6. Aşağıdakılardan hansı Həz-
rət Loğmanın (əleyhissəlam)
sahib olduğu fəzilətləri əldə
etmək üçün etdiyi işlərdən
biri deyildir?
A. Əhdə vəfa göstərmək
B. Özünü maraqlandırmayan iş-
ləri tərk etmək
C. Bütün xəstələri müalicə et-
mək
D. Əmanəti yerinə yetirmək və
doğrucul olmaq.
7. “Rəsulullah (səllallahu əleyhi
və səlləm) namaza durduğu
zaman, ürəyindən qaynayan
qazanın səsi kimi səs eşidilirdi.”
(Əbu Davud, Səlat, 157)
Hədisi-Şə-
rifindən Peyğəmbər Əfən-
dimizin namazı qılması ilə
əlaqəli hansı nəticəni əldə
etmək mümkün deyildir?
A. Namaz qılarkən, ətrafla əla-
qəni kəsib özünü namazın
mənasına verməsi.
B. Əzan oxunduqdan sonra
namaz qılınana qədər olan
müddəti təfəkkürlə keçirmə-
si.
C. Namaz qılarkən, xüşu və
hissiyatından qəlbinin titrə-
məsi.
D. Namaz qılarkən özündən
keçməsi, yanındakıların kö-
məyi ilə salam verməsi.
303
MN
8. Başına gələn fağırlıq, xəs-
təlik, sıxıntı kimi dərdlərə
qarşı “Bunlar Rəbbimin məni
imtahana çəkməsidir; inşallah,
haqqımda xeyrə vəsilə olar”
deyərək riza ilə səbir edən
şəxs hansı cür şükürü yerinə
yetirmiş olar?
A. Qəlbi şükür
B. Fitri şükür
C. Əməli şükür
D. Şifahi şükür
9. “Adamlardan təkəbbürlə üz
çevirmə, yer üzündə lov-ğa-
lovğa gəzib dolanma. Həqiqə-
tən, Allah heç bir özün-dən
razını, lovğalanıb fəxr edə-
ni sevməz!”
(Loğman surəsi, 18)
Aşağıdakılardan hansı, bu
ayəti-kərimədə yasaqlanan
davranışlardan biri deyildir?
A. Təhsil səviyyəsi və maddi
vəziyyəti özündən daha
aşağı olan kimsələrə yuxa-
rıdan baxmaq.
B. Öz işləri ilə öyünmək və heç
kəsin bunları ondan daha
əla etməyəcəyini düşün-
mək.
C. Sahib olduğu imanın Allahın
ona bir lütfü olduğunu
bilərək ateistlərin yanında
boynu bükük durmaq.
D. Biliyinin və etdiyi ibadətlərin,
özünü hər kəsdən üstün bir
mövqeyə çıxardığına inan-
maq.
304
MN
10. Aşağıdakılardan hansı Haqq
Təalanın verdiyi nemətlərə
qarşı şükür etmə yollarından
biri deyildir?
A. Ruhi şükür
B. Əməli şükür
C. Qəlbi şükür
D. Şifahi şükür
11. Loğman Həkimin “Ey oğlum!
Dünya dərin bir dəniz ki-
midir. Çox insanlar orada bo-
ğulmuşdur. Bu dənizdə təqva
gəmin, iman yükün; təvəkkül
halın, saleh əməl azuqən ol-
sun! Qurtularsan Allah Təalanın
rəhməti ilə, batarsan, günahın
səbəbi ilədir.” Sözündən hansı
nəticəni çıxarmamalıyıq?
A. Allahdan qorxub yenə Ona
sığınmaq, insanı günah gir-
dabında boğmaqdan qurta-
rır.
B. Bir işə başlamazdan əvvəl,
tam bir təvəkkül halında
olub, ilahi təqdirin təzahür
etməsi gözlənməlidir.
C. İnsan, əldə etdiyi müvəf-
fəqiyyətləri Allahın bir lütfü;
müvəffəqiyyətsizliyi isə öz
nöqsanlılığının bir nəticəsi
olaraq görməlidir.
D. İnsanın bu dünyadan axirətə
götürə biləcəyi şey, gözəl
əxlaq və saleh əməllərlə
qüvvətləndirdiyi imanıdır.
12. Özünə edilən kiçik bir yax-
şılığa təşəkkür ilə cavab ve-
rən insanın, Rəbbindən gə-
lən sonsuz nemət və ikramlar
qarşısında lazım gələn tövr,
aşağıdakılardan hansı ola bil-
məz?
A. Ona bu nemətləri göndərən
Rəbbinin sifətlərinin təza-
hürlərini düşünüb daim
həmd halında olmalıdır.
B. Müəzzəm bir zər-zibarla
döşənmiş və ilahi bir sənət
əsəri olan yer üzünün də-
yərini bilib, bütün nemətləri
əldə etməyə çalışmalıdır.
C. Ayaqlarının altına sərilən
bu nemətlər üçün daim dili
ilə, qəlbi ilə və davranışı ilə
şükürdə olmalıdır.
D. Verilən nemətlərin əsl sa-
hibini tanıyıb, Ona qarşı
vəzifələrini yerinə yetirmə-
lidir.
305
MN
CAVABLAR
1.Hikmət
2.Təqvanı
3.Həmd- Şükür
4.Qəlbi şükür
1.B
2.D
3.D
4.C
5.B
6.C
7.D
8.A
9.C
10.A
11.B
12.B
B. Boşluqları doldurma suallarının cavabları
C. Test suallarının Cavabları
307
MN
309
MN
Mişarla ikiyə bölünən məzlum peyğəmbər
HƏZRƏT ZƏKƏRİYYƏ
(əleyhissəlam)
Atası kimi ölümü şəhidliklə qarşılayan
HƏZRƏT YƏHYA
(əleyhissəlam)
və
Xəstələrə şəfa verib ölüləri dirildən, səmavi
HƏZRƏT İSA
(əleyhissəlam)
Bu üç peyğəmbər çəkdikləri əzab, iztirab və göstərdikləri Tövhid
mücadiləsi baxımından bir-birinə çox bənzəyirlər.
Bu peyğəmbərlər, Həzrət Musadan (əleyhissəlam) sonra tamamilə
pozulmuş olan azğın yəhudiləri təkrar doğru yola gətirə bilmək üçün böyük
səy göstərmişlər. Ancaq bir qrup inananın yanında, iman etməyən böyük
çoxluq tərəfindən aramsız əziyyət və həqarət görmüşlər, dünyəvi həyatları
min bir sıxıntı və əzab içində keçmişdir. Elə ki, Zəkəriyyə və Yəhya
(əleyhissəlam) amansızcasına qətl edilərək şəhadət şərbətini içmişlər. İsa
(əleyhissəlam) isə, qətl edilmək ərəfəsində Haqq Təala tərəfindən göyə
yüksəldilmişdir.
310
MN
311
MN
Bu üç peyğəmbərin, peyğəmbərlik vəzifələrini yerinə yetirərkən
başlarına gələn hadisələrin bənzərlikləri yanında, aralarında qohumluq
bağı da var idi. Belə ki:
Həzrət Zəkəriyyə –– Elisa İmran –– Hənnə (Elisanın bacısı)
Həzrət Yəhya Həzrət Məryəm
Həzrət İsa
Zəkəriyyə (əleyhissəlam)
İsrail oğulları peyğəmbərlərindəndir. Nəsli, Həzrət Süleyma-
na (əleyhissəlam) çatır. O, Qüdsdə olan Beytül-Müqəddəsdə Tövrat
nüsxələrini yazır və qurban kəsmə ibadətini idarə edirdi. Həzrət Musanın
(əleyhissəlam) şəriətinə görə hökm edir və bu dini yayırdı. Dülgərlik edir,
əl əməyi ilə dolanırdı. Zəkəriyyə (əleyhissəlam), qövmü tərəfindən şəhid
edilmişdir. Türbəsi, bu gün Suriya sərhədləri içində olan Hələbdədir.
Zəkəriyyə (əleyhissəlam) zamanında, Şam və Qüds, Batlamyusçuların
əlində idi. Bunlar, Beytül-Müqəddəsə hörmət edir və İsrail oğulları ilə yaxşı
davranırdılar. Bu qövmün uluları, ibadətxanadan heç çölə çıxmazdılar.
Beytül-Müqəddəsdə gecə-gündüz ibadət edirdilər. O zamanlar İsrail
oğullarının arasında bir peyğəmbər yox idi. Onlara peyğəmbər göndərməsi
üçün Allaha dua etdilər. Nəhayət Zəkəriyyə (əleyhissəlam), Allah tərəfindən
onlara peyğəmbər olaraq göndərildi.
Beytül-Müqəddəsdə dörd yüz “azadlı abid” ibadət etməkdə idi. İsrail
oğullarından hər hansı biri, Allah qatında mötəbər olmaq üçün, xanımı
hamilə olunca:
“–Ya Rəbbi! Oğlum olarsa, onu Sənə ibadət etməsi üçün Beytül-
Müqəddəsə nəzir edəcəyəm,”-deyirdi. Bu şəkildə oğlan uşaqları Beytül-
Müqəddəsə nəzir edilirdi. Bu adət, Musa (əleyhissəlam) zamanından
qalmışdı.
Allah (Cəllə Cəlaluh), Həzrət Musaya (əleyhissəlam):
“Ey Musa! Mən, gənclik zamanından qocalıq halına qədər ömrünü
ibadətdə keçirən qulumu sevirəm. O qulum, gəncliyində günah işləməmiş,
312
MN
könlünü yalnız mənə bağlamış və mənim sevgimi qazanmışdır.”
buyurmuşdu.
Zəkəriyyə (əleyhissəlam), Həzrət Süleymanın nəslindən olan Elisa ilə
evləndi. Elisa, Məryəmin anası olan Hənnənin bacısıdır. Hənnənin əri isə
İmrandır.
Zəkəriyyə (əleyhissəlam) ilə Elisadan Yəhya (əleyhissəlam)
doğulmuşdur.
Zəkəriyyə (əleyhissəlam), ilahi rizaya sadiq və saleh bir peyğəmbər
olaraq yaşamış, irəlidə ətraflı olaraq anladılacağı kimi zalım və azğın
yəhudilər tərəfindən vəhşicəsinə şəhid edilmişdir.
Yəhya (əleyhissəlam)
Yəhya (əleyhissəlam), Həzrət Məryəm ilə xala uşaqlarıdır. Tövratı
kiçik yaşlarından öyrənmiş, yetkinlik (həddi-büluğa çatmaq) çağında ona
peyğəmbərlik verilmişdir.
Həzrət Yəhyanın (əleyhissəlam) Həzrət Zəkəriyyəyə (əleyhissəlam)
ehsan edilməsi Qurani-Kərimdə belə anladılır:
“(O zaman) Zəkəriyyə Rəbbinə dua edərək dedi: “Ey Rəbbim!
Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları
eşidənsən!”
(Ali-İmran surəsi, 38)
“Belə demişdi: Ey Rəbbim! Artıq sümüyüm sustalmış, başım
ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə dua etməklə heç vaxt naümid
olmamışam. (Nə dua etmişəmsə, qəbul olunmuşdur) . Mən özümdən
sonra gələn qohum-əqrabamdan (yerimə keçəcək əmioğlularımın və
digər vərəsələrimin məsləkimi ləyaqətlə davam etdirməyəcəyindən) qorx-
uram. Zövcəm də ki, qısırdır. Buna görə də mənə Öz dərgahından bir
oğul (vəli) bəxş et ki, O həm mənə, həm də Yəqub nəslinə (onlara lütf
edilmiş peyğəmbərliyə) varis olsun. Ey Rəbbim! Həm də elə et ki, o (öz
əqidəsi, itaəti və gözəl axlaqı ilə) riza (Sənin rizanı) qazanmış olsun!”
(Məryəm surəsi, 4-6)
Həzrət Zəkəriyyənin (əleyhissəlam) cani-dildən etdiyi bu səmimi dua,
Allah qatında qəbul edildi və:
313
MN
“(Zəkəriyyə) mehrabda (ibadətgahda) ayaq üstə durub namaz
qılarkən mələklər ona müraciət edib dedilər: Allah sənə Özü tərəfindən
gələn kəlməni (İsanı) təsdiq edən, (tayfasını) ağa, nəfsinə hakim və
əməlisalehlər zümrəsindən bir peyğəmbər olacaq Yəhyanın (dünyaya
gələcəyi) xəbərini müjdə verir.”
(Ali-İmran surəsi, 39)
“(Allahdan belə bir nida gəldi: ) Ey Zəkəriyyə! Sənə bir oğulla (oğlun
olacağı ilə) müjdə veririk ki, adı Yəhyadır. Biz bu adı əvvəllər heç kəsə
verməmişik!”
(Məryəm surəsi, 7)
Ayədə “Biz bu adı əvvəllər heç kəsə verməmişik!” deyilməsi, Həzrət
Yəhyanı ucaltmaq üçündür. Çünki Yəhya adı, şəxsən Haqq Təala tərəfindən
ilk olaraq ona lütf edilmişdir. Bu ifadə, Həzrət Yəhyanın sahib olduğu digər
müstəsna fəzilətləri də əhatə edir.
Yəhya, diri mənasındadır. İki ixtiyardan bir övladın dünyaya gəlməsi,
sanki ölüdən diri yaratmaq kimidir:
“(Zəkəriyyə:) Ey Rəbbim, üzərimə qocalıq çökdüyü və zövcəm
qısır (doğmayan) olduğu halda, mənim necə oğlum ola bilər? “ -
söylədi. (Allah isə:) (Bəli) dediyin kimidir, (lakin) Allah nə istəsə, onu
da edər”, – deyə buyurdu.”
(Ali-İmran surəsi, 40)
“(Allah Cəbrailin dili ilə buyurdu:) Dediyin kimidir, lakin Rəbbin buy-
urdu ki, bu işi görmək Mənim üçün asandır. Necə ki, ilk əvvəl səni heç
bir şey deyilkən (yoxdan) yaratmışdım!”
(Məryəm surəsi, 9)
Həzrət Zəkəriyyənin (əleyhissəlam) duasının qəbul olunmasının
əlaməti, üç gün insanlarla heç danışmaması, yalnız işarələrlə anlaşması
və Rəbbini fasiləsiz zikir etməsi oldu.
“(Zəkəriyya: ) “Ey Rəbbim! Mənə (zövcəmin hamilə olduğu vaxtı
bilmək üçün) bir nişanə göstər”, - dedikdə, (Allah: ) “Sənin nişanən üç
günün ərzində adamlarla yalnız işarə ilə (əl, baş və gözlə) danışmaq
olacaqdır. O vəziyyətdə belə Rəbbini çox yada sal (zikr et) və səhər-
axşam şəninə təriflər deyib şükür et!” buyurdu.”
(Ali-İmran surəsi, 41)
Zəkəriyyə (əleyhissəlam), üç gün insanlarla heç danışmadı. Qövmünə
təbliği, torpağa yazaraq işarələrlə bildirdi:
“(Nəhayət, Zəkəriyyənin dili tutulduğu, ona danışmaq qadağan edildi-
yi üçün artıq zövcəsinin hamilə olduğunu başa düşdü və Allahın Öz əhdinə
sadiq olduğuna bir daha əmin olub Ona cani-dildən şükür etdi) . Sonra
(Zəkəriyyə) mehrabdan (məbəddən) öz camaatının qabağına çıxıb (əli
314
MN
ilə) onlara belə işarə etdi: “Səhər-axşam (Allahı) təqdis edib şəninə
təriflər deyin! (Və ya namaz qılın!) ”
(Məryəm surəsi, 11)
Haqq Təala buyurur:
“Biz (Zəkəriyyənin) duasını qəbul buyurduq, ona Yəhyanı bəxş et-
dik və zövcəsini (doğmağa) qabil bir hala gətirdik. Onlar xeyirli işlər
görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar) , ümid
və qorxu ilə (rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bizə
ibadət edirdilər. Onlar Bizə müti idilər.”
