“Əlinə bir dəstə götür və onunla (övrətini) vur. Andını pozma. Biz
onu (müsibətlərə) səbir edən gördük. Nə gözəl bəndə! O, (daim Allaha)
sığınan bir kimsə idi.”
(Sad surəsi, 44)
Ayəti-kərimədəki bu rüxsət, “Əyyub rüxsəti” adı ilə tanınmışdır.
Bu dəstənin, nə dəstəsi olduğu açıqca göstərilmədiyi üçün, ona başqa
mənalar da verilmişdir.
226
MN
RİZA
Allahın xaricində bütün varlıqlar, ən bəsitdən mükəmməlinə doğru bir
sıralamaya tabe tutularaq yaradılmışdır. Bu düzümün zirvə nöqtəsində in-
san durur. Çünki o, Allahın sifətlərindən nəsib almış bir varlıqdır. Bundan
ötrü insan, xeyir və şər, savab və günah kimi zidd qütblərə meyl edəcək
bir vəsfə sahibdir.
Adəm oğlu, iradəsini, müsbət təmayüllərini inkişaf etdirmə yönündə
istifadə edə bildiyi və qəlbini təmizləyərək, şəxsiyyətində xeyrin üstün
gəlməsini təmin edə bildiyi nisbətdə Rəbbinə yaxınlaşır. Rəbbinə
yaxınlaşmanın həzzini dadan könüllər, gedəcəyi yolun sonuna çatmış bir
qürbət yolçusu kimi sevdiyinə qovuşmanın səadət və həyəcanını yaşayır.
Beləcə bir qul ilə Allah arasındakı məsafə azalır, həyatın bir qürbət
iztirabı kimi yaşanması sona çatar. Allahdan uzaq olmağın səbəb olduğu
ələmlər, əslində azalmaz. Lakin Rəbbindən razı olmuş fərəhli bir könül,
bu iztirabları duya bilməyən hala gələr. Hər cür kədər, Rəbb ilə bərabər
olmanın verdiyi hüzur və nəşə içində sanki hiss edilməz hala gələr.
Bu səfhədə iztirablar, qul tərəfindən, Rəbbinin bir iltifatı şəklində dərk
edilir və sanki bir sürura dönər. Ruhu əhatə edən bu nəşə, bəzən bütün
bədəni belə əhatə edər. Həzrət Əlinin (radiyallahu ənh), qıçına girən oxu,
Rəbbinə ən yaxın hiss etdiyi Namaz əsnasında çıxartmalarını istəməsi və
bu əsnada heç acı duymaması buna ən gözəl nümunədir.
227
MN
Nəfsani və dünyəvi təmayülləri aşan dərdli Yunus, kamala çatmış
könüllərin yetişdiyi səviyyələri və özünün Haqda fani oluşunu nə gözəl
ifadə edər:
Sufilərlə söhbət gərək,
Əxilərə əxrət gərək,
Məcnunlara Leyli gərək,
Mənə Səni gərək, Səni!…
¬Yunusun dərk etdiyi bu kamala çatmanın ən feyzli vasitəsi, hərəsi bir
iztirab qaynağı bəlalardır.
Əbu Səid əl Xüdri (radiyallahu ənh), Rəsulullahı (səllallahu əleyhi və
səlləm) xəstə ikən ziyarət etmiş və Onun ən böyük acılara qatlandığını
bizzat müşahidə edərək belə anlatmışdır:
“Əlimi varlıq Nurunun üzərinə qoydum, hərarətini yorğanın üstündən
belə hiss edirdim.
–Ya Rəsulullah, hərarətiniz çox yüksəkdir!-dedim.
–Biz (peyğəmbərlər) beləyik. Bəlalar bizə qat-qat gəlir, buna əvəz
mükafatlar da qat-qat verilir, buyurdu.
–Ey Allahın Rəsulu! İnsanların ən çox bəlaya məruz qalanları
kimlərdir?-deyə soruşdum.
–Peyğəmbərlər!-buyurdu.
–Sonra kimlərdir?-dedim.
–Sonra salehlər! buyurdu və bu açıqlamaları etdi: Onlardan biri
elə bir fağırlığa düşər ki, özünü örtən bir əbadan başqa bir şey tapa
bilməz. Lakin onlar, sizin bolluğa sevindiyiniz kimi bəlaya sevinərlər.”
(İbn Macə, Fitən, 23)
Qəmlər və çilələr, həyatda xoşbəxt olmağa əngəl kimi görünsə də,
əslində elə deyildir. Səbir etməsini və Allahdan gələnə razı olmasını bilənlər
üçün bu qəm və sıxıntılar, bəlkə daha böyük bir sevincə və xoşbəxtliyə
çatmaq üçün bir vəsilədir.
Həzrət Mövlana, bu halı müdrik sözü ilə nə gözəl dilə gətirir:
“Qəm əli, könül budağından saralmış yarpaqları silkələyər. Yerinə,
daha lətif, daha təzə sürur yarpaqları gələr.”
228
MN
Həm də xəstəliyin ən şiddətli günlərində Həzrət Əyyuba (əleyhissəlam)
yoldaşı Rəhimə xatun:
–Sən bir peyğəmbərsən! Allah Təaladan səhhət və afiyət istəsənə
ki, bu dərdlərdən azad olsan!-demişdi. Əyyub (əleyhissəlam) isə, bütün
müsibət və sıxıntılarına baxmayaraq, halından şikayət edən bir vəziyyətə
düşməmək və təqdirə razı olmaqda lazım gələn səbri göstərmək üçün,
xəstəliyini Haqq Təalaya ərz etməkdən, səhhət və afiyət istəməkdən belə
çəkinmiş və beləcə həminki hala razılıq göstərməklə rizanın ən gözəl
örnəyini nümayiş etdirmişdir. Nəhayət zövcəsinin israrı ilə sadəcə:
“Sən mərhəmətlilərin ən mərhəmətlisisən!”-deyə Allaha niyaz
etmişdir.
Bu duaya görə, Allah Təala, bundan sonra qiyamətə qədər özünə qul-
luqda daim olanlara bir rəhmət xatirəsi olmaqla onun dərdini yox edərək,
xəstəliyinə şəfa vermişdir. Allah Təala, Həzrət Əyyubu, bütün bu olub-
bitənlər sırasında riza halında səbirli bir qul olaraq tapdığını bəyan etmişdir.
Həzrət Əyyubun (əleyhissəlam) səbir və riza halı, Haqq yoluna girən salik
və dərvişlərin pay alacağı çox gözəl bir misaldır.
Allah Rəsulu (səllallahu əleyhi və səlləm), Taifdə qatlandığı iz-
tirab və sıxıntıdan sonra, heç bir qula nəsib olmayan “Merac” hadisəsi
ilə mükafatlandırılmışdır. Beləcə çəkdiyi iztirab və sıxıntılar, Ona ülvi bir
hədiyyənin qapısını açmışdır.
Həzrət İbrahimin (əleyhissəlam) oda atılma anında göstərdiyi bu riza
və təslimiyyət halı da olduqca diqqətə layiqdir:
Cəbrail (əleyhissəlam) gəldi və ona:
–Bir ehtiyacın varmı? Məndən bir arzun varmı?-dedi.
O da:
–Ehtiyacım var, amma sənə deyil!-dedi.
Arxasınca Cəbraildən soruşdu:
–Oda yandırma gücünü verən kimdir?
Sonunda, Həzrət İbrahimin (əleyhissəlam) Allaha olan eşqinin təcəllisi,
dünyanın odunu bir anda yox etdi. Çünki İbrahim (əleyhissəlam) da əşyanın
adlarının sirləri təcəlli etmiş və o, Haqda fani olmuşdur.
229
MN
Haqq yolunda insanın çata biləcəyi ən uca məqam, Allah Təalanın on-
dan razı olması ilə çata biləcəyi məqamdır. Bu isə, qulun Allahdan razı və
Ona təslim olmasının bir nəticəsi və mükafatıdır. Necəki ayəti-kərimədə:
…ﹸ ﹾﻨﹶﻋ اﻮ ﹸﺿﹶرﹶو ﹾﻢﹸ ﹾﻨﹶﻋ ﹸﹶﷲا ﹶ ﹺﺿﹶر
“…Allah onlardan razıdır, onlar da Allahdan…”
(Bəyyinə surəsi, 8)
-
buyrularaq, salehlərin hallarına işarə edilmişdir. Bu saleh kimsələr isə, Sü-
leyman (əleyhissəlam) kimi:
“…Ey Rəbbim! Mənə mənim özümə və ata-anama ehsan
buyurduğun nemətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş
görmək üçün ilham (qüvvət) ver! Və məni öz mərhəmətinə saleh
bəndələrinin zümrəsinə daxil et!”-deyə dua edən möminlərdir.
(Nəml
surəsi, 19)
Allahın hökmünə boyun əyən və Ondan razı olan necə gözəl qullar
vardır! Onlardan biri də, heç şübhəsiz, Ömər bin Əbdüləzizdir.
Ömər bin Əbdüləziz:
–Nələri sevirsən?-deyə soruşanlara;
–Mənim sevdiklərim, yalnız Allahın mənim haqqımda təqdir etdiyi
şeylərdir. Mən Allah Təalanın hökmünü sevirəm, deyərdi.
Allahdan razı olan qulların axirətdə qovuşacağı nemətlər ayəti-
kərimədə belə anladılır:
“Allah buyurdu: Bu (qiyamət günü) elə bir gündür ki, düz
danışanlara düzlükləri fayda verər. Onları (ağacları) altından çaylar
axan cənnətlər gözləyir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan,
onlar da Allahdan razıdırlar. Bu, (möminlər üçün) böyük qurtuluşdur
(uğurdur) !”
(Maidə surəsi, 119)
Rəvayətə görə Allah Təala cənnət əhlinə:
“Razı oldunuzmu? Xoşnudsunuzmu?”-buyuracaq, onlar da:
-Ey Rəbbimiz, necə olmayaq ki! Bizə başqa qullarından heç birinə
vermədiyin neməti verdin,-deyəcəklər. Buna görə Allah Təala buyuracaq
ki:
“Sizə bundan da böyüyünü verəcəyəm.”
Bundan daha üstün nə ola bilər, ya Rəbbi?-deyəcəklər. Elə o zaman
Allah Təala:
230
MN
“Sizdən razı olacağam və artıq sizə əbədiyyən qəzəb etmə-
yəcəyəm.”-buyuracaqdır.
(Buxari, Riqaq, 51; Müslim, Cənnət, 9)
Qulun riza halı, Rəbbinə duyduğu məhəbbətdən əldə edəcəyi ən son
və ən qiymətli meyvədir. Könlü eşq ilə dolu olan qul, Rəbbindən gələn
hər şeyi Ona olan sevgisinin dərinliyi nisbətində qəbul edər. Hətta aşiq
olan, çəkdiyi cəfanın acısını duysa belə, bu acıdan o qədər məmnundur
ki, çəkdiyi iztirabın davam etməsinə istəkli dahi ola bilər. Bu, o kimsənin,
irəlidə alacağı sonsuz mükafata əvəz, müvəqqəti ələmi üstün tutmasıdır.
Həm də Şəqiqi Bəlxi (rəhmətullahi əleyh):
“Sıxıntının mükafatını bilən, ondan qurtarmağa həvəs etməz!”-
demişdir.
Bu vəziyyət, xəstələrin şəfa tapmaq üçün dərmanların acılığına
aldırmadan onları içmələrinə və ya çox ağır və risqli əməliyyatları öz
istəkləri ilə qəbul etmələrinə bənzəyir. Çünki şəfa tapmaq üçün bunlara
qatlanan xəstə, səhhətə qovuşduqdan sonra rahat və hüzurlu günlərə
qovuşacağını bilər.
Rizanın daha yuxarı mərtəbəsinə çatmaq, sevənin, sevdiyinin kön-
lünü xoş etməsinə bağlıdır. Rəbbin qulundan razı olması isə cənnət
nemətlərindən daha üstündür. Bu məqamda olan qul, sevgisindən ötrü
acıları duymaz hala gəlir. Sevginin həzzinə çata bilməyənlər bu halı
bilməzlər. Lakin məhəbbət dənizində itmiş aşiqlərin, kim bilir, bizim
anlatdıqlarımızdan başqa daha nə çox əcayib halları vardır!...
Bütün bunlarla bərabər, iztirab və sıxıntılara rizanın mükafatının böyük
olmasına baxmayıb, Haqdan bəla və müsibətlə imtahan istənməməlidir.
Çünki qul, daşıya biləcəyi yükün dərəcəsini yaxşı təyin edə bilməyə bilər
və öhdəsindən gələ bilməyəcəyi ağırlığın altında əzilər. Amma bəla və
müsibət Haqdan gələrsə, hamı bunu qəti bilməlidir ki, Haqq Təala, heç bir
qula daşıya bilməyəcəyi bir şeyi yükləməz!
Vaxtı ilə Can Baba adında bir zat var idi. Allah eşqi ilə duyduğu həzzə
görə özündən getmiş halda idi. Bir gün əllərini uca Mövlaya qaldırıb:
“–Ya Rəbbi! Səndən başqa həzzim yox! Məni dilədiyin şəkildə imta-
han et!”-dedi.
Buna görə ona çox ağır bir düşkünlük verildi. Ancaq yaşı çoxalıb
taqətdən düşməyə başlayanda, könlünü peşmanlıq sardı və kiçik tələbələrin
oxuduğu məktəb qapılarına gedərək önünə çıxan hər uşağa:
231
MN
–Balam! Bu yalançı qoca əminizə dua edin ki, Allah ona şəfa versin,-
deyə yalvaran hala gəldi.
Ayrıca günlahları və günah işləməyə sövq edən şeyləri qəbul etmək
də bir riza deyildir. Üsyan, günah və küfrə riza, ən böyük qəflət və cahil-
likdir. Bu xüsusda sayıla bilməyəcək qədər xəbərdarlıqlar var. Onlardan
birində belə buyrulur:
ﹶﻦ ﹺﻨﹺﻣﹾﺆ ﹸﻤﹾﻟا ﹺنﹾوﹸد ﻦﹺﻣ ﹶءﺎﹶ ﹺﻟﹾوﹶأ ﹶﻦ ﹺﺮﹺﻓﺎﹶﻜﹾﻟا ﹶنﻮﹸﻨﹺﻣﹾﺆ ﹸﻤﹾﻟا ﹺﺬ ﹺﺨﺘﹶ ﹶﻻ
“Möminlər möminləri buraxıb kafirləri dost tutmasınlar!…”
(Ali-
İmran surəsi, 28)
Yəni pislərə və pisliyə qarşı səssiz qalmaq riza deyildir.
Allaha yaxınlaşmağın yolu məhəbbətdir. Sevilənə tabe olmaq
və onu təqlid etməkdir. Sevənlər, sevdiklərindən gələn hər şeyi xoş
qarşılamaq məcburiyyətindədirlər. Həqiqi aşiqlər, sevdiklərini dillərindən
və könüllərindən kənara qoymazlar. İman üzrə bir həyatın zövqi-səfasını
yaşamaq istəyən könüllər, zikri qəlblərində davam etdirirlər. Elə ki ayaqda
ikən, otururkən, yatarkən, zikrdə olarkən, göylərin və yerin yaradılmasındakı
incə, nazənin hikmətlərə dalarlar ki:
“O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da
Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və
deyərlər) : “Ey Rəbbimiz! Sən bunları boş yer
ə yaratmazsan! Sən pak
və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!”-
deyərlər.
(Ali-İmran surəsi, 191)
Allah Təala da, özlərindən razı olduğu bu qullarına:
ﹺﺘﻨﹶﺟ ﹺﻠ ﹸﺧﹾداﹶو
v
يﹺدﺎﹶﺒﹺﻋ ﹺﻓ ﹺﻠ ﹸﺧﹾدﺎﹶﻓ
v
ﹰ ﹺﺿﹾﺮﻣ ﹰ ﹶ ﹺﺿاﹶر ﹺﻚﺑﹶر ﹶﻟﹺإ ﹺﻌﹺﺟﹾراﹺ
“Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Əməlisaleh)
bəndələrimin zümrəsinə daxil ol! (Onlarla birlikdə) Cənnətimə daxil ol!”
(Fəcr surəsi, 28-30)
buyurur və onları əbədi nemətləri ilə mükafatlandıraraq,
cəmalını görməklə müşərrəf qılar.
Ya Rəbbi! Bizi rizana nail olan təvəkkül və təslimiyyət sahibi qullarından
eylə!
Amin!
232
MN
TƏKRAR ÜÇÜN SUALLAR
1. Həzrət Əyyubun (əleyhissəlam), ayəti-kərimələrdə bəhs edilən
fəzlilətlərindən üçünü yazın.
2. Ondan,
Allahdan
şəfa istəməsini tələb edən yoldaşına: “Ey Rəhimə!
Çətinlik və bəla zamanı, səhhət və afiyət müddəti qədər olmadan,
halımı Cənabi-Mövlaya şikayət etməyə həya edirəm.”-deyən Əyyub
(əleyhissəlam), hansı duyğu və düşüncələr içində bu sözü söyləmiş
ola bilər?
3. Həzrət Əyyubun (əleyhissəlam) malı, övladları və bədəni ilə imtahana
çəkilməsinin səbəbi nədir?
4. Bütün
varlığını, övladlarını və səhhətini itirən Əyyub (əleyhissəlam),
necə davranmışdır?
5. Malını və övladlarını itirən Həzrət Əyyubun üsyan etməsini istəyən
iblis, hansı yollara əl atdı? Həzrət Əyyubdan (əleyhissəlam) necə bir
reaksiya gördü.
6. Əyyub (əleyhissəlam) bütün varlığını itirib xəstələnincə, onun
dolanışığını kim təmin etmiş və xəstəliyi əsnasında ona kim necə
baxmışdır?
7. Allahın yaratdığı bütün varlıqların zirvəsində “insan”ın yer tutmasının
səbəbini açıqlayın.
A. Aşağıdakı sualları cavablandırın
233
MN
8. Bəla və müsibətlərə səbir etmək sonsuz mükafatı lazımlı qıldığı halda,
qulların Allahdan nə üçün bəla istəməmələri lazımdır?
1. Həzrət Əyyubun (əleyhissəlam) xəstəliyi əsnasında ona xanımı ………
xatun şəfqətlə baxmışdır.
2. Qulun ……… halı, Rəbbinə duyacağı məhəbbətdən əldə edəcəyi ən
son və ən qiymətli meyvədir.
3. Əyyub (əleyhissəlam) ……… ətrafında yaşamışdır.
4. Həzrət Əyyubun (əleyhissəlam) övlad, mal və səhhətinin alınması ilə
imtahana çəkilməsi ……… verildikdən sonra olmuşdur?
B. Aşağıdakı boşluqları doldurun
234
MN
1. Əyyub (əleyhissəlam) ilə Rəhi-
mə xatun arasındakı məhəbbət,
fədakarlıq və qarşılıqlı hörmətin
qaynağı aşağıdakılardan hansı
ola bilməz?
A. Şeytanın vəsvəsələri qarşı-
sında müqavimət qazanma-
ğa çalışmaları.
B. Darlıq və sıxıntı zamanlarında
bərabər səbir etmələri.
C. Bir-birlərinə qarşı sədaqət
və fədakarlıqdan heç ayrıl-
mamaları.
D. Bərabər Haqq Təalaya gös-
tərdikləri təvəkkül və təs-
limiyyət
2. Aşağıdakılardan hansı pey-
ğəmbərlərin bəlalar qarşı-
sında göstərdikləri riza halına
bir nümunə ola bilməz?
A. Peyğəmbər Əfəndimizin
Taifdə daşlanmasına bax-
mayaraq onlar haqqında
bəddua etməməsi.
B. Həzrət İbrahimin (əleyhis-
səlam) oda atılarkən, “Bir
istəyin varmı”-deyə soruşan
Cəbrailə: “Məni Allah görür”-
deməsi.
C. Əshabi-Kəhfin, zalım kralın
zülmündən qaçaraq mağa-
raya sığınmaları.
D. Həzrət Əyyubun (əleyhis-
səlam) verilən xəstəliklər
qarşısında səbir etməsi.
C. Aşağıdakı Sualların doğru cavablarını işarə edin
235
MN
3. Əyyub (əleyhissəlam), bütün
sərvəti yox olduqda: “Mal və
mülkü mənə Rəbbim ehsan
etmişdi, indi də məndən aldı.
Hər şeyin tək sahibi Odur. İstəsə
verir, istəsə alır!”-demişdir.
Aşağıdakılardan hansı onun
bu fəzilətə sahib olduğunun
işarəti deyildir?
A. Dünya malına dəyər vermə-
yən qənaət sahibi olması
B. Allahın özünə verdiyi nemət-
lərin hamısını dağıda bilən
comərd olması.
C. Rəbbinin verdiyi nemətləri
yenə onun geri ala biləcəyini
bilməsi və riza halında ol-
ması.
D. Rəbbindən gələn hər im-
tahana qatlana bilməsi və
təslimiyyət sahibi olması.
4. Əziz Mahmud Hüdayi Həz-
rətlərinin: “Alan Sənsən, ve-
rən Sənsən, qılan sən; Nə
verdinsə odur; Dəxi nemiz var!”
beytində, insanın Rəbbinə
qarşı hansı əsl xüsusiyyəti
vurğulanmışdır?
A. infaq və isar.
B. Cəhalət və zəiflik.
C. Acizlik və riza.
D. Qəflət və unutma.
236
MN
5. Həzrət Əyyubun (əleyhissə-
lam) başına gələn ağır im-
tahanlarda çəkdiyi acılar
dözülə bilməz hala gəlincə:
“Şeytan mənə bəla və əzab to-
xundurmuşdur!”
(Sad surəsi, 41)
de-
yərək acısını və yorğunluğunu
şeytana yükləmişdi. Əyyubun
(əleyhissəlam) bu tövründən
aşağıdakı nəticələrdən hansı
çıxarıla bilməz?
A. Başına gələn hər imtahanı
Rəbbindən və bunlara tə-
həmmül edə bilməməyini
nəfsindən bilməkdə və Rəb-
bini çox sevməkdədir.
B. Başına gələn bu ağır
imtahanların səbəbi ola-
raq şeytanı görməkdə, sə-
birsizliyini şeytana bağ-
lamaqdadır.
C. İçində olduğu vəziyyətdən
məmnun və hər şeyə bax-
mayaraq səbir etməkdən
xoşnuddur.
D. Səbrin hüdudunu qorumaq
çətinləşdiyinə görə səbir edə
bilməyəcəyindən qorxmaq-
dadır.
6. Aşağıdakılardan hansı, Rəb-
bindən razı olan bir qulun
xüsusiyyətlərindən biri dey-
ildir?
A. Başına gələn darlıq və sı-
xıntıların da, bolluq və ra-
hatlığın da Allahdan gəldiyini
bilir.
B. Qarşılaşdığı xeyir və şər
vəziyyətlərində könlünü da-
im Rəbbinə bağlayır.
C. Allahın rizasının, ancaq
çətin və məşəqqətli işləri
etməkdə olduğunu bilir və
bunu bacarır.
D. Günlük həyatında etdiyi
işlərdə Allah razılığını qa-
zanmağı arzulayır.
7. Aşağıdakılardan hansı Həzrət
Əyyubun (əleyhissəlam) cəlb
edildiyi imtahanlardan biri
deyildir?
A. Ağır bir xəstəliyə uğraması.
B. Yoldaşının ona işgəncə et-
məsi və onu tərk etməsi.
C. Övladlarının bir-bir ölməsi.
D. Sahib olduğu nemətlərin
əlindən alınması.
237
MN
8. Adəm oğlu, iradəsini, müsbət
təmayüllərini inkişaf yönündə
istifadə edə bildiyi və qəlbini
təmizləyərək, şəxsiyyətində
xeyrin üstün gəlməsini tə-
min edə bildiyi nisbətdə Rəb-
binə yaxınlaşır. Rəbbinə ya-
xınlaşmanın həzzini dadan
könüllər, gedəcəyi yolun sonu-
na gəlmiş bir qürbət yolçusu
kimi sevdiyinə qovuşmanın
səadət və həyəcanını yaşayır.
Aşağıdakılardan hansı bu
paraqrafdan çıxarıla bilmə-
yəcək bir nəticədir?
A. İnsanın səadət və hüzuru,
Rəbbinə itaət etməsi və Onu
sevməsi ilə mütənasibdir.
B. Hər şey kimi insanın sev-
məsinin də bir sonu vardır;
qürbət sevginin artdığı bir
yerdir.
C. Hər insanın öz şəxsiyyətinin
inkişaf etdirəcək və əxlaqını
gözəlləşdirəcək iradəsi var-
dır.
D. İnsanın Rəbbinə yaxınlaş-
masının yollarından biri də
əxlaqını gözəlləşdirməsidir.
238
MN
CAVABLAR
1.Rəhimə
2.Riza
3.Şam
4.Peyğəmbərlik
1.A
2.C
3.B
4.C
5.C
6.C
7.B
8.B
B. Boşluqları doldurma suallarının cavabları
C. Test suallarının Cavabları
239
MN
Böyük bir vəcd halında, dua və zikrin həqiqətində
dərinləşərək qaranlıqları aşan
HƏZRƏT YUNUS
(
əleyhissəlam
)
Yunus (əleyhissəlam), Asuri dövlətinin paytaxtı olan Ninəvalılara
19
göndərilmiş bir peyğəmbərdir. E. ə. VIII əsirdə yaşadığı təxmin edilən
edilməkdədir. Atası isə Matta adında saleh bir şəxs idi. Yunus (əleyhissəlam),
Ninəvada doğulub böyümüşdür. Otuz yaşına gəldiyində Haqq Təala onu
peyğəmbər olaraq vəzifələndirmişdir. Qurani-Kərimdə onun adına bir surə
nazil olmuşdur.
Həzrət Əli (radiyallahu ənh), onun haqqında:
“Yunus (əleyhissəlam) otuz yaşında peyğəmbər oldu və illərlə
qövmünü imana çağırdı.” buyurmuşdur.
Peyğəmbərliyi xüsusunda Qurani-Kərimdə də belə buyurulur:
“Həqiqətən, Yunis də (Bizim tərəfimizdən göndərilmiş) pey-
ğəmbərlərdəndir!”
(Saffat surəsi, 139)
“Biz onu yüz min nəfərə və daha çox kimsəyə peyğəmbər
göndərdik.”
(Saffat surəsi, 147)
241
MN
19. Ninəvalılar, Diclə çayının kənarında, indiki Mosul bölgəsində yaşamış bir xalqdır.
242
MN
243
MN
“(Ya Rəsulum!) Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy
göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İsmailə,
İshaqa, Yaquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisə, Haruna
və Süleymana da vəhy göndərdik…”
(Nisa surəsi, 163)
Ninəvalılar
Ninəva xalqı, bütlərə və heykəllərə sitayiş edirdilər. Çox zalım bir xalq
idi. Yunus (əleyhissəlam) onları Tövhidə dəvət etməyə başlayınca, ona
sadəcə iki nəfər iman etmişdi. Onlardan biri, elmdə dərinləşmiş (alim)
və hadisələrin iç üzünü qavramış (hakim) biri idi, digəri çox ibadət edən
(abid) və dünyaya çox dəyər verməyən (zahid) kimsə idi. İman etməyənlər,
Həzrət Yunusa:
“Aramızda bu qədər kahin, alim və sənətkar var ikən, sən tək başına
ortaya çıxır, atalarımızın yolunun yanlış olduğunu söyləyirsən! Tanrılarımızı
inkar edirsən! Sən, kimsənin alışmadığı hökmlərlə ayağımızımı bağlamaq
istəyirsən?!” dedilər.
Bu sözlərlə də yetinməyib Həzrət Yunusa (əleyhissəlam) müxtəlif
əziyyət və işgəncə etdilər. Həzrət Yunus isə, onların etdiklərinə təhəmmül
edir, səbir göstərir və onlara acıyaraq tövhidə dəvət edirdi. Onlara davamlı
Allahın əzabının çətin olduğunu xatırladırdı. Lakin onlar, bu uyarılara gülüb
keçdilər və:
“Bir nəfərin xətri üçün əzab gəlib hər kəsi məhv edəcəksə, icazə ver
də bu əzab gəlsin!” dedilər.
Yunus (əleyhissəlam), qövmünün inkar içində qalmaqda israr
etmələrinə çox üzüldü. Daha çox dayana bilmədi və özünə ilahi bir icazə
gəlməsini gözləmədən qövmündən ayrıldı. Yolda ikən Haqq Təala ona:
“Ey Yunus! Geri dön, qırx gün daha xalqını imana dəvət et!” buyurdu.
Bu əmir üzərinə Yunus (əleyhissəlam), qövmünün yanına döndü.
Allahın onlara tanıdığı müddəti və ilahi əzabı onlara təkrar anlatdı. Lakin
onlar yenə uslanmadılar. Onlara verilən müddətdən otuz yeddi gün keçdiyi
halda, qövmü hələ imana gəlməmişdi. Həzrət Yunus onlara:
“Elə isə üç günə qədər başınıza gələcək əzabı gözləyin! Bu əzabın
əlaməti olaraq əvvəlcə üzlərinizin saraldığını görəcəksiniz!” dedi və yenə
ilahi izni gözləmədən böyük bir üzüntü ilə aralarından ayrıldı.
244
MN
Bu tərk etmə, nə ilahi vəzifədən qaçış nə də bu vəzifəni verənə baş
qaldırışdı. Sadəcə uca dəvətə uymayan asi bir qövmdən uzaqlaşmaq idi.
Dostları ilə paylaş: |