“Mələklər dedilər: Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir
kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki,
dünyada və axirətdə şanı uca (şərəfli) və (Allaha) yaxın olanlardandır.”
(Ali-İmran surəsi, 45)
Yenə mələklər Həzrət Məryəmə dedilər ki:
“O, (həm) beşikdə ikən, (həm də) yaşa dolduqdan sonra insan-
larla danışacaq və salehlərdən (xeyirli iş görən şəxslərdən) olacaqdır.”
(Ali-İmran surəsi, 46)
Buna görə:
“(Məryəm:) Ey Rəbbim! Mənə bir insan əli toxunmadığı halda
necə uşağım ola bilər? – dedikdə, (Allah) buyurdu: (Bəli) elədir, (lakin)
Allah istədiyini yaradır. O, bir işin əmələ gəlməsini qərara aldıqda,
ona ancaq “Ol!” deyər, o da (dərhal) olar.”
(Ali-İmran surəsi, 47)
Mələklər, Məryəmə müraciətlə İsa haqqında sözlərinə belə da-
vam etdilər: “(Allah) ona (İsaya) yazmağı, hikməti, Tövratı və İncili
öyrədəcək.”
(Ali-İmran surəsi, 48)
“(Ya Rəsulum!) Kitabda (Quranda) Məryəmi də yad et. O zaman
o, ailəsindən ayrılıb (evinin, yaxud Beytül-Müqəddəsin) şərq tərəfində
(ibadət məqsədilə xəlvət) bir yerə çəkilmişdi.”
(Məryəm surəsi, 16)
“Və ailə üzvlərindən gizlənmək (paltarını dəyişmək, yaxud yuy-
unub təmizlənmək) üçün pərdə tutmuşdu. Biz də Öz ruhumuzu
(Cəbraili Məryəmin) yanına göndərdik. Ona (Məryəmə) kamil bir insan
qiyafəsində göründü.”
(Məryəm surəsi, 17)
Ancaq Həzrət Məryəm, yenə də qarşısında yad bir insan görüncə
ədəb və iffətinə görə çəkindi. Onun Həzrət Cəbrail olduğunu bilmədiyi
üçün qorxuya düşdü:
“(Məryəm) dedi: Mən səndən Rəhmana (Allaha) pənah aparıram.
Əgər müttəqisənsə (mənə toxunma)! (Cəbrail:) Mən sənə ancaq təmiz
(məsum) bir oğlan bağışlamaq üçün Rəbbinin (göndərdiyi) elçisiyəm!
– dedi. (Məryəm) dedi: Mənim necə oğlum ola bilər ki, mənə indiyədək
bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm! (Cəbrail)
dedi: Elədir, lakin Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz
onu insanlar üçün (qüdrətimizə dəlalət edən) bir möcüzə, (sənə və
möminlərə isə) dərgahımızdan bir mərhəmət olaraq edəcəyik. Bu,
əzəldən təqdir olunmuş bir hökmdür!”
(Məryəm surəsi, 18-21)
320
MN
Haqq Təalanın arzu etdiyi şəkildə:
“(Məryəm) artıq (Cəbrailin üfürməsi ilə İsaya) hamilə oldu və onunla
(bətnindəki uşaqla) birlikdə uzaq bir yerə (xəlvətə) çəkildi.”
(Məryəm surəsi,
22)
Həzrət Məryəmin doğum sancıları artmağa başladı. Qurumuş bir xu-
rma ağacının yanına gəldi və ona söykəndi. Ayədə buyrulur:
“Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə
məcbur etdi. (Məryəm uşaq anadan olandan sonra atası bilinmədiyi üçün
cahil insanların dedi-qodusuna səbəb olacağından əndişəyə düşüb) dedi:
Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub
getmiş olaydım!”
(Məryəm surəsi, 23)
Nəhayət quru bir xurma ağacının altında İsa (əleyhissəlam) dünyaya
gəldi. Allah Təala onu atasız yaratmışdı.
Sonsuz qüdrət sahibi olan Haqq Təala, əzəmətinin gərəyi olaraq
Həzrət Adəmi (əleyhissəlam) anasız və atasız olaraq torpaqdan; Həvva
anamızı anasız olaraq Həzrət Adəmdən; Həzrət İsanı (əleyhissəlam) da
atasız olaraq Məryəm anamızdan yaratmışdır.
Həzrət İsanın doğumu ilə Həzrət Adəmin yaradılması arasında
bir bənzərlik vardır ki, bu, hər ikisində yaradılışın “Ol!” əmri ilə gerçək-
ləşməsidir:
ﹸنﻮ ﹸﻜﹶﹶﻓﻦ ﹸﻛ ﹸﹶﻟ ﹶلﺎﹶﻗﻢﹺﺛ ﹴباﹶﺮﹸﺗﻦﹺﻣ ﹸ ﹶﻘﹶﻠﹶﺧ ﹶمﹶدآ ﹺﻞﹶﺜﹶﻤﹶﻛﹺﷲا ﹶﺪﻨﹺﻋ ﹶﺴ ﹺﻋ ﹶﻞﹶﺜﹶﻣنﹺإ
“Allah yanında İsa da (İsanın atasız dünyaya gəlişi də) Adəm ki-
midir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “(Bəşər) ol!”
– dedi, o da oldu.”
(Ali-İmran surəsi, 59)
Bu ayəti-kərimə, həm Allahın qüdrətinin sonsuzluğunun, həm də
yəhudilərin əvvəl təəccüb edib, sonradan da atacaqları iftiralar qarşısında
Həzrət Məryəmin iffətli olduğunun bir dəlilidir.
Həzrət İsanın (əleyhissəlam) doğum tarixi haqqında, qaynaqlarda heç
bir qeyd yoxdur. Heç bir İncildə bu barədə bir məlumata rast gəlinmir. Yalnız
bir İncil, Həzrət İsanın, yəhudi kralı zamanında doğulduğunu yazmaqda
isə də
(Matta 2/1)
Roma mənbələri, bu kralın miladdan əvvəl öldüyünü bildi-
321
MN
rir. Buna görə verilən bütün məlumatlar, bir-biri ilə düz gəlmir. Belə olunca,
“noel”in qeyd etmə tarixi də təxminlərdən uzağa gedə bilmir.
Bu səbəbdən, katoliklər Noel şənliyini 24-25 Dekabr günü qeyd etdiyi
halda, bunu Erməni kilsələri 6 Yanvarda qeyd edirlər. Bir qisim Protes-
tanlar isə bu tarixin müqəddəs mətnlərdə dəqiq olaraq keçmədiyini irəli
sürərək Noeli qeyd etmirlər.
Həzrət İsa doğulduqdan sonra:
“Dərhal (Məryəmin, yaxud xurma ağacının) alt tərəfindən ona
(Cəbraildən və ya doğulmaqda olan İsadan) belə bir nida gəldi:
Kədərlənmə,
Rəbbin sənin üçün (ayağının) altından bir irmaq axıtdı.” (Məryəm surəsi, 24)
Həzrət Məryəmə xitab edən səs belə davam etdi:
“(Qurumuş) xurma ağacını özünə tərəf silkələ, üstünə təzə
yetişmiş (xurma) tökülsün!”
(Məryəm surəsi, 25)
Həzrət Məryəm, xurma ağacını özünə tərəf çəkib silkələdi. Qış
mövsümü olma sına baxmayaraq quru ağac, birdən-birə xurma tökməyə
başladı. Məryəm, önündəki arxdan su içib təzə xurmalardan yedi. Ağacın
qış mövsümündə bu şəkildə xurma verməsi, Həzrət Məryəmə təsəlli üçün
idi. Ona deyildi ki:
“(Xurmadan və sudan) ye-iç, (belə bir uşaq doğduğuna görə) gözün
aydın olsun. Əgər (səndən bu uşaq barəsində soruşan) bir adam görəcək
olsan, belə de: Mən Rəhman yolunda oruc (sükut orucu) tutmağı nəzir
eləmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam!”
(Məryəm
surəsi, 26)
Anlaşıldığı kimi, Həzrət Məryəmin yaşadığı dövr də yeyib-içmədən
oruc tutulduğu kimi, danışmamaq surəti ilə də oruc tutulurdu. Yaxud oruclu
ikən yemək və içməkdən qaçıldığı kimi, danışmaqdan da qorunulurdu.
Həzrət İsanın (əleyhissəlam) doğulması ilə bərabər, qövmünün
arasında böyük bir iftira və dedi-qodu şayiəsi yayılmağa başladı:
“(Məryəm) uşağı götürüb öz adamlarının yanına gəldi. Onlar
dedilər: Ey Məryəm! Sən çox əcaib bir şeylə (atasız uşaqla) gəldin!
(Və ya çox çirkin bir iş gördün!) Ey Harunun bacısı! Atan pis kişi, anan
da zinakar deyildi!”
(Məryəm surəsi, 27-28)
322
MN
Ayədə bəhs edilən Harun, Həzrət Musanın (əleyhissəlam) qardaşı
olan Harun (əleyhissəlam) deyildir. Bu məsələdə doğruya ən yaxın
görünən, Harunun, Həzrət Məryəmin həqiqi qardaşı olduğudur. Çünki on-
lar övladlarına saleh insanların adlarını verirdilər
(Bax. Müslim, Ədəb 9)
O da
ata-anası kimi iffətli və saleh bir adam idi. Bunun üçün qövmü, belə birinin
bacısı olan Məryəmə, öz düşüncələrinə görə, zina etməyi əsla yaraşdıra
bilmədiklərini bəyan etmişdir.
Məryəmə İsrail oğulları tərəfindən aramsız həqarətlər edilirdi. O da
bunları səbirlə dinləyir, özünə əmir edildiyi kimi heç danışmırdı. Ancaq
qövmünün saymazlıq tövrləri tamamilə artdıqda ona Allahın köməyi gəldi.
“(Məryəm onun özü ilə danışın, deyə) ona (uşağa) işarə etdi. Onlar:
“Beşikdə olan uşaqla necə danışacaq?” – dedilər.”
(Məryəm surəsi, 29)
Gələcəkdə Allahın elçisi olacaq olan Həzrət İsa, Haqq Təalanın ona
verdiyi danışma qabiliyyətilə dilə gəldi və hələ beşikdə ikən belə dedi:
“(Allahdan bir möcüzə olaraq körpə dilə gəlib) dedi: Mən, həqiqətən,
Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər
etdi. O, harada oluramsa olum, məni mübarək (həmişə hamıya xeyir
verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb
zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı old-
uqca itaətkar (nəvazişkar) etdi, (heç kəsə qarşı) zülmkar, asi (dikbaş)
eləmədi! Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim (qəbirdən
diri olaraq qaldırılacağım) gün (qiyamət günü) də (Allahdan) mənə salam
olsun!”
(Məryəm surəsi, 30-33)
Həzrət İsanın hələ beşikdə ikən belə danışması, hamını heyrətləndirdi.
Həzrət Məryəm insanların gözündə, eyib və günahlardan təmizləndi və
onlar tərəfindən təbrik edildi.
Bax, bu şəkildə Həzrət Məryəm, inkarçı xalqın özünə; “Bu uşağı
haradan aldın?” sualına cavab olaraq, hər zaman uşağına göstərir və
“uşaq söyləsin” deyirdi. İsa (əleyhissəlam) da daha körpə ikən:
“–Mənim anam namuslu və iffətli bir qadındır! Ey cahillər! İffət və həya
abidəsi olan anamı ayıblamayın! Bilin ki, Allah Təala, məni dünyaya atasız
olaraq gətirmişdir. Bu, Allahın bir möcüzəsidir!”-deyərdi.
Bunun üstündə bir çox adamlar:
“–Bu, Allahın bir möcüzəsidir. Yoxsa yeni doğulmuş heç bir uşaq
hələ beşikdə ikən danışa bilməz. Həqiqətən bu, Allah tərəfindəndir; Haqq
Təalanın əzəmətini göstərən bir hadisədir” –dedilər.
323
MN
Buna baxmayaraq bəzilərinin xainlikləri yenə baş qaldırdı. Ayədə buy-
urulur:
“Bu, (yəhudilərin və xaçpərəstlərin barəsində) şübhəyə düşdükləri
Məryəm oğlu İsa haqqında (Allahın buyurduğu) haqq sözdür!”
(Məryəm
surəsi, 34)
Ayədə Həzrət İsanın (əleyhissəlam) haqq söz olaraq ifadə edilməsi,
onun “Ol!” əmrinin əsəri olmasındadır. Bu həqiqət, başqa ayəti-kətimədə
də anladılır:
“(Ya Rəsulum!) İsmətini (bəkarətini) qoruyanı da (Məryəmi də
yad et)! Biz Öz ruhumuzdan (Özümüzün yaratdığımız ruhdan Cəbrail
vasitəsilə) ona üfürdük, onu və oğlunu (atasız doğulmuş İsanı) aləmlərə
(mələklərə, bütün insanlara və cinlərə) bir möcüzə etdik.”
(Ənbiya surəsi,
91)
Həzrət İsanın uşaq ikən danışması, bir çox iftiraların qarşısını almışdı.
Ancaq qısa bir müddət sonra təkrar fitnə və iftiralar başladı. Qafil qövm:
“–Atasız da olar?!” dedilər.
Sonra da:
“–Etsə-etsə bu zinanı Zəkəriyyə etmişdir!” –dedilər. Zəkəriyyə
(əleyhissəlam) Beytül-müqəddəsdə yalnız qaldığı bir əsnada yanına
gələrək:
“–Sən Məryəmlə zina etdin!” –deyə iftira atdılar və üstünə hücum
etdilər.
Zəkəriyyə (əleyhissəlam), onların şərindən qorunmaq üçün bir ağacın
oyuğunda gizləndi. Şeytan, insan cildində oraya gəlib Həzrət Zəkəriyyəni
(əleyhissəlam) axtaran bu bədbəxt insanlara, onun gizləndiyi ağacı
göstərərək:
“–Bu ağacı mişarla ikiyə bölün! Bir şey itirməzsiniz! Zəkəriyyə onun
içindədir!” –dedi.
Bədbəxtlər, həmin ağacı kəsməyə başladılar. Mişar Həzrət Zəkəriyyənin
(əleyhissəlam) başını yarmağa başladığı zaman məzlum peyğəmbər “ah!”
deyəcək oldu, lakin:
“–Ey Zəkəriyyə! Şikayət etmə!” deyə bir nida gəldi.
324
MN
Zəkəriyyə (əleyhissəlam) da böyük bir təvəkkül və səbir içində mişarla
ikiyə bölünərkən belə, bir “ah” demədən şəhid oldu. Haqq qatında uca
mərtəbəyə çatdı.
Həzrət Zəkəriyyəni öldürən bədbəxt yəhudilərin, Həzrət Məryəmə
və oğlu Həzrət İsaya bir zərər verməmələri üçün Haqq Təala, onları öz
mühafizəsi altına aldı:
“Məryəm oğlunu (İsanı) və (bakirə) anasını (qüdrətimizdən ya-
ranmış) bir möcüzə etdik. Onları abad (rahat) və axar sulu uca bir
yerdə yerləşdirdik.”
(Muminun surəsi, 50)
Bu yerin Misir olduğu rəvayət edilir. Həzrət Məryəm və Həzrət İsa,
orada on iki il qalmışdır. Bu zaman müddətində fövqəladə hadisələr baş
verdi:
Həzrət Məryəm və Həzrət İsa, düşkün və fağırların olduğu bir evdə
yaşayırdı. Bir gün, qaldıqları evin sahibinin bir miqdar pulu itmişdi. Ev sahibi
bu pulu kimin aldığını anlaya bilmədi. Hər kəs töhmət altında qalmışdı. Bu
vəziyyət, Həzrət Məryəmə çox ağır gəldi. Orada iqamət edənlər arasında
bir kor və bir də götürüm var idi. Həzrət İsa, anasının çox üzüldüyünü
görüncə bu iki nəfərə:
“–Pulu gizlətdiyiniz yerdən çıxarın!” –dedi.
Onlar da bu açıq möcüzə qarşısında aldıqları pulu gətirmək
məcburiyyətində qaldılar. Bu hadisədən sonra Həzrət İsanın xalq arasında
etibarı artdı.
Həzrət İsanın peyğəmbərliyi
Həzrət İsa, Misirdə on iki il qaldıqdan sonra Qüdsə qayıdıb Nəsirə
qəsəbəsində yerləşdi. Bunun üçün xristianlara, Nəsirə qəsəbəsindən olan
mənasında “Nəsrani” adı verilmişdir.
Həzrət İsaya otuz yaşında peyğəmbərlik verildi. O da həmin insanları
Tövhid inancına çağırmaq vəzifəsini yerinə yetirməyə başladı.
Allah Təala buyurur:
“And olsun ki, Biz Nuhu və İbrahimi (peyğəmbər) göndərdik, pey-
ğəmbərliyi və kitabı (Tövratı, Zəburu, İncili və Quranı) onların nəslinə
325
MN
verdik. Onlardan doğru yolda olan da vardır, çoxu isə (Allahın itaətindən
çıxmış) fasiqlərdir!”
(Hədid surəsi, 26)
Qurani-Kərimdə adı çəkilən dörd böyük kitabın, bunların nəslindən
gələn peyğəmbərlərə endirildiyi başa düşülür:
“Sonra onların ardınca (Musa, İlyas, Davud, Süleyman, Yunis və
başqa) peyğəmbərlərimizi yolladıq. (Onlardan sonra) Məryəm oğlu
İsanı göndərib ona İncil verdik. Onun ardınca gedənlərin qəlblərində
bir-birinə şəfqət, mərhəmət oyatdıq. Onlar özlərindən rahiblik (tərki-
dünyalıq) icad etdilər. Biz onu (rahibliyi) onlara vacib buyurmamışdıq.
Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər, lakin ona layiqincə
əməl (riayət) etmədilər (İncili təhrif edib İsanı Allah bildilər, Muhəmməd
əleyhissəlamın peyğəmbərliyini dandılar) . Biz onlardan iman gətirənlərin
mükafatlarını verdik. Onların çoxu isə (Allaha asi olan) fasiqlərdir.”
(Hədid surəsi, 27)
Ruhbanlıq, Xiristianlıqda sonradan ortaya çıxmış bir anlayış və yaşayış
tərzidir. Rəvayətə görə Həzrət İsadan (əleyhissəlam) sonra möminlər,
inkarçı zorbalarca yox edilməyə çalışılmışdır. İnkarçılarla möminlər
arasında üç döyüş olmuş bu döyüşlərdə möminlər ağır itkilər vermişdir.
Bu döyüşlərin sonunda sağ qalan mömin kimsələr, özlərinin də ölməsi
halında haqq dinə dəvət edəcək kimsənin qalmayacağı qorxusu ilə döyüş
etməmək qərarına gəlmiş, yalnız ibadətlə məşğul olmağa başlamışdılar.
Bu səbəbdən fitnədən qaçıb, dinlərində ixlas və səmimiyyət göstərən bu
insanlar, çox yeyib içməkdən, evlənməkdən və bütün dünyəvi zövqlərdən
əl çəkmiş; dağlarda, mağaralarda və hücrələrdə ibadətlə məşğul olmuşlar.
Bunların xaricində qalanlar, zamanla kimliklərini itirərək Həzrət İsanın
dinini inkar etdilər və hökmdarlarının dininə girdilər. Çoxallahlılıq inancına
sahib olan xalq içində, zamanla təslis (Ata = oğul = müqəddəs Ruh) inancı
ortaya çıxdı. Peyğəmbərlərin sonuncusu Həzrət Mühəmməd (səllallahu
əleyhi və səlləm) yer üzünü şərəfləndirdiyində Onun peyğəmbərliyini də
qəbul etməyib inkar etdilər və eyni sapıqlığa düşdülər.
İsa (əleyhissəlam), dininin təbliğinə davam edirdi. Lakin insanların bir
çoxu küfründə inad edirdi.
İsa (əleyhissəlam), bir çox möcüzələr göstərdi. Həzrət Musaya
(əleyhissəlam) verilən Tövratı təsdiq etdiyini, ancaq uca Allahın bəzi
hökmləri dəyişdirdiyini xalqına təbliğ etdi:
326
MN
“Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək (eyni zamanda
orada) sizə haram edilmiş bəzi şeyləri (dəvə əti, qarın və bağırsaq piyi
yemək, şənbə günü işləmək və s.) halal etmək üçün gəldim və sizə
Rəbbiniz tərəfindən (peyğəmbərliyimin doğru olduğunu sübut edən) bir
möcüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin! Şübhə
yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona
ibadət edin! Budur doğru yol!”
(Ali-İmran surəsi, 50-51)
“Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: Ey
İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı
təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə
(sizə) müjdə verən Allahın elçisiyəm! Sonra (İsa, yaxud Mühəmməd
əleyhissəlam) onlara açıq-aşkar möcüzələr gətirdikdə onlar: Bu, açıq-
aydın sehrdir! – dedilər.”
(Saff surəsi, 6)
Yuhanna İncilinin 14-cü bölməsində Həzrət İsanın (əleyhissəlam) belə
dediyi rəvayət edilir:
“Mən Pədərə ibadət edəcəyəm və O sizə başqa bir Fəraklit
göndərəcək ki, o sizinlə əbədi qala bilər.”
(Yuhanna, 14/16-17)
16-cı bölməsində də: “Sizə həqiqəti söyləyirəm, mənim gedişim
sizin xeyrinizədir. Getməsəm, yardımçı (Fəraklit) sizə gəlməz. Amma
gedərəmsə, onu sizə göndərərəm. Sizə daha çox deyəcəklərim var, amma
indi bunlara dözə bilməzsiniz. Nə var ki, O, yəni həqiqətin Ruhu gəlincə,
sizi bütün həqiqətə yönəldəcək. Çünki O, özündən danışmayacaq, yalnız
duyduqlarını söyləyəcək və gələcəkdə olacaqları sizə bildirəcək.” demişdir.
(Yuhanna 16/7-9, 12-13)
“Fəraklit” kəlməsi, “həmd”i ifadə edən bir kəlmədir və bəzi xiristianlar
bu kəlməni “müxəllis” (xilaskar) olaraq açıqlamışlar; bəziləri də çox şükür
edən və tərifləyən mənasında “həmmad” və “həmid” deyə təfsir etmişlər.
Bu da göstərir ki, “Fəraklit” kəlməsi, Əhməd və Mühəmməd kəlmələrinin
kök mənasına uyğun gəlir.
Barnabas İncili, 39-cu Babda da belə bir bəhs var: “Söylədiyin Məsihin
adı nədir və onun gəldiyini necə biləcəyik?” deyən həvarilərə Həzrət İsa
belə dedi:
“Məsihin (Rəsulun) adı, heyran olmağa dəyən gözəllikdədir. Haqq
Təala, onun nurunu yaratdığı zaman, ona bu adı verdi və onu səmavi
ehtişamı içinə qoydu, sonra:
Haqq Təala ona, “Sənin xətrin üçün Mən, cənnəti, dünyanı və bir
çox məxluqu yaratdım. Bunların hamısını sənə hədiyyə edirəm. Səni
təqdir edən, məndən nemət tapacaq; səni inkar edən, tərəfimdən lənətə
uğrayacaq. Mən səni dünyaya mənim Rəsulum olaraq göndərəcəyəm.
Sənin sözün sırf həqiqət olacaqdır. Yer və göy ortadan qalxa bilər, lakin
sənin imanın daim əbədi olacaqdır.” buyurmuşdur və Onun adı Əhməddir,
dedi.
Buna görə Həzrət İsanın ətrafında toplanmış olan möminlər, dərhal
səslərini ucaldaraq: Ey Əhməd! Dünyanı qurtarmaq üçün tez gəl! –deyə
niyaz etdilər
22
İnkarçıların Həzrət İsaya (əleyhissəlam) qəzəb və kinləri getdikcə
artmışdı. Bunu hiss edən İsa (əleyhissəlam), özünə insanların arasından
seçdiyi on iki möminə, yəni həvarilərinə:
“–Allah Təalanın dininə xidmətdə və onu mühafizədə kim mənim
köməkçim olacaq?” –deyə müraciət etdi.
Həvarilərin hamısı bir ağızdan:
“–Biz sənə köməkçi olacağıq. Hər şeyimiz ilə Allahın yoluna köməkçi
olacağıq. Çünki biz, Onun dininə könül verdik. Sən şahid ol ki, biz sənin
dininə bağlı həqiqi müsəlmanlarıq,” dedilər.
Ayəti-kərimədə buyurulur:
“İsa onların (yəhudilərin) küfrünü (inanmadıqlarını) hiss etdikdə:
Allah yolunda kim mənim köməkçim olacaqdır? – deyə soruşdu. (O
zaman) həvarilər dedilər: Bizik Allahın (Onun dininin) köməkçil
əri! Biz
Allaha inandıq. Sən də (Allaha) təslim olduğumuza şahid ol!”
(Ali-İmran
surəsi, 52)
“Ey iman gətirənlər! Allahın (dininin və peyğəmbərinin) köməkçiləri
olun! Necə ki, Məryəm oğlu İsa həvarilərə: Allah yolunda mənim
köməkçilərim kimdir? – demiş, həvarilər də: Allahın köməkçiləri bizik!
– deyə cavab vermişdilər. Nəhayət, İsrail oğullarından bir tayfa iman
gətirdi, bir tayfa isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə
qarşı qüvvətləndirdik və onlar qələbə çaldılar.”
(Saff surəsi, 14)
“Həvari” kəlməsi, Ərəbcəyə Həbəşcədən gəlib, əsli “havarya”dır və
“köməkçi” mənası daşıyır. Ayrıca seçilmiş adam mənasına da gəlir.
22. Buna bənzər ifadələr üçün Barnabas İncilinin 41 və 97-ci bölmələrinə də baxıla bilər.
327
MN
328
MN
Həvari, Həzrət İsaya (əleyhissəlam) hamıdan əvvəl iman edən və ona
köməkçi olan on iki ixlaslı, təmiz möminə verilən xususi bir addır. Bunlara
Qurani-Kərimdə “ənsarullah” –Allahın köməkçiləri də deyilmişdir. Həvarilər,
Xristianlığın yayılması üçün İsa (əleyhissəlam) tərəfindən seçilmiş
şəxslərdir. Məşhur Barnabas İncilini yazan Barnabas da bunlardandır.
Səmadan süfrə endirilməsi
Həvarilər, Həzrət İsadan səmadan süfrə enməsi üçün dua istədilər.
“Onu da xatırla ki, o zaman həvarilər demişdilər: Ya Məryəm oğlu
İsa! Rəbbin bizə göydən (yeməklə dolu) bir süfrə göndərə bilərmi? O
(İsa) : Əgər möminsinizsə, Allahdan qorxun! – demişdi.”
(Maidə surəsi,
112)
İsa (əleyhissəlam) onlara:
“–Allahın qüdrətinə şübhəmi edirsiniz? Belə bir şey istəməyə necə
cəsarət edirsiniz?” –deyə soruşdu.
Həvarilər:
“–Başqa bir məqsədimiz yoxdur. Bunu, Allah Təalanın lütfünə nail ol-
maq və könlümüzün daha da əmin olması üçün istəyirik!” –dedilər:
“(Həvarilər) demişdilər: Biz istəyirik ki, ondan yeyək, ürəklərimiz
sakit olsun, sənin bizə doğru dediyini bilək və ona (süfrənin göydən
enməsi möcüzəsini görməklə sənin peyğəmbərliyinin həqiqiliyinə) şahidlik
edənlərdən olaq.”
(Maidə surəsi, 113)
Buna görə İsa (əleyhissəlam), qüsl dəstəmazı alıb iki rükət namaz
qıldı. Rəbbinin hüzurunda böyük bir acizlik içində Allaha üz tutdu. Ona bu
süfrənin ehsan edildiyi günün bir bayram günü olmasını Haqq Təaladan
niyaz etdi:
“Məryəm oğlu İsa dedi: Ya Allah , ey bizim Rəbbimiz! Bizə göydən
bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm
bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin
qüdrətindən)
bir möcüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən
yaxşısısan!”
(Maidə surəsi, 114)
Bu dua qəbul olundu və göydən süfrə (maidə) endi. Rəvayət edildiyinə
görə süfrədə qızardılmış balıqla birlikdə duz və sirkə var idi. Çörəyin
329
MN
üstündə isə zeytun, bal, pendir və s. var idi. Eyni zamanda süfrə göy-gö-
yərti ilə bəzədilmişdi.
Dostları ilə paylaş: |