(ənbiya surəsi, 90)
Yəhya (əleyhissəlam), böyüyüb yetkinlik çağına gəldikdə Allah Təala
ona Tövratın hökmlərini anlayıb onunla əməl etməsini əmr etdi:
“(Yəhya dünyaya gəldikdən sonra ona dedik: ) Ey Yəhya! Kitab-
dan bərk yapış (Tövratı möhkəm tutub onun hökmlərinə ciddi əməl
et!) . Biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq,
peyğəmbərlik) verdik. Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət
(yaxud insanlara qarşı şəfqət) və (günahlardan) paklıq bəxş etdik. O, (çox)
müttəqi idi. (Yəhya) ata-anasına qarşı da olduqca itaətkar (nəvazişkar)
idi: zalım, asi (dikbaş) deyildi.”
(Məryəm surəsi, 12-14)
Özünə peyğəmbərlik verilən Həzrət Yəhya, Həzrət İsaya (əleyhissəlam)
İncil gələnə qədər, Həzrət Musanın (əleyhissəlam) şəriətinə tabe ol-
muşdur.
Həzrət Musanın (əleyhissəlam) gətirdiyi şəriətə görə qardaşın yoldaşı
ilə evlənmək yasaq idi. Bu günahı işləyənin cəzası da qısırlaşdırılmaq idi.
(Ləvililər, 18/6-18; 20/19-21
) Tövratda yadlarla zina etmənin cəzası ölüm ikən
evlənməsi yasaq olan şəxslər arasındakı zinanın cəzası isə daha fərqli
idi.
(Təsniyə, 22/22-27; Ləvililər, 20/11, 12, 14, 17)
Həmçinin Həzrət Yəhyanın şəhid
edilməsinə də səbəb olan belə bir hadisə nəql edilir:
Həzrət Yəhyanın peyğəmbərliyi dövründə Kral Herodot (Heredos)
qardaşının yoldaşı ilə zina edir. Həzrət Yəhya, bunun ilahi qanunlara zidd
olduğunu söyləyincə, kral tərəfindən zindana atılır. Daha sonra kralın
doğum günü şənliyinə, zina etdiyi qadın öz qızı ilə birlikdə gəlir. Bu qız
şənlikdə etdiyi göstərişlərlə kralı sanki sehrləyir və məst edir. Kral, o gün
qız nə istərsə onu yerinə yetirəcəyi sözünü verir. Anası tərəfindən aldadılan
qız, Həzrət Yəhyanın başını istəyir. Bu istək qarşısında kral çox peşman
olur lakin verdiyi sözü tutmaq məcburiyyətində qalır və Həzrət Yəhya, başı
kəsilərək şəhid edilir. Bu qız daha sonra Herotla evlənmiş və sonra da
yerin dibinə keçmişdir.
(Luka 3/19-20; Matta 14/1-12)
315
MN
Həzrət İsanın (əleyhissəlam) göyə çəkilməsi də bu vaxtla üst-üs-
tə düşür. Çünki o zaman yəhudilər, peyğəmbərlərini öldürəcək qədər
azğınlaşmışdılar. Həmçinin bu və buna bənzər etdikləri iyrəncliklərlə Haqq
Təala onları lənətləmişdir:
“Lakin onlar verdikləri əhdi pozduqları, Allahın ayələrini inkar
etdikləri, peyğəmbərləri haqsız yerə öldürdükləri və: “Ürəklərimiz
pərdəlidir!” – dedikləri ucundan (Allahın lənətinə düçar oldular). Bəli,
öz küfrləri üzündən Allah onların ürəklərinə möhür vurmuşdur
(kilidləmişdir). Buna görə də onların yalnız az bir hissəsi iman gətirər.”
(Nisa surəsi, 155)
Yəhya (əleyhissəlam) şəhid edildiyi zaman otuz yaşlarında idi. O, ayəti-
kərimədə də bildirildiyi kimi, üç təhlükəli gündə Allah Təalanın rəhmətinə
və mühafizəsinə nail olmuşdur:
“Ona doğulduğu gün də, öləcəyi gün də (qiyamətdə) diriləcəyi
(qəbirdən diri olaraq qaldırılacağı) gün də salam olsun!”
(Məryəm surəsi,
15)
Müfəssir Beyzavi, bu ayəti belə açıqlayır: İnsanlara müsəllət (hakim)
olan şeytan, ona həyatında zərər verməsin! Qəbir əzabından salim olsun!
Hesab qorxusu və cəhənnəm əzabı görməsin.
İsa (əleyhissəlam)
İsa (əleyhissəlam), Həzrət Yəhyanın (əleyhissəlam) doğumundan
altı ay sonra Qüdsdə dünyaya gəlmişdir. O, İsrail oğullarına göndərilən
peyğəmbərlərin sonuncusudur.
Peyğəmbərlər içində ən yüksək dərəcəyə sahib olan və “ülül-əzm”
deyilən beş peyğəmbərin dördüncüsüdür. Özünə “Ruhullah” deyilməsi, bir
ucaltma ifadəsi olmaqla birlikdə, Allah Təalanın, Həzrət Adəmi yaratdığı
kimi onu da ruhundan üfürərək yaratması səbəbdəndir.
Həzrət İsaya (əleyhissəlam) otuz yaşında peyğəmbərlik gəlmiş və kitab
olaraq incil göndərilmişdir. Otuz üç yaşında da diri-diri göyə qaldırılmışdır.
Həzrət İsanın (əleyhissəlam) anası Həzrət Məryəm, Həzrət Davudun
(əleyhissəlam) nəslindəndir. Məryəmin anası Hənnə, atası İmrandır.
316
MN
Mənbələrdə göstərildiyinə görə, Hənnənin uşağı olmurdu. O da:
Ya Rəbbi! Mənim bir uşağım olarsa, onu Beytül-Müqəddəsdə xidmətçi
edəcəyəm!-deyə nəzir etdi.
Hənnə, nəzir etdikdən sonra hamilə oldu. Ayəti-kərimədə buyrulur:
“(Ya Rəsulum!) İmranın zövcəsinin (Hənnənin) : Ey Rəbbim, bət-
nimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri)
məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən! – dediyini xatırla!”
(Ali-İmran surəsi, 35)
Bir müddət sonra Hənnə qız uşağı dünyaya gətirdi. Adını Məryəm
qoydu:
“Onu (bətnindəkini) doğduğu zaman: Ey Rəbbim! Mən qız doğdum,
– söylədi. Halbuki, Allah onun nə doğduğunu və oğlanın qız kimi
olmadığını yaxşı bilirdi. (Hənnə:) Mən onun adını Məryəm qoydum,
onu və onun nəslini məlun (daşqalaq olunmuş) Şeytandan (Şeytanın
şərindən) Sənə tapşırıram (dedi) .”
(Ali-İmran surəsi, 36)
O vaxta qədər Beytül-Müqəddəsə oğlan uşağı nəzir edilir və bu çox
savab sayılırdı. Bu şəkildə nəzir edilən oğlan uşaqları doğulandan yetkin-
lik çağına qədər orada xidmət edirdilər. Uşaq yetkinlik dövründən sonra,
istəsə yenə orada xidmət edir, istəməsə arzuladığı başqa bir yerə gedirdi.
Ancaq uşağın yetkinlik dövründən əvvəl Beytül-Müqəddəsdən ayrılmasına
icazə verilmirdi.
Bu nəzir, yalnız oğlan uşaqları üçün edilirdi. Hənnənin Rəbbinə üz
tutub, nəzir etməsindən sonra Allah Təalanın ona bir qız övladı verməsi,
bundan sonra qız uşaqlarının da Beytül-müqədəsə nəzir edilməsini müm-
kün qılmışdır.
Hənnə, qızı Məryəmi Beytül-Müqəddəsdəki vəzifəlilərə təhvil verdi.
Məryəmin, kimin himayəsinə girəcəyinə dair püşk atdılar. Allah Təala buy-
urur:
“(Ya Rəsulum!) Bunlar qeyb xəbərlərindəndir ki, vəhy ilə sənə
bildiririk. Onlar: Məryəmi kim öz himayəsinə alacaq? – deyə,
qələmlərini (suya) atdıqları və bir-birilə mübahisə etdikləri zaman sən
ki onların yanında deyildin.”
(Ali-İmran surəsi, 44)
Çəkilən püşk, Beytül-Müqəddəsin imamı və Hənnənin də yeznəsi olan
Həzrət Zəkəriyyəyə (əleyhissəlam) çıxdı. Zəkəriyyə (əleyhissəlam) isə:
Onun xalası mənim nikahım altındadır, dedi və Məryəmin məsuliyyətini öz
üstünə götürdü.
317
MN
Məryəm sütdən kəsiləndə, ona Beytül-Müqəddəsdə bir çox otaq
təxsis edildi. Bu otağa ayəti-kərimədə “mehrab” deyilmişdir. Mehrab, bir
növ sıxıntı otağı deməkdir. İbadət edilən yer, yəni “məbəd” mənasına da
gəlir.
Həzrət Məryəmin otağına yalnız Zəkəriyyə (əleyhissəlam) girirdi. Bu
vəziyyət on iki yaşına qədər davam etdi. Zəkəriyyə (əleyhissəlam), onun
otağına girərkən açarla qapını açıb girir, çıxarkən də bağlayırdı. Hər gün,
otağa bir günlük yemək qoyurdu. Lakin içəridə müxtəlif meyvələr görüb
heyrətə düşürdü. Bunların haradan olduğunu soruşduqda, Məryəm, Allah
(Cəllə Cəlaluh) tərəfindən göndərildiyini söyləyirdi. Bu yeməklərin içində,
yazda qış meyvələri, qışda da yaz meyvələri olurdu. Allah Təala buyurur:
“Belə olduqda, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl
bir fidan kimi böyütdü və Zəkəriyyəyə tapşırdı. Zəkəriyyə hər dəfə
(Məryəmin) ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi
olduğunu görərdi. ( Zəkəriyyə:) Ya Məryəm, bunlar sənin üçün
haradandır? – dedikdə, o: Allah tərəfindəndir! – deyə cavab verərdi.
Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!”
(Ali-İmran surəsi, 37)
Allah Təalanın Həzrət Məryəmə böyük ikramları bunlardır:
318
MN
* Həzrət Məryəm zamanına qədər Beytül-Müqəddəsə oğlan uşaqları
nəzir edildiyi halda, anası Hənnənin duası ilə Məryəm də nəzir olaraq
qəbul edilmişdir.
*
Allah
Təala, onu xalası əri Həzrət Zəkəriyyənin (əleyhissəlam)
himayəsində böyütmüşdür.
* Ona
hələ bu dünyada ikən cənnət nemətlərindən ehsan etmişdir.
* Ona
Cəbrail (əleyhissəlam) ilə görüşməyi lütf etmişdir.
* Onu
və oğlu Həzrət İsanı şeytanın şərindən qorumuşdur.
* Oğlu Həzrət İsa (əleyhissəlam), hələ qundaqda ikən danışmış və
anasına edilən iftiralara cavab vermişdir.
Rəsulullah (səllallahu əleyhi və səlləm) buyurur:
“İmran qızı Məryəm, zamanında dünyada olan qadınların ən
xeyirlisidir. Bu ümmətin qadınlarının ən xeyirlisi də Xədicədir.”
(Müs-
lim, Fədailüs-Səhabə, 69)
Həzrət Məryəm, gecə-gündüz ibadət edərdi. İsrail övladları
arasında təqvası ilə şöhrət qazandı. Özündən kəramət hasil olan Allahın
seçkin qullarından idi. Elə ki o, Qurani-Kərimdə “Siddiqə” yəni Alla-
ha qulluqda və Ona bağlılıqda çox irəli dərəcələrə çatmış bir şəxs kimi
qiymətləndirilmişdir.
Allah Təala belə buyurur:
“(Ya Peyğəmbər!) Xatırla ki, bir zamanlar mələklər belə demişdilər:
Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş,
(cəmi) aləmlərin (bütün dünyanın) qadınlarından üstün tutmuşdur. Ya
Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə
rüku et! (Namaz qılanlarla bir yerdə namaz qıl!)”
(Ali-İmran surəsi, 42-43)
Bu əmrlər ilə Həzrət Məryəm təqvada o hala gəldi ki, ayaqları şişincəyə
qədər namaz qılardı.
Yoxdan var edən, atasız da yaradır!
Həzrət Məryəm on beş yaşında ikən Yusufi-Nəccar adlı birisi ilə
nişanlanmışdı. Lakin onunla evlənmədən əvvəl Allah Təala ona, ata lazım
olmadan bir uşaq verəcəyini müjdələdi:
319
MN
Dostları ilə paylaş: |