Osman Nuri Topbaş 5 mn ön söz nəbilər silsiləsi dərs


“Allah iman gətirənlərə isə Fironun zövcəsini



Yüklə 2.91 Mb.
Pdf просмотр
səhifə4/28
tarix31.01.2017
ölçüsü2.91 Mb.
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   28

“Allah iman gətirənlərə isə Fironun zövcəsini (Asiyə bint Məzahimi) 
misal çəkdi. O zaman o: Ey Rəbbim! Mənim üçün Öz dərgahında - 
Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni 
zalım qövmdən xilas et! – demişdi.” 
(Təhrim surəsi, 11)
Rəvayətə görə Asiyə anamız, bu duanı ona işgəncə veriləndə etmişdir. 
Bu əsnada ona:
–Başını qaldır,-deyə ilham olundu.
O da başını qaldırıb göyə baxdıqda, gözündən pərdələr qaldırılmış və 
ona, cənnətdə onun üçün hazırlanmış ağ incili köşkü göstərilmişdi. Artıq o, 
təbəssümlərlə köşkünü seyr edir, heç bir acı duymurdu.
Qüllə
Musa (əleyhissəlam), Tövhid əqidəsini təbliğ etdikcə möminlər çoxalır 
buna qarşı Fironun hirsi və zülmü də artırdı. Firon böyük bir qüvvə sərf 
edərək möhtəşəm bir qüllə hazırlamışdı. Bu qüllə yeddi ildə tamamlanmışdı. 
Bu qülləyə minik heyvanları ilə çıxılırdı.
Firon, bu qüllənin təpəsinə çıxıb, guya Musanın Allahı ilə görüşəcəkdi. 
O, Tövhid əqidəsini bilmədiyi üçün zehnindəki tanrı  təsəvvürü, bəşəri 
aləmdəki  şəkillərlə  məhdudlaşırdı. Bu bir antropomorfist anlayışı idi.
Həmim səbəbdən Firon, Allahı insan xüsusiyyətləri ilə    şəkilləndirərək 
təsəvvür etməkdə idi. Bu eynilə Qədim Yunan dinlərindəki yer tanrısı, göy 
tanrısı, eşq tanrısı kimi inanca sahib çox tanrınlı dinlərin tanrı təsəvvürlərinə 
bənzəyirdi.
Firon, bu qüllədən səmalara baxacaq və Musanın Rəbbinə rast 
gəlmədiyini xalqa yayacaqdı. Ayrıca, “Biz, bunca gücümüz, texniki 
imkanımızla göylərə bir yol tapıb çata bilmədik. Musa oralara necə çıxmış, 
hələ bizə  xəbər də  gətirmişdir!”-deyərək ortalığa  fitnə yayacaqdı. Ayəti-
kərimədə buyrulur:

42
MN
“Firon (istehza ilə) dedi: Ey Haman! Mənim üçün bir uca qəsr tik 
ki, bəlkə, yollara yetişim – Göylərin yollarına  (yetişim)  və Musanın 
Allahını görüm (Ona vaqif olum). Doğrusu, mən onu yalançı sayıram!” 
Firona pis əməli beləcə yaxşı göstərildi. O, (haqq) yoldan çıxarıldı. 
Fironun hiyləsi ancaq boşa çıxdı. (Firon xeyli xərc çəkib uca bir bina tik-
dirdi. Musanı təkzib etmək üçün cürbəcür vasitələrə əl atdı, lakin bunların 
hamısı hədər getdi. O, Musaya heç bir şey edə bilmədi).” 
 (Mumin surəsi, 36-
37)
Rəvayətə görə, Allah Təala Cəbrailə  (əleyhissəlam)  əmr etdi. O da 
qanadları ilə qülləyə vurdu və qüllə üç parçaya ayrıldı. Tuğla və kirəmit 
bişirənlərlə birlikdə minlərlə əsgər öldü.
Firon, bu işdə  də müvəffəq ola bilməyəndə  qızğınlığı  şiddətləndi. 
Qiptilərin siptilərə olan zülmü də son həddə çatdı:
“Firon tayfasının əyan-əşrafı dedi: Musanı və tayfasını fitnə-fəsad
törətmək, həm səni, həm də  sənin tanrılarını atıb getmək üçünmü 
buraxacaqsan? (Firon onlara) belə cavab verdi: Biz onların oğullarını 
(erkəklərini) öldürəcək, qadınlarını isə (bizə xidmət etmək üçün) diri 
Fironun Qalasının maket şəkili

