanlar (bildikləri)  sehri və Babildə Harut 
və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldu-
lar. Halbuki (o iki mələk): “Biz (Allah tətəfindən göndərilmiş) imtahanıq 
(sınağıq), sən gəl kafir olma!” - deməmiş heç kəsə sehr öyrətmirdilər.
(Bununla belə yəhudilər) yenə də ər-arvad arasına nifaq salan işləri on-
lardan öyrənirdilər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç 
kəsə zərər verə bilməzlər. Onlar (yəhudilər) ancaq özlərinə faydası ol-
mayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar (yəhudilər) 
belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə 
edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini 
nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!” 
(Bəqərə suərəsi, 102)
Müfəssir Fəxrəddin ər-Razi, Harut və Marut adlı iki mələyin yer üzünə 
endirilmə səbəbini belə açıqlayır:
Şübhəsiz o dövrdə sehrbazlar çoxalmışdı. Bunlar, sehr mövzusun-
da daha əvvəl bilinməyən şeyləri ortaya çıxardılar, daha da irəli gedərək 
peyğəmbərlik iddiasında oldular və hər kəsə meydan oxudular. Buna görə 
Allah Təala, insanları bu yalançı peyğəmbərləri tanıyıb onlara qarşı qoya 
bilmələri üçün, insanlara sehr öyrətmək üzrə, ayəti-kərimədə bəhs edilən 
Harut və Marut adlı  mələklərini göndərdi.  Şübhəsiz, Allah hər  şeyin iç 
üzünü ən yaxşı biləndir.

Həzrət Süleymanın fəzilətləri
1. Külək, Həzrət Süleymanın (əleyhissəlam)  əmrinə verilmişdi. 
Rəsulullaha (səllallahu  əleyhi və  səlləm) necə bütün mələklər xidmət 
etməyə borclu isə, külək də onun əmrlərini yerinə yetirirdi.
2.  Bilindiyi kimi, Rəsulullah (səllallahu  əleyhi və  səlləm) də Mer-
ac gecəsi bir anda ərşi-əlaya çıxmışdır. Süleyman (əleyhissəlam) isə 
dilədikdə, ilahi bir lütf olaraq yer üzündə iki aylıq yolu bir gündə qət edirdi.
3. Rəsulullahı (səllallahu  əleyhi və  səlləm) daim bir buludun 
kölgələməsi kimi Həzrət Süleymana (əleyhissəlam) quşlar kölgə  əmələ 
gətirirdi.
4. Qiyamət günündə, Rəsulullahın (səllallahu  əleyhi və  səlləm) “Li-
vai-Həm” -i
13
 altında bütün peyğəmbərlər, Allah dostları, şəhidlər və saleh 
insanların toplanacaq olması kimi Həzrət Süleymanın (əleyhissəlam) əmri 
və idarəsi altında bütün məxluqat xidmət üçün toplanırdı.
5.  Bütün dünya və axirət nemətləri, Rəsulullahın (səllallahu əleyhi və 
səlləm) əmrinə hazır qılınması kimi Həzrət Süleymana (əleyhissəlam) da 
bütün dünyəvi mülk və səltənət verilmişdi.
 
13. Livai-Həmd: Həmd (şükür) bayrağı. Qiyamət günündə canlılar dirilib Ərəsat meydanına 
toplananda, Allah Təala tərəfindən Peyğəmbər Əfəndimizə ehsan ediləcək olan və
altında bütün inananların toplanacağı sancaği-şərif (şərəfli bayraq).
171
MN

172
MN
İNFAQ
Süleyman (əleyhissəlam), ona bəxş edilən dünya sərvətini daim 
qəlbinin xaricində daşımış bir peyğəmbərdir. Allah Təala bizə, varlıq 
sahibi bir peyğəmbər olaraq Həzrət Süleymanı  (əleyhissəlam) misal 
çəkmişdir. Bütün insanlar bir yerə  yığışsalar belə heç bir insanı Süley-
man (əleyhissəlam) qədər zəngin etməyi bacarmazlar. Çünki rüzgarlar, 
heyvanlar, qandal vurulmuş azğın şeytanlar, sözsüz, onun əmri və idarəsi 
altında idi. Bu qədər səltənətə sahib olmasına baxmayaraq Süleyman 
(əleyhissəlam):
“Mən bir fağıram. Fağıra, fağırlarla bərabər olmaq yaraşır!” –deyərək, 
qərib və kimsəsizlərlə bir yerdə olardı.
Həzrət Mövlana (qüddisə sirruh), bu beytində fağır və  dərdlilərlə 
həmdərd olmağın mənəvi qazancını nə gözəl açıqlayır:
“Fağırlıq və möhtaclıq içində boğulan könüllər, dumanla dolu bir evə 
bənzəyir. Sən onların dərdini dinləmək və dərdlərinə dərman olmaq şərtilə 
o dumanlı evə bir pəncərə aç ki, onun qaranlığı çəkilsin və sənin də qəlbin 
həssaslaşıb ruhun incəlsin.”
Belə evlərə bir pəncərə aça bilmək, ancaq fağır və kimsəsizlərə infaq 
etməklə gerçəkləşir. İnfaq etmək, mal və sərvətin şükür ifadəsidir.  Verilən 
nemətlərə  şükür etmənin, nemətləri daha da artıracağı  Cənabi-Haqqın 
qullarına verdiyi bir vəddir. Allah Təala buyurur:
ﹲﺪ ﹺﺪﹶﺸﹶﻟ ﹺﺑاﹶﺬﹶﻋ نﹺإ ﹾﻢﹸﺗﹾﺮﹶﻔﹶﻛﻦﹺﺌﹶﻟﹶو ﹾﻢ ﹸﻜﻧﹶﺪ ﹺزﹶﻷ ﹾﻢﹸﺗﹾﺮﹶﻜﹶﺷ ﹾﻦﹺﺌﹶﻟ

173
MN
“…Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. 
Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən 
şiddətlidir!” 
(İbrahim surəsi, 7)
Həzrət Peyğəmbər (səllallahu  əleyhi və  səlləm), infaq etməyi çox 
sevərdi. Bir Hədisi-Şərifdə Allah Təalanın:
“Ey insan oğlu!  İnfaq et ki, sənə  də infaq edilsin…” buyruğunu 
bildirmişdir. 
(Buxari, Təfsir, 11/2; Müslim, Zəkat, 36, 37)
Rəsulullah (səllallahu əleyhi və səlləm), çox arzu edirdi ki, comərdlik 
müslümanın bir xarakteri halına gəlsin. O belə buyurdu:
“Yalnız iki şəxsə qibtə edilir: Biri, Allahın, mal verib haqq yol-
unda xərcləməyə müvəffəq qıldığı şəxs; digəri, Allahın, elm bəxş et-
diyi və bu elmə əməl edən, başqasına öyrədən (yəni elmini infaq edən) 
kimsədir.” 
(Buxari, Elm, 15; Müslim, Müsafirin, 266-268)
Mülkün həqiqi sahibi Haqq Təaladır. Necə ki, Qurani-Kərimdə 
buyurulduğu kimi:
(Ya Rəsulum!)  De: Ey mülkün sahibi olan Allah! Sən mülkü 
istədiyin  şəxsə verər, istədiyin  şəxsi yüksəldər və istədiyin  şəxsi 
alçaldarsan. Xeyir yalnız Sənin  əlindədir. Həqiqətən, Sən hər  şeyə 
qadirsən! Gecəni gündüzə, gündüzü isə gecəyə qatarsan. Ölüdən 
diri, diridən isə ölü çıxararsan. İstədiyin şəxsə saysız-hesabsız ruzi 
verərsən.”
 (Ali-İmran surəsi, 26-27)
Ayəti-kərimədən də anlaşıldığı kimi mülk, həqiqətdə nə fərdlərin, nə 
də  cəmiyyətindir. Mülk Allaha aiddir. Ayrı-ayrı adamlar da, cəmiyyət də 
Haqq Təalanın mülkündə yaşayır, Onun verdiyi rizqlərlə keçinir. İnsanların 
sahib olduqları şeylər isə yalnız müəyyən bir zaman fasiləsi içində, mülk 
üzərində müvəqqəti bir istifadə haqqıdır.
Bu etibarla mal, mülk və mövqe, insanlar üçün ən böyük imtahan 
vəsiləsidir. Həzrət Süleymanın (əleyhissəlam) səltənəti, bir zaman gəlmiş, 
tamamən əlindən alınmışdı; ancaq istiğfar etmiş və sahib olduqları iadə 
edilmişdi. Bu hadisədən ibrətlə bir Allah dostu buyurur:
“Rizqin dalınca deyil, Rəzzaqın (rizq verən) dalınca qaç!”
Çünki həqiqətdə mülk də  səltənət də, Allahındır. Ayəti-kərimələrdə 
buyrulur:
“Hər kəs (dünyada) izzət-qüdrət (şərəf-şan) istəsə, (bilsin ki, dün-
yada da, axirətdə  də) bütün izzət-qüdrət  (şərəf-şan)  ancaq Allaha 
məxsusdur…” 
(Fatir surəsi, 10)

174
MN
“Göylərin və yerin hökmü Allaha məxsusdur. Allah hər şeyə qa-
dirdir!” 
(Ali-İmran surəsi, 189)
Bu ayəti-kərimələr göstərir ki, biz qullar üçün dünyanın əsl səltənəti, 
Allahı zikr etmək, Onu unutmamaq, Onun yaratdıqlarına xidmət və Onun 
rizası üçün əlimizdəkilərdən infaq etməkdir.
Qurani-Kərimdə “infaq” kəlməsi bir çox yerdə  işlədilir. Bu ayələr, 
dərinliyinə qetdikdə infaqın, mal və canın əsl sahibi olan Allaha nəzr etmək 
mənasına gəldiyi anlaşılır. Bu, bizi Rəbbimizin ehsan etdiyi nemətləri yenə 
Onun rizası doğrultusunda xərcləməyə dəvət edir. Buna görə müsəlman, 
həm varlığını, həm də canını Allaha nəzr edən insandır.
 
İmanın ilk meyvəsi mərhəmətdir. Mərhəmətin  əldə edilə bilməsi və 
ya artması isə, infaqla yaxından əlaqəlidir. Mərhəmətdən uzaq bir könül, 
ölü bir könüldür. Hər işə başlarkən söylədiyimiz bismillah və hər zaman 
oxuduğumuz Fatihə surəsinin, Allahın mərhəmət sifətləri olan Rəhman və 
Rəhim adları ilə başlaması bunun əhəmiyyətini göstərir. Peyğəmbərlər və 
vəlilərin həyatlarının mərhəmət mənqibələri (hekayət) ilə dolu olması da bir 
möminin həyatında mərhəmətin nə qədər əhəmiyyətli bir fəzilət olduğunu 
göstərir.
Həzrət Peyğəmbər (səllallahu əleyhi və səlləm):
“Mərhəmət edənlərə, Haqq Təala mərhəmət edər. Siz yer 
üzündəkilərə  mərhəmət edin ki, göy üzündəkilər də sizə  mərhəmət 
etsin…”
 (Tirmizi, Birr, 16; Əbu Davud, Ədəb, 58)
 buyuraraq, mərhəmətin kainatdakı 
bütün varlıqlar arasında cərəyan etdiyini bildirmişdir.
Mərhəmətin ən gözəl təzahürü, eyni zamanda bir qulluq vəzifəsi olan 
infaqla gerçəkləşdiyindən, qardaşlıq duyğularının zəiflədiyi, hüzur və
sükunun itdiyi, kin və düşmənliyin çoxaldığı cəmiyyətimizdə, ciddi bir infaq 
səfərbərliyinə ehtiyac vardır. Çünki iztirablı və möhtac insanların yerində 
biz də ola bilərdik. Bunun üçün onlara olan infaqımız, Rəbbimizə qarşı bir 
şükür borcudur.
Haqq Təala, müttəqilərin vəsflərini sayarkən:
“…Onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və 
digər haqq sahiblərinə) sərf edirlər.” 
(Bəqərə surəsi, 3)
 buyurmaqdadır.
Allah üçün vermənin ümumi adı olan sədəqə  və infaq, var olanı 
verməkdən başlayır. Varlığı olmayan üçün, yarım xurma belə nə gözəl bir 

175
MN
infaqdır! Bu qədəri belə, qulu, cəhənnəm atəşindən mühafizə edə bilər.
Rəsulullah (səllallahu əleyhi və səlləm), hər mömini zəngin qəbul etmişdir. 
O, Hədisi-Şərifində, yaxşılığı tövsiyə etmək, məzluma kömək etmək,
dərdli olanlara təsəlli vermək, xəstələri ziyarət etmək, dərdli könülləri 
sevindirmək və yoldan əziyyət verici şeyləri götürmək kimi xüsusiyyətlərin, 
səmimi mömin üçün bir sədəqə olduğunu bildirmişdir.
Həqiqət budur ki, əsl zənginlik, könül zənginliyidir. Könlü zəngin 
olanların, bir təbəssümü belə  sədəqə yerinə keçər. Könlü zəngin olan, 
təbəssümü və sevgisi ilə ətrafına fərəh və hüzur verir. Könlü fağır olanları 
isə, heç bir şey zənginləşdirməz.
Deməli, həqiqi zənginlik, mal çoxluğu deyil, könül zənginliyi ilədir. 
Həqiqi möminlər də, bu zənginlik nemətinə sahib olub infaq edənlərdir.
Yərmük hərbində Haris ibn Hişam,  İkrimə ibn Əbu Cəhl,  İyaş ibn 
Əbi Rəbia (radiyallahu ənhüm),  şiddətli bir döyüşdən sonra, yaralı bir 
vəziyyətdə, qızmar günəşin altında, isti qumlar üzərində susuz bir halda 
qıvrılırkən, son nəfəslərində onlara verilən suyu içməyib yanında inləyən 
qardaşına təklif etmişdi. Ancaq özünə su ikram edilən  şəxs, daha suyu 
içmədən vəfat etmiş  və bu vəziyyət onların hər üçündə  də eyni şəkildə 
gerçəkləşmişdi. Yəni üçü də son nəfəslərində bir udum su belə içmədən 
şəhid olmuşdular. Bir udum su, beləcə ortada qalmışdı. 
(Bax: Hakim III, 270)
Bax bu, bir möminin mükəlləf olduğu qayğıkeşlik və  həssaslığın 
mükəmməl bir təzahürüdür. İnfaqın ən yüksək dərəcəsi olan isarın gözəl 
bir nümunəsidir.
İnfaqın, bir möminin təməl xislətlərindən biri olduğunu Haqq Təala 
ayəti-kərimədə belə bildirmişdir:
ﹸﷲاﹶو ﹺسﺎﻨﻟا ﹺﻦﹶﻋ ﹶﻦﹺﻓﺎﹶﻌﹾﻟاﹶو ﹶﻆﹾﹶﻐﹾﻟا ﹶﻦ ﹺﻤﹺﻇﺎﹶﻜﹾﻟاﹶوﹺءاﺮﻀﻟاﹶوﹺءاﺮﺴﻟا ﹺﻓ ﹶنﻮﹸﻘﹺﻔﹾﻨﹸ ﹶﻦ ﹺﺬﻟا 
ﹶﻦ ﹺﻨ ﹺﺴ ﹾﺤ ﹸﻤﹾﻟا ﺐ ﹺﺤﹸ
“O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) 
xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah 
yaxşılıq edənləri sevər.”
 (Ali-İmran surəsi, 134)
Mömin, həssas, incə, fədakar, comərd, mərhəmətli,  şəfqətli və isar 
sahibi olmalıdır.

Allah Rəsulunun bildirdiyi kimi, susuzluqdan ləhləyən bir itə su verən 
günahkar bir qadın, sırf bu mərhəmətli davranış səbəbi ilə minlərcə günahı 
əfv edilmiş və cənnətə nail olmuşdur. Bunun əksinə, pişiyinə mərhəmətsiz 
davranaraq, onun aclığına fikir verməyən və bu səbəbdən ölməsinə səbəb
olan bir qadın da cəhənnəmə girmişdir. 
(Bax: Buxari, Ənbiya, 54; Müslim, Səlam, 151, 
152)
 Bu misallar, bir müsəlmanın könül aləminə yol göstərməsi baxımından 
nə qədər ibrətlidir!
Qurani-Kərimdə, Haqq Təalaya yaxın ola bilməyimiz üçün sevdik-
lərimizdən infaq etməyimiz lazım gəldiyi bildirilir:
ﹲﻢ ﹺﻠﹶﻋ ﹺ ﹺﺑ ﹶﷲا نﹺﺈﹶﻓ ﹴء ﹾ ﹶﺷ ﹾﻦﹺﻣ اﻮﹸﻘﹺﻔﹾﻨﹸﺗ ﺎﹶﻣﹶو ﹶنﻮﺒ ﹺﺤﹸﺗ ﺎﻤﹺﻣ اﻮﹸﻘﹺﻔﻨﹸﺗ ﺘﹶﺣ ﺮﹺﺒﹾﻟا ﹾاﻮﹸﻟﺎﹶﻨﹶﺗ ﹾﻦﹶﻟ
“Sevdiyiniz  şeylərdən  (haqq yolunda)  sərf etməyincə savaba 
çatmazsınız.  Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir 
şeyi biləndir!” (Ali-İmran surəsi, 92)
 
Vəqflər ən gözəl infaq müəssisələridir. Vəqflər, Yaradandan ötrü
yaradılanlara sevgi, şəfqət və mərhəmətin ortaya qoyulduğu müəssisələrdir. 
Kainatda, övlad, mal, mülk və səhhət kimi nemətlərin insan oğluna əmanət 
olaraq verilməsi insana, bu əmanətləri tələbkar və həssaslıqla qorumaq 
və lazımlı şəkildə sərf etmək məsuliyyətini yükləyir. İnsanın öz istifadəsinə 
verilmiş bu əmanətləri yerli-yerində istifadə edib, vaxtı gəldikdə də aldığı 
kimi sahibinə çatdırması, özü üçün bir rəhmət, bərəkət və  məğfirət və-
siləsidir.
Sərvətdə isə qayə,  “İnsanların  ən xeyirlisi, insanlara ən faydalı 
olandır.” 
(Süyuti, əl-Cameus-Səğir, II, 8) 
Hədisi-Şərifinin sirrinə vaqif ola bilməkdir.
Pulun yeri könül deyil, pul qabıdır! Arif bir şairin bu qitəsi insanın qəflətini
nə gözəl anladır:
Bir misafirxanadır dünyayi dun
14
 
Anda bir kaşane də
15
 , viranə də,
Bu onulmaz
16 
 çarəsiz sevdadayam,
Xane qurdurdum misafirxanada!
14. Alçaq, aşağı
15. Süslü köşk, saray
16. Şəfa tapılmaz
176
MN

177
MN
Bilinməlidir ki, fağırların və  qəriblərin duası, varlı  və güclülər üçün 
bir hüzur qaynağı  və  mənəvi bir köməkdir. Fağırlıq və möhtaclıq, bir 
zillət və  əziklik deyil, bəlkə axirət tərəfi aydınlıq, ilahi bir hikmət və lütf
təzahürüdür.
Əbu Dərdanın (radiyallahu ənh) rəvayət etdiyinə görə də Rəsulullah 
Əfəndimiz əshabına belə deyirdi:
“Mənə  zəifləri çağırın. Çünki siz ancaq zəifləriniz(in dua və
bərəkəti) ilə rizqləndirilir və yardım edilirsiniz.”
 (Əbu Davud, Cihad, 70; İbn 
Hənbəl, V, 198)
Ümeyyə ibn Xalidin (radiyallahu ənh) rəvayət etdiyinə görə, Rəsulullah 
(səllallahu  əleyhi və  səlləm), Allahdan fağır olan mühacirlər hörmətinə 
müsəlmanlara zəfər və yardım ehsan etməsini istəyirdi. 
(Təbərani, Mucəmul-
kəbir, I, 292)
Zəkat və infaq ibadəti
a) Varlı insanların, sərvətlərinin  əsiri olmadan nəfsani azğınlıq 
təmayüllərinə sədd çəkmək,
b) Möhtacların zənginlərə qarşı kin və  həsəd kimi mənfi duyğular
bəsləməsinə mane olmaq,
c)  İctimai intizamı qorumaq üçün, fağır ilə zəngin arasındakı müvazinət 
və məhəbbəti təmin etmək, bir çox səbəbdən möminlərə fərz qılınmışdır.
Bunun üçün zəngin, malını haradan qazanıb haraya sərf etdiyindən, 
qazanclarının halalmı, harammı olduğundan və etməsi lazım gələn zəkat, 
sədəqə, xeyir və həsənat işlərindən Allahın hüzurunda hesaba çəkiləcəkdir. 
Zəngin, sahib olduqlarının müəyyən bir qismini fağırlara verməyə borc-
lu qılınmaqla; sərvəti baxımından böyük bir imtahana tabe tutulmuşdur. 
Ancaq imtahan edildiyi digər məsələlərlə birlikdə bu infaq imtahanını da 
qazandığı  təqdirdə  zəngin insan, Rəbbinin rizasını qazanmış olaraq, 
cənnət nemətlərinə qovuşur.
Fağırlar da yoxsulluq vəziyyətində  səbir göstərmək, düşdükləri 
vəziyyətdən  şikayətçi olmamaq, insanlara yük olmayıb, varlı insanlara 
qarşı kin və həsəd bəsləməmək, çətin vəziyyətlərdə əxlaq və iffətlərini qo-
rumaq kimi məsələlərdən hesaba çəkiləcəklər. Əgər bütün bu davranışların 
nəticəsi Allahın rizasına uyğun gələrsə, bax o zaman onun dünya sıxıntısı, 
əbədi axirət səadəti ilə bəzənəcəkdir
1   ...   10   11   12   13   14   15   16   17   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə