İman, tövbə və əfv
Həzrət Yunusun (əleyhissəlam) qövmünə xəbər verdiyi gün gəlib
çatdı. Əzabın xəbərçisi olaraq bütün Ninovalıların üzləri saraldı və rəngləri
uçuqladı. O an hər şeyi anladılar və bir-birlərinə:
–Bax Yunusun xəbər verdiyi əzabın əlaməti! Biz onun bu günə qədər
yalan danışdığını heç görmədik, deyərək müdhiş əzabın gəlməsindən
böyük bir qorxuya düşdülər.
Derkən göy üzü qaralmağa başladı. Hər kəs çarəsizcə bir ümid qapısı
axtararaq fəryad edirdi. Bir-birlərinə:
–Əgər Yunus aramızdadırsa, qorxmayın! Yox əgər getmişsə, əzab bizi
mütləq həlak edəcəkdir! dedilər.
Son dərəcə pərişan olmuşdular. Etdikləri üzündən ürəkləri peşmanlıqla
yanırdı. Çünki ilahi əzab tamamən yaxınlaşmışdı. Nə edəcəklərini
bilmirdilər. Bir an öncə tövbə edə bilmə arzusu ilə saleh bir zata qaçdılar.
O da onlara:
–Əzabın gəlməsinə daha iki gün var. İndi bu yüksək təpəyə (tövbə
təpəsinə) çıxın! Daha öncə qəsb etdiyiniz haqları sahiblərinə geri verin və
bir-birinizlə halallaşın! Arxasınca Yunusun Rəbbi üçün qurbanlar kəsin və
bunların ətindən böyük kiçik, zəngin fağır hər kəs yesin! Sonra başlarınızı
açaraq acizlik içində:
“Ey Yunusun Rəbbi! Biz tövbə etdik. Sənə inandıq. Yunusun pey-
ğəmbərliyini də qəbul etdik. Yunusu tapdığımız an, ondan Sənin əmir və
qadağanlarını öyrənib tətbiq edəcəyik! deyə yalvarın!… dedi.”
Ninəvalılar göz yaşları içində bütün bu söylənənləri yerinə yetirdilər.
Allah Təala da “Rəhman” sifəti ilə onların tövbələrini qəbul etdi və ilahi
əzab, üstlərindən qalxdı. Bu məsələ Qurani-Kərimdə belə anladılır:
“Əzab gəlməkdə ikən Yunusun ümmətindən başqa iman gətirib
imanı özlərinə fayda verə bilən bir məmləkət əhli vardırmı? (Yunusun
ümməti) iman gətirən zaman onları dünyadakı rüsvayçılıq əzabından
qurtardıq və onlara bir müddət (ömürlərinin axırınadək) gün-güzəran
verdik.”
(Yunus surəsi, 98)
245
MN
İmansızlıqları səbəbilə həlakə düçar olub da tövbə edərək qurtulan
tək qövm, Həzrət Yunusun (əleyhissəlam) qövmüdür. Bu qurtuluş, ilahi lüt-
fün fərqli bir təcəllisidir. Bu mənada Yunus surəsinin bir çox ayəti-kəriməsi,
Allahin rəhmətinin, əzabından daha çox olduğunu açıqlayır.
Həzrət Yunus Ninəvadan ayrılınca
“Zün-Nunu (balıq sahibi Yunusu) da xatırla! Bir zaman o (küfr
etməkdə həddi aşmış ümmətinə qarşı) qəzəblənərək çıxıb getmişdi…”
(Ənbiya surəsi, 87)
Zün-Nun, Həzrət Yunusun ləqəbidir. “Balıq sahibi” mənasına gəlir. Bu
ləqəb ona, özünü balıq udduğu üçün verilmişdir.
Yunus (əleyhissəlam) şəhərdən ayrıldıqdan sonra, bir gəmiyə mindi.
Ayəti-kərimədə buyurulur:
“(Ya Peyğəmbər!) Yadına sal ki, bir zaman o, (qövmünün küfrü
üzündən yük və adamla) dolu bir gəmiyə qaçmışdı.”
(Saffat surəsi, 140)
Ayəti-kərimədə, Yunus (əleyhissəlam) haqqında keçən, “qaçmaq” (ə-
bə-qa) feli, əfəndisindən qaçan kölə, mənasına gəlir. Yunus (əleyhissəlam)
qövmünə hiddətlənib, Allahın iznini gözləmədən oradan uzaqlaşdığı üçün
məcazi olaraq belə ifadə edilmişdir.
246
MN
Yunus (əleyhissəlam) gəmiyə mindikdən sonra gəmi hərəkət etdi. Bir
müddət sonra suyun ortasında dayandı, gəmini heç cür hərəkət etdirə
bilmədilər. İçindəkilər, gəminin batacağından qorxuya düşdülər. Başlarına
gələn bu hadisənin bir uğursuzluq olduğunu və gəmidə günahkar birinin
ola biləcəyini düşündülər. Bunun kim olduğunu ortaya çıxarmaq üçün
aralarında püşk atdılar. Püşkə Həzrət Yunus çıxdı. O da başına gələn bu
işin bir imtahan olduğunu aşkar etmişdi. Çünki o, ilahi əmri gözləmədən
qövmünü tərk etmişdi. Bundan ötrü Rəbbinə təvəkküllə:
–Bəli, o asi qul mənəm, dedi.
Ancaq gəmidəkilər, onun halından saleh bir şəxs olduğunu bilərək
püşkü bir neçə dəfə yenilədilər. Lakin hər dəfə püşk Həzrət Yunusa
(əleyhissəlam) çıxırdı. Nəhayət çarəsiz bir şəkildə: “Hər halda bu qulun
bir səhvi olmalı!” deyərək Həzrət Yunusu suların içinə buraxdılar. Qurani-
Kərimdə buyurulur:
“(Gəmidə olanlar) püşk atmış və (püşk ona düşdüyü üçün) məğlub
edilənlərdən olmuşdu…”
(Saffat surəsi, 141)
“…(Hanı o, bizdən izinsiz) çıxıb getmiş və (Bizə xoş gəlməyən bu
səbirsizliyinə görə) onu möhnətə düçar etməyəcəyimizi (gücümüz, yax-
ud hökmümüzün ona yetməyəcəyini) güman etmişdi…”
(Ənbiya surəsi, 87)
“(Yunus Allahın izni olmadan qövmünü tərk edib getdiyinə görə) özünü
qınayarkən (dənizə atılarkən) balıq onu udmuşdu.”
(Saffat surəsi, 142)
Artıq Həzrət Yunus, bir balığın qarnında idi. Qaranlıq bir yerdə, hələ
həyatda idi, ağlı da başında idi. Haqq Təala, balığa, Yunusun yaralanmaması
və sümüklərinə zərər verməməsini əmr etdi. Yunus (əleyhissəlam), ilahi
təqdirə razı olub özünü Mövlasına təslim etdi və balığın qarnında qaranlıqlar
içində qalıb çox üzgün bir şəkildə halını Rəbbinə beləcə ərz etdi:
ﹶﻦ ﹺﻤﹺﻟﺎﻈﻟا ﹶﻦﹺﻣ ﹸﺖﻨ ﹸﻛ ﻧﹺإ ﹶﻚﹶﻧﺎﹶﺤﹾﺒ ﹸﺳ ﹶﺖﻧﹶأ ﻻﹺإ ﹶ ﹶﻟﹺإﹶﻻ
“(Pərvərdigara!) Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan,
müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə
qarşı çıxaraq özümə zülm eləmişəm) ”.
(Ənbiya surəsi, 87)
Bu əsnada balığın qarnında bəzi səslər eşitdi, bunun nə olduğunu
maraqlandı. Allah Təala da, ona balığın qarnında olduğunu vəhy etdi və:
“Ey Yunus! Bu səslər, dənizdə zikr edən canlıların səsidir.” buyurdu.
247
MN
Həzrət Yunus, düşdüyü bu çətin şərtlər çərçivəsində, hər zaman olduğu
kimi Haqq Təalanı təsbih etdi və zikrdən geri qalmamağa səy göstərdi.
İstiğfar və dua ilə məşğul oldu. Mələklər onun vəziyyətini anladıqlarında,
onun əfv edilməsi üçün Allaha dua etdilər. Nəhayət Haqq Təala, Həzrət
Yunusun çox təsbeh və istiğfar etməsi səbəblə işlədiyi zəlləni (qeyri-iradi
xətanı) əfv etdi:
“Biz onun (Yunusun) duasını qəbul buyurduq və (balığın qarnından
çıxartmaqla) onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!”
(Ənbiya surəsi, 88)
Bu əfvin yeganə səbəbi, Həzrət Yunusun (əleyhissəlam) çoxlu təsbeh
etməsi idi:
“Əgər o, (Allahı) çox təqdis edənlərdən (namaz qılanlardan)
olmasaydı, yəqin ki, balığın qarnında qiyamət gününə qədər qalardı.”
(Saffat surəsi, 143-144)
Yunus (əleyhissəlam), Rəbbini zikr etməsi, xətasını dərk etməsi və
təvəkkülü sayəsində içinə düşdüyü çətin vəziyyətdən qurtulmuşdur. Bu,
özü üçün böyük bir rəhmət və nemət olmuşdur.
Mühüm bir xüsusdur ki, Yunus (əleyhissəlam), qövmünün həlakı
üçün verilən qırx günlük möhlətdə 37 gün səbir etmiş, üç gün səbir edə
bilməmişdi. Allah Təala da onu balığın qarnında bir səbir təlimindən
keçirərək böyük bir imtahana tabe tutmuşdur.
Həzrət Yunusu, içində uca bir əmanət kimi saxlayan balıq, ən sonunda
Allahın əmri ilə onu sahilə buraxdı:
“Nəhayət, o, xəstə olduğu halda onu boş bir yerə (sahilə) atdıq
və (başı) üstündə (ona kölgə salmaq üçün) iri yarpaqlı bir ağac (yaxud
qabaq tağı) bitirdik.”
(Saffat surəsi, 145-146)
Balıq onu çıxarıb sahilə buraxdığında, Yunus (əleyhissəlam) zəifləmiş,
əldən düşmüş, xəstə və baxıma möhtac bir halda idi. Vücudu, jele kimi idi.
Hava da olduqca isti idi. Allah Təala, onun yanında onu günəşin istisindən
qoruyacaq geniş yarpaqlı bir bitki bitirdi. Bu bitkinin kölgəsində, Həzrət Yu-
nusa (əleyhissəlam) zərər verə biləcək milçək, böcək və müxtəlif həşərat
da yox idi. Ayrıca Haqq Təala, bu bitkinin meyvələrindən Həzrət Yunusun
ağzına süd damladaraq onu doydurdu.
248
MN
Həzrət Yunus, özünü toparlayıb, Ninəvaya doğru yola çıxdı. Şəhərə
yaxınlaşdığında bir çobana rast gəldi. Ona qövümünün halını soruşdu.
Çoban olub keçənləri anlatdı. Qövmünün iman edib tövbəkar olduğunu,
beləcə Allahın onları bağışladığını bildirdi. İndi, hər kəsin ilahi əmirləri
bildirmək üzrə Həzrət Yunusun (əleyhissəlam) gəlməsini gözlədiklərini
söylədi.
Həzrət Yunusun məmləkətə döndüyünü xəbər alan qövmü, dərhal
onun yanında toplandı. O, namaz qılırdı. Namazdan sonra onu həsrətlə
qucaqlayıb, etdiklərinə görə üzr istədilər. Həzrət Yunus da, əfv və xoşgörü
ilə davranaraq onlara Allahın əmir və qadağanlarını öyrətdi. Bundan sonra
qövmü, Allaha və peyğəmbərinə itaət halında səadət və yaxşılıqla dolu bir
həyat yaşadılar.
“Nəhayət, onlar ona (Yunusa) iman gətirdilər və Biz də onlara
müəyyən vaxtadək (ömürlərinin axırına kimi) gün-güzəran verdik.”
(Saf-
fat surəsi, 148)
Haqq davanın sahiblərinə səbirli, sakin və əzmli hərəkət etmək
yaraşır. Yunus (əleyhissəlam), tamamilə bezdiyi üçün və kədərindən ilahi
vəhyi gözləmədən qövmündən ayrılmışdı. Bu, bir baxıma səbirsizlik və
249
MN
tələskənlik idi. Çətin şərtlər içərisində belə olsa, belə bir davranış, özü
üçün bir zəllə idi.
Bilindiyi kimi Həzrət Peyğəmbər (səllallahu əleyhi və səlləm) də,
Məkkə müşriklərinin dayanılmaz zülmü, əziyyət və cəfalarına təhəmmül
etmiş, ilahi hicrət əmri gəlincəyə qədər səbir edib gözləmişdir. Allah Təala
da, eyni zamanda bir dua mahiyyətində olan İsra surəsinin 80-cı ayəsində
Həzrət Peyğəmbərə (səllallahu əleyhi və səlləm) belə izn verdi:
“De: Ey Rəbbim! Məni daxil edəcəyin yerə (Mədinəyə) xoşluqla
daxil et, məni çıxaracağın yerdən (Məkkədən) də xoşluqla çıxart. Öz
dərgahından mənə kömək edə bilən bir dəlil ver! (Mənə elə bir qüdrət
ver ki, müşriklər və kafirlər həmişə onun qarşısında aciz qalsınlar!) ”
Haqq Təala, Həzrət Yunusun (əleyhissəlam) qövmünü iznsiz tərk
etməsini misal göstərmiş, Həzrət Peyğəmbərə (səllallahu əleyhi və səlləm)
risalət vəzifəsindəki sıxıntılara səbir etməsini istəmişdir:
“(Ya Rəsulum!) Sən öz Rəbbinin hökmünə səbir et və balıq sahibi
(Yunis peyğəmbər) kimi olma (risaləti təbliğ etməyi yerə qoyma). O za-
man o, (balığın qarnında) qəm-kədər içində boğularaq (Rəbbinə) dua
etmişdi. Əgər Rəbbindən ona bir mərhəmət (nemət) yetişməsəydi,
o, məzəmmət olunaraq quru yerə (səhraya) atılacaqdı. Amma (tövbə
etdikdən sonra) Rəbbi onu (Öz bəndələri içərisində) seçdi və salehlərdən
(peyğəmbərlərdən) etdi.”
(Qələm surəsi, 48-50)
Həzrət Yunusun (əleyhissəlam) qissəsindən alınacaq dərslər
* İlahi hökmləri insanlara anlatmada titiz olmanın, səbat və səbir
göstərmənin əhəmiyyətli olduğu.
* Hər halükarda Allahı zikr etmək və günahların fərqinə vardıqdan
sonra istiğfar etmənin lazımlığı.
* İxlasla edilən tövbələrin qəbul olduğu və ümid kəsmədən Allaha
sığınmanın lazımlı olduğu.
* Öləcəyini anladıqdan sonra (səkərat halı) edilən tövbənn sadəcə
Həzrət Yunusun (əleyhissəlam) qövmünə məxsus olaraq qəbul edildiyi.
Çünki Həzrət Yunusun (əleyhissəlam) qövmü tövbə etdiyi zaman, hələ
əzab gəlməmiş, sadəcə əzabın işarələri ortaya çıxmışdı. Onlar da, Həzrət
Yunusun heç yalan söyləmədiyini düşünərək vəd etdiyi əzabın mütləq
250
MN
gələcəyini anlamışlar və həmən tövbə etmişdilər. Ancaq digər həlak edilən
qövmlərin vəziyyəti belə deyildir. Məsələn Fironun peşman olub, iman
etməsi, əzabın gerçəkləşməyə başlamasından sonradır. Burada tam bir
qorxu psixologiyası (yeis halı) olduğu üçün, onun tövbəsi və imanı qəbul
olmamışdır.
Ya Rəbbi! Sənin zikrini qəlblərimizdə daim qıl. Bizlərə, darlıq və
genişlik zamanlarımızda yalnız Sənə yönəlib, Sənə sığınmağı nəsib eylə!
Amin!…
251
MN
TƏKRAR ÜÇÜN SUALLAR
1. Yeis
halında edilən tövbələr qəbul edilmədiyi halda, Həzrət Yunusun
(əleyhissəlam) qövmünün etdiyi tövbə nə üçün qəbul edilmişdir.
2. Həzrət Yunusun (əleyhissəlam), balığın qarnında ikən belə Rəbbini
zikr etməsindən və ümidini kəsməyib istiğfara davam etməsindən
hansı dərslər çıxarıla bilər?
3. Verilən müddət bitmədən Həzrət Yunusun (əleyhissəlam) qövmünü
tərk etməsi, verilən əmrə başqaldırma və ya vəzifədən qaçma
mənasına gələrmi?
4. Qövmün alimi Ninəva xalqının əzabdan qurtulması üçün onlara nə
etmələrini tövsiyə etdi?
5. Yunus (əleyhissəlam) gəmidən atılmaq istəndiyində nə üçün bu
vəziyyətə qarşı çıxmadı da “axtardığınız asi qul mənəm” dedi.
6. Gəmidən atılan Yunus (əleyhissəlam) necə qurtuldu?
A. Aşağıdakı sualları cavablandırın
252
MN
1. Yunus
(əleyhissəlam) …………… göndərilmiş bir peyğəmbərdir.
2. Yunus
(əleyhissəlam) Allah Təalanın verdiyi müddəti tamamlamadan
…………… gündə qövmünü yenə tərk etdi.
3. Həzrət Yunusun (əleyhissəlam) ləqəbi …………… dir.
4. Dənizə atılan, orada da balığın udduğu Həzrət Yunusun (əleyhissəlam)
qurtulmasının səbəbi, Allahı çoxlu …………… və təsbih etməsidir.
5. Yunus (əleyhissəlam), balığın qarnında ikən dənizdə ……………
səslərini duymuşdur.
B. Aşağıdakı boşluqları doldurun
253
MN
1. Aşağıdakılardan hansı Həz-
rət Yunusun (əleyhissəlam)
həyatından ala biləcəyimiz
dərslərdən biri ola bilməz?
A. Bir xəta edilsə belə ümid
kəsmədən Allaha sığınma-
nın lazım gəldiyi.
B. Ölüm anında belə olsa edi-
lən tövbələrin mütləq qə-bul
ediləcəyi.
C. İlahi hökmlərin insanlara
anlatmada titiz olmanın gə-
rəkdiyi
D. Günahları fərq etdikdən son-
ra dərhal istiğfar etmənin
lazım gəldiyi.
2. Həzrət Yunusun (əleyhis-
səlam), heç cür iman etməyə
yanaşmayan qövmünü tərk
etməsinin bir səbəbi aşağı-
dakılardan hansıdır?
A. Qövmünün küfr və üsy-
andan harada isə əl çəkə
bilməyəcək vəziyyətə gəl-
mələri.
B. Qövmünün, Həzrət Yunusu
(əleyhissəlam) yurdundan
çıxmağa zorlaması.
C. Allah Təalanın, Həzrət Yu-
nusa (əleyhissəlam) oradan
ayrılması üçün icazə ver-
məsi.
D. Həzrət Yunusun (əleyhis-
səlam) qeyrət və səbrinə
baxmayaraq qövmünün kü-
fürdə inad etməsi.
C. Aşağıdakı Sualların doğru cavablarını işarə edin
254
MN
3. Aşağıdakılardan hansı, Həzrət
Yunusun (əleyhissəlam) balı-
ğın qarnında ikən əfv edilmə
səbəblərindən biri de-yildir?
A. Çox tövbə və istiğfar etmə-
si.
B. Qövmünə haqsızlıq etdiyini
anlayıb peşman olması.
C. Rəbbini çox zikir və təsbeh
etməsi.
D. Davamlı dua və iltica halında
olması.
4. Aşağıdakılardan hansı, Həz-
rət Yunusun (əleyhissəlam)
qövmünün ilahi əzabdan qur-
tulmaq üçün başvurduğu yol-
lardan biri deyildir?
A. Daha öncə qəsb etdikləri qul
haqlarını, haqq sahiblərinə
qaytarmaq.
B. Allaha yaxınlaşmaq üçün
qurban kəsmək və ətini hər
kəsə paylamaq
C. Bir çox insandan öz qur-
tuluşları üçün yardım istə-
mək.
D. Peşmanlıq içində Allaha yal-
varmaq və Ona itaət etməyə
söz vermək.
5. Aşağıdakılardan hansı, Həz-
rət Yunusun (əleyhissəlam)
qövmünün ilahi əzabdan
qurtulmasından çıxara bilə-
cəyimiz dərslərdən biri dey-
ildir?
A. Yunus qövmü əzabı ertə-
lənən tək qövmdür, əgər
eyni xətaya düşərlərsə, on-
lara yenə əzab gələcəkdir.
B. Peyğəmbərinə itaət etməyib
onun rəhbərliyini qəbul et-
məyən cəmiyyətlər, fəlakə-
tə sürüklənir.
C. Ən pis şərtlərdə belə Allahın
məğfirət və mərhəmətindən
ümid kəsilməməlidir.
D. Bir cəmiyyətdə saleh in-
sanların olması o cəmiy-
yətin qədərini təsir edəcək
qədər əhəmiyyətlidir.
.
255
MN
6. “(Ya Peyğəmbər!) Yadına sal
ki, bir zaman o, (qövmünün
küfrü üzündən yük və adamla)
dolu bir gəmiyə qaçmışdı.”
(Saf-
fat surəsi, 140)
ayəti kəriməsində
Yunus (əleyhissəlam) üçün
“qaçmışdı” ifadəsi hansı mə-
nada istifadə edilmişdir?
A. Qaçmaq.
B. Vəzifədən əl çəkmək.
C. İzinsiz ayrılmaq.
D. Köç etmək
7. Aşağıdakılardan hansı haqq
davanı sahiblərinə İslam
təbliğçilərinin öncəlikli vəsf-
lərindən biri ola bilməz?
A. Çətin işlər qarşısında boş
yerə əlləşib-vuruşmaq.
B. Çətin işlər qarşısında əzm
edərək mübarizəni davam
etdirmək və bezmədən səbr
etmək
C. İnsanların etiraz mahiy-yə-
tindəki söz və davranışları
qarşısında səssizliyini qoru-
maq.
D. İslamın yer üzərində müvəf-
fəqiyyət qazanacağına şüb-
hə duymaq
8. Qövmünü tövhid inancına
dəvət edən Həzrət Yunu-
sa (əleyhissəlam) insanlar:
“Aramızda bu qədər kahin,
alim və sənətkar var ikən,
sən tək başına ortaya çıxır,
atalarımızın yolunun yanlış
olduğunu söyləyirsən! Tanrı-
larımızı inkar edirsən! Sən,
kimsənin alışmadığı hökmlərlə
ayağımızımı bağlamaq istə-
yirsən?!” demişlər. Buna görə
aşağıdakılardan hansı, bir
cəmiyyətin doğru inancı qə-
bul etməsində əhəmiyyətli
bir amil deyildir?
A. Cəmiyyətin içində yetişən
elm adamı, səntçi və mü-
təfəkkirlərin inanc və gö-
rüşləri.
B. Xalqın daha əvvəlcədən qə-
bul etdiyi inanc və görüş-
ləri.
C. Tövhid inancından təslis
inancına keçərkən insanın
təsəvvür gücünün artması.
D. Alışdıqları əvvəlki inanc və
hökmlərin özlərinə daha ra-
hat gəlməsi.
256
MN
CAVABLAR
1.Ninəvalılara
2.Otuz yeddinci
3.Zün-Nun
4.Zikir
5.Zikr edən canlıların
1.B
2.D
3.B
4.C
5.A
6.C
7.A
8.C
B. Boşluqları doldurma suallarının cavabları
C. Test suallarının Cavabları
257
MN
Ardında “İlyasa salam olsun!”
deyə bir şöhrət buraxan
HƏZRƏT İLYAS
(
əleyhissəlam
)
Həzrət Harunun (əleyhissəlam) nəslindəndir. İsrailoğullarına gön-
dərilən peyğəmbərlərdəndir.
Allah Təala: “Həqiqətən, İlyas da (Bizim tərəfimizdən göndərilmiş)
peyğəmbərlərdəndir!” buyurmuşdur.
(Saffat surəsi, 123)
İsrailoğulları Fələstini ələ keçirincə, onların qəbilələrindən biri Bələbə-
kə
20
yerləşdi. Bu qəbilənin başında zalım bir hökmdar var idi. Rəvayətə
görə bu zalım hökmdar, Bəl adında bir büt düzəltdirdi və xalqı bu bütə
sitayiş etməyə məcbur etdi. Əvvəlcədən bu şəhərin adı Bək iki. Sonradan
şəhərin adına Bəl əlavə edilərək şəhər Bələbək adını almışdır. Bax İlyas
(əleyhissəlam), Tövhiddən uzaqlaşıb şirkə düşənləri, Haqqa dəvət etmək
üçün bu bölgəyə peyğəmbər olaraq göndərilmişdir.
Xalqın sitayiş etdiyi büt, təqribən on metr yüksəkliyində idi və qızıldan
hazırlanmışdı. İlyas (əleyhissəlam) xalqına:
“Bəl bütünə sitayiş etməkdən əl çəkin! Hər şeyin yaradıcısı olan Al-
laha iman və ibadət edin!” deyirdi.
20. Günümüzə qədər həmin adda şəhər mövcuddur.
259
MN
260
MN
261
MN
Qurani-Kərimdə belə buyurulur:
“Bir zaman o öz tayfasına belə demişdi: Məgər (bütlərə ibadət
etməklə) Allahdan qorxmursunuz? Məgər siz yaradanların ən yaxşısını
(Allahı) qoyub Bələ (Bəl adlı bütə) ibadət edirsiniz? Həm sizin Rəbbiniz,
həm də (sizdən) əvvəlki atalarınızın (babalarınızın) Rəbbi olan Allahımı
(tərk edirsiniz) ?”
(Saffat surəsi, 124-126)
Lakin İsrafil oğulları, Həzrət İlyasın (əleyhissəlam) nəsihətlərini
dinləmədilər. Onu şəhərlərindən xaricə çıxardılar. Bundan ötrü başlarına
müxtəlif bəla və müsibətlər gəldi. Həm də çox keçmədən həqiqəti anladılar.
Həzrət İlyası (əleyhissəlam) tapıb, ona iman etdilər. Beləcə başlarına gələn
müsibətlərdən xilas oldular.
Lakin bu qövm azğın bir qövm idi. Verdikləri sözdən döndülər.
İmanlarından əl çəkib təkrar üsyana sürüklənib doğru yoldan ayrıldılar.
Həzrət İlyas, onlara dəfələrlə nəsihət etdisə də onu dinləmədilər. Buna
görə İlyas (əleyhissəlam), gələn ilahi əmirlə aralarından ayrıldı. Allahın
peyğəmbərinin aralarından ayrılıb getdiyi bu qövm, ilahi rəhmət və
məğfirətdən məhrum qaldı. Beləcə onlar, Allahın əzabına düçar olub,
pərişan oldular. Dünyada da axirətdə də layiq olduqları cəzanı aldılar:
“Lakin onlar onu təkzib etdilər, buna görə də (qiyamət günü
Cəhənnəmə) gətiriləcəklər. Yalnız Allahın müxlis bəndələrindən
başqa!”
(Saffat surəsi, 127-128)
İlyas (əleyhissəlam), Bələbəkdən ayrıldıqdan sonra, bir kəndə uğradı.
Oradakı insanları imana dəvət etdi. Onlar da, bu ilahi dəvəti qəbul etdilər.
Həzrət İlyasdan (əleyhissəlam) öz yanlarında qalmasını istədilər. O da
bunu qəbul etdi və qoca bir qadının evində qonaq oldu. Qadının xəstə
bir oğlu var idi. İlyas (əleyhissəlam), iki rükət namaz qıldı və uşağın şəfa
tapması üçün Allaha dua etdi. Nəhayət uşaq yaxşılaşdı və bundan son-
ra Həzrət İlyasın (əleyhissəlam) yanından heç ayrılmadı. Ondan Tövratı
öyrəndi. Bu uşağın adı Əlyəsə idi.
İlyas (əleyhissəlam), ömrünün geri qalan qismini Allahın dinini təbliğ
etmək və insanları xeyrə təşviq edib, pislikdən uzaqlaşdırmaqla keçirdi.
Rəvayət edildiyinə görə, bir gün İlyas (əleyhissəlam), ölüm mələyi
Əzraili görüncə dəhşətə qapılaraq ürpərdi. Əzrail (əleyhissəlam), bunun
səbəbini maraqlanıb ona soruşdu:
“–Ey Allahın Peyğəmbəri! Ölümdən mi qorxdun?”
262
MN
İlyas (əleyhissəlam):
“–Xeyir ölümdən qorxduğum üçün deyil, dünya həyatına vida edəcəyim
üçün bu haldayam…” dedi.
Sonra belə davam etdi:
“–Dünya həyatında Rəbbimə qulluq etməyə, yaxşılıqları əmr edib
pisliklərdən çəkindirməyə səy göstərirdim. Vaxtımı ibadət edərək, saleh
əməllər işləyərək keçirir, gözəl əxlaq üzrə yaşamağa çalışırdım. Bu hal
mənim hüzur qaynağım olurdu. Könlüm hüzur və mənəvi nəşə ilə dolurdu.
Nə var ki öldükdən sonra bu zövqləri və ləzzətləri yaşamayacağam və
qiyamətə qədər məzarda girov qalacağam üçün üzülürəm!” dedi.
Xülasə İlyas (əleyhissəlam) da “kubbede hoş bir seda” buraxaraq uca
Rəbbinə qovuşdu. İlahi lütf və təltiflərə nail oldu:
Dostları ilə paylaş: |