43
MN
saxlayacağıq. Biz onlara, mütləq, qələbə çalacağıq! (Onlar əvvəlki kimi 
yenə əlimizin altında olacaqlar!) 
(Əraf surəsi, 127)
İsrail oğulları, bu vəziyyəti Həzrət Musaya (əleyhissəlam)  şikayət 
etdilər. O da onlara səbir etməyi tövsiyə etdi:
“Musa öz tayfasına: Allahdan kömək diləyin və  səbir edin. Yer 
üzü Allahındır. Bəndələrindən istədiyini onun varisi edər. Aqibət 
(dünyada zəfər, axirətdə yüksək məqamlar) müttəqilərindir! – dedi.” 
(Əraf 
surəsi, 128
)
Lakin qövmü, Həzrət Musaya (əleyhissəlam) təhər etməyə başladı. 
Onlar səbirsizlik göstərərək, Peyğəmbərlərin yükünü və  məşəqqətini 
artırırdılar:
(Musaya iman gətirənlər) dedilər: Sən bizə peyğəmbər 
gəlməmişdən  əvvəl də, sonra da biz əziyyət çəkdik!  (Musa onlara 
belə)  cavab verdi: Bəlkə  də, R
əbbiniz düşməninizi məhv edib sizi 
yer üzünün varisləri edəcək, sonra isə  nə etdiyinizə (özünüzü necə 
apardığınıza) baxacaq!” 
(Əraf surəsi, 129)
Beləcə Allah, istiqbalın, inananların olacağına işarə etmişdir.
Qibtilər zülmlərinə davam edirdilər. Həzrət Musa, bu zülmün sona 
yetməsi üçün dua etdi. Bunun üstündə müsibət əlamətləri dalbadal gəldi 
və qibti qövmü üzərinə bəlalar bir-bir yağmağa başladı:
“Biz Firon əhlini (illərlə) qıtlığa, quraqlığa və məhsul çatışmazlığına 
məruz qoyduq ki, bəlkə, düşünüb ibrət alsınlar!”
 (Əraf surəsi, 130)
“Onlara bolluq qismət olduğu zaman: “Bu bizim (haqqımızdır)!” 
- deyər, bir pislik üz verdikdə isə bunu (bir uğursuzluq, nəhslik kimi) 
Musadan və yanındakılardan görərdilər. Agah olun ki, onların başına 
gələn uğursuzluq (nəhslik)  Allahdandır, lakin onların  əksəriyyəti 
(bunu) bilməz!”
 (Əraf surəsi, 131)
Ayrı-ayrı möcüzələr
(Firon adamları Musaya) dedilər: Sən bizi ovsunlamaq üçün nə 
möcüzə gətirsən də, yenə sənə iman gətirən deyilik!” 
(Əraf surəsi, 132)
“Biz ayrı-ayrı möcüzələr üzrə onlara tufan, (əkinlərinə) çəyirtkə və 
həşərat, (evlərinə, yeməklərinə) qurbağa və (çeşmələrinə, kəhrizlərinə) 
qan göndərdik. Onlar yenə də (iman gətirməyi) özlərinə sığışdırmayıb 
kafir bir tayfa oldular.” 
(Əraf surəsi, 133)

44
MN
Qibtilər, müsibətləri gördükdə  Həzrət Musaya “Böyük alim!”-deyə 
xitab etməyə başladılar. Müsibətlər qalxınca da üsyanlarına davam etdilər 
və “bunlar onsuz da keçici idi”-dedilər.
Bəlalar, zülm son həddə çıxdıqda gəlməyə başlayar. Ayəti-kərimədə 
də bildirildiyi kimi qiptilərin zülmü son həddə çıxdığı zaman üstlərinə bir 
çox müsibətlər yağmağa başlamışdır.
1. Tufan
Allah Təala şiddətli yağışlar yağdırdı. Su hər tərəfi ağzına aldı. Elə ki,
qiptilərin evləri su ilə doldu, boyunlarına qədər suya qərq oldular, oturanlar 
boğuldu. Az qalmış ki məhv olsunlar. Ancaq sibtilərə heç bir şey olmurdu.
Qiptilər dərhal Həzrət Musanın (əleyhissəlam) hüzuruna qaçdılar:
“Ey Musa! Rəbbinə dua et, əgər bu bəla aradan qalxarsa sənə 
iman edərik və istədiyinizi etmək üçün həm sənə, həm də qövmünə izin 
verəcəyik”-dedilər.
Musa (əleyhissəlam) dua etdi və sular çəkildi. Arxasınca böyük bir 
bolluq başladı. Qiptilər, yenə üsyan edərək:

45
MN
“Bu su, bizə əzab deyil, kələk imiş! Ötüb-keçəcəkmiş! Bunlar, Musanın 
duası ilə olmadı”-dedilər.
2. Çəyirtkə
Buna görə Haqq Təala onların üstünə çəyirtkə sürüləri göndərdi. Bu 
çəyirtkələr, bütün əkinləri və bitkiləri yeyib axırına çıxdı. Nə varsa xarab 
etdilər. Ancaq İsrail oğullarına bir zərər vermədilər. Qiptilər yenə  Həzrət 
Musanın yanına gəldilər:
–Ya alim! Bizə dua et; biz də sənin gətirdiklərini qəbul edək və sənə 
iman edək,-dedilər.
Musa (əleyhissəlam) da dua etdi və əzab aradan qalxdı.
Üstlərindən  əzabın qalxdığını, çəyirtkələrin getdiyini görərək rahat-
lanan qiptilər, yenə sözlərində durmadılar və üsyanlarına davam etdilər.
3. Bit və birə
Bunun üstündə Haqq Təala, onlara bit və birələri müsəllət (hakim) 
etdi. Yemək yeyərkən qabları bit və birə ilə dolardı. Bu, onlar üçün böyük 
bir bəla idi. Yenə  Həzrət Musaya (əleyhissəlam) qaçdılar. Həzrət Musa 
da dua etdi. Beləcə bu müsibətdən də qurtardılar. Lakin yenə üsyana 
döndülər.
4. Qurbağalar
Bu bəla da onları ayıltmadıqda Musa (əleyhissəlam), Nil çayına getdi. 
Əsası ilə çaya toxununca oradakı bütün qurbağalar Misiri işğal etdi. Yemək 
qablarına qədər hər yer qurbağalarla doldu. Qiptilər təkrar Həzrət Musaya 
(əleyhissəlam) xahişə gəldilər:
“–Ey alim! Artıq həqiqətən peşman olduq”-dedilər.
Həzrət Musanın (əleyhissəlam) duası ilə bu müsibət aradan qalxan 
kimi, yenə əvvəlki davranışlarını davam etdirdilər.
5. Qan
Qibtilərin heç cür ağıllanmadıqlarına görə Allah Təala, Nil çayının 
sularını qana çevirdi. Onlar içəcək su tapmadılar. Nil çayı, siptilər içərkən 
və istifadə edərkən əsl saflığını qoruyur; qiptilər yaxınlaşdıqda isə qana

46
MN
dönürdü. Yenə qaçıb Həzrət Musaya yalvardılar. Bu müsibət də üstlərindən 
qaldırıldı. Ancaq yalançı və nankor qiptilər yenə üsyanlarına qayıtdılar.
Mövlana Cəlaləddin Rumi, Nil çayının qan halına gəlməsi hadisəsini 
Məsnəvisində nə gözəl ifadə etmişdir:
“Bir qipti hərarətdən qovrularaq bir siptinin evinə gəldi:
-Mən sənin dostun və qohumunam. Bu gün, sənə bərk ehtiyacım var. 
Özün üçün Nildən bir tas su doldur ki, bu köhnə dostun sənin əlindən su 
içsin!
Özün üçün doldursan, içindəki qan olmaz. Sehrdən azad və  təmiz 
olar, deyə uzun-uzadı yalvardı. Sipti də qiptinin möcüzəni dərk etməsi 
üçün Nildən bir tas su doldurdu. Ağzına aparıb yarısını içdi. Sonra tası 
siptiyə uzatdı və:
–Haydı iç!-dedi.
Qipti, sevinərək tası ağzına götürdü. Lakin su, qıpqırmızı qan halına 
gəlmişdi. Bunun üstündə sipti, tası öz tərəfinə çevirincə qan, saf su halına
döndü. Qipti buna hirsləndi. Hiddəti keçincəyə qədər oturdu. Sonra siptiyə 
döndü və:
Ey qardaş! Bu düyün necə açılır? Bunun sirri nədir?-dedi.
Sipti: Nilin bu şirin və saf suyunu ancaq Musanın dininə inananlar içə 
bilər. Sən də Fironun yolundan ayrılıb Musa yoluna girərsən, yalnız o za-
man bu suyun saflığına və ləzzətinə qovuşa bilərsən!-dedi.
Sipti, qiptiyə nəsihətə davam edərək belə dedi:
Ay ilə dost ol ki, mehtabı görəsən! (Burada aydan məqsəd, Musa 
(əleyhissəlam), mehtab isə ilahi həqiqətlərdir.)
Allahın ixlaslı qullarına qarşı olan kinin, səni kor və kar edərək onlarla 
sənin arana minlərlə pərdə asmışdır!
Azğınlıq və küfr vadisində kor-koranə dolaşır, həqiqətlərə kor 
qalırsan!
Dağ kimi olan küfrünü istiğfar ilə  ərit ki, hidayət tapasan! O zaman 
mərifəti tapanların qədəhlərindən sən də nəsibini alarsan!
Allah (Cəllə Cəlaluh) Nilin suyunu kafirlərə haram qılınca, sən bir hiylə
ilə, yəni məni vasitə qılaraq onu necə içə bilərsən?

47
MN
Ey qipti! İlahi əmri tərk edərək kafirlərə saf su olmağa, Nilin nə həddi
var?”
    
Bütün bu təcəllilər qarşısında Firon, hər əczə düşdüyündə:
“Buraxın məni Musanı öldürüm, qoy o da Rəbbini (köməyə) 
çağırsın. Doğrusu, mən onun sizin dininizi dəyişdirəcəyindən və yer 
üzündə fitnə-fəsad törədəcəyindən qorxuram.”
(Mumin surəsi, 26)
Fironun bu şəkildə danışması, Həzrət Musanı (əleyhissəlam) öldürmə 
məsələsində  ətrafındakılar tərəfindən əngəlləndiyinə işarə edir. Çünki
ətrafındakılar Firona:
“–Bu sənin qorxacağın bir kimsə deyildir. Sən tanrısan!  Əgər onu 
öldürsən, xalqın qəlbinə  şübhə salmış olarsan! Hər kəs sənin, Musanın 
möcüzələri qarşısında aciz olduğunu düşünər”-deyirdilər.
Bununla bərabər Fironun sözləri, onun Həzrət Musadan nə dərəcədə 
qorxduğunu göstərir.  Əslində Firon, Həzrət Musanın (əleyhissəlam) 
peyğəmbər olduğunu iç dünyasında qəbul edirdi. Ancaq qüruru, kibri 
və kor inadı, onun iman etməsinə mane olurdu. Fironun bu hərəkətləri 
qarşısında:
“Musa dedi: Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbür 
sahibindən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha 
pənah aparıram!”
 (Mumin surəsi, 27)
Bu səbəbdən, təfsir alimlərindən bir qismi, bu qədər möcüzələrdən 
sonra Fironun hələ  də üsyan etməsindəki hikməti, Həzrət Musanın 
(əleyhissəlam) duasında gedən sözlərdə tapırlar. Çünki “axirətə iman 
etməmək” və “çox kibrli olmaq” insanı iman etməkdən çəkindirən  ən 
mühüm ünsürlərdir.
Çünki kibrli şəxs, hər kəsi özündən aşağıda görmək istəyir. Bu 
səbəbdən kibr, Hədisi-Şəriflərdə böyük bir günah olaraq zikr edilir:
“Bir kimsəyə günah olaraq, müsəlman qardaşına həqarətlə 
baxmağı yetər!” 
(Müslim, Birr, 32; Əbu Davud, Ədəb, 35; Tirmizi, Birr, 18)
Digər bir rəvayətdə isə belə buyrulmuşdur: “Qəlbində xardal dənəsi 
qədər iman olan bir kimsə cəhənnəmə girməz. Qəlbində xardal dənəsi 
qədər kibr olan kimsə də cənnətə girə bilməz. ” 
(Müslim, İman, 147)
Həzrət Loğmanın (əleyhissəlam) oğluna  kibr və qürurla əlaqəli nəsihəti 
də nə qədər gözəldir. O: Ey oğul:

48
MN
“Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa 
gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb 
fəxr edəni sevməz!” 
(Loğman surəsi, 18)
İsra surəsinin 37-ci ayəti-kəriməsində də belə buyrulur:
ﹰﻻﻮ ﹸﻃ ﹶلﺎﹶﺒﹺﺠﹾﻟا ﹶﻎﹸﻠﹾﺒﹶﺗ ﻦﹶﻟﹶو ﹶضﹾرﹶﻷا ﹶقﹺﺮ ﹾﺨﹶﺗﻦﹶﻟ ﹶﻚﻧﹺإﺎﹰﺣﹶﺮﹶﻣ ﹺضﹾرﹶﻷا ﹺﻓ ﹺﺶﹾﻤﹶﺗﹶﻻﹶو
“Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara 
bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən”
Allah Təala, kibr və qürur bataqlığına düşən Firon və  təbəəsinin 
cəzalandırılma hikmətini belə bəyan edir:
“Onlara bir-birindən böyük olan möcüzələr göstərdik, onları 
əzabla yaxaladıq  (cürbəcür müsibətlərə düçar etdik) ki, bəlkə, (haqq 
yola) qayıdalar!” 
(Zuxruf surəsi, 48)
Bəlalarla tərbiyə edilən bu millət, sıxıntı və bəla anlarında quzu kimi, 
digər zamanlarda qurd kimi olurdular. Onların bu qərarsız davranışlarını 
və sözlərində durmamaqlarını, Allah Təala belə açıqlayır:
“Onlara  əzab gəldikdə dedilər: Ya Musa! (Allahın sənin dualarını 
qəbul etmək və peyğəmbərlik vermək barəsində)  səninlə olan əhdi 
hörmətinə bizim üçün Rəbbinə dua et. Əgər bu əzabı bizdən götürsə, 
biz, hökmən, sənə iman gətirəcək və İsrail oğullarını səninlə birlikdə 
(istədikləri yerə) göndərəcəyik.”
 (Əraf surəsi, 134)
“Onlar dedilər: Ey sehrbaz! (Dualarını  qəbul edəcəyi barədə) 
səninlə olan əhdi hörmətinə  Rəbbinə bizdən ötrü dua et (ki, bizi 
bəladan qurtarsın). Biz mütləq doğru yola gələcəyik!”
 (Zuxruf surəsi, 49)
“Biz onları  əzabdan qurtaran kimi sözlərindən döndülər.” 
(Zuxruf 
surəsi, 50)
Fironun səfeh təbliğatı
Həzrət Musanın möcüzələri qarşısında  əcziyyətə düşən və xalqının 
Tövhid dinini qəbul edəcəyindən qorxan Firon, Nilin kənarında bir qərargah 
qurmuşdu. İki il müddətində gəlib keçənlərə:
“–Musaya inanmayın! Tapdığınız ilahlarla bərabər mən də sizin 
Rəbbinizəm!”-deyirdi.

49
MN
“Firon öz qövmünə müraciət edib dedi: Ey qövmüm! Məgər Misir 
səltənəti, altımdan (saraylarımın altından) axıb gedən bu çaylar mənim 
deyilmi?! Məgər (mənim qüdrətimi) görmürsünüzmü?!”
 (Zuxruf surəsi, 51)
“Yaxud mən (dili dolaşdığı, kəkələdiyi üçün) az qala (sözünü belə) 
aydın deyə bilməyən bir zavallı (aciz) kimsədən daha yaxşı  (daha 
üstün) deyiləmmi?!” 
(Zuxruf surəsi, 52)
Firon, özünün səltənətini, qüdrətini, sərvəti və ehtişamını göstərmək 
istəyir; bununla müqayisədə Həzrət Musanın (əleyhissəlam) dilində qüsu-
ru olan, fağır və zəif bir kimsə olduğunu vurğulayır və:
(Əgər o, doğrudan da, peyğəmbərdirsə) onun üstünə qızıl bilərziklər 
atılmalı  və onunla birlikdə bir-birinin ardınca  (peyğəmbərliyini təsdiq 
edən) mələklər gəlməli deyildimi?!” 
(Zuxruf surəsi, 53)
 deyərək, belə birinin 
peyğəmbər olmayacağını iddia edirdi.
Bax beləcə;
“Beləliklə, (Firon) öz qövmünü yelbeyin (yüngül) yerinə qoydu, 
onlar da ona itaət etdilər  (anlamadılar ki, padşahlıq Allahlığa dəlalət 
etməz və yoxsulluq da peyğəmbərliyə mane ola bilməz). Həqiqətən, on-
lar (Allahın itaətindən çıxmış) fasiq bir qövm idilər!”
 (Zuxruf surəsi, 54)
Misirdən Çıxma
Firon və adamları, heç cür iman etmədikləri kimi, dünyəvi üstünlüklərinə 
də güvənərək inananlara zülm edirdilər. Axırda Musa (əleyhissəlam), onlar 
haqqında bəddua etmək məcburiyyətində qaldı:
“Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və  əyan-əşrafına dün-
yada zinət və mal-dövlət ehsan etdin! Ey Rəbbimiz! (Bu sərvəti on-
lara bəndələrini)  Sənin (haqq) yolundan azdırmaq üçün verdin? Ey 
Rəbbimiz! Onların mal-dövlətini məhv et və ürəklərini möhürlə 
(sərtləşdir) ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər!” (Yunus 
surəsi, 88)
(Allah)  buyurdu: “Hər ikinizin duasını  qəbul etdim. Siz (öz 
dəvətinizdə  və  təbliğinizdə)  sabitqədəm olun və cahillərin yoluna 
uymayın!” 
(Yunus surəsi, 89)
Bundan sonra, hər qipti ailəsinə ayrı-ayrı müsibətlər gəlməyə başladı. 
Quraqlıq başladı. Qipti xalqında dəri xəstəliyi baş qaldırdı. Buna görə 
Firon, məcbur qalaraq Bəni  İsrailin Misirdən çıxmasına icazə verdi. An-

caq, təhlükə keçdikdə hər zaman olduğu kimi yenə icazəsindən dönəcəyi 
mütləq baş verəcəkdi.
Allah Təala buyurur:
(Sonra)  Musaya belə  vəhy etdik: Qullarımla birlikdə (Misiri tərk 
edib) gecə yola çıx. Siz, şübhəsiz ki, (Fironun ordusu tərəfindən) təqib 
ediləcəksiniz!” 
(Şüəra surəsi, 52)
(İzzət və  cəlalıma)  and olsun ki, Biz Musaya belə  vəhy etdik: 
Qullarımla gecə yola çıx,  (əsanı suya vurmaqla) onlar üçün dənizdə 
quru bir yol aç. (Fironun) sizə yetişməsindən qorxma, (suya qərq ol-
maqdan da) əndişəyə düşmə!”  
(Taha surəsi, 77)
Musa (əleyhissəlam), Allahın əmrinin tələbinə görə, İsrail oğulları ilə 
bərabər Süveyşə doğru gecə vaxtı hərəkət etdi. O sabah Fironun ailəsindəki 
bütün qızlar dəhşətli yoluxucu xəstəlik olan “taun”a tutulub öldülər. Onsuz 
da qəzəbli olan Fironun, qızların ölümü ilə qəzəbi daha da artdı və:
–Bunları Musa etdirdi! –dedi.
Firon qızların dəfni ilə məşğul olması, Həzrət Musaya uzun bir vaxt 
qazandırmışdı. Firon vəziyyəti öyrənəndə, iş işdən keçmişdi.
Vəziyyəti öyrənən Firon təşvişə düşdü:
“Firon  şəhərlərə  (əsgər)  yığanlar göndərdi.  (O, belə deyirdi:) 
Şübhəsiz ki, bunlar  (İsrail övladı) kiçik bir tayfadır! Onlar (bəzək 
şeylərimizi götürməklə, Misiri atıb getməklə) bizi qəzəbləndirmiş
lər. 
(Və ya: İsrail oğullarına çox əziyyət verdiyimizə görə onlar bizə qarşı 
qəzəblidirlər). Biz isə qüvvətli (yaxşı silahlanmış, yaxud ayıq-sayıq, işimizi 
bilən) bir camaatıq!”-deyərək əsgərlərini cəsarətləndirirdi. 
(Şüəra surəsi 
53-56)
(Firon və  əsgərləri) günəş doğduqda onların  (İsrail oğullarının) 
arxasınca düşdülər.”
 (Şüəra surəsi 60)
“İki dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı 
dedi: (İşimiz bitdi!) Artıq yaxalandıq!” 
(Şüəra surəsi 61)
(Musa)  dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol 
göstərəcəkdir!” 
(Şüəra surəsi 62)
Həzrət Musanın (əleyhissəlam) önündə Qırmızı dəniz, arxasında Fi-
ronun ordusu var idi.
50
MN

51
MN
Qırmızı dəniz: Salamat və fəlakət dəryası
Haqq Təala belə buyurur:
“Onda Musaya belə vəhy etdik: Əsanla dənizə vur!” (Musa əsasını 
dənizə vuran kimi) o dərhal yarıldı  (İsrail oğullarının soyuna müvafiq
olaraq on iki hissəyə bölündü) və  hər hissə böyük (uca) bir dağ kimi 
oldu.” 
(Şüəra surəsi 63)
İki tərəfi dağ kimi olan, suların arasındakı yollardan İsrail oğulları
keçməyə başladı. Hətta İsrail oğulları Həzrət Musaya:
–Ya Musa! Aramızda pəncərələr aç ki, bir-birimizi seyr edək! –
dedilər.
Musa (əleyhissəlam) dua etdi. Dalğaların arasında pəncərələr açıldı. 
Keçərkən bir-birlərini görməyə başladılar.
Firon istidrac
6
  sahibi idi. Ordusuna çevrilərək:
Firon və əsgərlərini ağuşuna alaraq boğmuş dəli dalğaların təxəyyül rəsimi
6.   İstidrac: Kafir və fasiqlərdə görünən xariqüladə, fövqəladə inkişaf hallardır. Bu hallar,
onları aldadaraq məhvə sürükləyir.

52
MN
–Dənizə baxın, dedi. Məndən  əvvəl yürüyüb gedən kölələrimə ye-
tişməyim üçün heybətimdən necə yarıldı  və yollar halına gəldi! Onların 
hamısını öldürəcəyəm! Yürüyün dənizə, dedi. Firon, dənizin yarılmasının 
Həzrət Musanın (əleyhissəlam) möcüzəsi deyil, öz istidracı kimi görürdü.
Lakin bir anlıq qorxub tərəddüd etdi, əl çəkməyi düşündü. O əsnada 
Cəbrail (əleyhissəlam) ağ bir at üstündə onların önlərində bəlirdi və:
–Haydı, yürüyün-dedi.
Mikail (əleyhissəlam) da Fironun ordusunun arxasına keçərək, 
geridəkilərə:
–Haydı, geridə qalmayın; yürüyün, deyə dəstək verdi.
Beləcə bütün ordu hərəkətə keçdi. Bu məsələni Allah Təala belə 
bəyan edir:
“O biriləri (Firon əhlini)  də ora yaxınlaşdırdıq (dəniz sahilinə 
topladıq).”
 (Şüəra surəsi 64)
Həzrət Musa və qövmünün arxasınca, Firon və ordusu da dənizə 
açılan yollara girdilər. Lakin əngin suların ilahi qəhr təcəllilərində pərişan 
oldular.
“Musa və onunla birlikdə olanların hamısını xilas etdik. O biriləri 
(Firon tayfasını) isə suya qərq etdik.” 
(Şüəra surəsi 65-66)
“Biz də ayələrimizi yalan hesab edib onlardan qafil olduqları (on-
lara etinasız yanaşdıqları)  üçün (Firon əhlindən)  intiqam alaraq onları 
dənizdə batırdıq.” 
(Əraf surəsi, 136)
“Və onları sonradan gələnlərə misal və ibrət dərsi etdik.”
 (Zuxruf 
surəsi, 56)
“Şübhəsiz ki, bunda (Musanın bu hekayətində) bir ibrət vardır. 
Lakin onların  (Firon tayfasının, qədim Misir əhalisinin, yaxud Məkkə 
müşriklərinin) əksəriyyəti iman gətirmədi.” 
(Şüəra surəsi, 67)
Allahın lütfü ilə Bəni İsrailin hamısı azad oldu. O gün Məhərrəmin 10-
cu günü idi. Şükür orucu tutuldu. Allah Təala onlara olan bu ehsanını ayəti-
kərimədə belə xatırladır:
(Ey  İsrail oğulları! Yadınıza gətirin o vaxtı ki) Firon  əhli sizə 
(babalarınıza)  ən ağır işgəncələr verdikləri, oğlan uşaqlarınızı 
boğazlayıb, qadınlarınızı (kəniz etmək məqsədilə) sağ buraxdıqları za-
man Biz sizi onların əlindən xilas etdik. Bunlarda (sizdən ötrü) Rəbbiniz 
tərəfindən böyük bir imtahan var idi.”
 (Bəqərə surəsi, 49)
1   2   3   4   5   6   7   8   9   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə